Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

K. yavaş-yavaş küçənin ortalarına qədər getdi. Elə bil indi vaxtı çox idi və ya ümid edirdi ki
müstəntiq onu pəncərələrin birindən görəcək, K.-nın gəlib çıxdığını biləcək. Saat doqquzu 
yenicə keçmişdi. Bina çox uzaqda idi, özü də uzun görünürdü, xüsusilə də həyətə giriş qapısı 
hündür, enli idi. Görünür, bu qapı ətrafdakı bağlı mağazaların maşınları üçün idi. Onların 
qarşısından müxtəlif firma adları yazılmış lövhələr asılmışdı və K. da həmin firmaların bir 
neçəsini bankdan tanıyırdı. Adəti xilafına, bütün bunları diqqətlə gözdən keçirən K. həyətin 
girişində bir az ləngidi. Lap böyründə ayaqyalın bir kişi boş qutunun üstündə oturub qəzet 
oxuyurdu. İki oğlan uşağı da əl arabasında oturub onu irəli-geri diyirlədirdilər. Su quyusunun 
yanında çəlimsiz bir qız uşağı gecə köynəyində cürdəyini doldura-doldura K.-ya baxırdı. 
Həyətin bir küncündə iki pəncərədən bir-birinə ip uzadılmış və onun üstünə də yorğan-döşək 
üzləri sərilmişdi. Aşağıda bir kişi dayanıb hərdən qışqıra-qışqıra kimlərəsə göstəriş verirdi. 
K. istintaq otağına getmək üçün pilləkənə tərəf yön aldı, ancaq yenə də dayanmalı oldu, çünki 
həyətdə evə girən daha üç pilləkən gördü, üstəlik, həyətin qurtaracağında ikinci həyətə çıxan 
balaca bir keçid də vardı. Əsəbiləşdi ki, niyə otağın yerini dəqiq demədilər, ona qarşı belə 
diqqətsizlik, ya da biganəlik göstərdilər və qərara aldı ki, bu barədə onlarla açıq danışacaq, 
susmayacaq. Nəhayət, pilləkənlə qalxmağa başladı və gedə-gedə də keşikçi Villemin o vaxt 
dediyi sözləri xatırladı ki, günah özu məhkəmənin tuşuna gəlir və buradan da belə nəticə 
çıxarmaq olardı ki, K.-nın təsadüfən seçdiyi pilləkən onu istintaq otağına aparır. 
Qalxa-qalxa pilləkəndə oynayan çoxlu uşağa mane oldu, onların arasından keçəndə, hamısı 
dönüb acıqla K.-ya baxdı. Ürəyindən keçirdi ki, bir də buraya gələsi olsa, ya onları ələ almaq 
üçün özü ilə konfet götürsün, ya da döymək üçün toxmaq... İkinci mərtəbəyə çathaçatda hətta 
bir az dayanıb gözləməli oldu ki, uşaqların diyircəyi dayansın: üz-gözlərindən səfillik yağan 
iki oğlan uşağı onun şalvarından yapışdı. Onları itələyib uzaqlaşdırsaydı, yəqin ki əl-qolları 
ağrıyardı və qorxdu ki, qışqırarlar. 
Əsil axtarış ikinci mərtəbədə başladı. Əlbəttə, istintaq komissiyasını axtardığını deyə bilməzdi 
və ona görə də dülgər Lantsı soruşmağa başladı. Bu ad da ona görə ağlına gəldi ki, kapitanın, 
yəni frau Qrubaxın bacısı oğlunun adı belə idi. Fikirləşdi ki, bütün mənzillərdən dülgər Lantsı 
soruşsun və beləliklə də, hamısının içinə baxa bilsin. Sonradan məlum oldu ki, bunsuz da 
keçinmək olarmış, çünki az qala qapıların hamısı açıq idi, uşaqlar girib-çıxırdılar. Çoxu 
balaca, birpəncərəli otaq idi və xörəyi də elə buradaca bişirdilər. Bəzi qadınlar, südəmər 
körpələri qucaqlarında, bir əllə yemək hazırlayırdı. Sanki önlükdəcə gəzən balaca qız uşaqları 
işgüzarlıqla ora-bura qaçışırdılar. Heç bir otaqda çarpayılar yığışdırılmamışdı, bəzilərində 
xəstələr uzanmışdı, bəzilərində hələ də yatırdılar, bəzilərinin üstünə də elə pal-paltarlı 
yıxılmışdılar. K. qapıları bağlı olan otaqların zəngini basdı, dülgər Lantsı soruşdu. Çox vaxt 
qapını qadın açır, onun kimi istədiyini biləndən sonra dönüb, bəlkə də yenicə yataqdan 
qalxmaq istəyən kimdənsə soruşurdu: 
– Cənab Lants adlı dilgəri axtarır. 
– Dülgər Lantsı? – çarpayıdakı adamın səsi eşidilirdi. 
– Bəli, – deyən K. başa düşürdü ki, istintaq komissiyası burda ola bilməz və bununla da işini 
bitmiş hesab edirdi. Çoxlarına elə gəlirdi ki, dülgər Lants K.-ya çox lazımdır, uzun-uzadı 


fikirləşirdilər, hansı dülgərisə xatırlayırdılar, ancaq onun adı Lants olmurdu və elə ad 
çəkirdilər ki, Lants adına heç yaxın gəlmirdi, ya da qonşulardan soruşurdular, K.-nı uzaq-uzaq 
qapılara aparırdılar. Onların fikrincə, belə bir adam, çox güman ki, künc-bucaqlarda qala 
bilərdi, ya da elə adam tapılardı ki, burda yaşayanları daha yaxşı tanısın. Axırda heç K.-nın 
özünün soruşmasına ehtiyac qalmadı, kiminsə arxasına düşüb mərtəbələri gəzəsi oldu. 
Əvvəlcə ona çox əlverişli görünən bu plandan axırda özü də bezdi. Sonuncu mərtəbəyə 
çatanda qərara gəldi ki, daha axtarmasın və onu lap yuxarıya qədər aparmaq istəyən gənc 
mehriban fəhlə ilə vidalaşaraq aşağı düşdü. Sonra bu mənasız hərəkətindən özü də əsəbiləşdi, 
təzədən yuxarı qalxaraq altıncı mərtəbədəki birinci mənzilin qapısını döydü. Balaca otaqda ilk 
gözünə sataşan iri divar saatı oldu: on iki idi! 
– Dülgər Lants burda yaşayır? – deyə soruşdu. 
– Buyurun, – deyən qadının qara parlaq gözləri vardı, ləyəndə uşaq paltarları yuyurdu və su 
damcılayan əli ilə qonşu otağın açıq qapısını göstərdi. 
K.-ya elə gəldi ki, iclas zalına girdi. Çox da böyük olmayan ikipəncərəli otaqda hər cür adam 
vardı, basabas salmışdılar, içəri girənə fikir vermirdilər və otağın az qala tavana dəyən 
qalereyası vardı. Ora da adamla dolu idi və hamısı da ikiqat əyilmişdi, çiyinləri, kürəkləri 
tavana dəyirdi. İçəridə boğulan K. bayıra çıxdı, bəlkə də onu düz başa düşməyən gənc qadına 
dedi: 
– Mən sizdən dülgər soruşdum... Lants adlı dülgəri... 
– Elədir, – dedi qadın, – buyurun, içəri keçin. 
Əgər qadın ona tərəf gəlib qapının dəstəyini burmasaydı, K. bəlkə də ona qulaq asmazdı. 
– Arxanızca qapını bağlamalıyam... Daha heç kəs ora girə bilməz. 
– Əcəb işdir! İçəridə heç yer yoxdur, – deyən K. buna baxmayaraq, təzədən otağa girdi. 
Düz qapının ağzında dayanıb söhbət edən iki kişinin arasından – onlardan biri əllərini elə 
oynadırdı ki, deyərdin pul sayır, ikincisi də onun gözlərinin içinə baxırdı – bir əl uzanıb K.-
dan yapışdı. Balaca, qırmızıyanaq bir oğlan idi və: 
-Gəlin, gəlin! – dedi. 
K. onun ardınca getdi. Məlum oldu ki, basabas salan bu adamların arasında dar bir yol var və 
həmin yol da yəqin onları iki dəstəyə bölürdü. K. oradan keçərkən həm sağdakı, həm də 
soldakı adamların üzlərini deyil, yalnız kürəklərini görməsi də bunu təsdiqləyirdi. Həmin 
adamlar üzlərini öz dətəsinə tərəf çevirib nəsə deyirdilər. Çoxu qara geyinmişdi, əyinlərində 
uzun, gen sürtuk var idi. Belə sürtukları, adətən bayram günləri geyərdilər. K.-nı çaşdıran da 
elə bu geyim oldu, yoxsa elə bilərdi ki, siyasi iclasa gəlib çıxıb. 
Zalın digər qurtaracağında – oğlanın K.-nı gətirdiyi yerdə adamla dolu alçaq bir səhnə vardı 
və həmin səhnəyə də balaca bir stol çəpinə qoyulmuşdu. Stolun arxasında, səhnənin 
qurtacağına yaxın yerdə kök, tövşük bir kişi oturmuş, qollarını kreslonun qoltuqaltısına 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə