Ftiziatriya Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) Spesifik dərmanların qəbulu nəticəsində hepatit baş verdikdə müalicə taktikası necə olmalıdır?



Yüklə 1,46 Mb.
səhifə11/16
tarix10.11.2017
ölçüsü1,46 Mb.
#9603
1   ...   8   9   10   11   12   13   14   15   16

560) Spesifik dərmanların qəbulu nəticəsində hepatit baş verdikdə müalicə taktikası necə olmalıdır?
A) Müalicə sxemasından Rifampisin və İzoniazid çıxarılmalıdır

B) Sadalananların heç biri

C) Müalicə dayandırılmalıdır

D) Müalicə sxemasından Rifampisin və İzoniazid çıxarılmamalıdır

E) Müalicəyə ikinci sıra preparatlar əlavə edilməlidir
: Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
561) Spesifik dərmanların qəbulu nəticəsində hepatit baş verdikdə müalicənin intensiv mərhələsi və davamedici mərhələsi hansı müddətə və hansı dərmanlarla təyin olunur?
A) İntensiv mərhələ 2 ay, 3 preparatla (İzoniazid, Streptomisin, Etambutol), davamedici mərhələ 10 ay İzoniazid və Etambutolla

B) İntensiv mərhələ 3 ay 2 preparatla (İzoniazid, Etambutol), davamedici mərhələ 7 ay (İzoniazid və Etambutolla)

C) İntensiv mərhələ 4 ay 2 preparatla (İzoniazid, Etambutol), davamedici mərhələ 7 ay (İzoniazid və Etambutolla)

D) Sadalanan sxemlərin heç biri

E) İntensiv mərhələ 4 ay 2 preparatla (İzoniazid, Etambutol), davamedici mərhələ 6 ay (İzoniazid və Etambutolla)
: Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
562) Spesifik dərmanların qəbulu nəticəsində hepatit inkişaf etdikdə intensiv mərhələdə hansı spesifik dərmanların təyini məqsədəuyğun sayılmır?

A) Streptomisin

B) Etambutol

C) İzoniazid

D) Rifampisin və Pirazinamid

E) Kanamisin


: Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
563) Hamilə qadınlarda vərəm inkişaf etdikdə hansı spesifik dərman cifdən keçərək döldə eşitmə sinirinə və böyrəklərə mənfi təsir göstərməsinə görə müalicədə istifadə olunmur?
A) Etambutol

B) İzoniazid

C) Pirazinamid

D) Streptomisin

E) Rifampisin
: Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
564) Keysəriyyə əməliyyatı zamanı vərəm xəstəliyi olan qadınlara anesteziya aparılarkən streptomisinin vurulması hansı mənfi təsiri göstərir?
A) Xəstənin böyrəyinə təsir edir

B) Sadalananların heç biri

C) Əzələ sinir blokatorlarının təsirini azaldır və narkozun keyfiyyətini aşağı salır

D) Xəstənin mədə bağırsaq sisteminə təsir edir

E) Xəstənin eşitmə sinirinə təsir edir
: Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
565) Hamilə qadınlarda vərəm xəstəliyinin müalicəsi zamanı vərəm əleyhinə spesifik dərmanların dölə mənfi təsirini aradan qaldırmaq üçün hansı tədbirlər həyata keçirmək lazımdır?
A) Hepatoprotektorlar təyin olunur

B) Sadalananların heç biri

C) Simptomatik müalicə təyin edilir

D) B qrup vitaminlərin təyini

E) Vitaminlər təyin edilir
: Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
566) Döş daxili limfa düyünlərin vərəminin əsas aşkar etmə metodları hansıdır?
A) Xəstəliyin kliniki simptomlarına görə təyini

B) Angioqrafik müayinə

C) Tuberkulin sinağı və fluoroqrafik müayinə

D) Bütün göstərilənlər

E) Kontakların müayinəsi
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
567) Böyrək daşı olan vərəm xəstəsini nə vaxt sanatoriya göndərmək olar?
A) İnlftratın sorulması, kavernanın bağlanması mərhələsində

B) Fibroz kavernoz formada

C) Kavernoz formada

D) İlkin vərəm kompleksinin dağılma mərhələsində

E) İnfiltratın dağılma mərhələsində
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
568) Doğuşdan sonra mikobakteriya ifraz edən ana və yenidoğulmuş arasında təmas necə olmalıdır?
A) Ana ömürlük uşqadan izolyasiya olunmalıdır

B) Sadalananların heç biri

C) Uşaq körpələr evinə verilməlidir

D) Ana uşaqla daim bir yerdə qalmalıdır

E) Ana uşaqdan mikobakteriya ifrazı davamlı kəsilənə qədər izolyasiya olunmalıdır
: Ədəbiyyat: ВОЗ. Майкл Рич с соав. Руководство по программному ведению лекарственно устойчивого туберкулеза
569) Böyrək çatışmazlığı müşahidə olunan multirezistent vərəmli xəstələrin müalicəsi zamanı əsasən hansı dərman preparatları istifadəsində ehtiyalı olmaq lazımdır?
A) Pirazinamid

B) Rifampisin

C) Aminoqlikozidlər

D) Proteonamid

E) İzoniazid
: Ədəbiyyat: ВОЗ. Майкл Рич с соав. Руководство по программному ведению лекарственно устойчивого туберкулеза
570) Qıcolma sindromu müşahidə olunan multirezistent vərəmli xəstələrdə hansı preparatın təyin edilməsi məqsədyönlü deyil?

A) Sikloserin

B) İzoniazid

C) Proteonomid

D) Pirazinamid

E) Rifampisin


: Ədəbiyyat: ВОЗ. Майкл Рич с соав. Руководство по программному ведению лекарственно устойчивого туберкулеза
571) Psixiki xəstəliyi olan multirezistent vərəmli xəstələrində Sikloserinin təyini necə olmalıdır?
A) Sikloserin günaşırı verilməlidir

B) Psixiatrın və ftiziatrın ciddi nəzarəti altında Sikloserin müalicədə işlədilməlidir

C) Sikloserinin dozası azaldılaraq işlədilməlidir

D) Sikloserinin dozası artırılaraq işlədilməlidir

E) Sikloserin müalicədə işlədilməməlidir
: Ədəbiyyat: ВОЗ. Майкл Рич с соав. Руководство по программному ведению лекарственно устойчивого туберкулеза
572) Qazanılmış immun defisiti ilə vərəm ynaşı getdikdə hansı spesifik preparat işlədilməməlidir əks göstərişdir?
A) İzoniazid

B) Proteonamid

C) Tioasetezon

D) Pirazinamid

E) Rifampisin
: Ədəbiyyat: ВОЗ. Майкл Рич с соав. Руководство по программному ведению лекарственно устойчивого туберкулеза
573) Süni pnevmotoraks yaşli adamlarda spesifik prosesin dağılma mərhələsi ağ ciyərin hansı nahiyəsində olduqda effekt verir?
A) Dağılma boşluğu iki tərəfdə yuxarı payda olduda

B) Dağılma boşluğu orta payda olduqda

C) Dağılma boşluğu yuxarı payda olduqda

D) Dağılma boşluğu aşağı payda olduqda

E) Dağılma boşluğu bir tərəfdə yuxarı payda olduda
: Ədəbiyyat: М.И.Перелман, В.А.Корякин, Н.М.Протопова. Туберкулез Москва 1990
574) Eksudativ plevritin sorulma mərhələsində auskultasiya zamanı hansı simptom aşkar olunur?

A) Amforik səs

B) Plevranın sürtünmə küyü

C) Sadalananların heç biri

D) Zəifləmiş tənəffüs

E) Qüvvətli tənəffüs


: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
575) Ocaqlı ağ ciyər vərəmində dağilma boşluğu adətən nə böyüklükdə olur?

A) İstənilən ölçüdə

B) Qiqant ölçülü

C) Əhəmiyyətli dərəcədə böyük

D) Orta ölçülü

E) Xırda ölçülü


: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
576) Ürək damar və eyni zamanda fəal vərəmli yaşlı xəstələr hansı dispanser qrupunda müşahidə olunur?
A) I qrup

B) II qrup

C) V qrup

D) III qrup

E) IV qrup
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
577) Yaşlı vərəm xəstələrinin dispanser müşahidəsinin məqsədi nədir?
A) Sadalananların hamısı

B) Xəstələrin müalicəsinin təşkili və qeydiyyatı

C) Obliqat qruplarının yoxlanılması

D) Təmasda olanların yoxlanılması

E) Vərəm xəstələrini aşkar edilməsi,müalicəyə nəzarət
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
578) Ürək xəstəliyi olan yaşlı şəxslərdə ağ ciyər vərəminin aktiv formaları aşkar edildikdə onlar hansı dispanser qrupunda qeydiyyata alınırlar?
A) I qrup

B) IV qrup

C) III-ab

D) III-v


E) II – III qrup
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
579) Böyrək daşı olan ağ ciyər vərəmli xəstələrinin vərəmə görə müayinəsi necə aparılır?
A) Sayılanlar hamısı

B) Mantu sınağı

C) Sidiyin mikroskopik və kultural müayinəsi

D) Rentqen-fluoroqrafik müayinə

E) Bəlğəmin mikroskopik,kultural müayinəsi
: Ədəbiyyat: Диагностика и лечение внелегочного туберкулеза. Рекомендация ВОЗ 2002

Bölmə 8.Ağciyərdən kənar üzvlərin vərəmi.

580) Vərəm prosesi ilkin olaraq böyrəyin hansı hissəsini zədələyir?
A) Böyrək kasacığı

B) Beyin qatı

C) Əzələ qatı

D) böyrək ləyəni

E) Qabıq qatı
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
581) Böyrək vərəminin hansı kliniki formasına daha çox rast gəlinir?
A) Böyrəkətrafı limfa vəzlərinin vərəmi

B) İlkin vərəm kompleksi

C) Ocaqlı

D) Kavernoz

E) Sadalananların heç biri
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
582) Böyrək vərəminin hansı formaları mövcuddur?
A) Kavernoz vərəm

B) Sadalananların hamısı

C) Vərəm papiliti

D) Parenximatoz vərəm

E) Vərəm pionefrozu
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
583) Böyrəklərin vərəmi hansı kliniki əlamətlərlə müşaiyət olunur?
A) Qarın nahiyəsində və beldə ağrılar

B) Bütün sadalananlar

C) Az simptomlu

D) Simptomsuz

E) Subfebril hərarət
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
584) Böyrək vərəmi ən çox nə vaxt aşkarlanır?
A) Sidiyin sadə mikroskopiyasında

B) Autopsiya zamanı

C) Tuberkulindiaqnostikada

D) Profilaktik müayinələrdə

E) Heç vaxt
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
585) Böyrək vərəminin hansı forması xroniki böyrək çatışmazlığı ilə ağırlaşa bilər?
A) Parenximatoz vərəm

B) İlkin vərəm kompleksi

C) Vərəm papiliti

D) Kavernoz vərəm

E) Vərəm pionefrozu
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
586) Böyrək vərəminin başlanğıc klinik əlamətləri hansılardır?
A) Yüksək hərarət

B) Qeyri-kəskin intoksikasiya əlamətləri

C) Dizuriya

D) Sadalananların heç biri

E) Bel və qarın nahiyələrində ağrılar və intoksikasiya əlamətləri
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
587) Böyrək vərəminin başlanğıc mərhələsində sidiyin analizi necə olur?
A) Sidik qələvi reaksiyalı olur

B) Proteinuriya

C) Sidik turş reaksiyalı olur

D) Leykosituriya

E) Hematuriya
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
588) Sidik sisteminin vərəminin gecikmiş və ağırlaşmış formalarını xarakterizə edən əlamətlər hansılardır?
A) Dizuriya

B) Bütün sayılanlar

C) Yüksək hərarət

D) Qarın boşluğunda ağrı

E) Piuriya və davamlı makrohematuriya
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
589) Uşaqlarda mikobakteriya ifrazı ilə müşaiyət olunan tənəffüs orqanlarının vərəminin müxtəlif kliniki formaları sidik sistemi vərəmi ilə yanaşı getdikdə diaqnoz qoymaq üçün ilkin olaraq hansı müayinələr aparılmalıdır?

A) Nefroloqun konsultasiyası

B) Uroloqun konsultasiyası

C) Sidiyin sistematik müayinəsi

D) Sidiyin qeyri-spesifik floraya əkilməsi

E) Sidiyin VMB aşkar olunması məqsədilə üsulu ilə müayinəsi


: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
590) Böyrək vərəminin lokalizasiyasını aydınlaşdırmaq üçün hansı müayinə metodu önəmlidir?
A) Ultrasəs müayinə

B) Sistoskopiya

C) Sadalananların heç biri

D) Venadaxili uroqrafiya

E) Angioqrafiya
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
591) Sidik sistemində hansı hallarda cərrahi müdaxilələr aparılır?
A) “Sönmüş” böyrək

B) Bütün sadalananlar

C) İkincili kista,böyrək tuberkulyoması və ya destruksiyası

D) Sidik axarının çapıqlamış stenozu

E) “Kiçik”sidik kisəsisinin əmələ gəlməsi
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
592) Sidik sisteminin vərəminin nəticəsinə hansı hallar aiddir?
A) Sidik axarının çapıqlaşması

B) Hidronevroz

C) Bütün sadalananlar

D) Qeyri-spesifik nefritə keçid

E) Nefrolitiyaz
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
593) Aşağıda göstərilənlərdən hansı sidik sisteminin vərəminin sağalma kriteriyasına aid deyil?
A) Sidik axarının stenozu (daralması)

B) Böyrək funksiyasının göstəricilərinin normalaşması

C) Sidik analizlərinin göstəricilərinin normalaşması

D) Destruksiyanın sağalması,sidik yollarının və sidik kisəsinin selikli qişalarda iltihabi dəyişikliklərin kənarlaşdırılması

E) Bakteriya ifrazının dayanması
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
594) Oynaq və sümüklərə vərəm mikobakteriyasının əsas daxil olma yolları hansılardır?
A) Kontakt

B) Ağciyər toxumasından limfogen

C) Döş qəfəsi daxili limfa vəzlərindən limfogen yolla

D) Hemotogen

E) Aerogen
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
595) Vərəm spondiliti üçün xarakterik klinik əlamətlər hansılardır?
A) Kiçik çanaq üzvlərinin funksiyasının pozulıması

B) Sadalananların hamısı

C) Fəqərələrdə hərəkət məhdudluğu

D) Sakit vaxtı onurğada ağrılar

E) Yeriş zamanı onurğa sütununda olan ağrılar
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
596) Yaşlılarda, uşaqlarda və yeniyetmələrdə sümük oynaq sisteminin vərəmini aşkar etmək üçün hansı müayinə metodları tətbiq olunur?
A) Cərrahın konsultasiyası

B) Sümük və oynaqların rentgenskopiyası

C) Sümük oynaq sisteminin ultrasəs müayinəsi

D) Sümük oynaq sisteminin rentgenoqrafik müayinəsi

E) Sadalananların hamısı
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
597) Sümük-oynaq vərəminin müalicəsində hansı metodlar istifadə olunur?
A) Ortopedik müalicə

B) İqlim müalicəsi

C) Vərəm əleyhinə kimyəvi terapiya

D) Cərrahi müalicə

E) Bütün sadalananlar
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
598) Uşaqlarda gözün vərəmi vərəmin hansı kliniki formaları ilə yanaşı gedir?
A) Sümük oynaq sisteminin vərəmi

B) Ocaqlı vərəm

C) Dəri vərəmi

D) Döş daxili limfa vəzilərinin vərəmi

E) Bütün sadalananlar
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
599) Gözün vərəminin müalicəsində istifadə olunan metodlar hansılardır?
A) Bütün sadalananlar

B) Vərəm əleyhinə kimyəvi terapiya

C) Fizioterapevtik müalicə

D) Patogenetik müalicə

E) Vərəm əleyhinə preparatların yerli tətbiqi
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
600) Vərəm mezadeniti ən çox hansı ağırlaşmaları verir?
A) Bağırsaq arası soyuq abses

B) Qarın venalarının tromboflebiti

C) Bağırsaqlarda qanaxma

D) Sadalanların heç biri

E) Qarın arteriyalarının trombozu
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
601) Qarın boşluğunda sərbəst mayenin toplanması ən çox hansı xəstəlikdə baş verir?
A) Öd daş xəstəliyi

B) Reaktiv pankreatitlər

C) Mezadenit

D) Mədə xorası

E) 12 barmaq bağırsaq xorası
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
602) Limfoqranulyomatoz xəstəliyinin qarın forması ilə vərəm mezadenitin diferensial diaqnostikasında hansı əlamət limfoqranulomatoz üçün xarakterikdir?
A) Hərarətin qalxması qarında əllənən limfa vəzləri böyüməsi ilə müşaiyət olunmur

B) Hərarətin qalxması və enməsi titrəmə ilə müşaiyət olunmur

C) Limfoqranulomatozda hərarətin qalxması və enməsi titrəmə ilə müşaiyət olunur və bu vaxt qarında əllənən limfa vəzləri böyümüş olur

D) Sadalananların heç biri

E) Hərarətin qalxması və enməsi titrəmə ilə müşaiyət olunur
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
603) Vərəm mezadeniti üçün xarakterik olan əlamət hansıdır?
A) Kox sınağından sonra qarında olan ağrılar dəyişmir

B) Kox sınağından sonra qarında olan ağrılar şiddətlənir

C) Hemoqrammada limfositoz, leykositoz müşahidə olunur

D) Kox sınağından sonra hərarət düşür

E) Sadalananların heç biri
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
604) Mezadenit diaqnozunu qoymaq üçün ilkin olaraq hansı müayinə metodu tətbiq olunur?
A) Rentgenoqrafiya

B) Qanın ümumi analizi

C) Flüoroqrafiya

D) Sadalananların heç biri

E) Ultrasəs müayinəsi
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
605) Mezadenitin müalicə prinsiplərinin əsasını nə təşkil edir?
A) Sadalananların heç biri

B) Qarın dərisi üzərində spesifik dərmanların fiziterapevtik üsullarla yeridilməsi

C) Aşağı kalorili qida maddələri qəbul etmək və iki spesifik preparat qəbul etmək

D) Spesifik dərmanların kombinasiyası düzgün seçilməli, dərmanların dozaları çəkiyə və yaşa uyğun olmalı, qida rasionu yüksək kalorili olmalıdır

E) Monoterapiya, sakit vəziyyət
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
606) Mezaodenit ağ ciyər vərəminin hansı forması ilə yanaşı getdikdə daha təhlükəli olur?
A) Sadalananların hamısı

B) Ağ ciyər vərəminin polirezistent forması

C) Ağ ciyər vərəminin birinci sıra spesifik dərmanlara həssas forması

D) Ağ ciyər vərəminin multirezistent forması

E) Ağ ciyər vərəminin monorezistent forması
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
607) Mezadenit ağciyər vərəminin hansı forması ilə yanaşı getdikdə daha təhlükəli olur?
A) Ağciyər vərəminin multirezistent forması

B) Ağciyər vərəminin polirezistent forması

C) Ağciyər vərəminin birinci sıra spesifik dərmanlara həssas forması

D) Genişləndirilmiş dərman çeşidinə davamlı olan vərəm forması

E) Ağciyər vərəminin monorezistent forması
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
608) Mezadenitin aşkarı üçün hansı müayinə materialı üstünlük təşkil edir?
A) Nəcisin mikroskopiyası

B) Qarın boşluğundan götürülmüş maye və ya bioptat

C) Sadalananların heç biri

D) Sidiyin mikroskopiyası

E) Qanın analizi
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
609) Periferik limfa vəzlərinin vərəmi hansı halda daha yoluxucudur?
A) İnfiltrativ forma

B) Limfa vəzi funksiyaedici fistula ilə fəsadlaşdıqda

C) Tumoroz forma

D) Kalsinatlaşmış forma

E) Sadalananlardan heç biri
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
610) Periferik limfadenitin spesifikliyini təyin etmək üçün hansı müayinə metodları aparılır?
A) Angioqrafiya

B) Punksion metodla bioprtatın götürülməsi, və mikrobioloji və sitoloji müayinəsi onun, tuberkulindiaqnostika

C) Flüoroqrafiya

D) Rentgenoqrafiya

E) Rentgenoskopiya
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
611) Limfadenitin kliniki sağalmasından sonra kiçik qalıq əlaməti nə sayılır?
A) Diametri 2-4 sm-ə qədər olan kirəcləşmiş 1-2 limfa düyünü

B) Diametri 1 sm-ə qədər olan kirəcləşmiş 5-6 limfa düyünü

C) Sadalanaların heç biri

D) Diametri 4-5 sm-ə qədər olan kirəcləşmiş bir limfa düyünü

E) Diametri 1 sm-ə qədər olan kirəcləşmiş 1-2 limfa düyünü
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
612) Limfadenitin kliniki sağalmasından sonra böyük qalıq əlaməti nə sayılır?
A) Diametri 1 sm-dən böyük olan kirəcləşmiş limfa düyünləri

B) Sadalanaların hamısı

C) Diametri 0.7-0.8 sm-dək olan kirəcləşmiş limfa düyünləri

D) Diametri 0.2-0.3 sm-dək olan kirəcləşmiş limfa düyünləri

E) Diametri 1 sm-ə qədər olan kirəcləşmiş 1-2 limfa düyünü
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
613) Limfadenitdən sonra baş vermiş kelloid dəyişikliyin müalicəsi necə aparılır?
A) Kelloid cərrahi üsulla kəsilib götürülür

B) Sadalananların heç biri

C) Kelloidin üzərinə sorucu məlhəmlər sürtülür

D) Spesifik müalicə fonunda kelloid törəmənin altına lidaza, hirdokortizon və s. yeridilir

E) Kelloidin üzərinə fizioterapevtik qızdırıcı müalicələr tətbiq olunur
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
614) Çənəaltı nahiyəsində böyümüş limfa vəzləri müşahidə olunan xəstənin böyük döş əzələsinin altında müşahidə olunan və simptomsuz gedən infiltrat necə qiymətləndirilməlidir?
A) Limfa vəzindən axan soyuq abses kimi

B) Sadalananların heç biri

C) Böyük döş əzələsinin mioması

D) Böyük döş əzələsinin fibromioması

E) Döş vəzinin xərçəngi kimi
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
615) Periferik limfa vəzifələrinin vərəminin ilkin kliniki əlamətləri hansılardır?

A) Palpasiyada ağrılı olması

B) Dərinin qızarması

C) Limfa vəzi ətrafında dəri şişkinliyi

D) Limfa vəzilərinin böyüməsi periadenit əlaməti ilə

E) Limfa vəzilərinin böyüməsi periadent əlaməti yoxdur


: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
616) Periferik limfa vəzilərinin vərəmini hansı xəstəliklərlə diferensasiya etmək olar?
A) Limfosarkoma

B) Qeyri-spesifik limfadenit

C) Limfoqranulyomatoz

D) Bütün sadalananlarla

E) Sarkoidoz
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
617) Limfadenitlərin cərrahi müalicəsinə göstəriş aşağıdakilardan hansıdır?
A) Fistula vermiş və kazeoz forma

B) Kliniki sağalmış kiçik qalıqlara malik forma

C) Bütün sadalananlar

D) İnfiltrativ mərhələ

E) İnfiltrativ forma sorulma mərhələsində
: Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
618) Vərəm meninqitində spesifik proses əsasən ən çox harada lokalizasiya olunur?
A) Beyin ayaqcıqlarında

B) Başbeyin sütununda

C) Bütün cavablar düzgündür

D) Baş beyin maddəsində və beyin qişasında

E) IV mədəciyin dibində
: Ədəbiyyat: В.И.Покровский с соав. Туберкулезный менингит Москва 2005
619) Vərəm meningitinin kliniki gedişinə görə son təsnifatı hansıdır?
A) Sadalananların heç biri

B) Vərəm meninqoensofalomieliti, virus meningiti

C) Vərəm meningiti, bakterial meningit

D) Vərəm meninqioensofaliti, meninqokok meningiti

E) Vərəm meningiti, vərəm meninqioensefaliti, vərəm meninqoensefalomieliti
: Ədəbiyyat: В.И.Покровский с соав. Туберкулезный менингит Москва 2005


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə