Ftiziatriya Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) Xəstədə düyünlü eritema müşahidə olunarsa onu hansı xəstəliklərlə differensiasiya etmək lazımdır?



Yüklə 1,46 Mb.
səhifə7/16
tarix10.11.2017
ölçüsü1,46 Mb.
#9603
1   2   3   4   5   6   7   8   9   10   ...   16

325) Xəstədə düyünlü eritema müşahidə olunarsa onu hansı xəstəliklərlə differensiasiya etmək lazımdır?
A) Revmatizm, sarkoidoz və vərəm ilə

B) Ürək çatmamazlığı ilə

C) Trombositar purpura ilə

D) Limfaqranulyomatoz ilə

E) Talassemiya ilə
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
326) Profilaktik flüoroqrafik müayinələr zamanı uşaq və yeniyetmələrdə döş qəfəsi daxili limfa düyünlərində hiperplaziya aşkarlanarsa differensasiya hansı xəstəliklərlə aparılır?
A) Vərəm ilə

B) Sarkoma ilə

C) Sadalananların hamısı ilə

D) Limfoqranulyomatoz ilə

E) Sarkoidoz ilə
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
327) Uşaq və yeniyetmələr arasında “vərəmə yoluxma” göstəricisi nəyi ifadə edir?
A) Uşaq və yeniyetmələr arasında tuberkulin sınağının “virajının” səviyyəsini

B) “Mantu” sınağı “şübhəli” olanların səviyyəsini

C) Qeyri fəal formalı vərəmlə xəstə uşaq və yeniyetmərin səviyyəsini

D) Vərəm infeksiyası rezervuarının həcmini və yeni xəstələnmə hallarının yaranma ehtimalını

E) Qeyri fəal formalı yaşlı vərəmli xəstələrin səviyyəsini
: Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
328) Mantu reaksiyası allergik reaksiyaların hansı tipinə aiddir?
A) Ləng tipli allergik reaksiya

B) Allergik dermatitlər

C) Allerqozlar

D) Yüksək həssaslıqlı allergik reaksiya

E) Kvinke ödemi
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
329) Uşaq və yeniyetmələr arasında vərəm xəstəliyinin proqnozuna hansı amillər təsir edir?
A) Xəstəliyin hansı mərhələdə aşkar edilməsi

B) Sadalananların hamısı

C) Müalicənin adekvatlığı

D) Yanaşı xəstəliklərin olması

E) Mikobakteriyaların antibakterial preparatlara həssaslığı
: Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999

Bölmə 5. Yaşlılarda tənəffüs orqanının vərəmi

330) Genezinə görə hansı kliniki forma ilkin vərəm xəstəliyi sayılır?
A) Səpələnmiş ağciyər vərəmi

B) Fibroz kavernoz vərəm

C) İlkin vərəm kompleksi

D) İnfiltrativ ağ ciyər vərəmi

E) Ocaqlı vərəm
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
331) Yaşlılarda döş qəfəsi daxili limfa vəzilərinin vərəminin tumoroz forması nə ilə xarakterizə olunur?
A) Güclü kazeoz-nekroz ilə

B) Limfa vəzilərinin zədələnmə ölçüsünün böyük olması ilə

C) Bütün sayılan əlamətlər ilə

D) Ağırlaşma ilə nəticələnən gedişata malik olması ilə

E) Hiperergik tuberkulin sınaqları ilə
: Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
332) Yaşlılarda döş qəfəsi daxili limfa vəzilərinin vərəmi nə ilə fəsadlaşa bilər?
A) Bronxların vərəmi ilə

B) Bütün sayılanlarla

C) Atelektaz ilə (bronx ağ ciyər zədəlnməsi ilə)

D) Plevritlə

E) Disseminasiya (limfogen və bronxogen) ilə
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
333) Yaşlılarda döş qəfəsi daxili limfa vəzlərinin vərəminin tumoroz forması infiltrativ formadan aşağıdakı hansı rentgenoloji əlamətə görə fərqlənir?
A) Kökün kölgəsinin xarici konturları aydın deyil

B) Kökün kölgəsinin strukturu yayılıb

C) Kökün kölgəsi adi qaydada yerləşib

D) Kökün kölgəsi deformasiya olunur və yayılır

E) Kökün kölgəsi genişlənib, konturları aydın forması girintili çıxıntılı və dairəvidir
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
334) Döş qəfəsi daxili limfa vəzlərinin vərəmi zamanı ağ ciyərdə baş vermiş atelektazın rentgenoloji xarakteristikası hansıdır?

A) Ağ ciyərin orta nahiyəsində infiltrat

B) Payarası infiltrativ dəyişiklik

C) Destruksiya boşluğu ilə müşahidə olunan infiltrat

D) Üçbucaq formasında kölgəlik

E) Sadalananların heç biri


: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
335) Döş qəfəsi daxili limfa vəzlərinin vərəmi zamanı mikobakteriya ifrazı nə ilə izah olunur?
A) Heç biri ilə

B) Döş qəfəsi daxili limfa vəzlərinin infiltrasiya mərhələsi ilə

C) Döş qəfəsi daxili limfa vəzlərinin payarası plevritlə fəsadlaşması ilə

D) Döş qəfəsi daxili limfa vəzlərinin atelektazı ilə

E) Döş qəfəsi daxili limfa vəzlərinin bronxa fistul verməsi ilə
: Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
336) Yaşlılarda döş qəfəsi daxili limfa vəzlərinin vərəmi hansı xəstəliklərlə differensiasiya olunmalıdır?
A) Bəd xassəli şiş ilə

B) Qeyri spesifik limfadenit ilə

C) Bütün sayılanlarla

D) Limfoqranulyomatoz ilə

E) Sarkoidoz ilə
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
337) Yaşlılarda döş qəfəsi daxili limfa vəzlərinin vərəmi və döş qəfəsi daxili limfa vəzlərinin sarkaidozunu differensasiya edərkən hansı əlamət ilk öncə nəzərə alınmalıdır?
A) Sarkoidozda proses simmetrik və fazalı gedişə malik olur

B) Döşqəfəsi daxili limfa vəzlərinin zədələnməsi zamanı güclü klinik simptomların olması

C) İntoksikasiya simptomlarının olması

D) Döş qəfəsində ağrıların olması

E) Limfa vəzlərinin zədələnmə dərəcəsinin aşağı olması
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
338) Yaşlı xəstələrdə döş qəfəsi daxili limfa vəzlərində kalsinatların olması nə ilə əlaqədardır?
A) Vərəm prosesi fəallığını itirib

B) Vərəm prosesi fəaldır

C) Vərəm xroniki formaya keçib

D) Vərəm dəyişikliklərinin fəallığını dəqiqləşdirmək lazımdır

E) Keçirilmiş döş qəfəsi daxili limfa vəzlərinin vərəminin kliniki sağalma nəticəsində böyük və kiçik qalıq əlamətləri ilə
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
339) Ağ ciyərdə payarası plevranın qalınlaşması necə qiymətləndirilməlidir?
A) Ağ ciyərdə şiş prosesinin olması

B) Paya gedən bronxun vərəmi

C) Ağ ciyərin 4-5-ci seqmentinin atelektazı

D) Keçirilmiş payarası plevritdən sonra böyük qalıq əlaməti

E) Payarası infiltrat
: Ədəbiyyat: Шебанов В.Ф. Туберкулез 2-е издание Медицина 1981
340) Kəskin miliar ağ ciyər vərəmi ən çox harada lokalizə olunur?
A) Ağ ciyər və visseral üzvlər

B) Dalaq və böyrəklər

C) Ağ ciyər və dalaq

D) Böyrək və baş beyin qişaları

E) Qara ciyər və dalaq
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
341) Kəskin miliar vərəm zamanı hansı nəticə qənaətbəxş sayıla bilər?
A) Ekssudasiya mərhələsindən proliferasiya mərhələsinə keçid

B) Fibroz-sklerotik dəyişikliklərin inkişaf etməsi

C) Bərkimə

D) Tam sorulma və kalsinatlaşma ilə nəticələnmə

E) Yarım sorulma mərhələsi
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
342) Yarım kəskin gedişatlı ağciyərin hematogen səpələnmiş vərəmi zamanı ağ ciyərdəki ocaqlar nə böyüklükdə olur?
A) Orta

B) Sayılanların hər biri ola bilər

C) Böyük

D) Orta -böyük

E) Kiçik
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
343) İnfiltrativ vərəmdə bir payın prosesə cəlb olunması necə adlanır?
A) Asman tipli infiltrat

B) İnfiltrativ vərəm dağılma mərhələsində

C) Bronxogen səpələnmə

D) Perissisurit

E) Lobit
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
344) Limfogen səpələnmiş vərəmin kliniki sağalması üçün ən əhəmiyyətli morfoloji əlamətləri hansılardır?
A) Bütün sayılanlar

B) Kazeoz kütlə

C) Ekssudasiya

D) Kalsinatlar

E) Produktiv dəyişikliklər
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
345) Bronxogen səpələnmiş ağ ciyər vərəmi zamanı rentgenoqrammada aşkar olunan əlamətlər hansılardır?
A) İri ölçülü ocaqlar

B) Orta ölçülü ocaqlar

C) Müxtəlif ölçülü ocaqlar, peribronxial dəyişikliklər

D) Kiçik ölçülü ocaqlar

E) Peribronxial dəyişikliklər
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
346) Bronxogen səpələnmiş vərəm zamanı ağ ciyərin hansı hissələri ən çox zədələnir?

A) Bütün ağ ciyər

B) Sadalananların heç biri

C) Aşağı və orta pay

D) Hər iki ağ ciyər

E) Yuxarı paylar


: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
347) Bronxogen səpələnmiş vərəm zamanı qənaətbəxş dinamika üçün nə xarakterdir?
A) Ocaqların bərkiməsi

B) Bronxların divarlarının daralması

C) Ocaqların kalsinatlaşması

D) Ocaqların sorulması və kalsinatlaşması

E) Bronx keçiriciliyinin pozulması və hissəvi hipovensilyasiya
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
348) “Ocaqlı vərəm” dedikdə rentgenoloji olaraq nə nəzərdə tutulur?
A) Ağ ciyərin iki payında yerləşən iltihabi kölgəlik

B) Ağ ciyərlərin bir payında yerləşən və ölçüsü 2 sm-dən yuxarı iltihabi prosesi əks etdirən kölgəlik

C) Diametri 1 sm-ə qədər olan iltihabi törəmə kölgəsi

D) Diametri 1 sm-dən yuxarı olan yeni törəmə kölgəsi

E) Bütün sayılanlar
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
349) Ocaqlı ağ ciyər vərəmində ocaqların yerləşməsi nə ilə xarakterizə olunur?
A) Ocaqların sıx yerləşməsi ilə

B) Ocaqların zəncirvari yerləşməsi ilə

C) Ocaqların xaotik yerləşməsi ilə

D) Bir, iki ocağın bir seqmentdə yerləşməsi ilə

E) Simmetrik hər iki ağ ciyərdə zədələnmə ilə
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
350) Ocaqlı ağ ciyər vərəminin fəallığını dəqiq əks etdirən hansı əlamətlər mövcuddur?
A) Sayılanların hamısı

B) Vərəm mikobakteriyalarının aşkar edilməməsi

C) Ex juvantibus spesifik kimyəvi terapiya nəticəsində müsbət rentgenoloji dəyişikliklərin müşahidəsi

D) Mantu, zülal-tuberkulin və immun-tuberkulin sınaqlarının nəticəsinin zəif müsbət olması

E) Ümumi zəiflikdən, yorulma, azacıq bəlğəm ifrazı müşayət olunan öskürəkdən şikayət
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
351) Vərəm residivlərinin əmələ gəlməsi nə ilə bağlıdır?
A) Ağ ciyərlərdə olan qalıq əlamətlərinin xarakteri

B) Bütün sayılanlarla

C) Yanaşı xəstəliklərin olması

D) Vərəm mikobakteriyalarının vərəm əleyhinə pereparatlara davamlığı

E) Xəstələrin kliniki sağalmış kimi vaxtından əvvəl qiymətləndirilməsi
: Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin erkən və gecikmiş residivləri Bakı Elm 1998
352) İnfiltrativ vərəm Asman forması eozinofil pnevmoniyasından necə fərqləndirilir?
A) İnfiltrativ vərəmdə qısa müddətli, qeyri spesifik müalicə heç bir rentgenoloji dinamika vermir

B) Bütün sadalananlar düzdür

C) İnfiltrativ vərəmdə qısa müddətli, qeyri spesifik aparılan müalicə rentgenoloji dinamika vermir, lakin xəstənin hərarəti enir

D) Rentgenoloji dinamika olmamaqla yanaşı xəstənin vəziyyəti yüngülləşir

E) Rentgenoloji dinamika olmur və digər ağ ciyər yoluxur
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
353) Aşağıda göstərilən kontingentlərdən hansı vərəmə görə risk qrupu sayılır?
A) Sanitar gigiyenik normalara əməl edənlər

B) Sayilanların heç biri

C) Miqrantlar və qaçqınlar

D) Normal həyat tərzi keçirənlər

E) Obliqat qruplar
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
354) Keçirilmiş vərəmdən sonra kiçik qalıq əlamətləri və şəkərli diabeti olan xəstələr neçə il dispanser müşahidəsində olmalıdırlar?

A) 1 il


B) Ömürlük

C) Müalicədən sonra 6 ay

D) 2 il

E) 3 il
: Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;


355) Dairəvi infiltrat rentgenoloji olaraq ilk növbədə hansı xəstəliklərlə differensiasiya olunmalıdır?

A) Say Retension kista və ya xoşxassəli şişlə

B) Abseslə

C) Pnevmoniya ilə

D) Sayılanların hamısı

E) Ağ ciyər xərçəngi ilə


: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
356) Buludvari bənzər infiltratın ən xarakterik rentgenoloji əlamətləri hansılardır?
A) Dağılma boşluğu olmayan aydın sərhədlərə malik infiltrat

B) Ayrı-ayrı seqmentlərdə məhdud infiltratlar

C) Dairəvi infiltrativ dəyişiklik

D) Aydın konturları olmayan ətrafında ocaqlar müşahidə olunan az intensiv kölgəlik

E) Ortasında dağılma boşluğu olan aydın sərhədlərə malik infiltrat
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
357) Vərəm lobiti zamanı rentgenoqrammada nə təyin edilir?
A) Total şəkildə iki və ya üç payın infiltrativ dəyişikliyi

B) Bronxogen səpələnmiş ocaqları

C) Bütün sayılan əlamətlər

D) Hissəvi olaraq payı əhatə edən kölgəlik

E) Ağ ciyərin bütün payını və ya onun böyük hissəsini əhatə edən qeyri homogen kölgəlik sahəsi (ocaqlar və dağılma boşluğunun hesabına
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
358) Lobitin effektiv müalicəsindən sonra hansı rentgenoloji əlamətlər formalaşır?
A) Ocaqlı pnevmoskleroz sahəsi

B) İri ocaqlar

C) Atelektaz

D) Emfizema

E) Pnevmoskleroz sahəsi
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
359) Kazeoz pnevmoniyanın və infiltrativ vərəmi əsas morfoloji fərqi nədir?
A) Kazeoz-nekrozun üstünlük təşkil etməsidir

B) Kazeoz nekrozun atelektazla yanaşı getməsi

C) Dağılma boşluğuna daha tez-tez təsadüf edilməsidir

D) Bronxogen disseminasiyaya meyillilikdir

E) Zədələnmən həcminin böyüklüyü və dağılma ilə müşahidə olunan kazeoz nekrozun ətraf toxumaya siarət etməsi
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
360) Patoloji pnevmotoraksın səbəbini aydınlaşdırmaq üçün hansı metod üstünlük təşkil edir?
A) Rentgenoskopiya

B) Flüoroqrafiya

C) Zonoqrafiya

D) Kompüter tomoqrafiyası

E) Kökdən keçən tomoqrafiya
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
361) Kazeoz pnevmoniya göstərilənlərdən hansı ilə xarakterizə olunur?
A) VMB –nin bir dəfə ifrazı ilə

B) VMB –nin tapılmaması ilə

C) VMB ifrazının çoxlu miqdarda olması ilə

D) VMB ifrazının azlığı ilə

E) VMB ifrazının nadir hallarda olması ilə
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
362) Tuberkulyoma hansı xəstəliklərlə differensasiya olunur?
A) Ağ ciyərin xoş xassəli şişləri

B) Sayılanların hamısı

C) Ağ ciyər xərçəngi

D) Exinokokk

E) Asperğilyoma
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
363) Kazeoz pnevmoniyanın effektiv müalicəsindən sonra adətən hansı kliniki forma əmələ gəlir?
A) Ocaqlı pnevmoskleroz

B) Pnevmosirroz sahəsi

C) Qrup şəkilli ocaqlar

D) Fibroz-kavernoz vərəm

E) Çox saylı tuberkulyomalar
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
364) Sadalanlardan hansı tuberkyuloma zamanı vərəm prosesinin fəallaşmasını göstərir?

A) Tuberkulyomanın dağılması

B) Tuberkulyomanın ətrafında perifokal reaksiyanın əmələ gəlməsi

C) Bəlğəmdə vərəm mikobakteriyaların aşkar olunması

D) Bütün sayılanlar

E) İntoksikasiya simptomlarının əmələ gəlməsi


: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
365) Tuberkuloma nəyə deyilir?
A) İçərisi jeleyəbənzər maye ilə dolu törəmə

B) Qamartoma

C) Kalsinat

D) 15 mm və daha böyük diametrdə kapsula ilə əhatə olunmuş kazeoz nekrotik fokus

E) Dairəvi infiltrat
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
366) Ağ ciyər tuberkuloması adətən hansı xəstəliklərlə differensasiya edilə bilər?
A) Aspergilyoma ilə

B) Qamartoxondroma ilə

C) Dolmuş kistalar ilə

D) Periferik xərçəng ilə

E) Bütün cavablar doğrudur
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
367) Subplevral yerləşmiş şarabənzər kölgəlik aşkar olunarkən diaqnozu verifikasiya etmək üçün məqsədəuyğun müayinə nə sayılır?
A) Plevroskopiya

B) Kateter biopsiyası

C) Bronxoskopik biopsiya

D) Ağ ciyərin transtorokal punksion biopsiyası

E) Mediastinoskopiya
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
368) Kavernoz vərəmin formalaşmasında aşağıdakılardan hansı istisnadır?
A) Fibroz-kavernoz ağ ciyər vərəmi

B) Dağılma mərhələsində olan tuberkuloma

C) Dağılma mərhələsində olan səpələnmiş ağ ciyər vərəmi

D) Dağılma mərhələsində olan ocaqlı ağ ciyər vərəmi

E) Dağılma mərhələsində olan infiltrativ ağ ciyər vərəmi
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
369) Kavernoz vərəmin müalicəsindən sonra hansı variant progresivləşmə hesab olunur?
A) Kavernanın dolaraq tuberkuloma əmələ gətirməsi

B) Kavernanın ikincili kistaya keçidi

C) Kavernanın fibroz kavernoz vərəmə keçməsi

D) Kavernanın çapıqlaşaraq çapıq ocağı əmələ gətirməsi

E) Sadalanların heç biri
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
370) Kavernoz vərəm hansı xəstəliklərlə diferensasiya olunur?
A) Bütün sayılanlarla

B) Dağılma fazasında olan vərəmin istənilən forması ilə

C) Havalı kista ilə

D) Bronxoektaz ilə

E) Xroniki abses ilə
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
371) Ocaqlı vərəmdən sonra kiçik qalıq əlamətləri olan şəxs hansı müəssisələrdə və hansı vəzifədə işləyə bilməz?

A) Məktəbin yuxarı siniflərində dərs deyən müəllim

B) İnfeksion xəstəxanada xadimə

C) Mənzil istismar idarəsində

D) Körpələr evində

E) İnfeksion xəstəxanada tibb bacısı


: Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
372) Vərəmin kavernoz forması ilə xərçəngin dağılmış formasının differensiasiyası hansı dəqiq metodlarla aparılır?
A) Bakterioloji və sitohistoloji

B) Biokimyəvi və immunoloji

C) Bronxoloji

D) “Ex juvantibus” müalicə və dinamik müşahidələr

E) Rentgenoloji
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
373) “Təzə” destruktiv prosesin fibroz-kavernoz vərəmə keçidini təmin edən faktorlar hansılardır?
A) Ciddi yanaşı xəstəliklər

B) Bütün cavablar doğrudur

C) Xəstələrə təyin olunan dərmanlarının keyfiyyətsizliyi

D) Xəstələrin dərmanlara qarşı dözümsüzlüyü və VMB –nin dərmanlara davamlı olması

E) Xəstələrə təyin olunan müalicənin düzgün olmaması
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
374) Fibroz-kavernoz vərəmin formalaşmasında hansı kliniki forma istisna təşkil edir?
A) İnfiltrativ vərəm

B) Səpələnmiş vərəmin dağılma mərhələsi

C) Kavernoz vərəm

D) Ocaqlı vərəmin dağılma mərhələsi

E) Ocaqlı vərəmin sorulma mərhələsi
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
375) Fibroz kavernoz vərəm son mərhələdə hansı kliniki formaya keçə bilər?
A) Ocaqlı vərəm

B) Kavernoz vərəm

C) Sirrotik vərəm

D) İnfiltrativ vərəm

E) Sadalanların heç biri
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
376) Fibroz-kavernoz ağciyər vərəminin ən çox təsadüf edilən spesifik ağırlaşmaları hansılardır?
A) Sümük oynaq sisteminin vərəmi

B) Gözün vərəmi

C) Bronxların vərəmi (baş, pay, seqmentar bronxlar)

D) Dəri vərəmi

E) Bağırsaq vərəmi
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
377) Aşağıda göstərilən hansı kliniki formada kütləvi mikobakteriya ifrazı daha çox müşahidə olunur?
A) Ocaqlı vərəmdə

B) İnfiltrativ vərəmin dağılma mərhələsində

C) Kavernoz vərəmdə

D) Eksudativ plevrit zamanı

E) İnfiltrativ vərəmdə
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
378) Fibroz-kavernoz vərəmli xəstələrin kimyəvi terapiyasının nəticəsiz qalmasının əsas səbəbləri hansılardır?
A) Kavernanın divarında kobud fibroz kapsulun olması

B) VMB –nin dərman preparatlarına davamlı olması və xəstələrdə spesifik preparatlara qarşı dözümsüzlük

C) Kazeoz nekrozlu kavernanın olması

D) Dərman preparatlarının keyfiyyətsizliyi

E) Sadalananların hamısı
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
379) Fibroz- kavernoz vərəmli xəstələrin cərrahi müdaxiləsinin effektliliyini artıran səbəblər hansılardır?
A) Bütün sayılanlar

B) Xroniki ağ ciyər, ürək və tənəffüs çatmamazlığının müalicəsi

C) Ağ ciyər rezeksiyası (lobektomiya, pulmonektomiya) ilə yanaşı torokoplastika və kavernotomiya əməlliyatlarının aparılması

D) Yanaşı xəstəliklərin müalicəsi

E) Cərrahi əməliyyatdan əvəllki spesifik kimyəvi terapiya
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
380) Fibroz kavernoz vərəmli xəstələrin ölümünə səbəb nə olur?
A) Ağ ciyərdən kənar üzvlərin vərəminin qoşulması (meningit və s.)

B) Ağ ciyər vərəminin proqressivləşməsi

C) Ağ ciyər-ürək çatışmazlığı və tromboemboliya xəstəliyi

D) Ağ ciyər qanaxması və daxili orqanların amiloidozu

E) Ciddi yanaşı xəstəliklər (miokard infarktı, xərçəng və s.)
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
381) Sirrotik vərəm hansı halda formalaşa bilməz?
A) Metodik təlimata uyğun müalicə olunan ocaqlı və infiltrativ vərəmdən sonra

B) Bronxların vərəmi ilə fəsadlaşmış döş qəfəsi daxili limfa vəzlərinin vərəmindən sonra

C) Bronxların vərəmi ilə fəsadlaşmış ocaqlı və infiltrativ ağ ciyər vərəmindən sonra

D) Kazeoz pnevmoniya və fibroz kavernoz ağ ciyər vərəmindən sonra

E) Plevranın vərəmindən sonra
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
382) Sirrotik vərəmin formalaşmamasında rolu olan faktorlar hansılardır?
A) Bronx ağacının zədələnməsi

B) Ağ ciyərin müalicəvi kollapsının tətbiqi

C) Düzgün metodik təlimata uyğun spesifik müalicənin aparılması

D) Müalicədəki nöqsanlar

E) Xəstəliyin uzun müddət sürməsi
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
383) Vərəmdən sonra formalaşan sirrotik qalıqlarla sirrotik vərəmin fərqi hansıdır?
A) Vərəm prosesinin fəallığının saxlanılması

B) Sirrozun daha massiv olması və fəallığının saxlanılması

C) Ağ ciyərlərdə dağılma boşluqlarının olması

D) Patoloji prosesin strukturunda ocaqlı dəyişikliklərin aktivliyini saxlanması

E) Spesifik prosesin aktivliyinin sönməsi
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə