Ftiziatriya Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) Aşağıda göstərilənlərin hansı əksepidemik tədbir sayıla bilər?



Yüklə 1,46 Mb.
səhifə15/16
tarix10.11.2017
ölçüsü1,46 Mb.
#9603
1   ...   8   9   10   11   12   13   14   15   16

802) Aşağıda göstərilənlərin hansı əksepidemik tədbir sayıla bilər?
A) Ocaqlarda aparılan əsaslı dezinfeksiya

B) Sadalananların hamısı

C) Batsilyar xəstələrin kontaktlarının müayinəsi

D) Ocaqlarda aparılan cari dezinfeksiya

E) Basilyar xəstələrin stasionarda izolyasiyası və müalicəsi
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
803) Aşağıda göstərilənlərin hansı əksepidemik tədbir sayıla bilər?
A) Sadalananların hamısı

B) Heyvandarlıq məhsullarına nəzarət

C) Heyvanlar arasında vərəmin aşkarı

D) Heyvanların vərəm xəstəliyinə görə müayinəsi

E) Xəstə heyvanların məhv edilməsi
: Ədəbiyyat: T.Tağızadə Epidemiologiya Bakı 1957
804) Heyvandarlıq təsərrüfatında vərəm hadisəsinin baş verməməsi üçün hansı tədbirlər həyata keçirilməlidir?
A) Heyvanlar saxlanılan yerdə baytar sanitar profilaktik tədbirlər həyata keçirilməlidir

B) Sadalananların hamısı

C) Heyvanlar saxlanılan yerin havası vaxtaşırı dəyişdirilməlidir

D) Heyvanlara verilən yem məhsullarına ciddi nəzarət olunmalıdır

E) Təsərrüfata gələn yeni heyvan vərəmə görə yoxlanmalıdır
: Ədəbiyyat: T.Tağızadə Epidemiologiya Bakı 1957
805) GEM-lər əhali arasında heyvanlar və heyvandarlıq məhsulları ilə vərəmə yoluxmanın qarşısını necə almalıdırlar?
A) Ərazidə yerləşən quşçuluq fermalarının vərəmə görə yoxlama vəziyyətini aydınlaşdırmalıdırlar

B) Ərazi baytar xidməti ilə daim əlaqə saxlamalıdırlar

C) Ərazidə yerləşən heyvandarlıq fermalarının vərəmə görə yoxlanılma vəziyyətini aydınlaşdırmalıdırlar

D) Sadalananların hamısı

E) Baytarlıqda vərəm əleyhinə tərtib olunmuş kompleks planın yerinə yetirilmə vəziyyətini aydınlıaşdırmalıdırlar
: Ədəbiyyat: T.Tağızadə Epidemiologiya Bakı 1957
806) GEM-lər əhali arasında heyvanlar və heyvandarlıq məhsulları ilə vərəmə yoluxmanın qarşısını necə almalıdırlar?
A) Qeyri-sağlam heyvandarlıq təsərrüfatlarında kifayət qədər dezinfeksiya edici maddələrin olmasına nəzarət etməlidirlər

B) Heyvandarlıq sahəsində çalışan işçi kollektivinin periodik vərəmə görə minimum müayinə metodlarına cəlb olunmasının təşkilinə nəzarət etməlidirlər

C) Sadalananların hamısı

D) Qeyri-sağlam heyvandarlıq təsərrüfatlarında işləyən işçilərin vərəmə yoluxmaması üçün onların xüsusi geyimlə təmin olunmasına nəzarət etməlidirlər

E) Heyvandarlıq sahəsində çalışan işçilərin vərəmə görə yoxlanmasına nəzarət etməlidirlər
: Ədəbiyyat: T.Tağızadə Epidemiologiya Bakı 1957
807) GEM-lər əhali arasında heyvanlar və heyvandarlıq məhsulları vasitəsi ilə vərəmə yoluxmanın qarşısını necə almalıdırlar?
A) Ət və ət məhsullarının baytar-sanitar ekspertiza qaydalarına uyğun həyata keçirilməsinə nəzarət etməlidirlər

B) Sadalananların hamısı

C) Qeyri-sağlam heyvandarlıq təsərrüfatından alınan südün düzgün pasterizasiyasına nəzarət etməlidirlər

D) Yeməkxana, xəstəxana və sanatoriyalardan alınan qida tullantılarının zərərsizləşdirilməmiş formada heyvanlara verilməsinin qarışısının alınması sahəsində tədbirlər həyata keçirilməlidirlər

E) Heyvandarlıq sahəsində çalışan işçilər arasında vərəm xəstəliyinin yayılması, işçilərin şəxsi profilaktikası və vərəmlə mübarizə tədbirləri haqqında geniş izahedici işlərin aparılmasını təşkil etməlidirlər
: Ədəbiyyat: T.Tağızadə Epidemiologiya Bakı 1957
808) Vərəm xəstəliyindən ölmüş basilyar heyvanla təmasda olan insanlar arasında hansı tədbirlər GEM tərəfindən həyata keçrilməlidir?
A) Sadalananların heç biri

B) Heyvanla kontaktda olan insanların kontaktlarını V qrup ocaq kimi qəbul edərək 2 il müddətində nəzarətdə saxlanılmasına diqqət yetirilməlidir

C) Heyvanla kontaktda olan insanlar vərəmə görə yoxlanmalıdırlar

D) Sadalananların hamısı

E) Təcili şəkildə həmin təsərrüfat vərəmə görə yoxlanmalıdır
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmrinə
809) Əhali arasında vərəm əleyhinə aparılan əks epidemik tədbirlər hansılardır?
A) Ocaqlarda cari və tamamlayıcı dezinfeksiya tədbirlərinin aparılması

B) Əhali arasında vərəm haqqında sanitar maarif işnin aparılması

C) Sadalananların hamısı

D) Obliqat qrupların vərəmə görə vaxtaşırı yoxlanılması

E) Basilyar xəstələrin hospitalizasiyası
: Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003
810) Əhali arasında vərəm əleyhinə tədbirlərin həyata keçirilməsində GEM-lərin rolu nədən ibarətdir?
A) Kütləvi müayinələr zamanı vərəm xəstəliyinə şübhə olan insanların sonrakı müayinələrinin təşkilinə nəzarət etmək

B) Kütləvi flüoroqrafik müayinələrin aparılmasının təşkili və aparılmasına nəzarət

C) Sadalananların hamısı

D) Kütləvi tuberkulindiaqnostikanın təşkilinə və aparılmasına nəzarət

E) Əhalinin vərəm əleyhinə profilaktik tədbirlərə cəlb olunmasının kompleks planının tərtibində iştirak etmək
: Ədəbiyyat: Н.М.Рудой, Т.Ч.Чубаков. Туберкулез легких при психических заболеваниях и накоманиях. Москва «Медицина» 1996
811) Kütləvi flüoroqrafik müayinələrin təşkili zamanı əhali hansı qruplara bölünür?
A) Kiçik aqrar sənaye işçiləri

B) Mütəşəkkil əhali qrupu

C) Sadalananların hamısı

D) Qeryi mütəşəkkil əhali qrupu

E) Sadalananların heç biri
: Ədəbiyyat: Н.М.Рудой, Т.Ч.Чубаков. Туберкулез легких при психических заболеваниях и накоманиях. Москва «Медицина» 1996
812) Kim mikobakteriya ifraz edən xəstə sayılır?
A) Kliniki rentgenoloji olaraq vərəmin fəallığına aid əlamətləri olan və ifrazatlarında mikobakteriya bir dəfə mikroskopik üsulla aşkarlanan xəstələr

B) Kliniki rentgenoloji olaraq vərəmin fəallığına aid əlamətləri olmayan, lakin ən azı iki dəfə mikroskopik üsulla ifrazatında mikobakteriya tapılan xəstələr

C) Yalnız mikroskopik və kultural üsulla ifrazatında mikobakteriya aşkar olunan xəstələr

D) Sadalananların hamısı

E) Sadalananların heç biri
: Ədəbiyyat: Н.М.Рудой, Т.Ч.Чубаков. Туберкулез легких при психических заболеваниях и накоманиях. Москва «Медицина» 1996
813) Dispanser müşahidəsi zamanı kultural müayinə metodu kimlərdə aparılır?
A) II qrup dispanser müşahidəsində olan və əvvəllər dağılma boşluğudan və bunun ilə yanaşı mikobakteriya ifraz edən xəstələrə ildə bir dəfə

B) IV-V qrup dispanser xəstələrində göstəriş əsasında aparılır

C) İlkin aşkar edilmiş xəstələrdə

D) Sadalananların hamısı

E) Kliniki sağalma ilə III qrup dispanser müşahidəsində olan və əvəllər dağılma boşluğudan və bunun ilə yanaşı mikobakteriya ifraz edən xəstələrdə ildə bir dəfə
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
814) Yekun dezinfeksiya hansı hallarda aparılır?

A) Sadalananların heç biri

B) Basilyar xəstə uzun müddət evdə qaldıqda

C) Basilyar xəstə öldükdə

D) Sadalananların hamısı

E) Basilyar xəstə hospitalizasiya edildikdən sonra


: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
815) Cari dezinfeksiya tədbirləri kim tərəfindən aparılır?
A) Sahə tibb bacısı tərəindən

B) Sahə ftiziatrı, sahə tibb bacısı və ərazi GEM-lərnin epidemioloqlarının nəzarəti altında xəstənin ailə üzvləri tərəfindən həyata keçirilir

C) Sahə həkimi tərəfindən

D) Sadalananların hamısı

E) Dezinfeksiya mərkəzləri tərəfindən
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
816) Mikobakteriya ifraz edən xəstələrin vaxtında aşkarlanması üçün GEM-in əsas vəzifələri hansılardır?
A) Obliqat qrupa daxil olan kontingentin daim müayinəsinə nəzarət

B) Dispanserdə müşahidə olunan mikobakteriya ifraz etməyən xəstələrin sonradan VMB ifraz etməsinin səbəbinin araşdırılması

C) Dispanserlərdə müşahidə olunan kontingentin bəlğəmlərinin mikroskopik və kultural müayinə olunmasına nəzarət

D) Epidemioloji göstəriş əsasında dispanserdə müşahidə olunan viraj və hiperergiyalı uşaqlardan götürülən materialın mikroskopik və kultural müayinə olunmasına nəzarət

E) Sadalananların hamısı
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
817) Mikobakteriya ifraz edən xəstələrin vaxtında aşkarı üçün GEM-in əsas vəzifələri hansılardır?
A) Gecikmiş formada vərəmi olan mikobakteriya ifraz edən xəstələrin analizi

B) Ərazi poliklinikalarında vərəmli xəstələrin qeydiyyat siyahısına vaxtaşırı nəzarət

C) Risk qrupları arasında passiv sadə mikroskopik müayinə metodunun aparılmasına nəzarət

D) Epidemioloq tərəfindən öz xidməti ərazisində vərəmlə xəstələnmənin daimi analizi

E) Sadalananların hamısı
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
818) Epidemioloji müayinə kartında hansı məsələlərə aydınlıq gətirilməlidir?
A) Mənzil məişət şəraiti haqqında məlumat

B) Xəstənin sanitar gigiyenik normalara əməl etməsi haqqında məlumat

C) Sadalananların hamısı

D) İş şəraiti haqqında məlumat

E) İnfeksiya mənbəyi haqqında məlumat
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
819) Epidemioloji müayinə kartında hansı məsələlərə aydınlıq gətirilməlidir?
A) Kontaktların vərəmə görə yoxlanması haqqında məlumat

B) Sadalananların hamısı

C) Ocaqlarda aparılan sağlamlaşdırıcı tədbirlər haqqında məlumat

D) Xəstənin izolyasiyası haqqında məlumat

E) Ailə kontaktı haqqında məlumat
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
820) Epidemioloji müayinə kartında hansı məsələlərə aydınlıq gətirilməlidir?
A) Əsaslı dezinfeksiya haqqında məlumat

B) Cari dezinfeksiya haqqında məlumat

C) Sadalananların hamısı

D) Aparılan bakterioloji müayinələr haqqında məlumat

E) Hospitalizasiya haqqında məlumat
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
821) Epidemioloji müayinə kartında hansı məsələlərə aydınlıq gətirilməlidir?
A) Sadalananların hamısı

B) Basilyar xəstənin qeydiyyata alınması haqqında məlumat

C) Basilyar xəstənin qeydiyyatdan çıxarılması haqqında məlumat

D) Sadalananların heç biri

E) Əksepidemik tədbirlərin dayandırılması haqqında məlumat
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
822) Vərəmli xəstənin stasionar müalicəsinin əhəmiyyəti nədir?
A) Yoluxucu xəstə ocaqdan izolyasiya olunur

B) Xəstə yeni xəstələnmə hallarını yaratmır

C) Xəstə ciddi nəzarət altında müalicə olunur

D) Sadalananların hamısı

E) Müalicənin effektliliyi yüksəlir
: Ədəbiyyat: Н.М.Рудой, Т.Ч.Чубаков. Туберкулез легких при психических заболеваниях и накоманиях. Москва «Медицина» 1996
823) Vərəm dispanserlərinin qəbul şöbələrində hansı tədbirlər həyata keçirilməlidir?
A) Sadalananların hamısı

B) Boğaza baxmaq üçün birdəfəlik şpateldən istifadə olunmalıdır

C) Xəstənin hərarətini ölçmək üçün istifadə edilən termometr dezinfeksiyaedici məhlulda olmalıdır

D) Hər bir xəstəyə baxışdan sonra tapçan və ya xələyin üzərində olan polietilen dezinfeksiyaedici məhlulla silinməlidir

E) Xəstəyə baxış zamanı istifadə olunan tapçan və ya xələk polietilen müşəmbə ilə örtülməlidir
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003
824) Vərəm dispanserlərinin qəbul şöbələrində hansı tədbirlər həyata keçirilməlidir?
A) Xəstənin əşyaları əsaslı dezinfeksiya üçün dezinfeksiya mərkəzlərinə göndərilməlidir

B) Sadalananların hamısı

C) Xəstələr pedikulyoza görə yoxlanmalıdır

D) Pedikulyoz olan xəstələr haqqında ərazi GEM-nə məlumat verilməlidir

E) Xəstə sanitar təmizlikdən keçirlməlidir
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
825) Vərəm dispanserlərinin qəbul şöbələrində hansı tədbirlər həyata keçirilməlidir?
A) Sadalananların hamısı

B) Xəstə sanitar təmizlik işindən sonra xəstəxana geyimi ilə təmin edilməli və stasionara göndərilməlidir

C) Hər bir xəstədən sonra işlədilən əşyalar dezinfeksiya edilməlidir

D) Xəstəyə qulluq edən tibb işçisi hər dəfə xəstəyə baxtıqdan sonra əlini kiçik hissələrə bölünmüş təsərrüfat sabunu ilə yumalı və ya dezinfeksiyaedici məhlulla silməlidir

E) Xəstəin ayaqqabısı və paltarları xüsusi pambıq materialdan olan torbalara yığılaraq xüsusi ayrılmış binada rəflərdə saxlanılmalıdır
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
826) Vərəm dispanserlərində qəbul şöbələrində hansı tədbirlər həyata keçirilməlidir?
A) Qəbul otağında işləyən tibb işçisinin xüsusi geyimi (xalat, maska, kolpak və s.) olmalıdır

B) Qəbul otağında işlədilən əşyalar markalanmalıdır

C) Qəbul otağında sabun, moçalka, moçalka üçün ayrılmış qab, ülgüc, saç qırxan maşın qəbul olunan xəstələrin sayına uyğun olmalıdır

D) Sadalananların hamısı

E) Qəbul otağı gündə iki dəfə yaş üsulla dezinfekiya olunmaıdır
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
827) Vərəm dispanserlərinin stasionar şöbələrində hansı tədbirlər həyata keçirilməlidir?
A) Xəstəyə gündəlik işlətmək üçün əşyalar verilir

B) Xəstəyə kamera dezinfeksiyasından keçirilmiş yataq dəstləri ilə təmin olunmuşçarpayı verilir

C) Palatalara daxil olan xəstələr özləri ilə şəxsi gigiyena əşyalarını götürə bilərlər

D) Çarpayının yanında olan tumboçka dezinfeksiyaedici məhlulla silinməlidir

E) Sadalananların hamısı
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
828) Vərəm dispanserlərinin stasionar şöbələrində hansı tədbirlər həyata keçirilməlidir?
A) Sadalananların hamısı

B) Pedikulyozu aşkar olunmuş xəstələr ciddi nəzarətə alınır onların arasında sanitar-gigiyena və dezinfeksiya tədbirləri həyata keçirilir

C) Rezin əlcək geymiş tibb işçisi bəlğəm qablarını xüsusi ayrılmış otaqlarda bəlğəmdən təmizləməli və zərərsizləşdirməlidir

D) Bəlğəm qabları xüsusi torbalarda gəzintiyə çıxan xəstələrə verilir

E) Xəstələr 1/3 hissinə qədər su ilə doldurulmuş bəlğəm qabı ilə təmin olunmalıdır
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
829) Vərəm dispanserlərinin stasionar şöbələrində hansı tədbirlər həyata keçirilməlidir?
A) Xəstənin yataq dəstləri 7-10 gündən bir dəyişdirilərək çirkli paltarlar üçün ayrılmış otaqda xüsusi pambıq torbalara yığılmalıdır

B) Stasionarda dezinfeksiya tədbirlərini həyata keçirən tibb işçisinin xüsusi geyim formaları (respirator, əlcək, rezin ayaqqabı) olmalıdır

C) Sadalananların hamısı

D) Xəstələrin istifadə etdikləri yataq dəstləri yalnız xüsusi çamaşırxanalarda zərərsizləşdirildikdən sonra təkrarən istifadə edilməlidir

E) Şöbədə müalicə olunan hər bir xəstə 7-10 gündən bir vanna və ya duş qəbul etməlidir
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
830) Vərəm dispanserlərinin stasionar şöbələrində hansı tədbirlər həyata keçirilməlidir?
A) Şöbədə gündə 2 dəfə nəm dezinfeksiya aparılmalıdır

B) Xəstənin bir şöbədən digərinə keçməsi eləcə də xəstənin yataq dəstində (çarpayısında) digər xəstənin və ya xəstənin görüşünə gələnin oturmasına icazə verilməməlidir

C) Xəstələrin yeməkdən əvvəl yuyunmaları üçün şöbədə şərait yaradılmalıdır

D) Sadalananların hamısı

E) Palataların gündə 4 dəfə havası dəyişdirilməlidir
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
831) Dezinfeksiya üçün ana məhlul necə hazırlanır?
A) Sadalananların heç biri düzgün deyil

B) 10 % -li ana məhlul hazırlamaq üçün 10 litrlik emali olan vedrəyə 5 kq xloramin tökülür üzərinə 10 litr su tökülə-tökülə çubuqla qarışdırılır. Vedrə 24 saat qaranlıq otaqda saxlanılır, sonra şəffaf məhlul süzülərək qara kağıza bükülmüş qabda saxlanılır və 10 gün müddətində dezinfeksiyaedicinin tərkibin hazırlanmasında istifadə olunur

C) 10 % -li ana məhlul hazırlamaq üçün 10 litrlik emali olan vedrəyə 3 kq xloramin tökülür üzərinə 10 litr su tökülə-tökülə çubuqla qarışdırılır. Vedrə 24 saat qaranlıq otaqda saxlanılır, sonra şəffaf məhlul süzülərək qara kağıza bükülmüş qabda saxlanılır və 10 gün müddətində dezinfeksiyaedicinin tərkibin hazırlanmasında istifadə olunur

D) 10 % -li ana məhlulunu hazırlamaq üçün 10 litrlik emali olan vedrəyə 1 kq xloramin tökülür üzərinə 10 litr su tökülə-tökülə çubuqla qarışdırılır. Vedrə 24 saat qaranlıq otaqda saxlanılır, sonra şəffaf məhlul süzülərək qara kağıza bükülmüş qabda saxlanılır və 10 gün müddətində dezinfeksiyaedicinin tərkibin hazırlanmasında istifadə olunur

E) 10 % -li ana məhlul hazırlamaq üçün 10 litrlik emali olan vedrəyə 10 kq xloramin tökülür üzərinə 10 litr su tökülə-tökülə çubuqla qarışdırılır. Vedrə 24 saat qaranlıq otaqda saxlanılır, sonra şəffaf məhlul süzülərək qara kağıza bükülmüş qabda saxlanılır və 10 gün müddətində dezinfeksiyaedicinin tərkibin hazırlanmasında istifadə olunur
: Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003

Bölmə 11. Qarışıq suallar

832) Kombinə olunmuş terapiya nədir?
A) Müxtəlif təsir mexanizmi olan dərman vasitələrin eyni zamanda təyin olunması

B) Etiotrop müalicənin patogenetik terapiya ilə müşayyət olunması

C) Müalicənin müxtəlif növlərinin eyni zamanda təyin olunması

D) Konservativ müalicə ilə birgə cərrahi əməliyyatın aparılması

E) Sintetik preparatların və antibiotiklərin birgə təyin olunması
: Ədəbiyyat:“Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə” klinik protokol
833) Vərəm əleyhinə birinci sıra dərman vasitələrinə hansı aid deyil ?
A) Streptomisin, rifapentin

B) Etambutol, izoniazid

C) Etionamid, protionamid

D) Izoniazid, pirazinamid

E) Rifampisin, rifabutin
: Ədəbiyyat:“Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə” klinik protokol
834) Vərəm əleyhinə ikinci sıra dərman vasitələrinə hansı aid deyil ?
A) Rifabutin, rifapentin

B) Ofloksasin, protionamid

C) Etionamid, Ofloksasin

D) Kanamisin, amikasin

E) Sikoserin, PAST
: Ədəbiyyat:“Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə” klinik protokol
835) Aşağıdakılardan hansı vərəmin residivi sayila bilər ?
A) Sağalmış və ya müalicə kursunu başa çatdırmış xəstələrdə yenidən prosesinn fəallaşması

B) Dərmanlara davamlı VMV aşkar olunması

C) Əvvəlki kimyaterapiya kursu müddətində uğursuz nəticənin qeydə alınması

D) Əvvəlki kimyaterapiya kursu ərzində fasilə qeyd olunduqdan sonra müalicənin davam etdirilməsi

E) Əvvələr nəticəsi məlum olamayan müalicə alması
: Ədəbiyyat:“Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə” klinik protokol
836) “Əvvələr müalicə olunmuş” qeydiyyat qrupuna hansı xəstələr aiddir ?
A) Müalicəsinin davamı üçün digər müalicə müəssəsindən köçürülmüş xəstələr

B) TDM “mənfi” cavabla təkrar müalicəyə başlayanlar

C) Bir aydan çox dərman qəbul edən vərəm diaqnozu qoyulmuş xəstələr

D) Əvvəllər müalicə olunması barədə heç bir məlumat olmayan xəstələr

E) Əvvəllər müalicə olunmuş, lakin nəticəsi məlum deyil
: Ədəbiyyat:“Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə” klinik protokol
837) Hansı xəstələr “ilk dəfə aşkar olunmuş” sayıla bilər ?
A) Heç vaxt vərəmə görə müalicə almamış TDM ifraz edən xəstələr

B) Yalnız heç vaxt vərəmə görə müalicə almamış və ya bir aydan az dərman qəbul edən vərəm diaqnozu qoyulmuş TDM ifraz edən xəsələr

C) Heç vaxt vərəmə görə müalicə almamış və ya bir həftədən az dərman qəbul edən vərəm diaqnozu qoyulmuş TDM +/- xəstələr

D) Yalnız heç vaxt vərəmə görə müalicə almamış TDM ifraz etməyən xəstələr

E) Heç vaxt vərəmə görə müalicə almamış və ya bir aydan az dərman qəbul edən vərəm diqnozu qoyulmuş TDM +/- xəstələr
: Ədəbiyyat:“Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə” klinik protokol
838) I müalicə kateqoriyası ilə hansı xəstələr müalicə olunur ?
A) İlk dəfə aşkar olunmuş xəstələr

B) ÇDD və GDD VM (Çox dərmana davamlı olan və Genişlənmiş dərman çeşidinə davamlı olan vərəm mikobakteriyası ) ifraz edən xəstələr

C) Əvvəllər müalicə olunmuş xəstələr

D) GDD VM (Genişlənmiş dərman çeşidinə davamlı olan vərəm mikobakteriyası )

E) ÇDD VM (Çox dərmana davamlı olan vərəm mikobakteriyası) ifraz edən xəstələr
: Ədəbiyyat:“Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə” klinik protokol
839) II müalicə kateqoriyası ilə hansı xəstələr müalicə olunur ?
A) Rifampisinə qarşı monodavamlı vərəmi olan xəstələr

B) İlk dəfə aşkar olunmuş xəstələr

C) Əvvəllər müalicə olunmuş xəstələr

D) Əvvəllər müalicə olunmuş ÇDD VM (Çox dərmana davamlı olan vərəm mikobakteriyası) ifraz edən xəstələr

E) İzoniasidə qarşı monodavamlı vərəmi olan xəstələr
: Ədəbiyyat:“Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə” klinik protokol


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə