Fransada xristianlıq



Yüklə 117,37 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü117,37 Kb.
#67681


Fransada xristianlıq

 

 

Xristianlıq-İsa Məsihin Əhdi-Cədid dini kitabında əksini tapmış həyatının təsvirinə 

və baxışlarına əsaslanan monoteistik dünya dini. Digər adları: məsihçilik, 

məsihilik, nəsraniyyət, tərsa. Üç əsas dünya dinlərindən (yəhudilik və islamla 

bərabər) biri, İbrahimi dini kimi də sayılır. 

 Xristianlar inanırlar ki, Nazaretli olаn İsa "məsh olunmuş ilahi 

varlıqdır(MƏSİHDİR)", Allahın Kəlamıdır, bəşər olmuş Kəlamdır, Allahdır və 

bəşəriyyəti xilas edəcək Məsihdir. 

Bibliya və İsanın əqidələri ətrafında mərkəzləşdirilmiş, dünyada tərəfdarlarına 

görə (2007-ci ildə təqribən 2.1 milyard nəfər) birinci dindir. Avropada, hər iki 

Amerikada, cənubi Afrikada və Okeaniyada üstün inancdır. 

Xristianlığın üç əsas cərəyanları katoliklik , pravoslavlıq və protestanlıqdır. 

Demək olar ki, hər xristian məzhəb kilsə formada təşkil olunur. Xristianlıq Üçlü 

Birlikə, yəni, tək Allahın üç ilahi Şəxsiyyətdə var olmasına inanır. 

Xristianlıq bizim eranın I əsrində Roma imperiyasının tərkibində olan Fələstin 

torpağında, yəhudilərin arasında yaranıb. Sonradan o digər əyalətlərdə və 

xalqların arasında yayılmağa başladı. 

Xristianlığın məzhəbləri 

Xristianlığın əsas ehkamı odur ki, İsanın ölümü və dirilməsi vasitasilə günahkar 

insanlar Ata ilə barışmış, əbədi həyatı əldə etmişlərdir. Xristianlar inanırlar ki, 

bəşəriyyətin nicatına görə məsh edilmiş İsa Əhd-i ətiq peyğəmbərliyini yerinə 

yetirmək üçün dünyaya gəlmişdir. Xristianlar həmçinin inanırlar ki, o şəxslənmiş 

Allahdır, həmçinin tamamilə ilahi və tamamilə insani. Bu o deməkdir ki, İsanın iki 

təbiəti vardır: ilahi və insani. Nicat ilahi iltifat vasitasilə nail olunur. 

Esxatologiyasında adamın ölümündən sonra onun ruhu cənnətə və ya cəhənnəmə 

gedir (katolisizmdə həmçinin əraf var). Məhşərdən sonra ölülər dirilmiş olacaqlar. 

Tarixi 

Xristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun bir tərəfdən 

qədim yəhudi dininə, başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə 

sıx surətdə əlaqədar olduğu məlum olur. Bununla yanaşı başqa dini ənənələrin 

(məs. mitraizmin) də xristian təliminin formalaşmasında təsiri olmuşdur. Tarixdən 

məlum olduğu kimi, I əsrdə yəhudi dövləti Roma imperiyası tərəfindən işğal 

edilmişdi. Bundan sonra yəhudi cəmiyyəti parçalanmışdı və dərin böhran içində 

idi. Yəhudilər də Roma imperiyası tərəfindən işğala məruz qalmış bütün xalqlar 

kimi azadlığa can atırdılar. Çünki imperiyada hər addımbaşı ədalətsizlik və 

istibdad hökm sürməkdə idi. Nəticədə isə, imperiyadaxili çəkişmələrin sayı artır, 

cəmiyyətin təbəqələşməsi və parçalanması getdikcə daha da dərinləşirdi. Bütün bu 

proseslər yəhudi cəmiyyətində özünü daha da qabarıq şəkildə göstərirdi. Bu cür 

acınacaqlı vəziyyətdən çıxmaqdan ötrü imperiyada yaşayan xalq kütlələri öz 

ümidlərini daha çox dinlərə bağlayırdılar. Bu səbəbdən də yəhudi xalqı arasında 

İsraili xilas edən Məsihin gəlməsinin yaxın olduğu ideyası geniş yayılmışdı. Hətta 

o zamanlar bir neçə şəxs özlərini peyğəmbər elan edərək üsyan etməyə cəhd 

etsələr belə, sonda fəaliyyətləri məğlubiyyət ilə nəticələnmişdi. 


 

Bu cür gərgin ictimai-siyasi vəziyyətdə, yəhudilər arasında İsa adlı bir adam 

peyğəmbərlik edərək, bir sıra yeni dini və etik prinsipləri ifadə etmişdir. O, qədim 

yəhudi dininin bəzi müddəalarına yeni baxışlarla çıxış etmişdir. Rəvayətlərə görə 

İsa özünü bir Məsih kimi təqdim etmişdi. İsa peyğəmbərin bizim zəmanəmizə gəlib 

çatmayan, İncil adlı İlahi Kitab gətirdiyi haqqında rəvayətlər olsa da, əslində bu 

kitab yalnız şifahi olaraq onun tələbələrinə (həvarilərə) məlum idi. Çünki bugün 

mövcud olan müxtəlif İncil adlı kitabların İsadan sonra yunan dilində yazıldıqları 

heç də sirr deyildir. Halbuki İsanın yunan dilində danışa bilməsi haqqında heç bir 

dəlil yoxdur. İsanın fəaliyyətindən narazı olan yəhudi kahinləri çox çəkmədi ki, 

İsanı öldürmək fikrinə düşdülər və bu işi həyata keçirmək üçün Roma 

imperiyasının Fələstində olan canişininə müraciət etdilər. Məqsəd isə İsanın İsraili 

xilas edən Məsih olmadığını sübut etmək idi. Belə ki, məğlub olan adam Məsih ola 

bilməzdi. Məsih yalnız xalqı xilas edən adam olmalı idi. Bu məqsədlərinə nail 

olmaqdan ötrü isə, onlar az sonra elan etdilər ki, İsanı tutub mühakimə etdikdən 

sonra çarmıxa çəkərək edam etmişdirlər. Belə bir hadisənin baş verdiyinin, hətta 

şahidlərinin belə olduqları barədə məlumatlar xristian ənənəsində də öz təsdiqini 

tapdı. İsanın ardıcılları arasında onun ölümü, və ya qeybə çəkilməsi haqqında 

vahid fikir yox idi. Daha sonralar İsanı artıq peyğəmbər kimi qəbul etmiş bəzi 

yəhudilər, öz əqidələrini Roma imperiyasının müxtəlif yerlərində yaymağa 

başladılar. Belə ki, çoxlu sayda dini dəvətçilər bu işi həyata keçirməyə başladı. 

Nəticədə isə, dərin mənəvi böhran keçirən Roma imperiyasının müxtəlif sosial 

təbəqələri arasında yeniləşmiş yəhudi dininə meyillər günü-gündən artmağa 

başlamışdı. Ənənəyə görə xristianlığı yaymağa həvarilər Pyotr və Pavel 

başlamışdılar. Roma imperiyasının müxtəlif bölgələrində İsanın ilk ardıcılları 

yığıncaqlarını keçirirdilər və özləri bütpərəstliyə qarşı etiraz səslərini ucaldırdılar. 

İsanı onlar Xristos adlandırırdılar. Bu söz isə yəhudilərin “Maşiax” (Məsih) 

sözünün yunancaya tərcüməsidir. Roma imperiyasında Xristianlıq əvvəlcə qullar, 

miskinlər arasında yayılırdı. Dözülməz şəraitdə yaşayan bu adamlar Xristianlıqda 

nicat yolunu tapırdı, bu ideya onlara mənəvi qida verirdi. Lakin sonra Xristianlığı 

tədricən varlı zümrələrin nümayəndələri də qəbul etməyə başladılar. Məsələ 

bundadır ki, Roma imperiyasında ənənəvi yayılmış bütpərəst inanclar artıq 

cəmiyyətdə təsir gücünü itirmişdi. Onlar artıq Roma imperiyasında hökm sürən 

ədalətsizliyin və istibdadın rəmzinə çevrilmişdi. Buna görə də imperiyada müxtəlif 

qeyri-ənənəvi dinlər yayılmışdı. Onların arasında Misir tanrıları İzida və Osiris, 

İran tanrısı Mitranın kultlarını xüsusilə qeyd etmək lazımdır. Belə ki, bir vaxtlar 

onlar xristianlıqla ciddi rəqabət aparır, hətta bəzi tədqiqatçılara görə, məsələn 

mitraizmin bəzi inancları sonralar Xristianlığa daxil olmuşdur. Belə ki, məsələn, 

ölən və dirilən tanrı ideyası mitraizmin əsaslarınlan biri idi. Lakin sonda 

Xristianlıq bu rəqabətdən qalib çıxa bildi. 

 

Romada geniş xalq kütlələri tərəfindən Xristianlığın qəbul edilməsi prosesi 

kilsənin və keşiş zümrəsi olan klerosun (yepiskoplar, arxiyepiskoplar və s.) 

yaranması ilə nəticələndi. Getdikcə bu dində təşkilatlanma prosesi gücləndi və 

onun strukturları imperiyanın ictimai-siyasi həyatında aparıcı rol oynamağa 


başladı. İmperator Konstantinusun (lat. Constantinus) (306-337) hakimiyyəti 

zamanı isə, kilsələrin dövlət maraqlarına qulluq etməsi məqsədi ilə, Xristianlıq 

rəsmi dövlət dini elan edildi. Bundan sonra bütün bütpərəst məbədlərinin 

bağlaması prosesi başlandı. Nəhayət 451-ci ildə Kalkedon Ümumdünya Kilsə 

Yığıncağı son olaraq Romanın həm Qərbində, həm də Şərqində Xristianlığı rəsmi 

dövlət dini kimi təsdiq etdi. Cənubi Qafqazda yeni din yaranandan yayilmağa 

başlamışdır. Albaniyalı həvari Yelisey, Yerusəlimin birinci patriarxı həvari Yaqub 

tərəfindən Qafqaz Albaniyası patriarxı təyin olunmuşdu. 313-cü ildə çar Urnayr 

xristianlığı Qafqaz Albaniyasında dövlət dini elan etdi. 

 

Qeyd etmək lazımdır ki, Xristianlıqla bütpərəstliyin mübarizəsi təkcə ideoloji 

mübarizə müstəvisində aparılmırdı. Məsələn, imperatorlardan Nero (54-68), 

Domitianus (81-96), Trayan (98-117), Markus Aurelius (161-180), Septimi Sever 

(193-211), Maksimus (235-238), Valerian (253-260), Dialektian (284-305) öz 

hakimiyyətləri zamanı xristianlara qarşı təqiblər və zorakılıqlar həyata keçirməklə 

yadda qalmışdırlar. Bunun əsas səbəbi isə, xristianların imperatorları Tanrı kimi 

tanınmamaları idi. Öz növbəsində Xristianlıq da qalib gələndən sonra 

bütpərəstliyə qarşı hücuma keçdi. Belə ki, bütpərəstlərin məbədləri məhv edilir, 

kahinləri öldürülür, ədəbiyyatları isə yandırılırdı. Məsələn, II Teodosiusun və III 

Valentinusun əmri ilə 448-ci ildə Porfirinin məşhur “Xristianların əleyhinə” kitabı 

tonqallarda yandırılmışdı. 30 il ondan qabaq isə Misirin İsgəndəriyyə şəhərində 

Hipatiya adlı tanınmış riyaziyyatçı alim qadın xristian yepiskopu Kirilin (Cyril) 

iştirakı ilə təəssübkeş kütlə tərəfindən vəhşicəsinə öldürülmüşdür. Bu hadisələrdən 

sonra Avropada azadfikirlilik qadağan olunmuş və hamı Xristianlığı qəbul etmək 

məcburiyyətində qalmışdı. 

Xristianlığın parçalanması 

 

858-ci ildə Konstantinopolis kilsəsinin patriarxı vəzifəsinə Fotius (lat. Photius) 

adlı dünyəvi bir adam təyin olunmuşdu. Patriarx olması üçün onu, altı günün 

ərzində qiraətçidən yepiskopa qədər bütün kilsə rütbələrindən keçirmişdilər. 

Ondan öncəki patriarx İqnatius (lat. Ignatius) isə, imperator III Mixaellə birlikdə 

imperiyanı idarə edən, dayısı Varda ilə olan ixtilafdan sonra vəzifəsindən getmişdi. 

Lakin onun tərəfdarları buna qarşı etiraz edərək, Fotiusu qəsbkar elan etmişdilər. 

Bundan sonra kilsədə parçalanma baş vermişdi. 859-cu ildə Konstantinopolisdə 

(İstanbulda) yığılan Kilsə Məclisi İqnatiusun tərəfdarlarını pisləmişdir. Lakin, 

onlar Roma papasına müraciət edərək, 861-cı ildə daha bir Kilsə Məclisinin 

yığılmasına nail oldular. Bu dəfə də onların mövqeyi pislənmişdi. Lakin Roma 

papası Nikolas 863-cü ildə hər iki Kilsə Məclislərinin qərarlarını etibarsız elan 

etdi. Bundan sonra Qərb və Şərq Kilsələri arasında ilk dəfə olaraq, və sonda 

kilsənin parçalanmasına gətirən, bir ixtilaf baş vermiş oldu. Papas Nikolas bu 

addımı Bolqarıstan Kilsəsinin üzərində hakimiyyəti əldə etmək və bu Kilsəni 

Bizans patriarxlarının hakimiyyətindən almaq üçün atmışdı. Əslində isə, xristian 

Kilsəsinin bölünməsi artıq bir zərurətə çevrilmişdi. Məsələ bundadır ki, həm Roma 

papaları, həm də Konstantinopolis patriarxları bütün xristian dünyası üzərində 

başçılıq etmək istəyirdilər və onların arasındakı rəqabət getdikcə dərinləşirdi. 

Yüklə 117,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə