Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə83/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   79   80   81   82   83   84   85   86   ...   92

 
 
345
 
 
 fiqh təlimi 
 
 
 
 
 
 
 
 
V fəsil 
XÜMS
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
346
 
 
 fiqh təlimi 
ALTMIġ ALTINCI DƏRS 
XÜMS 
- Xümsün mənası  
- Xümsün vacibliyi  
– Hansı şeylərə xüms düşür? 
– Xüms verməməyin fasadları 
1. Xümsün mənası 
Xüms sözünün lüğətdəki mənası “beĢdə bir” deməkdir. Ġslam fiqhində 
isə vacib əməllərdən biridir və həddi-büluğa çatmıĢ hər bir kəs xüsusi 
qaydalar üzrə malının beĢdə birini Ģəri hakimə verməlidir. 
 
Diqqət: 

 
Ġslam dövlətlərində müəyyən qanunlar əsasında təyin olunan vergi-
lər (məsələn, dövlət iĢlərində iĢləyənlərin aylıq əmək haqqlarından tu-
tulan vergi) xüms sayılmır və mükəlləf, illik dolanıĢıq xərclərindən ar-
tıq qalan malının beĢdə birini xüms ünvanında verməlidir.
1
 
 
2. Xümsün vacibliyi 
Xüms,  Ġslam  dininin  vacibatlarından  biridir  və  əgər  onu  inkar  etmək 
nübüvvətin  və  Ġslam  peyğəmbərinin  (s)  inkarı,  yaxud  Ģəriətin  təhrifi 
ilə nəticələnsə, küfrə səbəb olar.
2
 
 
 
                                         
1
 Səri suallara cavab, 1131-ci sual 
2
 Səri suallara cavab, 336-cı sual  


 
 
347
 
 
 fiqh təlimi 
Diqqət: 

 
Xümsü  ödəməyin  çətinliyi  Ģəri  vəzifəni  insanın  üzərindən  götür-
mür. Buna görə də əgər bir mükəlləf xüms verməlidirsə, lakin bu vax-
ta qədər onu verməyibsə və hal-hazırda da onu verməyə imkanı yox-
dursa, yaxud vermək ona çətindirsə, imkanı olan zaman onu verməli-
dir. Onlar, Ģəri hakim və ya onun vəkilinin icazəsi ilə xüms ünvanında 
ödəyəcəkləri məbləği hissə-hissə imkanları çatdığı miqdarda ödəməli-
dirlər.
1
 

 
Xümsü bir ildən o biri ilə saxlamaq olmaz. Lakin mükəlləf hər vaxt 
onu ödəsə, borcdan çıxmıĢdır.
2
 

 
Əgər həddi büluğa çatmayan bir uĢağın malına xüms düĢərsə (mə-
sələn,  halal  malına  haram  qarıĢarsa),  onun  qəyyumuna  həmin  malın 
xümsünü vermək vacibdir. Əlbəttə malının gəliri bu hökmdən istisna-
dır. Yəni, əgər onun malı ilə ticarət edilsə və qazanc əldə olunsa, bu 
qazancın xümsünü vermək onun qəyyumuna vacib deyil.  Vacib ehti-
yata  görə,  əldə  edilən  qazancın  xümsünü  uĢaq  özü  həddi-büluğa 
çatandan sonra verməlidir.
3
  

 
Xüms, Ģəxslərə (insanlara) vacib olur, bir dövlətə, müəssisəyə, ban-
ka  və  s.  xüms  vacib  olmur.  Deməli,  əldə  etdiyi  mənfəətindən  illik 
xərclərini  çıxıb  yerdə  qalan  malının  xümsünü  vermək  müəssisələrə 
                                         
1
Səri suallara cavab, 125 və 1135-ci suallar  
2
 Səri suallara cavab, 126-cı sual 
3
 Səri suallara cavab, 121 və 1132-ci suallar 


 
 
348
 
 
 fiqh təlimi 
vacib deyil. Əlbəttə əgər müəssisə bir və ya bir neçə Ģəxsin mülkiyyəti 
olarsa, onun gəlirinə xüms düĢür.
1
 
 
3. Yeddi Ģeyə xüms düĢür: 
1.
 
Qazanc; 
2.
 
Mədən; 
3.
 
Xəzinə; 
4.
 
Harama qarıĢmıĢ halal mal; 
5.
 
Dənizin dibindən tapılan cəvahirat; 
6.
 
Müharibə qənimətləri; 
2.
 
Zimmi kafirin müsəlmandan aldığı torpaq; 
 
4. Xüms verməməyin fəsadları 
1) Xümsü verilməyən mal, qəsbi mal hökmündədir, yəni ondan istifa-
də etmək haramdır. Amma əgər xüms iĢlərinə baxan Ģəri hakim və ya 
onun vəkili icazə verərsə, ondan istifadə etmək olar. Buna görə də: 
I.  Mükəlləf  malının  xümsünü  verməyənədək  ondan  istifadə  edə  bil-
məz.  Əgər  xümsü  verməmiĢdən  əvvəl  ondan  istifadə  etsə,  xümsünə 
zamindir. Buna görə də əgər xümsü verilməmiĢ pul ilə torpaq, mal və 
s. bu kimi Ģeylər alsa, xüms iĢlərinə baxan Ģəri hakimin və ya onun və-
kilinin icazəsi ilə olmalı və malın və ya torpağın xümsünü hal-hazırkı 
qiymətlə hesablayıb verməlidir.
2
 
                                         
1
 Səri suallara cavab, 812, 144 və 1133-cü suallar 
2
 Səri suallara cavab, 132, 126 və 184-cü suallar 


 
 
349
 
 
 fiqh təlimi 
II. Hər kim xüms verməyən fərdlərlə alıĢ-veriĢ etsə, evlərində yemək 
yesə və ya müəyyən bir Ģəkildə malından istifadə etsə, əgər onlardan 
aldığı malın və ya süfrəsində yediyi yeməyə çəkilən xərcin xümsü ve-
rilməyən puldan olduğuna əmin olsa, onlardan istifadə edə bilməz. La-
kin əgər onlarla alıĢ-veriĢ etməmək və ya süfrəsində yemək yeməmək 
onu  böyük  çətinliyə  salırsa,  onlardan  istifadə  edə  bilər,  lakin  istifadə 
etdiyi malın xümsünə zamindir.
1
  
III.  Əgər  məscidin  rəhbərliyi  bilsə  ki,  bir  Ģəxsin  məscidə  bağıĢlamaq 
istədiyi  mala  xüms  düĢüb  və  xümsünü  verməyib,  onu  götürmək  ol-
maz. Əgər onu götürsə, gərək onun xümsü barədə xüms iĢlərinə baxan 
Ģəri hakimə və ya onun vəkilinə müraciət etsin.
2
 
IV. Əgər bir nəfər sərmayəsinə xüms düĢən, amma onu ödəməyən bir 
Ģəxslə Ģərikli  iĢ görmək istəsə, onun malının xümsü barədə xüms iĢlə-
rinə baxan Ģəri hakimə müraciət etməlidir.
3
  
V.  Əgər  bir  Ģəxs  vəsiyyət  etsə  ki,  onun  malının  müəyyən  miqdarı 
xüms ünvanında verilsin və ya varisi əmin olsa ki, o, bir miqdar xüms 
borcludur, varis onun vəsiyyətini yerinə yetirməyincə və ya onun öh-
dəsində  olan  xümsü  ödəməyincə  ondan  istifadə  edə  bilməz.  Varisin 
mərhumun  vəsiyyətinə  əməl  etməzdən  əvvəl  və  ya  onun  borcunu 
(xümsünü) verməzdən əvvəl mirasdan istifadə etməsi qəsbi maldan is-
tifadə etmək hökmündədir və istifadə etdiklərinə zamindir.
4
  
                                         
1
 Səri suallara cavab, 131-ci sual 
2
Səri suallara cavab, 132-ci sual  
3
 Səri suallara cavab, 141-cı sual 
4
 Səri suallara cavab, 864-cü sual 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə