Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə80/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   76   77   78   79   80   81   82   83   ...   92

 
 
333
 
 
 fiqh təlimi 
13. Qəza orucunun hökmləri 
1) Əgər bir neçə gün huĢsuz halda olan Ģəxs vacib orucu tuta bilməsə, 
həmin günlərin orucunun qəzası yoxdur.
1
 
2)  Məst  olduğu  üçün  oruc  niyyəti  etməyən  Ģəxs  gün  ərzində  orucu 
batil edən bir iĢi yerinə yetirməsə belə orucun qəzası ona vacib olur.
2
 
3) Əgər bir Ģəxs oruc niyyətini etdikdən sonra məst olsa və gün ərzin-
də  və  ya  günün  bir  hissəsində  məst  halında  olsa,  vacib ehtiyata  görə 
həmin günün orucunun qəzası ona vacib olur. Xüsusilə də əgər onun 
məstliyi ağlın itməsinə bais olacaq həddə güclü olsa.
3
 
 
Diqqət: 

 
2 və 3-cü məsələlərdə istər məstedici Ģey həmin Ģəxsə haram olsun, 
istərsə də xəstəliyi ilə əlaqədar halal olsun, həmçinin istər məstedici-
nin haram olduğunu bilsin, istərsə də bilməsin, höküm dəyiĢilmir.
4
 
4) Heyz və nifas halında olan qadın oruc tutmadığı günlərin qəzasını 
Ramazan ayından sonra tutmalıdır.
5
 
5) Əgər bir Ģəxs Ramazan ayında Ģəri üzrü olduğuna görə oruc tutma-
sa  və  oruc  tutmadığı  günlərin  sayını  dəqiq  bilməsə,  ehtimal  verdiyi 
sayların ən azını götürüb həmin sayda qəza orucu tuta bilər. Məsələn, 
əgər bir nəfər Ramazan ayının 25-ci və ya 26-cı günü səfərə çıxdığını, 
                                         
1
 Rəhbərdən soruşulan suallar, 81-ci məsələ 
2
 Rəhbərdən soruşulan suallar, 82-ci məsələ 
3
 Rəhbərdən soruşulan suallar, 83-cü məsələ 
 
4
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 83-cü məsələ 
5
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 84-cü məsələ 


 
 
334
 
 
 fiqh təlimi 
nəticədə 5 və ya 4 gün qəza orucu tutacağını bilməsə, 4 gün qəza oru-
cu tuta bilər. Lakin əgər Ģəri üzrünün hansı gündən etibarən baĢlandı-
ğını  bilsə,  məsələn,  Ramazan  ayının  5-ci  günü  səfərə  çıxdığını  bilsə, 
lakin  səfərdə  on  gün  və  ya  on  bir  gün  olduğunu,  nəticədə  5  və  ya  6 
gün qəza orucu tutacağını bilməsə, bu halda  vacib ehtiyata görə ehti-
mal verdiyi sayların çoxunu götürməlidir.
1
 
6) Əgər bir nəfərin boynunda ötən bir neçə ilin qəza orucu varsa, hansı 
ilin  qəza  orucunu  birinci  tutmaq  istəsə,  maneəsi  yoxdur.  Lakin  əgər 
axırıncı Ramazan ayından beĢ gün qəza orucu varsa və qarĢıda gələn 
Ramazan ayına da beĢ gün qalıbsa, vacib ehtiyata görə axırıncı Rama-
zan ayının qəza oruclarını tutmalıdır.
2
 
2) Ramazan ayı orucunun qəzasını yerinə yetirən Ģəxs zöhr namazının 
vaxtı olmamıĢdan qabaq orucunu aça bilər. Bu Ģərtlə ki, qəza orucunu 
tutmaq üçün vaxt dar olmamalıdır. Zöhr vaxtı olduqdan sonra isə qəza 
orucunu açmaq olmaz.
3
 
8)  Əgər bir nəfər xəstə olduğu üçün Ramazan ayında oruc tuta bilmə-
sə  və  onun  xəstəliyi  gələn  Ramazan  ayınadək  davam  etsə,  tutmadığı 
orucların qəzası yoxdur. 
Lakin  hər  kim  xəstəlikdən  qeyri  bir  üzrü  olduğuna  görə  (məsələn, 
səfərdə  olduğu  üçün)  oruc  tutmasa  və  gələn  Ramazan  ayınadək  üzrü 
davam etsə, tutmadığı orucların qəzasını tutmalıdır. Həmçinin əgər bir 
Ģəxs  Ģəri  üzrü  xəstəlik  olduğu  üçün  oruc  tutmasa,  sonra  sağalsa  və 
                                         
1
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 85-ci məsələ 
2
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 86-cı məsələ 
3
 Şəri suallara cavab, 815-ci sual 


 
 
335
 
 
 fiqh təlimi 
ortalığa çıxan baĢqa bir üzrü gələn Ramazan ayına qədər davam etsə, 
tutmadığı orucların qəzası ona vacib olur.
1
 
 
Qəza orucu barədə bir şəri məsələ: 

 
Əgər insanın vacib orucu və ya qəza orucu tutmağa taqəti çatmırsa, 
bu  səbəblə  tutmadığı  orucların  qəzası  onun  boynundan  götürülmür. 
Deməli, əgər həddi-büluğa yenicə yetiĢən bir qızın oruc tutmağa taqəti 
çatmasa və gələn Ramazan ayına qədər elə bu səbəblə orucun qəzasını 
yerinə  yetirə  bilməsə, tutmadığı  orucların  qəzasını  tutmaq  ona  vacib-
dir. Həmçinin bir neçə il oruc tutmayıb sonra tövbə edən Ģəxs tutma-
dığı orucların qəzasını tutmalıdır və əgər tuta bilmirsə, orucların qəza-
sı onun boynundadır.
2
 
14. Ata-ananın qəza oruclarının hökmləri 
1)  Hər  kimin  ata  və  vacib  ehtiyata  görə  anası  səfərdən  qeyri  bir  Ģəri 
üzrü  olduğuna  görə  oruc  tutmayıbdırsa  və  həyatda  ikən  tutmadığı 
orucların qəzasını tuta bildiyi halda tutmayıbdırsa, ata-anası vəfat et-
dikdən sonra böyük oğula vacibdir ki, onların qəza oruclarını, ya özü 
tutsun, ya da bir nəfəri əcir edib orucların qəzasını tutdursun. 
Lakin əgər valideynlərinin Ģəri üzrü səfər olmuĢdursa və hətta həyatda 
ikən  orucun  qəzasını  tutmaq  imkanları  da  olmamıĢdırsa,  həmin  qəza 
oruclarını tutmaq böyük oğula vacibdir.
3
 
                                         
1
 Şəri suallara cavab, 236, 241, 252 və 811-cu suallar 
2
 Şəri suallara cavab, 236, 241, 252, 811 və 811-ci sual 
3
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 13-cü məsələ 


 
 
336
 
 
 fiqh təlimi 
2) Əgər ata və ana heç bir Ģəri üzrləri olmadan qəsdən oruc tutmayıb-
dırsa, vacib ehtiyata görə böyük oğul, ata-anasının qəza oruclarını ya 
Ģəxsən özü tutmalı, ya da bu iĢ üçün bir nəfəri əcir tutmalıdır.
1
 
3) Əgər böyük oğulun boynunda ata və ananın həm qəza namazı, həm 
də qəza orucu varsa, onlardan istədiyini birinci yerinə yetirə bilər.
2
 
 
15.Müsafir orucunun hökmləri 
1)  Əgər  Ramazan  ayında  səfərə  çıxan  Ģəxs  həmin  səfərdə  namazını 
tam qılmalıdırsa, oruc da tuta bilər. Məsələn, müsafir  on gün bir mə-
kanda qalmaq niyyətindədirsə, yaxud səfərə çıxmaq bir Ģəxsin peĢəsi 
sayılırsa, belə müsafir namazı tam qılmalı və oruc da tutmalıdır. Lakin 
əgər  müsafir  həmin  səfərdə  namazını  qəsr  qılmalıdırsa,  oruc  da  tuta 
bilməz.
3
 
2) Əgər oruc tutan Ģəxs zöhr namazının vaxtı daxil olduqdan sonra sə-
fərə çıxsa, orucunu tutmalıdır. Lakin əgər zöhrdən qabaq səfərə çıxsa, 
orucu batildir. Amma tərəxxüs həddini keçməmiĢ orucunu aça bilməz. 
Əgər tərəxxüs həddini keçməmiĢdən qabaq orucunu açsa, ehtiyata gö-
rə kəffarə ona vacib olur.
4
 
3) Əgər müsafir zöhrdən qabaq vətəninə və ya on gün qalmaq niyyə-
tində olduğu məkana çatsa, orucu batil edən iĢlərdən heç birini yerinə 
yetirməyibsə,  oruc  tutmalıdır.  Lakin  əgər  orucu  batil  edən  iĢlərdən 
                                         
1
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 14-cü məsələ 
2
 Şəri suallara cavab, 532-ci sual 
3
 Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 15-ci məsələ 
4
 Şəri suallara cavab, 218-ci sual 
Rəhbərdən soruşulan suallar 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə