Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

mənə yenicə diqqət yetirib – sözüm keçərli olacaq. Müstəntiq üçün kim olduğumu göstərən 
başqa sübutlar da var. Dünən çox inandığı, həm də işçisi olan tələbə ilə ipək corab hədiyyə 
göndərmişdi, guya iclas zalını yığışdırmışam, ancaq bu bəhanədir, çünki oranı təmizləmək 
mənim vəzifəmdir, buna görə də ərimə pul verirlər. Bir baxın, nə gözəl corablardır! – deyə 
qadın ayaqlarını uzatdı, paltarının ətəyini dizinə qədər çəkdi və özü də corablara baxdı. – 
Qəşəng corablardır, ancaq çox zərifdir, mənlik deyil. 
O qəflətən susdu, əlini K.-nın əlinin üstünə qoydu, sanki onu sakitləşdirmək istəyirdi və 
pıçıldadı: 
– Sakit! Bertold bizə baxır. 
K. baxışlarını yavaş-yavaş qaldırdı. Qapının ağzında cavan bir oğlan dayanmışdı və qısa, 
qalın, qırmızıya çalan saqqalını sığallaya-sığallaya özünə ciddi görkəm verməyə çalışırdı. K. 
maraqla ona baxdı, axı tamamilə xəbərsiz olduğu hüquq elmi sahəsində ilk tələbə idi ki, belə 
yaxından görürdü. Yəqin ki gələcəkdə yüksək vəzifə sahibi olacaqdı! Tələbə isə, əksinə, 
deyəsən K.-ya heç fikir vermirdi və əlini bir anlığa saqqalından çəkərək bir barmağı ilə qadını 
yanına çağırdı, özü də pəncərəyə sarı getdi. Qadın K.-ya tərəf dönərək pıçıldadı: 
– Mənə acığınız tutmasın... Çox xahiş edirəm, haqqımda pis fikirləşməyəsiniz, indi onun 
yanına getməliyəm... Bu iyrəncin yanına! Siz bir onun samıya oxşayan qıçlarına baxın! Ancaq 
bu dəqiqə qayıdıram, sonra sizinlə gedəcəm, istədiyiniz kimi olacaq, bacardığım qədər burdan 
uzun müddətə ayrılıb xoşbəxt olacam! Yaxşı olardı ki, elə həmişəlik aralanaydım... 
O, K.-nın əlini bir də sığalladı, durub pəncərəyə tərəf qaçdı. K., qeyri ixtiyari, onun qolundan 
yapışmaq istədi, ancaq əli boşa çıxdı. Qadın doğrudan da onu cəzb edirdi və K. nə qədər 
çalışsa da, özünü bu cazibənin ixtiyarına buraxmamaq üçün tutarlı bir dəlil tapa bilmədi. 
Qadının onların adamı olması, K.-nı ələ almaq üçün göndərilməsi şübhəsini çətinlik 
çəkmədən rədd etdi. Axı onu necə ələ ala bilərdi? Məgər o, azad adam deyildimi və bu 
məhkəməni, ən azı, ona aid olan iclası darmadağın edə bilməzdimi? Doğrudanmı, az da olsa
özünə inamı qalmamışdı? Ancaq qadın kömək təklif edən zaman səsində səmimiyyət 
duymuşdu və bəlkə də bu kömək nəyəsə yarayardı. Ola bilsin, bu qadını əllərindən alıb özü ilə 
aparmaq müstəntiqdən də, onun ətrafından da qisas almağın ən yaxşı yolu idi... Onda bu 
müstəntiq K. haqqında saxta məlumutlar yazmaqdan yorulub gecə yarısı onun yanına gələndə 
görəcək ki, çarpayısı boşdur. Ona görə boş olacaq ki, indi o, K.-nın idi, ona görə boş olacaq 
ki, indi pəncərənin yanında dayanan o koppuş qadın, onun qalın, kobud parçadan tikilmiş 
paltarın içindəki oynaq, hərarətli bədəni yalnız və yalnız K.-ya məxsus olacaq. 
Bu minvalla qadına qarşı yaranmış bütün şübhə-tərəddüdləri qovandan sonra ona elə gəldi ki, 
pəncərənin qarşısındakı pıçıldaşma çox çəkdi, əvvəlcə barmaqlarının qatlanan yeri ilə, sonra 
da yumruğu ilə kürsünü döyəclədi. Tələbə bircə anlığa başını qaldıraraq qadının çiyinləri 
üzərindən K.-ya tərəf baxdı, ancaq halını pozmadı, hətta qadına bir az da yaxınlaşıb onu 
qucaqladı. Qadın başını əydi, sanki oğlana diqqətlə qulaq asmağa başladı. Ona tərəf əyiləndə
tələbə qadının boğazından marçıltı ilə öpdü, eyni zamanda, danışığına da ara vermədi. K. 
gördü ki, qadın haqlı imiş, nə üçünsə bu zülmkar tələbədən asılıdır və durub otaqda var-gəl 
etməyə başladı. Çəpəki nəzərlərlə tələbəni süzən K. fikirləşirdi ki, bir yol tapıb onu burdan 


aralasın və bəlkə də elə buna görə K.-nın getdikcə ucalan ayaq səslərindən əsəbiləşən oğlan 
danışmağa başlayanda sevindi. 
– Səbriniz çatmırsa, çıxıb gedə bilərsiniz. Siz xeyli əvvəl də gedə bilərdiniz, çünki heç kəsə 
lazım deyilsiniz. Bəli, bəli, hətta getməli idiniz! Özü də elə mən içəri girən kimi! Həm də tez! 
Elə həmin dəqiqə!  
Tələbə bu sözlərlə sanki bütün acığını ifadə etdi və eyni zamanda, zəhləsi getdiyi müttəhimlə 
danışan gələcək məhkəmə məmurunun necə təkəbbürlü olduğunu göstərdi. K. onların lap 
yaxınlığında dayandı və təbəssümlə dedi: 
– Elədir. Mən səbirsizəm, ancaq bu səbirsizliyə son qoymağın ən asan yolu odur ki, siz 
burdan çıxıb gedəsiniz. Əgər buraya nəsə öyrənməyə gəlibsinizsə, – eşitdiyimə görə, 
tələbəsiniz – onda şərait yaradaram, qadınla birlikdə çıxıb gedərəm. Yeri gəlmişkən, hakim 
olana qədər çox şeyi öyrənməlisiniz. Düzdür, mən sizin məhkəmə sistemini yaxşı tanımıram, 
ancaq düşünürəm ki, utanıb-qızarmadan çox ustalıqla belə qaba danışmağınız o qədər də 
uzağa gedə bilməyəcəyinizdən xəbər verir. 
– Onun indi belə sərbəst gəzib-dolaşmağına icazə vermək lazım deyildi! – deyən tələbə sanki 
qadına K.-nın bu təhqiramiz sözlərinin izahatını verirdi. – Səhv addım idi... Bunu müstəntiqə 
də dedim. Ən azı, istintaq gedən vaxt ərzində onu ev dustağı etmək lazım idi. Bəzən bu 
müstəntiqi də başa düşmək olmur... 
– Mənasız sözlərdir! – K. əlini qadına tərəf uzatdı. – Gəlin! 
– Bir buna bax! – Tələbə etiraz etdi. – Xeyr, xeyr, o heç vaxt sizin olmayacaq! 
Və tələbə – heç deməzdin, onda belə güc olar – qadını qucağına alıb, nəvazişlə ona baxa-
baxa, əyilə-əyilə qapıya qaçdı. Hiss olundu ki, K.-dan bir az çəkindi, ancaq onu bir az da 
qıcıqlandırmağa özündə cəsarət tapa bildi. Boş olan əli ilə qadının qolunu sığalladı, sonra da 
sıxdı. 
K. bir az onların yanınca qaçdı, oğlanı tutmaq, girəvə tapan kimi onu boğmaq istədi. Ancaq 
elə həmin anda qadın dilləndi: 
– Xeyri yoxdur, müstəntiq apartdırır, sizinlə gedə bilmərəm. Bu əclaf... – oğlanın üzünə bir 
sillə vurdu, – ... bu balaca əclaf məni buraxan deyil! 
– Heç özünüz də bunu istəmirsiniz! – deyə K. tələbənin çiynindən yapışdı. Oğlan onun əlini 
ağzına saldı. 
– Yox! Yox! – qadın qışqıraraq əlləri ilə K.-nı itələdi, – yox, bunu eləmək olmaz! 
Neylədiyinizi bilirsiniz? Bu mənə baha oturar! Onu buraxın, xahiş edirəm, buraxın! Axı, o 
yalnız müstəntiqin əmrini yerinə yetirir, məni onun yanına aparır.  
– Elə isə, qoy aparsın! Heç mən də sizi görmək istəmirəm! -pərt olan K. qəzəblə dilləndi və 
tələbəni arxadan itələdi. Oğlan səndələdi, ancaq yıxılmadığına sevinərək qucağındakı ”yüklə” 
irəli atıldı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə