Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə85/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   81   82   83   84   85   86   87   88   ...   92

 
 
354
 
 
 fiqh təlimi 
bir-birlərinə  hədiyyə  versələr,  bu  hədiyyələrin  xümsünü  verməlidirlər 
(yəni, bu hədiyyələrə xüms düĢür).
2
  
8) Əgər hədiyyə satılsa, hətta onun qiyməti əvvəlkindən baha olsa be-
lə, əldə olunan pula xüms düĢmür. Amma əgər hədiyyənin qiyməti art-
dıqdan sonra onu satmaq niyyətində olsa, hədiyyənin əvvəlki qiymə-
tindən artıq olan məbləğə xüms düĢür.
3
  
1) Dövlət müəssisələrində bayram münasibətilə iĢçilərə verilən pul və 
ərzaqa, hətta ilin sonuna qədər qalsa belə, xüms düĢmür. Əlbəttə əgər 
dövlət müəssisələrində iĢçilərə dəyərindən aĢağı qiymətə ərzaq verilsə 
- belə ki, onun bir hissəsi dövlət tərəfindən pulsuz və bir hissəsi pulla 
verilərsə - və xümsün vaxtı çatdıqda həmin ərzaqdan qalsa, hal-hazırkı 
qiymətlə  hesablayaraq  təkcə  pul  ödədiyi  hissənin  xümsünü  vermə-
lidir.
4
 
4. Vəqf 
Ümumiyyətlə  vəqf  olunan  Ģeylərə,  hətta  “xas  vəqf”  olsa  belə,  xüms 
düĢmür. Onun səmərəsinə də xüms düĢmür.
5
 
5. Xüms və zəkat 
Müctəhidlərin xüms və zəkatdan dini elmlərin təhsili ilə məĢğul olan 
tələbələrə verdikləri təqaüdə xüms düĢmür.
6
  
 
                                                                                                
1
 Səri suallara cavab, 856-cı sual 
2
 Səri suallara cavab, 852-ci sual 
3
 Səri suallara cavab, 851-cu sual 
4
 Səri suallara cavab, 863-cü sual 
5
 Səri suallara cavab, 121-ci sual 
6
 Səri suallara cavab, 1122-ci sual 


 
 
355
 
 
 fiqh təlimi 
6. Gəlir əldə etmək üçün çəkilən xərclər 
Ticarət və ya baĢqa yollarla gəlir əldə etmək üçün çəkilən xərclər, mə-
sələn, nəqliyyat haqqı, malın anbarda saxlanılması haqqı, vasitəçilərin 
haqqı və s., həmin qəlirdən çıxılır və xüms düĢmür. 
2. Xümsü verilmiĢ mal 
Bir dəfə xümsü verilmiĢ mala ikinci dəfə xüms düĢmür. Yəni, bu mal 
iĢlənməyib  qalsa  və  xümsün  vaxtı  çatsa,  ikinci  dəfə  ona  xüms  düĢ-
mür.
1
  
8. Sığorta 
Sığorta Ģirkətlərinin müəyyən ünvanlarda (məsələn, yanğında evə də-
yən xəsarət və s.)  ödədikləri məbləğə xüms düĢmür.
2
  
1. Təhsil xərclərinin qarĢılanmasına göstərilən maddi kömək 
 Dövlət tərəfindən tələbələrin təhsil xərclərinin qarĢılanmasına göstər-
diyi maddi köməkliyə xüms düĢmür. 
3
 
11. Borc 
Borc pula xüms düĢmür. 
 
 
 
 
 
 
                                         
1
 Səri suallara cavab, 155, 151 və 1126-cı suallar 
2
 Səri suallara cavab, 861-cı sual 
3
 Səri suallara cavab, 125-ci sual 


 
 
356
 
 
 fiqh təlimi 
SUALLAR: 
1.Qazanc dedikdə nə nəzərdə tutulur?  
2. Mirasa hansı halda xüms düşdüyünü bəyan edin. 
3. Hədiyyəyə xüms düşürmü? 
4.  Əgər  ər  və  arvad  xümsün  vaxtı  çatmamışdan  qabaq  xümsdən 
yayınmaq niyyəti ilə bir-birlərinə hədiyyə versələr, həmin hədiyyəyə 
xüms düşürmü? 
5. Sığorta şirkətlərinin müqavilə əsasında ödədikləri məbləğə xüms 
düşürmü? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
357
 
 
 fiqh təlimi 
ALTMIġ SƏKKĠZĠNCĠ DƏRS 
QAZANCIN XÜMSÜ (2
- İllik xərcin
1
 mənası 
– İllik xərcin şərtləri 
– İllik xərclərə daxil olan bir şeyin satılması 
Diqqət: 

 
Əvvəldə qeyd etdiyimiz kimi insanın illik dolanıĢıq xərci onun  qa-
zancından çıxılır və xümsü yoxdur. 
4. Ġllik xərcin mənası 
Ġllik xərc, il ərzində insanın özü və ailəsinin dolanıĢığı üçün məsələn, 
yemək-içmək və geyim almaq, ev kirayəsi vermək, ev əĢyaları almaq, 
yol  pulu  vermək,  sədəqə  vermək,  cehiz  almaq,  nəzir  və  kəffarə  ver-
mək, qonaq qəbul etmək və s. bu kimi məqsədlərlə çəkdiyi xərclərdir. 
5. Ġllik xərcin Ģərtləri aĢağıdakılardır: 
1.
 
Çəkilən xərcə ehtiyac duyulsun;  
2.
 
Bir ilin xərci
3.
 
Ġllik xərcin həmin ilin gəlirindən çıxılması; 
4.
 
Xərclərində insan ifrata varmamalıdır; 
5.
 
Ġl ərzində xərclənilən məbləğ illik xərc sayılır.  
                                  
1) Çəkilən xərcə ehtiyac duyulsun 
Hər  cür  xərcə  məunə  deyilməz,  yalnız  ehtiyacı  olduğu  ev  və  məiĢət 
əĢyalarının xərci məunədir. Buna görə də ehtiyacı olmayan əĢya və ya 
malın xərci məunəyə daxil deyil. Bu növdən də haram Ģeylərin, məsə-


 
 
358
 
 
 fiqh təlimi 
lən, kiĢinin qızıl üzük almasına, haram alətlər, qumar və s. kimi haram 
Ģeylərin xərci məunə deyil. 
2) Bir ilin xərci 
Məunə dedikdə bir Ģəxsin gündəlik və aylıq xərcləri deyil, illik xərci 
nəzərdə  tutulur.  Çünki  gəlirin  xümsü  illik  ehtiyaclardan  artıq  olana 
düĢür. 
3) Ġllik xərcin həmin ilin gəlirindən çıxılması 
Məunədə  ölçü  o  xərclərə  deyilir  ki,  həmin  ilin  gəlirindən  saxlanılıb 
məsrəf həddinə çatsın, sonrakı və əvvəlki ilin yox, buna görə də  əgər 
bir ilin gəlirindən məunə yığılmayıbsa, onu əvvəlki və sonrakı illərin 
gəlirindən kəsr etmək olmaz. 
4) Xərclərində insan ifrata varmamalıdır 
Məunə  dedikdə  meyar  normal  xərcdir  ki,  hər  bir  fərd  öz  Ģərtlərinə 
nisbətən  bunu  təyin  edir.  Buna  görə  də  “məunə”  bir  tərəfdən  zəruri 
ləvazimatlar və ilkin ehtiyaclarla məhdudlaĢmır, digər tərəfdən isə toy 
və  s.  məclislərdə  xərclənən  əlavə  xərclər  və  bu  kimi  artıq  xərc  və 
israflara Ģamil edilmir. 
5) Ġl ərzində xərclənilən məbləğ illik xərc sayılır 
 Məunə  dedikdə  məqsəd  insanın  özü  və  öhdəsində  olduğu  insanlar 
üçün  sərf  etdiyi  miqdar  nəzərdə  tutulur.  Sərf  etmədiyi  miqdara  isə 
məunə deyilməz. Hətta sərf edəcəyi təqdirdə camaat arasında ona israf 
deyilməsə  də  hal-hazırda  sərf  olunmadığına  görə  məunə  sayılmaz. 
Buna  əsasən,  xəsislik  edib  özü  və  ailəsi  üçün  lazımi  miqdarı  sərf 
                                                                                                
1
 Fiqhdəki termini “məunə”dir. 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə