Ftiziatriya Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) Sirrotik vərəmin klinik simptomatikası nədən asılıdır?



Yüklə 1,46 Mb.
səhifə8/16
tarix10.11.2017
ölçüsü1,46 Mb.
#9603
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

384) Sirrotik vərəmin klinik simptomatikası nədən asılıdır?
A) Sirrotik vərəmin patogenezindən

B) Zədələnmənin yayılma səviyyəsindən

C) Bütün sayılanlardan

D) Sadalanların heç birindən

E) Vərəm prosesinin sorulma mərhələsində olmasından
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
385) Kavernoz vərəm üçün cərrahi müdaxiləyə hansı hal əks göstərişdir?
A) Bütün sadalananlar

B) Mikobakteriya ifrazının davam etməsi

C) Ürək damar çatmamazlığı

D) Prosesin iki tərəfli və yayılmış olması

E) Ağ ciyər ürək çatmamazlığı
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
386) Sirrotik vərəm üçün hansı hal fəsad sayılmır?
A) Bakterial və göbələk infeksiyaları

B) Tənəffüs və ürək çatmamazlığı

C) Daxili orqanların amiloidozu

D) Qanhayxırma və ağ ciyər qanaxmaları

E) Parazitar və virus infeksiyaları
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
387) Sirrotik ağ ciyər vərəmi zamanı ağ ciyər hemmoragiyalarının səbəbi nədir?
A) Sayılanların heç biri

B) Ağ ciyərin tromboembolik xəstəliyinin başlanması

C) Sayılanların hamısı

D) Bronx və ağ ciyərlər damarlarının zədələnməsi

E) Bakteriya və göbələklərin toksinləri ilə zədələnmiş kiçik qan dövranı damarları
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
388) Torokoplastika əməliyyatı nə vaxt aparılır?
A) Kaverna subplevral yerləşdikdə

B) Kaverna orta payda yerləşdikdə

C) Səpələnmiş ağ ciyərinin çox saylı destruksiyaları olduqda

D) Kaverna ağ ciyərin kökünə yaxın yerləşdikdə

E) Miliar vərəmdə
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
389) Vərəm iltihabı zamanı birləşdirici toxumanın həddən artıq çox inkişaf etməsinin qarşısını nə alır?
A) Bütün cavablar doğrudur

B) Vərəmin kompleks müalicəsinin o cümlədən patogenetik müalicənin rasional təşkili

C) Xəstəliyin vaxtında aşkar edilməsi

D) Yanaşı xəstəliklərin aşkarı və vaxtında müalicə edilməsi

E) Ağ ciyər vərəmin və döşqəfəsi daxili limfa vəzlərinin vərəminin erkən diaqnostikası və fəsadlaşmanın qarşısının alınması
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
390) Sirrotik vərəm zamanı cərrahi əməliyyata hansı halda göstəriş vardır?
A) Bir tərəfli sirrotik dəyişikliklər

B) Bütün cavablar düzgündür

C) Birtərəfli və nisbətən məhdud, bronxoektazlı proseslərdə

D) Cavan və orta yaş

E) Ağır tənəffüs və ürək –damar çatmamazlığın olmaması
: Ədəbiyyat: М.И.Перелман, В.А.Корякин, Н.М.Протопова. Туберкулез Москва 1990
391) Vərəm infeksiyasının plevraya yayılmasında hansı mexanizm istisna təşkil edir?
A) Limfogen

B) Bronxogen

C) Hematogen

D) Limfogen və hematogen

E) Ağ ciyər tamlığının pozulması ilə əlaqədar
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
392) Vərəm plevriti zamanı hansı morfoloji dəyişikliklər müşahidə oluna bilər?
A) Bütün sayılanlar

B) Spesifik iltihab

C) İltihabın ekssudasiya mərhələsi

D) Kazeoz nekroz

E) Vərəm qabarcıqları
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
393) Fibrinoz plevrit üçün hansı klinik simptomlar xarakterdir?
A) Döş qəfəsində daimi ağrılar

B) Tənəffüsün çətinləşməsi

C) Tənginəfəslik

D) Döş qəfəsində tənəffüs zamanı ağrılar

E) Sadalananların hamısı
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
394) Fibrinoz plevrit zamanı hansı fizikal simptomlar aşkar olunur?
A) Səs titrəməsinin qüvvətlənməsi

B) Perkutor səsin qısalması və tənəffüsün zəifləməsi

C) Perkutor səsin timpanit olması

D) Tənəffüsün güclənməsi

E) Yaş xırıltıların eşidilməsi
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
395) Ekssudativ plevritlərdə bitişmələrin qarşısını almaq üçün hansı qlükokortikoid dərmanın plevraya yeridilməsi məsləhətdir?
A) Hidrokortizon

B) Metapril

C) Heç biri

D) Deksametazon

E) Prednizalon
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
396) Ekssudativ plevrit zamanı rentgenoloji olaraq hansı dəyişikliklər təyin olunur?
A) Bütün sayılanlar

B) Ağ ciyərlərdəki patologiyanın xarakteri və plevraya yayılması

C) Yığılmış ekssudatın miqdarı

D) Plevral birləşmələrin olması və ya olmaması

E) Orta divar aralığı orqanlarının əks tərəfə yerini dəyişməsi
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
397) Plevranın massiv sirrozu zamanı effektiv müalicə taktikası hansıdır?
A) 4 spesifik dərmanın kombinasiyası ilə uzun müddətli müalicə

B) Residiv əleyhinə müalicə

C) Müalicə etmək lazım deyil

D) Plevroektomiya

E) Tək izoniazidlə daimi müalicə
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
398) Ekssudatın qanlı olması hansı xəstəlik haqqında düşünməyə vadar edir?
A) Xərçəng

B) Plevritin iltihabi mənşəli olması

C) Diaqnostik əhəmiyyəti yoxdur

D) Plevritin xroniki və ya uzanmış mərhələyə keçməsi

E) Vərəm etiologiyalı plevrit
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
399) 30 yaşınadək xəstələrdə plevritin hansı forması daha çox müşahidə olunur?

A) Bütün sayılanlar

B) Ürək damar patologiyası ilə əlaqədar

C) Şiş mənşəli plevrit

D) Vərəm plevriti

E) Metapnevmonik plevrit


: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
400) Ekssudativ plevritlərdə eksudatın evakuasiyasının əhəmiyyəti nədədir?
A) Heç bir əhəmiyyət kəsb etmir

B) Yalnız diaqnostik əhəmiyyət kəsb edir

C) Evakuasiya spontan pnevmatoraksın qarşısını alır

D) Diaqnostik və müalicəvi əhəmiyyəti var

E) Yalnız müalicəvi əhəmiyyət kəsb edir
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
401) Kisələşmiş plevrit zamanı punksiyanın aparılması üçün hansı müayinə metodu tətbiq olunmalıdır?
A) Perkussiya

B) Yan proyeksiyada çəkilmiş rentgenoqrafiya, USM

C) Ağ ciyərlərin ön rentgenoqramması

D) Sayılanların heç biri

E) Ağ ciyərlərin arxa proyeksiyada rentgenoqramması
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
402) Yuxarı tənəffüs yollarının ağız qırtlaq hissəsində vərəm xəstəliyi ən çox hansı hissəni zədəliyir?
A) Badamcıqları

B) Ağız qırtlaq hissəsində vərəm olmur

C) Dilin selikli qişasını

D) Qırtlağın selikli qişasını

E) Udlağın selikli qişasını
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
403) Qırtlağın vərəmi ən çox hansı kliniki formada müşahidə olunur?
A) Fibroz-kavernoz vərəm

B) İnfiltrativ vərəm

C) Ocaqlı vərəm

D) Döşdaxili limfa düyünlərinin vərəmi

E) İlkin vərəm kompleksi
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
404) Qırtlağın vərəmi hansı kliniki formanın ağırlaşması kimi müşahidə oluna bilər?
A) Ocaqlı vərəmdə

B) İlkin vərəm kompleksində

C) İnfiltrativ vərəmdə

D) Döşdaxili limfa düyünlərinin vərəmində

E) Hematogen səpələnmiş vərəmdə
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
405) İri bronxların vərəmə yoluxması hansı yolla baş verir?
A) Sayılanların heç biri

B) Bütün sayılanlarla

C) Bəlğəm vasitəsi ilə

D) Hemotogen yolla

E) Limfogen yolla
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
406) Ağ ciyərdə rentgenoloji olaraq spesifik dəyişiklik olmadan 2-3 dəfə mikroskopik metodla mikobakteriyanın tapılması hansı halda müşahidə olunur?
A) Belə hal ola bilməz

B) Plevrada kalsinatlaşmış ocaq olanda

C) Perisissuritdə

D) Ağız boşluğunun vərəmində

E) Bronxun vərəmində
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
407) Divaralığının xəstə tərəfə yerini dəyişməsi-“Vintil” simptomu hansı xəstəlik üçün xarakterdir?

A) Eksudativ plevrit

B) Ağ ciyərin blastoması

C) Ocaqlı vərəmi

D) Abses

E) İnfiltrativ vərəm


: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
408) Bronxun vərəmi ilə bronxun qeyri-spesifik dəyişikliyini necə fərqləndirmək olar?

A) 2-3 dəfə bronxun möhtəviyyatının sadə mikroskopiyası, flotasiya və kultural müayinəsi

B) İmmunoloji olaraq hüceyrə zəncirinin çatışmazlığı

C) Rentgenoqramma və tomoqramma

D) Qanın qeyri –spesifik və spesifik floraya görə əkilməsi

E) Qanın müayinəsi


: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
409) Yaşlı və qoca adamlarda ağ ciyər vərəmi ən çox hansı payda müşahidə olunur?
A) Döş daxili limfa düyünlərində

B) Yuxarı payda iki seqmentdə

C) Sağda orta payda

D) Yuxarı payda bir seqmentdə

E) Ağ ciyərin bir və ya hər ikisində aşağı paylarda
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
410) Yaşlı adamlarda kimyəvi preparatların dozası necə təyin olunur?
A) Ümumi qəbul olunan dozanın 1/4 və 1/3 hissəsi qədər artırılır

B) Ümumi qəbul olunan dozadan 3 dəfə çox verilir

C) Ümumi qəbul olunan dozanın yarısı verilir

D) Ümumi qəbul olunan dozadan 2 dəfə çox verilir

E) Ümumi qəbul olunan dozanın 1/4 və 1/3 hissəsi qədər azaldılır
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
411) Amiloidozun yaranma səbəbləri hansılardır?
A) Çoxsaylı destruksiyaların yaranması

B) Xəstəliyin xroniki gedişə malik olması

C) Bütün sayılanlar

D) Uzun müddət aparılan kimyəvi terapiyanın effektsizliyi

E) Kazeoz pnevmonik formanın inkişafı
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
412) Amiloidoz ən çox vərəmin hansı kliniki formalarında inkişaf edir?
A) Fibroz kavernoz və səpələnmiş vərəmdə

B) İnfiltrativ vərəmin dağılma mərhələsində

C) Kavenoz vərəmdə

D) Döş qəfəsi daxili limfa vəzlərinin vərəmində

E) İlkin vərəm kompleksində
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
413) Amiloidoz hansı orqanı daha az zədələyir?
A) Ürək

B) Qaraciyər

C) Böyrək

D) Bağırsaqlar

E) Böyrək üstü vəzlər
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
414) Qanaxma ilə ağırlaşan təzə kiçik spesifik proseslər hansı metodla daha tez aşkarlanır?
A) Bronxoskopiya

B) Bronxoqrafiya

C) Subyektiv və obyektiv (perkussiya, auskultasiya və s.) metodları ilə

D) İcmal rentgenoqramma

E) Angioqrafiya
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
415) Vərəm xəstəliyi nəticəsində yaranmış xroniki ağ ciyər ürək çatışmazlığın müalicəsi üçün göstərilən metodlardan hansı istisna təşkil edir?

A) Bronxolitiklər, qlükokortikoidlər

B) Sidik qovucu

C) Adekvat antibakterial müalicə

D) Ümumi qüvvətləndirici və intoksikasiya əleyhinə müalicə

E) Oksigen terapiya


: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
416) Xroniki ağ ciyər ürək çatışmazlığının qarşısını almaqda nə istisna təşkil edir?
A) Xəstəyə daim immunostimulyatorların təyini

B) Bronx ağ ciyər xəstəliklərinin profilaktikası

C) Məqsədyönlü əmək terapiyası

D) Xroniki ağ ciyər xəstələrinin vaxtaşırı müşahidəsi

E) Xroniki ağ ciyər xəstələrinin dispanser müşahidəsi
: Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
417) Vərəmli xəstələrdə dərmanlara qarşı ikincili davamlılığın yaranmasının səbəbi nədir?
A) Sadalananların hamısı

B) İlkin vərəmin yayılmış və destruktiv dəyişikliyə malik olması

C) Spesifik prosesin qeyri adekvat müalicəsi

D) Spesifik dərmanların keyfiyyətsizliyi

E) Xəstənin vaxtaşırı müalicəni dayandırması
: Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003.
418) Kliniki sağalma kriteriyalarına aşağıdakilardan hansı aid deyil?
A) Keçirilmiş vərəmdən sonra böyük qalıq əlamətlərinin əmələ gəlməsi

B) Qalıq əlamətlərinin formalaşması, lakin mikobakteiya ifrazının davam etməsi

C) Keçirilmiş vərəmdən sonra kiçik qalıq əlamətlərinin əmələ gəlməsi

D) Plevranın iri həcmli (ölçüsü 1 sm –dən böyük) birişmələrin baş verməsi

E) Uzun müddət və davamlı şəkildə mikobakteriyalar ifrazının kəsilməsi
: Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003.
419) Vərəmin kliniki sağalması zamanı əmələ gələn qalıq əlamətləri uzun müddət müşahidə olunarkən hansı dəyişikliklər baş verə bilər?

A) Bütün cavablar doğrudur

B) Yenidən fəallaşa bilər

C) Dəyişiksiz qala bilər

D) Yanaşı olaraq qeyri iltihabi xəstəliklər qoşula bilər

E) Həcmi arta bilər


: Ədəbiyyat: Н.М.Рудой. Задачи противотуберкулезного диспансера в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
420) Keçirilmiş vərəm xəstəliyindən sonra formalaşan qalığın aktivləşib yoluxucu forma olduğunu göstərən ən inandırıcı metod hansıdır?

A) Qeyri spesifik müalicə fonunda rentgenoloji dinamika

B) Auskultasiya

C) Qanın ümumi müayinəsi

D) Qalıq əlamətlərinin böyüməsi

E) Bakteriskopiya


: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
421) Spesifik prosesin aktivliyini təyin etmək üçün daha inandırıcı müayinə metodu hansıdır?
A) Subyektiv müayinə metodları

B) Sito-histoloji, bakterioskopik, kultural üsullarla patoloji materialın müayinəsi

C) Angioqrafiya

D) Obyektiv müayinə metodları

E) Qanın müayinəsi
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988 А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
422) Qanaxması olan xəstə bir dəfəyə 500-600 ml qan itirərsə hansı ağırlaşmalar onun həyatını təhlükə altına qoyur?

A) Şok


B) Asfiksiya törədən qan laxtaları ilə iri bronxların tutulması

C) Huşun itməsi və yaddaşın pozulması

D) Anemiya

E) Kollaps


: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
423) Spontan pnevmotoraks üçün hansı əlamətlər xarakterik deyil?
A) İshal, meteorizm, kəmərləyici ağrı

B) Miokardın infaktı

C) Stenokardil

D) Total ekssudativ plevrit

E) Qabırğaarası nevralgiya
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
424) Spontan pnevmotoraks ağ ciyər xəstəliklərinin hansı kliniki formalarında daha çox baş verir?

A) Exinakokk kistası

B) Sadalananların hamısı

C) Kazeoz-pnevmoniya

D) Stafilokkok pnevmoniyası

E) Ağ ciyərin kistaları


: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
425) Spontan pnevmotoraksda ölümün baş verməsinə hansı hal səbəb ola bilməz?
A) Trombemboliya

B) Ağciyərin kökə sıxılaraq ağciyər arteriyasını sıxması

C) Xəstənin spesifik dərmanlardan qeyri adekvat istifadə etməsi

D) Ağciyər-ürək çatışmazlığı və tromboz

E) Divararalığı üzvlərinin yerini dəyişməsi nəticəsində damar dəstəsinin sıxılması və hemodinamikanın pozulması
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г

Bölmə 6. Vərəmli xəstələrin müayinə üsulları

426) Vərəm mikobakteriyalarının massiv artması və ocaqda (ocaqlarda) kəskin ekssudativ reaksiya ilə müşaiyət olunan ağ ciyər vərəmi formaları necə aşkar oluna bilər?

A) Laborator müayinə ilə

B) Flüoroqrafik müayinə ilə

C) Sadalananların hamısı

D) Vərəm əleyhinə dispanserə müraciət zamanı

E) Ümumi tibb şəbəkəsinə müraciət zamanı aparılan minimum müayinə metodları ilə


: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
427) Mikobakteriyaları massiv şəkildə ifraz edən vərəmli xəstələrin yaşadıqları yerlər hansı qrup ocaqlara aid edilir?
A) IV qrup

B) V qrup

C) I qrup

D) III qrup

E) II qrup
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
428) Döş qəfəsinin perkussiyası ilə hansı diaqnozu müəyyənləşdirmək olar?
A) Pnevmoniya

B) Spontan pnevmotoraks

C) Ocaqlı vərəm

D) Bronxoektaziya xəstəliy

E) Kəskin bronxit
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
429) Plevral boşluqda havanın olmasını hansı müayinə ilə aşkar etmək olar?
A) Döş qəfəsinin perkussiyası ilə

B) Ağ ciyərlər üzərində səs titrəməsinin təyini ilə

C) Rentgen müayinəsi ilə

D) Ağ ciyərlərin auskultasiyası ilə

E) Bütün sayılanlar la
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
430) Auskultasiya zamanı hansı kliniki formada amforik tənəffüs eşidilir?
A) Fibroz kavernoz vərəmdə

B) İnfiltrativ vərəmdə

C) Ocaqlı vərəmdə

D) Səpələnmiş vərəmdə

E) Plevranın empiemasında
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
431) Daha çox instrumental metodların köməyi ilə aşkar olunan vərəm forması hansıdır?

A) Ocaqlı ağ ciyər vərəmi

B) Fibroz kavernoz ağciyər vərəmi

C) Səpələnmiş ağciyər vərəmi

D) İnfiltrativ ağciyər vərəmi

E) Sirrotik ağ ciyər vərəmi


: Ədəbiyyat: М.И.Перельман, В.А.Корякин, Н.М.Протопова. Туберкулез Москва 1990
432) Yaşlı insanlarda vərəm necə aşkar olur?
A) Xəstəliyin kliniki əlamətləri ilə əlaqədar tibbi yardım üçün müraciət zamamı

B) Əhalinin kütləvi flüoroqrafik müayinəsi zamanı

C) Bütün sayılanların vasitəsi ilə

D) Seksion müayinələr zamanı

E) Biopsiya materiallarına əsasən (instrumental müayinə, əməliyyatlar)
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
433) Vərəm mikobakteriyalarını aşkar etmək üçün hansı materiallar müainə edilə bilər?
A) Qan ,onurğa beyin mayesi

B) Bütün sayılanlar

C) Qapalı boşluqlardan götürülən punktatlar, bioptatlar

D) Bəlğəm, bronx möhtəviyyatı

E) Sidik, fistullardan götürülmüş irinli möhtəviyyat
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
434) PZR vasitəsi ilə vərəm mikobakteriyalarının aşkarı hansı müayinə metodları sırasına aiddir?
A) Genotipik müayinələr

B) Mikroskopik müayinələr

C) Fenotipik müayinələr

D) Sadalanların heç birinə

E) İmmun ferment aktivliyinin təyini müayinəsi
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
435) Xəstədə mikobakteriyanın ifrazının tapılması hansı tədbirlərin həyata keçirilməsi üçün vacibdir?
A) Ocaqların qruplaşdırılması

B) Bütün sayılanlar

C) Xəstənin təcili hospitalizasiyası

D) Xəstənin effektiv müalicəsi

E) Ocaqda dezinfeksiya tədbirlərinin həyata keçirilməsi
: Ədəbiyyat: Н.М.Рудой. Задачи противотуберкулезного диспансера в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
436) Kütləvi tuberkulindiaqnostikanın vəzifələri hansıdır?
A) Vərəm əleyhinə dispanserdə müayinəyə ehtiyacı olan yüksək risk qrupuna aid uşaqların ümumi kütlədən seçilməsi

B) Bütün sayılanlar

C) Vərəmə yoluxma və illik vərəmə yoluxma riski göstəricilərinin təyini

D) Vərəmlə xəstə uşaqların aşkar edilməsi

E) Praktik müalicəyə ehtiyacı olan kontingentin seçilməsi
: Ədəbiyyat: Л.А.Митинская Профилактика туберкулеза. 1988
437) Xəstə uşaqlarda tuberkulindiaqnostika nə məqsədlə aparılır?

A) Vərəmin diaqnostikası

B) Bütün sayılanlarla

C) Vərəm prosesinin fəallığının təyini

D) Müalicənin effektliliyinə nəzarət

E) Vərəmdən və pnevmoniyadan sonrakı qalıq əlamətlərinin differensasiyası


: Ədəbiyyat: Л.А.Митинская Профилактика туберкулеза. 1988
438) Tuberkulin sınağının “mənfi” olması nə ilə əlaqədar ola bilər?
A) Orqanizmin vərəm mikobakteriyaları ilə yoluxmaması ilə

B) Bütün sayılanlar doğrudur

C) Vərəm ocaqlarında kontaktlar müayinə olunarkən yoluxmuşlarda allergiyadan ön dövrün olması ilə

D) Sınağın aparılma texnikasındakı nöqsanlarla

E) Xəstəliyin ağır gedişatı zamanı, makroorqanizmin VMB antigenlərinə qarşı anergiyası ilə
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
439) Vərəm prosesi zamanı toxumalarda gedən dəyişikliyə aşağıda göstərilənlərdən hansı uyğun deyil?
A) İmmunizasiya

B) Fibroz

C) Proliferasiya

D) Ekssudasiya

E) Nekroz
: Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
440) Bronxların müayinəsi zamanı hansı rentgenoloji metodlardan istifadə olunur?
A) Bronxoqrafiya

B) Flüoroqrafiya

C) Tomoqrafiya

D) Rentgenkimoqrafiya

E) Rentgenoqrafiya
: Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
441) Normal nəfəs vermə zamanı xaric olunan havanın miqdarı nəyə bərabərdir?
A) 500-1000 ml

B) 1500-2000 ml

C) 2500-3000 ml

D) 2000-2500 ml

E) 900-1000 ml
: Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
442) Uşaqlar arasında “hiperergik” həssaslığın əmələ gəlməsi nə ilə əlaqədardır?
A) Orqanizmdə vərəm infeksiyasının fəallaşması

B) Sayılanların hamısı düzdür

C) Parallergiya faktoru

D) Orqanizmin spesifik sensibilizasiya dərəcəsinin superinfeksiya və ya fəal formalı vərəm nəticəsində yüksəlməsi

E) Vərəmlə xəstələnmə
: Ədəbiyyat: М.С.Греймер. Организация противотуберкулезной службы и диспансеризации детского населения в кн.: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
443) Postvaksinal və infeksion allergiyanı differensasiya edərkən nəyi nəzərə almaq lazımdır?
A) Postvaksinal çapığın mövcudluğu və onun ölçüsü

B) Vərəm əleyhinə peyvəndin aparılıb-aparılmamasını

C) Vərəmli xəstə ilə kontaktın və kliniki simptomatikanın olması

D) Bütün sayılanları

E) VƏP-dən sonra keçən müddəti
: Ədəbiyyat: М.С.Греймер. Организация противотуберкулезной службы и диспансеризации детского населения в кн.: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
444) İnfeksion allergiyanı təsdiq edən faktorlar hansılardır?
A) Papulanın ölçüsü

B) Hiperergiyanın olması

C) Papulanın gərginliyi

D) VƏP-dən sonra keçən müddət

E) Bütün sayılanlar
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
445) 2TV PPDL tuberkulinin orqanizmə daxil edilməsi hansı fəsadları törədə bilər?
A) Allergik dermatitlər

B) Bütün göstərilənləri

C) Bronxial astma tutması

D) Ani sürətli allergik reaksiya

E) Anaflaktik şok
: Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə