Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   2   3   4   5   6   7   8   9   10   ...   53

– Elədir! Ancaq istintaq komissiyası aydınlaşdırmalı idi ki, mən günahsızam və ya 
fikirləşdikləri qədər də günahkar deyiləm. 
– Əlbəttə, ola bilər... – frölayn Bürstner bu sözləri çox ehtiyatla dedi. 
– Görürsünüzmu, məhkəmə işlərindən yaxşı baş çıxara bilmirsiniz. 
– Elədir, yaxşı başım çıxmır. Özüm də buna tez-tez təəssüflənirəm, çünki hər şeyi bilmək 
istəyirəm, xüsusilə də, məhkəmə məsələləri məni dəhşətli dərəcədə maraqlandırır. Məkəmə 
proseslərinin özünəməxsus cazibədarlığı var, elə deyilmi? Ancaq çox güman ki, bu 
istiqamətdə biliklərimi artıra biləcəm, çünki gələn aydan vəkillər idarəsinin dəftərxanasında 
işləyəcəm. 
– Çox yaxşı oldu. Onda məhkəmədə mənə kömək də edərsiniz. 
– Ola bilər! Niyə də olmasın?! Bildiklərimdən istifadə etməyi xoşlayıram. 
– Ciddi sözümdür. Ya da, ən azı, sizin düşündüyünüz kimi, yarıciddidir. Belə xırda iş üçün 
vəkil tutmağa dəyməz, ancaq məsləhətçi lazımdır. 
– Elədir. Ancaq mən məsləhətçi olacağamsa, söhbətin nədən getdiyini bilməliyəm. 
– Elə məsələ də bundadır, heç mən özüm də bilmirəm. 
– Deməli, məni yaxşıca ələ saldınız... – frölayn Bürstner əməlli-başlı pərt oldu. – Ancaq 
bunun üçün gecənin bu vaxtını seçmək lazım deyildi... – qız bunu deyib bayaqdan yanında 
yanaşı dayandıqları şəkillərdən aralandı. 
– Elə deyil, frölayn, ələ salmıram... Eh, siz də mənə inanmaq istəmirsiniz! Bildiklərimin 
hamısını sizə dedim. Hətta bildiklərimdən də çox dedim, çünki bu, istintaq komissiyası 
deyildi, özüm belə deyirəm, çünki adını bilmirəm. İstintaq olmadı, məni həbs etdilər, özü də 
komissiya tərəfindən həbs olundum. 
Frölayn Bürstner divana oturub yenə güldü: 
– Hə, necəydi? 
– Dəhşətli! – deyən K. daha o barədə düşünmürdü, indi gözlərini frölayn Bürstnerdən ayıra 
bilmirdi. Qız divanın yastığına dirsəklənib üzünü də əlinə söykəmişdi, o biri əli ilə də 
baldırını sığallayırdı. 
– Bu çox ümumi oldu, – dedi qız. 
– Nə ümumi oldu? – soruşan K. hər şeyi təzədən xatırladı. -Necə olduğunu göstərim? – o, 
yerindən tərpəndi, ancaq getmədi. 
– Daha yoruldum... – dedi frölayn Bürstner. 
– Gec gəldiniz... 


– Bəli, axırda da məzəmmət olunuram. Mənə haqq olur, sizi içəri buraxmaq lazım deyildi. 
– Lazım idi. İndi özünüz də görəcəksiniz. Tumbanı çarpayınızın yanından bura çəkmək olar? 
– Bu hardan ağlınıza gəldi? Əlbəttə olmaz! 
– Onda göstərə bilmərəm! – K. bu sözləri elə həyəcanla dedi ki, sanki bununla böyük bir şeyi 
itirmiş olurdu. 
– Əgər nəsə göstərmək istəyirsinizsə, onda səs eləmədən çəkin, – dedi frölayn Bürstner və 
azacıq sonra da zəif səslə əlavə etdi: – Elə yorğunam ki, nə desəniz, razı olacam. 
K. tumbanı otağın ortasına çəkib onun arxasında oturdu. 
– Adamların harda dayandıqlarını təsəvvürünüzə gətirin, çox maraqlıdır. Mən inspektoram, 
ordakı sandığın üstündə iki keşikçi oturur, şəkillərin yanında isə üç cavan oğlan dayanıb. Onu 
da deyim ki, pəncərənin dəstəyindən də ağ kofta asılıb. İndi başlayır! Bəli, mən özümü 
unuduram. Burdakı ən vacib adam, yəni mən, tumbanın qarşısında dayanmışam. İnspektor 
rahatca oturub, ayaqlarını bir-birinin üstünə aşırıb, əlini də söykənəcəyə qoyub, gicbəsərə 
oxşayır. İndi doğrudan başlayır! İnspektor ucadan danışır, sanki məni oyatmaq istəyir, bəlkə... 
qışqırır, təəssüf ki, sizi daha yaxşı başa salmaq üçün mən də qışqırmalıyam, əslində, dediyi 
söz də yalnız mənim adımdır... 
Gülə-gülə ona qulaq asan frölayn Bürstner tez şəhadət barmağını dodaqlarına apardı ki, 
qışqırmağına mane olsun, ancaq artıq gec idi. K. rola girmişdi və yavaş-yavaş qışqırırdı: 
“Yozef K.!” Düzdür, təsvir etdiyi qədər də ucadan qışqırmadı, ancaq kifayət qədər ucadan 
oldu. Qonşu otağın qapısı bir neçə dəfə döyüldü. Bərkdən, özü də dalbadal. Frölayn Bürstner 
avazıdı, əlini ürəyinin başına qoydu. K. daha çox qorxdu, çünki bir anlığa səhər baş verən 
hadisədən, onu qıza nümayiş etdirmək həvəsindən başqa heç nə barədə düşünmürdü. Özünə 
gələn kimi frölayn Bürstnerə tərəf cumub onun əlindən tutdu: 
– Heç nədən qorxmayın, – deyə pıçıldadı, – özüm hər şeyi qaydasına salacam. Görəsən bu 
kim ola bilər? Böyürdəki qonaq otağıdır və orda da heç kim qalmır. 
– Qalır, – frölayn Bürstner K.-nın qulağına pıçıldadı. – Dünəndən orda frau Qrubaxın bacısı 
oğlu yatır, kapitandır. Başqa boş otaq yox idi. Mən də unutmuşdum... Siz də elə qışqırdınız 
ki... Vay mənim halıma... 
– Narahatlığa əsas yoxdur, – deyən K. başını yastığın üstünə əyən frölayn Bürstnerin 
yanağından öpdü. 
– Gedin, gedin! – deyə qız tez dikəldi. – Gedin də... Daha nə istəyirsiniz, çıxın gedin, axı, 
qapıdan qulaq asır, hamısını eşidir... Məni çox incidirsiniz.... 
– Siz sakitləşməyincə gedən deyiləm. Otağın o biri küncünə gedək, oradan bizi eşidə bilməz... 
– Müqavimət göstərməyən qızı o biri tərəfə apardı. – Heç fikirləşmirsiniz ki, söhbət burda xoş 
olmayan bir məsələdən getsə də, sizi heç bir təhlükə gözləmir. Bilirsiniz ki, bu məsələdə əsas 
söz sahibi olan frau Qrubaxın mənə xüsusi hörməti var, kapitan da bacısı oğlu olduğu üçün, 


nə desəm inanacaq. Digər tərəfdən, məndən asılıdır, ona xeyli pul borc vermişəm. İndi bir 
yerdə olduğumuzun səbəbi barədə nə desəniz, lap məqsədəuyğun olmasa da, onu qəbul 
etməyə hazıram və söz verirəm ki, frau Qrubax dediklərinizə elüzəri deyil, sidq-ürəkdən, 
səmimiyyətlə inanacaq. Bu məsələdə mənə yazığınız gəlməsin. Desəniz ki, sizə hücum 
çəkmişəm, eybi yox, frau Qrubaxa əvvəlcədən deyiləcək, mənə etibarını itirmədən buna 
inanacaq. – frölayn Bürstner büzüşərək sakitcə yerə baxırdı. – Axı bir də frau Qrubax niyə 
inanmamalıdır ki, mən sizə hücum çəkmişəm? – deyə K. əlavə etdi. 
 
Qızın tağlanmış, möhkəm-möhkəm düyünlənmiş qızılı saçlarına baxdı. Ona elə gəldi ki, qız 
da indi başını qaldırıb K.-ya baxacaq. Lakin o, qımıldanmadan dedi: 
– Bağışlayın, qapının qəfil döyülməsi məni elə qorxutdu ki... Özü də kapitana görə yox... Siz 
qışqırandan sonra sakitlik oldu və birdən qapı döyüldü, bərk qorxdum, qapının yaxınlığında 
oturmuşdum, lap yaxınlıqda döyüldü... Təkliflərinizə görə təşəkkür edirəm, ancaq qəbul edə 
bilmərəm. Mənim otağımda baş verənlər üçün məsuliyyəti özüm daşıyıram, hamıya da cavab 
verməyə hazıram. Məni təəccübləndirən odur ki, xoş niyyətlə deyildiyini başa düşsəm də, 
təkliflərinizin necə xətrimə dəydiyini hiss eləmirsiniz. İndisə gedin, məni tək buraxın, tək 
qalmaq mənə əvvəlkindən də çox lazımdır. Bir-iki dəqiqə xahiş etmişdiniz, ancaq yarım saat, 
bəlkə də çox oldu. 
K. əvvəlcə onun əlindən, sonra da biləyindən yapışdı: 
– Mənə acığınız tutmadı ki? 
– Xeyr, xeyr, mənim heç vaxt heç kimə acığım tutmur. 
K. yenə də frölayn Bürstnerin biləyindən yapışdı, qız müqavimət göstərməyib onu qapıya 
tərəf çəkdi. Özü də qəti qərara gəlmişdi ki, çıxıb getsin. Ancaq qapıya çatanda dayandı, elə bil 
burada qapı olacağını heç gözləmirdi. Frölayn Bürstner də bundan istifadə edərək onun 
əlindən çıxdı, qapını açaraq ön otağa keçdi, elə oradan da yavaşca dedi:  
– Xahiş edirəm, gəlin! Görürsünüz, – o, kapitanın ayaq tərəfindən işıq gələn qapısını göstərdi, 
– işığı yandırıb, bizdən danışırlar... 
– Gəldim! – deyə K. irəli yeridi, qızı qucaqlayıb dodaqlarından , sonra da üz-gözündən 
öpməyə başladı, elə bil susuzluqdan alışıb yanan heyvan idi, qəflətən tapdığı çeşməni 
yalayırdı... Axırda boğazından öpdü, dodaqlarını uzun zaman ayırmadı. Kapitanın otağından 
səs eşidiləndə, başını qaldırdı.  
– İndi gedirəm, – dedi və qızı xaç adı ilə çağırmaq istədi, ancaq onun necə olduğunu bilmədi. 
Frölayn Bürstner yorğun halda başını tərpətdi, azacıq geri dönərək öpmək üçün əlini ona tərəf 
uzatdı, sanki heç nəyin ona dəxli yox idi və büzüşmüş halda otağına girdi. Azacıq sonra K. da 
artıq öz çarpayısında uzanmışdı. Çox tez yuxuya getdi və yuxuya getməmişdən əvvəl bir az 
etdiyi hərəkət barədə düşündü. Özündən razı qaldı, həm də təəccübləndi ki, hələ heç vaxt 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə