Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə8/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   4   5   6   7   8   9   10   11   ...   92

 
 
31
 
 
 fiqh təlimi 
ALTINCI DƏRS 
 
TƏXƏLLI
1
 
- Təxəllinin hökmləri  
- Ġstibra  
- Ġstinca 
1.
 
Təxəllinin hökmləri 
1.
 
Qibləyə tərəf dayanmamaq. 
Təxəlli vaxtı insan üzü və ya arxası qibləyə tərəf dayanmamalıdır.
2
 
2.
 
Övrəti (ayıb yerləri) örtmək. 
Təxəlli  halında,  həmçinin  digər  vaxtlarda  insan  öz  övrətini  həyat 
yoldaĢından  baĢqa  hamıdan  -istər  qadın  olsun,  istərsə  də  kiĢi,  istər 
məhrəm  olsun,  istərsə  də  naməhrəm-  hətta  yaxĢı  ilə  pisi  ayırd  edə 
bilən  uĢaqdan  örtməlidir.  Amma  ər-arvada  övrətlərini  bir-birindən 
örtmək vacib deyil.
1
  
3.
 
Təxəlli zamanı məkruh olan iĢlər: 
 
 
 
 
 
 
 
                                         
1
 Ayaqyoluna getmə 
2
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 33-cü məsələ 
Təxəlli zamanı 
məkruh olan iĢlər  
1. Ayaq üstə bövl etmək 
2. Bərk torpağa və heyvanların yuvasına 
    bövl etmək 
3. Suya, xüsusilə də axarı olmayan suya 
    bövl etmək 
4. Bövl və ğaiti saxlamaq 
5. Camaatın gediĢ-gəliĢ yollarına və meyvə 
    ağaclarının altında təxəlli etmək 


 
 
32
 
 
 fiqh təlimi 
2. Ġstibra 
1.
 
Əgər  kiĢilər  bövl  etdikdən  sonra  “istibra”  adlanan  əməli  yerinə 
yetirsələr və bu əməldən sonra bövl məxrəcindən xaric olan rütubətin 
bövl,  yoxsa  baĢqa  bir  rütubət  olduğunu  bilməsələr,  bu  rütubət  pak 
rütubət hökmündədir və araĢdırma lazım deyil.
2
 
2.
 
Ġstibra vacib deyildir, hətta əgər zərəri olsa haramdır. Məsələn, bövl 
məxrəcində yara olduğu üçün istibra zamanı qanasa və yaranın sağal-
masını təxirə salsa, istibra etmək haramdır. Əlbəttə, əgər hər kim istib-
ra etməsə və bövl etdikdən sonra ondan xaric olan rütubətin bövl olub-
olmadığını ayırd edə bilməsə, bu rütubət bövl hökmündədir.
3
 
3.
 
Ən  yaxĢı  istibra  üsulu  belədir:  bövl  edib  qurtardıqdan  sonra  əgər 
ğaitin  məxrəci  (xaric  olduğu  yer)  napakdırsa,  əvvəlcə  ora  paklanır. 
Sonra sol əlin orta barmağı ğaitin məxrəcindən cinsiyyətin dibinə qə-
dər üç dəfə çəkilir. Daha sonra baĢ barmağı cinsiyyətin üstünə və baĢ 
barmağın  yanındakı  barmağı  onun  altına  qoyub  üç  dəfə  cinsiyyətin 
ucuna qədər çəkilir. Axırda üç dəfə cinsiyyətin baĢ hissəsi sıxılır.
4
 
4.
 
Ğaitin  məxrəcini  pakladıqdan  əvvəl  və  ya  sonra  edilən  istibranın 
qaydası arasında heç bir fərq yoxdur.
5
  
5.
 
Əgər bir Ģəxs bövl edib qurtardıqdan sonra istibra etsə və dəstəmaz 
alandan sonra ondan bövl, yoxsa məni olduğuna Ģübhə etdiyi bir rütu-
                                                                                                
1
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 34-cü məsələ 
2
 Şəri suallara cavab, 12-ci sual. Rəhbərdən soruşulan suallar, Təharət 
bölümü, 38-cü məsələ 
3
 Şəri suallara cavab, 11-ci sual 
4
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 38-ci məsələ 
5
 Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 38-ci məsələ 


 
 
33
 
 
 fiqh təlimi 
bət  xaric  olsa,  bu  Ģəxsə  vacibdir  ki,  hədəsdən
1
  paklandığına  əmin 
olması üçün həm qüsl etsin (cənabət qüslü), həm də dəstəmaz alsın.
2
 
Diqqət: 
 
 
 
 
 
 
 
 
 
 

 
Qeyd  olunan  bu  rütubətlərin  hamısı  pakdır  və  təharətin  pozul-
masına bais olmur. 
 
3. Ġstinca (bövl və ğaitin məxrəcinin paklanması) 
1. Bövlün məxrəcini paklamağın qaydası. 
1) Bövlün məxrəci sudan baĢqa Ģeylə paklanmaz.
3
  
   2)  Bövlün  məxrəci  ehtiyati-vacibə  görə  iki  dəfə  yuyulmaqla  pak-
lanır.
4
  
2. Ğaitin məxrəcini paklamağın qaydası. 
1) Ğaitin məxrəcini iki cür paklamaq olar: 
I.
 
Nəcasət aradan gedənədək su ilə yuyulur. Nəcasət aradan getdikdən 
sonra  yenidən yumaq lazım deyil. 
                                         
1
 Hədəs, dəstəmazı və ya qüslü pozan əməllərə deyilir 
2
 Şəri suallara cavab, 145-ci sual 
3
 Şəri suallara cavab, 81-cu sual 
4
 Şəri suallara cavab, 11 və 18-ci suallar. Rəhbərdən soruşulan suallar, 
Təharət bölümü, 35-ci məsələ. 
Ġnsandan xaric olan   
rütubətlərin növləri 
1.Vəzy, məni xaric olduqdan sonra 
insandan xaric olan rütubətdir. 
2. Vədy, bövl xaric olduqdan sonra 
insandan xaric olan rütubətdir. 
3. Məzy, ər-arvad mazaqlaĢandan 
sonra xaric olan rütubətdir. 


 
 
34
 
 
 fiqh təlimi 
II.
 
Üç tikə daĢ, ya üç tikə pak parça və ya s. bu kimi Ģeylərlə nəcasət 
təmizlənir.  Əgər  üç  tikə  ilə  nəcasət  təmizlənməzsə,  tamamilə  pak 
olanadək əlavə tikələrlə təmizlənir. Üç tikə əvəzinə bir tikə daĢ və ya 
parçanın üç yerindən istifadə etmək olar.
1
  
2) Ğaitin məxrəci üç halda yalnız su ilə paklanır və daĢ və s. Ģeylərlə 
paklamaq olmaz: 
I. Ğaitlə birgə qan kimi digər bir nəcasət xaric olduqda 
II. Ğaitin məxrəci kənardan baĢqa bir nəcasətə bulaĢdıqda 
III. Ğaitin məxrəci adi haldan artıq olaraq nəcasətə bulaĢdıqda (BaĢqa 
sözlə  desək,  ğaitin  məxrəcindən  əlavə  digər  yerlər  də  nəcasətə 
bulaĢdıqda)
2
  
SUALLAR: 
1. Həddi-büluğa çatmayan uşaqdan övrəti gizlətmək vacibdirmi? 
2. Təxəlli zamanı məkruh olan işlər hansılardır? 
3. İstibradan sonra xaric olan suyun hökmü nədir? 
4. İstibranın faydası nədir? 
5. İnsandan xaric olan rütubətlər hansılardır? 
6. Bövl və ğaitin məxrəci necə paklanır? 
 
 
 
                                         
1
Şəri suallara cavab, 11 və 11-cu suallar. Rəhbərdən soruşulan suallar, 
Təharət bölümü, 36-cı məsələ.  
2
Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 32-ci məsələ  


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə