Ftiziatriya Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) Vərəm əleyhinə immunitetin yaranması hansı faktorla əlaqədardır?



Yüklə 1,46 Mb.
səhifə5/16
tarix10.11.2017
ölçüsü1,46 Mb.
#9603
1   2   3   4   5   6   7   8   9   ...   16

211) Vərəm əleyhinə immunitetin yaranması hansı faktorla əlaqədardır?
A) Vərəm mikobakteriyalarının antigen strukturunun xüsusiyyətləri ilə

B) Antitel əmələgətirmə

C) İmmun yaddaş

D) Bütün sayılanlarla

E) Ləng tipli yüksək həssaslıq
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
212) Normada ağ ciyərin qalıq həcmi (ağ ciyərin ümumi həcmindən % hesabı ilə) nəyə bərabərdir?
A) 500-700 ml

B) 2000-2500 ml

C) 3000-3500ml

D) 7000-2000 ml

E) 1000-1500 ml
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
213) Ağ ciyərin həyat tutumu neçə ml-dir?
A) 5000 ml

B) 6000 ml

C) 1500 ml

D) 3500 ml

E) 4000 ml
: Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004.
214) Ağciyərin tənəffüs hərəkətinin yazısı necə adlanır?
A) Tomoqrafiya

B) Heç biri

C) Pnevmoqrafiya

D) Rentgenoqrafiya

E) Skanoqrafiya
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
215) Hava vasitəsilə ağ ciyərə daxil olan toksiki maddələrin və mikroorqanizmlərin ağ ciyəri zədələməsi riski nə ilə əlaqədardır?
A) Ağ ciyərin zərər verən mühitlə daha çox təmasda olması ilə

B) Ağ ciyərin hava daşıyıcı yollarının epitelial qatının funksiyası ilə

C) Bütün sayılanlarla

D) Bu orqanın qan dövranı xüsusiyyətləri ilə

E) Orqanizmin immun sistemindən asılı olaraq
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
216) Insan orqanizminə vərəm mikobakteriyaları daha çox hansı yolla daxil olur?
A) Yatrogen yol ilə (tibbi manupiulyasiyalar zamanı alətlər vasitəsi ilə yoluxma)

B) Transplasentar yol ilə

C) Tənəffüs orqanları vasitəsi ilə (hava-damcı yolu ilə)

D) Kontakt vasitəsi ilə

E) Həzm traktı vasitəsi ilə su və qida ilə
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
217) Vərəm mikobakteriyalarının orqanizmə daxil olarkən ilkin olaraq hansı bronxları zədələmək ehtimalı var?
A) Bronxiolların (terminal və respirator)

B) Baş, pay və seqmentar bronxları

C) Subseqmentar və membran bronxları

D) Sadalanların heç birini

E) Alveol bronxların
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
218) Mikobakteriyanın miqrasiyası zamanı vərəm ocağının yaranma ehtimalı hansı orqanda yox dərəcəsindədir?
A) Limfa vəzilərində

B) Dərialtı piy təbəqəsində

C) Plevra və oynaqlarda

D) Böyrəklərdə, sidik axarlarında və sidik kisəsində

E) Ağ ciyər toxumasında və bronxial ağacda
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
219) Orqanların vərəmlə zədələnməsinə təsir edən amillər hansılardır?
A) Bütün sayılanlar

B) Yanaşı xəstəliklər

C) İrsi genetik faktor

D) İmmundefisitlər

E) Yaş faktoru (böyümə və ayrı-ayrı orqan və onların strukturalarının yenidənqurma dövrü)
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
220) Uşaqlarda vərəm infeksiyasına qarşı ən az davamlı orqanlar hansılardır?
A) Qan damarları

B) Sümüklər

C) Böyrək damarlarının kapilyarları

D) İri oynaqların sinovial qişaları

E) Limfa vəziləri
: Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
221) Göstərilən xəstəliklərin hansı vərəmə görə risk qrupuna daxildir?
A) Xroniki kolit

B) Ağciyər absesi

C) Ağciyər qanqrenası

D) Xroniki qastrit

E) Şəkərli diabet
: Ədəbiyyat: Л.И.Юкелис Флюорография легких Ленинград 1988
222) Tənəffüs orqanlarının vərəminə hansı şikayətlər uyğundur?
A) Sadalananların heç biri

B) Gecə tərləmələri, öskürək, bəlğəm ifrazı

C) Qarında ağrılar, köp

D) Ağızda quruluq, halsızlıq, iştahasızlıq

E) Oynaqlarda kəskin ağrılar, gecə tərləmələri
: Ədəbiyyat: А.Г.Хоменко, РАМН. Туберкулез на рубеже XXI века. Москва 1996 г.
223) Xəstələrin subyektiv şikayətləri ən çox nə zaman müşahidə olunur?
A) Heç bir halda

B) Xəstəliyin xroniki gedişli olması zamanı

C) Xəstənin rekonvalessensiyası zamanı

D) Xəstəliyin kəskin başlanması zamanı

E) Xəstəliyin tədricən başlanması zamanı
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
224) Vərəm xəstəsinin hansı şikayəti differensial diaqnostikada mühüm əhəmiyyət kəsb edir?
A) İştahasızlıq,

B) Qan hayxırma, döş qəfəsində ağrı, öskürək

C) Heç biri

D) Qida kütləsi ilə qanqusma, döş qəfəsində ağrı

E) Oynaqlarda ağrı
: Ədəbiyyat: Р.Барри, Блума. Туберкулез Москва 2002
225) Həyat şəraiti vərəmlə xəstələnmə riskinə və vərəmin gedişinə təsir edirmi?
A) İnfeksion prosesin sonrakı gedişinə və xəstələnmə riskinə təsir edir

B) Xəstələnmə riskinə az təsir göstərir və onun gedişinə cüzi təsir edir

C) İnfeksion prosesin sonrakı gedişinə və xəstələnmə riskinə təsir etmir

D) Sadalananların heç biri

E) Xəstəliyin yaranmasında əsas rol oynamır
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
226) Ftiziatr üçün ailəvi anamnez hansı hallarda maraq kəsb edir?
A) Hal hazırda ailədə vərəmli xəstənin yaşaması

B) Sadalananların hamısı

C) Vərəmli xəstə ilə kontaktda olduqda və bronx-ağ ciyər xəstələnəndə ilə tez-tez xəstələnmə

D) Açıq formalı vərəmi olan xəstə ilə kontaktda olması yaxud olmaması

E) Bu infeksion xəstəliyə irsi meyillilik
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
227) Hansı müayinənin köməyi ilə vərəm mikobakteriyasının massivliyini və keyfiyyətini təyin etmək olar?
A) Mikroskopiya və kultural müayinə

B) Flüoroqrafiya

C) Kliniki müayinə

D) Sidiyin müayinəsi

E) Qanın müayinəsi
: Ədəbiyyat: Методические указания по классификации очагов туберкулезной инфекции, проведению и контролю качества дезинфекционных метоприятий при туберкулезе Москва 1980
228) Hansı müayinə üsulu ilə vərəm mikobakteriyasını aşkar etmək və onun keyfiyyətini təyin etmək olar?

A) Flüoroqrafiya və kliniki müayinə üsulları ilə

B) Flüoroqrafiya müayinə üsulları

C) Kliniki müayinə üsulları

D) Qanın biokimyəvi müayinə üsulları

E) Mikroskopik və kultural müayinə üsulu


: Ədəbiyyat: Методические указания по классификации очагов туберкулезной инфекции, проведению и контролю качества дезинфекционных метоприятий при туберкулезе Москва 1980
229) Mikobakteriya ifraz edən bir fəal ağciyər vərəmi olan xəstə il ərzində neçə yeni xəstə yaranması səbəbi ola bilər?
A) 50 xəstə

B) 10-15 xəstə

C) 30-35 xəstə

D) 20-25 xəstə

E) 40-45 xəstə
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
230) Mikobakteriya ifraz edən bir fəal ağciyər vərəmi olan xəstə il ərzində neçə insanı yoluxdura bilər?
A) 1000 nəfər

B) 10.000 nəfər

C) 300-400 nəfər

D) 150-200 nəfər

E) 500 nəfər
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
231) Ağciyərin bərkimiş nahiyəsi harada olarsa onu perkussiya ilə müəyyənləşdirmək mümkün olar?
A) Döşdaxili limfa vəzlərində

B) Ağ ciyər dərinliyində

C) Sadalananların heç biri

D) Subplevral nahiyədə

E) Divar aralığı nahiyədə
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
232) Ağ ciyərin xırıltılarını aydınlaşdırmaq üçün nə edirlər?
A) Xəstə oturaq vəziyyətdə nəfəs alır

B) Xəstə dərindən nəfəs alır

C) Xəstənin tənəffüsünü sürətləndirirlər

D) Heç biri

E) Öskürəkdən sonra tənəffüsü saxlayırlar
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
233) Hansı kliniki forma kliniki və rentgenoloji olaraq zəif simptomlara malik olur?
A) Fibroz kavernoz vərəm

B) Ağciyərin ocaqlı vərəmi

C) İnfiltrativ vərəm

D) Sirrotik vərəm

E) Səpələnmiş vərəm
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
234) Rentgenoloji olaraq hansı dəyişikliklər böyük qalıq əlamətlərinə uyğundur?
A) Sadalananların heç biri

B) Sayı beşdən artıq olan bərkimiş vərəm ocaqları

C) Kaverna

D) Yumuşaq ocaqlar

E) Sorulma mərhələsində infiltrat
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
235) Vərəm mikobakteriyasının aşkar olunmasında daha çox istifadə olunan üsul hansıdır?
A) Sitoloji müayinə

B) Kultural üsul

C) Histolojı müayinə

D) Bakterioskopiya

E) Bioloji üsul
: Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin erkən aşkarında bakterioloji müayinə metodunun təşkili (metodik təlimat) Bakı 2001.
236) Vərəm mikobakteriyanlarını tapmaq üçün aşağıdakı hansı materiallardan istifadə olunur?
A) Plevral mayedən

B) Bəlğəm

C) Sadalananların hamısı

D) Sidik


E) Bronxların yuyuntu suyundan
: Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin erkən aşkarında bakterioloji müayinə metodunun təşkili (metodik təlimat) Bakı 2001.
237) Aşağıda göstərilən rentgenoloji qalıq əlamətlərindən hansı kiçik qalıq əlamətinə aiddir?
A) İri həcmli kelloidlər

B) Ölçüsü 1 sm-dən böyük olan plevranın qalınlaşması

C) Sayca 5-dən az ölçüsü 1 sm-dən kiçik olan kalsinatlaşmış limfa düyünləri

D) Ağ ciyərin rezeksiyasından sonrakı qalıqlar

E) Sayca 5-dən çox ölçüsü 1 sm-dən kiçikolan dəqiq sərhədlərə malik ocaqlar
: Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003.
238) Kütləvi tuberkulindiaqnostika aparılması məqsədinə aşağıdakilardan hansı uyğun deyil?
A) Xəstə uşaqları aşkar etmək üçün

B) Stasionarda kontingentləri müalicə etmək üçün

C) Yoluxma göstəricisinin müəyyənləşdirilməsi üçün

D) Vaksinasiya və revaksinasiya (VSL seçmək üçün)

E) Yüksək risk qrupunun aşkar olunması və dispanserdə müayinəsi üçün
: Ədəbiyyat: M.B.Qurbanova, Y.Ş.Şıxəliyev, E.N.Məmmədbəyov, M.A.Şıxlinskaya. Vərəm xəstəliyinin profilaktikasında tuberkulin sınağının tətbiqi və nəticəsinin qiymətləndirilməsi (metodik təlimat) Bakı - 2006
239) Uşaqlarda tuberkulindiaqnostika nə üçün aparılır?
A) Sadalanların hamısı

B) Müalicənin effektliyinə nəzarət üçün

C) Vərəmdən və pnevmaniyadan sonrakı qalıq əlamətlərinin differensal diaqnostikası üçün

D) Vərəm prosesinin aktivliyini təyin etmək üçün

E) Vərəmin erkən diaqnostikası üçün
: Ədəbiyyat: M.B.Qurbanova, Y.Ş.Şıxəliyev, E.N.Məmmədbəyov, M.A.Şıxlinskaya. Vərəm xəstəliyinin profilaktikasında tuberkulin sınağının tətbiqi və nəticəsinin qiymətləndirilməsi (metodik təlimat) Bakı - 2006
240) Azərbaycanda ambulator şəraitində istifadə edilən tuberkulin sınağı hansıdır?
A) 100 TV ilə Mantu sınağı

B) 2 TV ilə Mantu sınağı

C) Sayılanların hamısı

D) Kox sınağı

E) Sayılanlardan heç biri
: Ədəbiyyat: M.B.Qurbanova, Y.Ş.Şıxəliyev, E.N.Məmmədbəyov, M.A.Şıxlinskaya. Vərəm xəstəliyinin profilaktikasında tuberkulin sınağının tətbiqi və nəticəsinin qiymətləndirilməsi (metodik təlimat) Bakı - 2006
241) Tuberkulin hansı tələblərə uyğun olmalıdır?

A) Spesifik, standart, təmizlənmiş

B) Qeyri stabil

C) B və C variantları

D) Standarta uyğun

E) Bioloji aktiv


: Ədəbiyyat: Л.А.Митинская Профилактика туберкулеза. 1988 в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
242) Tuberkulin sınağının virajı nə deməkdir?
A) Vərəm əleyhinə peyvənd almış 2 yaşlı uşaqda sınağın müsbət olması

B) Bütün sadalananlar

C) Hər il sınağın müsbət cavabının olması

D) Sadalanların heç biri

E) Əvəllər “mənfi” və “şübhəli” olan reaksiyaların ilk dəfə müsbət olması
: Ədəbiyyat: Л.А.Митинская Профилактика туберкулеза. 1988 в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
243) Rentgenoloji və kliniki olaraq mikobakteriya ifraz edən fəal vərəm xəstəsi tapıldıqda ilk dəfə hansı müəssisəyə xəbərdarlıq vərəqəsi göndərilir?
A) Respublika vərəm institutuna

B) Ərazi şəhər poliklinikasının baş həkiminə

C) Respublika vərəm dispanserinə

D) Ərazi səhiyyə təşkilatının rəhbərinə

E) Ərazi Gigiyena və epidemiologiya mərkəzinə
: Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003.
244) Hansı səbəb tuberkulinə qarşı hiperergik həssaslığı törətmir?
A) Orqanizmdə vərəm infeksiyasının fəallaşması

B) Paraallergik amillər

C) Superinfeksiya, eləcə də aktiv formalı vərəm nəticəsində orqanizmi spesifik sensibilizasiyanın yüksəlməsi

D) Vərəmlə xəstələnmə

E) Keçirilmiş qeyri spesifik pnevmoniyanın qalığı
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
245) Bir neçə ağciyər seqmentində müşahidə olunan fibroz necə adlanır?
A) Ocaqlı vərəm sorulma mərhələsində

B) Böyük qalıq əlaməti

C) Ocaqlı vərəm bərkimə mərhələsində

D) Kiçik qalıq əlaməti

E) Residiv
: Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003.
246) Mikroskopiyanın interpritasiyası zamanı bir müsbət (+) nəyi izah edir?
A) 100 görüş sahəsində 100 mikobakteriya

B) 100 görüş sahəsində 200 mikobakteriya

C) 100 görüş sahəsində 1-9 mikobakteriya

D) 100 görüş sahəsində 250 mikobakteriya

E) 100 görüş sahəsində 150 mikobakteriya
: Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003.
247) Rentgenoloji olaraq kiçik ocaqlar hansı ölçüdə olur?
A) Diametri 5-6 mm

B) Diametri 9-10 mm

C) Diametri 7-8 mm

D) Diametri 1 sm-dən yuxarı

E) Diametri 3-4 mm
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
248) Rentgenoloji olaraq orta ölçülü ocaqlar hansı ölçüdə olur?
A) Diametri 5-8 mm

B) Diametri 3-4 mm

C) Diametri 9-10mm

D) Diametri 10-12 mm

E) Diametri 15 mm
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
249) Rentgenoloji olaraq iri ölçülü ocaqlar hansı ölçüdə olur?
A) Diametri 15-20 mm

B) Diametri 9-10mm

C) Diametri 15 mm

D) Diametri 5-8 mm

E) Diametri 3-4 mm
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
250) Mikobakteriyanın kəmiyyət göstəricilərinə hansılar aiddir?
A) Kütləvi mikobakteriya ifarzı

B) Bir görüş sahəsində 1-2 mikobakteriyanın olması

C) Hissəvi mikobakteriya ifrazı

D) Sadalananların hamısı

E) Şərti mikobakteriya ifrazı
: Ədəbiyyat: Методические указания. По классификации очагов туберкулезной инфекции, проведению и контролю качества дезинфекционных метоприятий при туберкулезе Москва 1980
251) Ağ ciyərin destruktiv vərəmində mikobakteriyaların yaxma və əkmə metodları vasitəsilə bəlğəmdə aşkarlanması neçə faiz olmalıdır ?

A) 50%


B) 100 %

C) 40 %


D) 60 %

E) 70 %
: Ədəbiyyat: И.И.Фел., А.А.Ахмедов., Г.Л.Труман. Методические указания к практическим занятиям по медицинской статистике. Баку 1973


252) DOTS strategiyası üzrə nəzarət altında müalicə neçə mərhələdə aparılır?
A) 6 mərhələdə

B) 2 mərhələdə - intensiv və davamedici

C) Müalicə mərhələlərlə aparılmır

D) 4 mərhələdə

E) Sadalananların hamısı
: Ədəbiyyat: ÜST-nin vərəmin müalicəsi üçün metodik tövsiyəsi və proqramması 2-ci buraxılış 1998-il
253) DOTS strategiyası üzrə xəstələr neçə kateqoriyaya bölünür?
A) 6

B) 8


C) 2

D) 4


E) 8 və daha çox
: Ədəbiyyat: ÜST-nin vərəmin müalicəsi üçün metodik tövsiyəsi və proqramması 2-ci buraxılış 1998-il
254) DOTS strategiyası üzrə intensiv mərhələ neçə ay təşkil edir?
A) 4-5 ay

B) 1 il


C) 9-10 ay

D) 2 ay


E) 7-8 ay
: Ədəbiyyat: ÜST-nin vərəmin müalicəsi üçün metodik tövsiyəsi və proqramması 2-ci buraxılış 1998-il
255) DOTS strategiyası üzrə davamedici mərhələ neçə ay təşkil edir?
A) 4-5 ay

B) Sadalananların heç biri

C) 2 ay

D) 2-3 ay



E) 6-7 ay
: Ədəbiyyat: ÜST-nin vərəmin müalicəsi üçün metodik tövsiyəsi və proqramması 2-ci buraxılış 1998-il
256) Göstərilən dərmanlardan 1-ci sıraya daxil olanlar hansılardır?
A) Kapriomisin + Etambutal

B) Kanamisin+ Rifampisin

C) İzoniazid+ Rifampisin+ Streptomisin

D) Streptomisin+ Sikloserin

E) İzoniazid+Kapriomisin
: Ədəbiyyat: ÜST-nin vərəmin müalicəsi üçün metodik tövsiyəsi və proqramması 2-ci buraxılış 1998-il
257) Göstərilən preparatlardan 2- ci sıraya aid spesifik dərmanlar hansılardır?
A) İzoniazid+ Rifampisin+ Streptomisin

B) Kanamisin+ Rifampisin

C) Streptomisin+ Sikloserin

D) Kapriomisin + Sikloserin+ Proteonamid

E) İzoniazid+Kapriomisin
: Ədəbiyyat: ÜST-nin vərəmin müalicəsi üçün metodik tövsiyəsi və proqramması 2-ci buraxılış 1998-il
258) DOTS strategiyası üzrə vərəmin müalicəsində intensiv mərhələdə hansı dərmanlar tətbiq oluna bilər?
A) HRZ

B) HR


C) SHRZE

D) İzoniazid+Kapriomisin

E) İzoniazid+Kapriomisin+ HRZ
: Ədəbiyyat: ÜST-nin vərəmin müalicəsi üçün metodik tövsiyəsi və proqramması 2-ci buraxılış 1998-il
259) DOTS strategiyası üzrə vərəmin müalicəsində davamedici mərhələdə hansı preparatlar işlədilir?
A) SHRZE

B) H-Pr


C) HRE

D) HRZE


E) Sadalanların heç biri
: Ədəbiyyat: ÜST-nin vərəmin müalicəsi üçün metodik tövsiyəsi və proqramması 2-ci buraxılış 1998-il

Bölmə 4. Uşaq və yeniyetmələr arasında tənəffüs üzvlərinin vərəmi

260) İlkin yoluxmuş uşağın orqanizmində vərəm mikobakteriyalarına yoluxma yolları hansılardır?
A) Bronxogen

B) Hematogen

C) Limfogen

D) Bütün sayılanlar

E) Kontakt
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
261) Erkən yaşlı uşaqlarda vərəm intoksikasiyanın əsas klinik simptomu hansıdır?
A) Bədən çəkisinin artmaması

B) Titrətmə

C) Qanhayxırma

D) Öskürək

E) Temperaturun yüksəlməsi
: Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
262) Ilkin yoluxmanın hansı əsas dövrləri ayırd edilir?
A) Bütün sayılanlar

B) Bakteriemiya

C) Allergiya önü və allergik

D) Inkubasiya

E) Latent mikrobizm
: Ədəbiyyat: Король О.И., Носкова О.М., Клочкобова Л.В. и др. Характеристика туберкулезной инфекции у детей. Пробл.туб. 1992 № 7-8
263) Tuberkulinə həssaslığın “virajı” anlayışı nəyi ifadə edir?
A) Vərəm infeksiyasının erkən dövrü

B) Sökən postvaksinal allergiya fonunda tuberkulinə həssaslığın 6mm və daha artıq olması

C) Əvəllər “mənfi” və “şübhəli” kimi qiymətləndirilən tuberkulin sınaqlarından sonra ilk dəfə “müsbət” tuberkulin reaksiyasının əmələ gəlməsi

D) Sadalanların heç biri

E) Mantu reaksiyasının ölçüsünün 4 mm-ə qədər olması
: Ədəbiyyat: М.И.Перелман, В.А.Корякин, Н.М.Протопова. Туберкулез Москва 1990,
264) İlkin vərəm infeksiyasının erkən dövründə preventiv müalicənin aparılmasında məqsəd nədir?
A) Tuberkulinə qarşı həssaslığa təsir

B) İntoksikasiya sindromuna qarşı təsir

C) Paraspesifik reaksiyalara təsir

D) Kazeoz nekroza qarşı təsir

E) Vərəm mikobakteriyalarına təsir
: Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
265) İlkin yoluxmanın vərəmlə xəstələnməyə keçməsinin əsas səbəbləri hansılardır?
A) Əlverişsiz premorbid fon və tez-tez təsadüf olunan interkurrent xəstəliklər

B) Bütün sayılanlar

C) İlkin vərəm infeksiyasının erkən dövründən profilaktik müalicənin aparılmaması

D) Postvaksinal immunitetin sönməsi

E) Massiv superinfeksiyalar
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
266) Döşqəfəsi daxili limfa vəzlərinin vərəmi ilə xəstə uşaqların aşkarlanmasının əsas üsulu hansıdır?
A) Rentgenoskopiya

B) Flüoroqrafik müayinə

C) Bütün sayılanlar

D) Rentgenoqrafiya

E) Ağ ciyər kökündən keçən tomoqrafik müayinə
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
267) Döş qəfəsi daxili limfa vəzlərinin fəal fazada olan vərəmi üçün ən tipik morfoloji dəyişiklik nədir?
A) Limfa vəzi toxumasının fibrozlaşması

B) Kazeoz nekroz

C) Perifokal iltihab

D) Kalsinasiya

E) Limfoid toxumanın hiperplaziyası
: Ədəbiyyat: Миллер Ф.ДЖ. Туберкулез у детей «Медицина» 1984
268) Döş qəfəsi daxili limfa vəzlərinin vərəminin rentgenoloji əlamətləri hansılardır?
A) Ağ ciyər kökünün ölçüsünün böyüməsi

B) Ağ ciyər kökünün deformasiyası və genişlənməsi

C) Ağ ciyər kökünün xarici konturunun yayılmış və polisiklik olması

D) Ağ ciyər kökü kölgəsi strukturunun zəifləməsi

E) Bütün sayılanlar doğrudur
: Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004.
269) Uşaq və yeniyetmələrdə ilkin vərəm zamanı xəstəliyin klinik əlamətlərinin dərəcəsi hansı faktorlardan asılıdır?
A) Postvaksinal immunitetin vəziyyətindən

B) Bütün sayılanlardan

C) Uşağın yaşından

D) Təbii immunitetin vəziyyətindən

E) Döş qəfəsi daxili limfa vəzlərinin zədələnməsinin morfoloji substraktından
: Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
270) İlkin vərəmlə xəstələnmiş uşaqların dispanser qeydiyyatının I qrupunda müşahidə müddəti hansı faktorlardan asılıdır?
A) Əsas müalicə kursunun müddətindən

B) Bütün sayılanlardan

C) Stasionarda olma müddətindən

D) Spesifik prosesin gedişatının xarakterindən

E) Xəstənin yaşından
: Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
271) Döş qəfəsi daxili limfa vəzlərinin vərəmini tənəffüs üzvlərinin hansı qeyri-spesifik xəstəlikləri ilə differensasiya etmək lazım olur?
A) Çəngələbənzər vəzin hipereplaziyası ilə

B) Ağ ciyər köklərinin və divararalığının “geniş damarlar” fenomeni ilə

C) Sarkaidoz ilə

D) Bütün sayılanlar

E) Divararalığının limfoması ilə
: Ədəbiyyat: М.И.Перельман, В.А.Корякин, Н.М.Протопова. Туберкулез Москва 1990
272) Çəngələbənzər vəzin böyüməsinin ambulator şəraitdə müayinə metodu hansıdır?
A) Kompüter tomoqrafik müayinəsi

B) Bütün sayılanlar

C) Divararalığı orqanlarının uşağın qarnı üstə uzanma vəziyyətində aparılmış tomoqrafik müayinəsi

D) Döş qəfəsi orqanlarının 2 proyeksiyada çəkilmiş rentgenoqramması

E) Pnevmomediastinoqrafiya
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə