Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

özündə belə razılıq hissi duymamışdı. Eyni zamanda da narahat oldu ki, birdən kapitan 
frölayn Bürstner üçün başağrısına çevrilər...  
 
 
İKİNCİ FƏSİL 
İlk istintaq 
 
Telefonla K.-ya dedilər ki, gələn bazar onun işi üzrə ilk istintaq keçiriləcək. Diqqətinə 
çatdırdılar ki, istntaq, hər həftə olmasa da, bir qayda olaraq, tez-tez keçiriləcək. Bu hər iki 
tərəfin marağına uyğundur. Belə ki, məhkəmə tez qurtarar, həm də istintaq hərtərəfli 
aparılmalıdır, eyni zamanda da çoxlu gərginliklər yaratdığı üçün çox uzanmamalıdır. Ona 
görə də çıxış yolunu tez-tez keçirilən qısa istintaqlarda görüblər. İstintaq günü üçün də ona 
görə bazarı seçiblər ki, K.-nın işinə mane olmasınlar. Belə hesab edirlər ki, K. bununla 
razılaşacaq, ancaq razılaşmayıb başqa gün istəsə, imkan daxilində, güzəştə gediləcək. 
Məsələn, istintaqı gecələr də aparmaq mümkündür, ancaq K. yəqin ki yorğun olar. Hər halda, 
K. etiraz eləmirsə, elə bazar günü də qalsın. Məlum məsələdir ki, o mütləq gələcək, bunu 
xatırlatmaq artıqdır. Getməli olduğu evin nömrəsini dedilər. Şəhərin kənarındakı küçələrdən 
birində idi, K. orada heç vaxt olmamışdı. 
K. cavab vermədən bu xəbəri axıracan dinlədi, sonra dəstəyi asdı. O dəqiqə də qərara aldı ki, 
bazar günü getsin. Bu mütləq lazım idi, məhkəmə başlamışdı, özünü müdafiə etməli idi, ilk 
istintaq həm də sonuncu olmalıydı. Hələ də fikirli-fikirli telefonun yanında dayanmışdı və 
arxadan direktor müavininin səsini eşitdi: o, zəng etmək istəyirdi, K. isə yolunu kəsmişdi. 
– Pis xəbər oldu? – deyə ağızucu soruşan direktor müavininin məqsədi nəsə öyrənmək deyil, 
onu aparatdan uzaqlaşdırmaq idi. 
– Xeyr, xeyr, – deyən K. yana çəkilsə də, getmədi. 
Direktor müavini dəstəyi götürüb bağlantını gözləyə-gözləyə dedi: 
– Bir söz soruşum, cənab K., bazar günü tezdən bizi şərəfləndirib mənim yelkənli qayığımla 
səyahətə çıxarsınız? Adam çox olacaq, əlbəttə, sizin tanışlardan da gələn olacaq. Prokuror 
Hasterer də gələcək. Gələrsiniz? Gəlin, gəlin! 
K. çalışırdı ki, direktor müavininin hər sözünün mənasını başa düşsün. Bu, lazım idi, çünki 
münasibətlərinin çox pis olduğu direktor müavininin dəvəti onun tərəfindən barışıq cəhdi kimi 
qiymətləndirilə bilərdi və bu da öz növbəsində, K.-nın artıq bankda necə vacib adam 
olduğundan, burada ikinci adam hesab olunan bir şəxsin onunla dostluğa can atdığından, ən 
azı, neytral mövqeyinə hörmətlə yanaşmağından xəbər verirdi. Bu dəvəti telefon bağlantısını 
gözləyə-gözləyə ağzını dəstəyə tutub desə də, hər halda, onun geri çəkilməsi demək idi. 
Ancaq K. onu ikinci dəfə də alçalmağa məcbur etməli idi və ona görə də dedi: 


– Təşəkkür edirəm! Ancaq təəssüflər olsun ki, bazar günü vaxtım yoxdur, başqasına söz 
vermişəm. 
– Heyf! – direktor müavini bu sözü deyən anda bağlantı alındı və telefonla danışmağa başladı. 
Danıışıq xeyli çəkdi və nə edəcəyini bilməyən K. da bütün bu vaxt ərzində telefon aparatının 
yanındaca dayanıb qaldı. Direktor müavini dəstəyi asanda diksindi və burada mənasız yerə 
dayandığına, az da olsa, haqq qazandırmağa çalışdı: 
– Mənə elə indi zəng vurub bir yerə çağırdılar, ancaq saat neçədə gedəcəyimi demədilər. 
– Zəng vurun, soruşun da... 
– Yox, elə də vacib deyil, – deyən K. bununla bayaq onsuz da mənasız görünən üzrxahlığını 
bir az da qiymətdən saldı. Gedərkən yolda direktor müavini başqa şeylərdən danışmağa 
başladı. K. özünü məcbur edib ona cavab versə də, fikirləşdi ki, bazar günü səhər saat 
doqquzda ora getsə yaxşı olar, çünki iş günlərində də məhkəmələr elə həmin vaxtlar 
başlayırdı. 
Bazar günü hava tutqun idi. K. çox yorulmuşdu, çünki gecənin yarısına qədər həmişə getdiyi 
kafedə daimi müştərilərin təşkil etdiyi qonaqlıqda olmuşdu və az qala, yatıb qalacaqdı. Çox 
fikirləşmədən tələsik, bütün həftə ərzində qurduğu planları təzədən saf-çürük eləmədən
paltarını geyinib deyilən qəsəbəyə tərəf üz qoydu, heç səhər çörəyini də yemədi. Qəribə də 
olsa, vaxtı az qalsa da, ətrafına da göz gəzdirə bildi, onun işində iştirak edən məmurları – 
Rabenştayneri, Kullixi, Kamineri də gördü. Birinci iki nəfər tramvayda yanından keçib getdi, 
Kullix isə qəhvəxananın artırmasında oturmuşdu və K. ordan keçən anda maraqla 
arakəsmənin üzərindən küçəyə boylanırdı. Yəqin ki üçü də onu gördü və rəislərinin belə qaça-
qaça getdiyinə təəccübləndi. Elə bil inada düşmüşdü ki, maşınla getməsin, sanki hamıdan 
çəkinirdi, ən azı kiminsə bu işdə ona kömək etməsini istəmirdi. Heç onu da istəmirdi ki, 
kiminsə vaxtını alsın, son nəticədə öz sirrini hamıya açmış olsun. Nəhayət, son dərəcə dəqiq 
olması ilə özünü istintaq komissiyasının yanında alçaltmaq da ürəyincə deyildi. Buna 
baxmayaraq, yenə də qaçırdı ki, dəqiq vaxt qoyulmasa da, saat doqquz tamamda oraya çatsın. 
Ona elə gəlmişdi ki, hər hansı bir nişanəsinə və ya qapısından girib-çıxanlara görə binanı 
uzaqdan tanıyacaq. Bina Yuliusştrassedə olmalıydı və K. onun başlanğıcında dayanıb 
baxanda gördü ki, hər iki tərəfində də, demək olar, bir-birindən seçilməyən evlərdir. Uca, 
bomboz, kirəkeşlərin yaşadığı evlər... Bazar günü olduğundan, pəncərələrin çoxunun qabağı 
boş deyildi, uzunqol köynək geyinmiş kişilər divara söykənib ya siqaret çəkir, ya da balaca 
uşaqları ehtiyatla, nəvazişlə qucaqlarında tutub küçəni göstərirdilər. Bəzi pəncərələrdən də 
yorğan-döşək üzləri sallanır və hərdən də onların arxasından, ötəri də olsa, qadınların 
pırpızlanmış başları görünürdü. Qışqıra-qışqıra küçənin bu biri tərəfindən o biri üzü ilə 
danışanlar da vardı və bu qışqırtılardan biri də K. oradan keçərkən gülüş doğurdu. Uzun küçə 
boyu bir-birindən eyni məsafədə aralı zirzəmilərdə, səkidən iki-üç pilləkən aşağıda ərzaq 
malları mağazaları vardı. Qadınlar da mağazalara girib-çıxır, ya da elə pilləkəndəcə dayanıb 
çənə vururdular. Meyvə satan bir kişi öz mallarını pəncərədən baxanlara tərifləyə-tərifləyə K. 
kimi özünü unudaraq, az qala əl arabası ilə onu vurub yerə sərəcəkdi. Həmin anda qəsəbənin 
nisbətən varlılar yaşayan hissəsində bir qrammofon səsləndi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə