Ftiziatriya Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) Tənəffüs üzvlərinin xəstəlikləri zamanı hansı rentgen müayinə göstəriş deyil?



Yüklə 1,46 Mb.
səhifə9/16
tarix10.11.2017
ölçüsü1,46 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

446) Tənəffüs üzvlərinin xəstəlikləri zamanı hansı rentgen müayinə göstəriş deyil?
A) Ön proyeksiyada tomoqrafik müayinə

B) Ön proyeksiyada rentgenoskopik müayinə

C) Yan proyeksiyada rentgenoskopik müayinə

D) Ön proyeksiyada rentgenoqrafik müayinə

E) Renoqrafiya
: Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
447) Tənəffüs orqanlarının xəstəliklərinin müayinəsi zamanı hansı müayinə üsulu əsas sayılır?
A) Angioqrafiya

B) Rentgenoqrafiya və tomoqrafiya

C) Kimoqrafiya

D) Bronxoskopiya

E) Angiopulmonoqrafiya
: Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
448) Tənəffüs üzvləri xəstəliklərinin müayinəsində ilkin olaraq hansı rentgen müayinədən istifadə olunur?

A) Polipozision rentgenoskopiya və rentgenoqrafiya, flüoroqrafiya

B) Ön və yan proyeksiyalarda tomoqrafiya

C) Müxtəlif proyeksiyalarda rentgenoskopiya

D) Divararalığının ön və yan proyeksiyalarında tomoqrafiya

E) Ön və yan proyeksiyada flüoroqrafiya


: Ədəbiyyat: Л.И.Юкелис Флюорография легких Ленинград 1988
449) Əhalinin profilaktik müayinəsi zamanı əsas hansı rentgen müayinədən istifadə olunur?
A) Flüoroqrafiya

B) Kompüter tomoqrafiyası

C) Tomoqrafiya

D) Rentgenoqrafiya

E) Rentgenoskopiya
: Ədəbiyyat: Л.И.Юкелис Флюорография легких Ленинград 1988
450) Əhalinin vərəmə görə minimum profilaktik müayinəsinə hansı üsullar daxildir?
A) Sayılanların heç biri

B) Flüoroqrafiya, Mantu sınağı, sadə bakterioskopiya

C) Rentgenoqrafiya, qanın ümumi müayinəsi, bəlğəmin müayinəsi

D) Bronxoskopiya, HİV-ə görə müayinə, qanın ümumi müayinəsi

E) Biokimyəvi müayinə, sidiyin bakterioloji müayinəsi, tomoqrafiya
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
451) Ön proyeksiyada çəkilmiş ağ ciyərlərin icmal rentgenoqrammasının keyfiyyətinə qiymət verərkən hansı amillər nəzərə alınmalıdır?

A) Rentgenoqrammanın tənəffüsün hansı fazasında çəkilməsi

B) Xəstənin vəziyyətinin düzgünlüyü və orqanın tam əhatə olunması

C) Rentgenoqrammanın sərtlik dərəcəsi

D) Bütün cavablar doğrudur

E) Artefaktlar


: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
452) Ağ ciyərlərin ön proyeksiyadan çəkilmiş icmal rentgenoqrammasının texniki keyfiyyətinə qiymət verilərkən xəstənin yerləşdirilməsi hansı halda düzgün sayılır?
A) Körpücük sümüklərinin medial hissələrinin döş sümüyünə qarşı simmetrik olmlıdır

B) Bütün sayılanlar

C) Yuxarı 4 döş fəqərəsinin cismləri görünməlidir

D) Döş qəfəsinin yan hissələri aydın görünməlidir

E) Diafraqmanın hər iki kümbəzi və plevra- diafraqmal sinuslar aydın görünməlidir
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
453) Döş qəfəsinin ön proyeksiyasında çəkilmiş icmal rentgenoqrammasına qiymət verərkən nəyə fikir vermək lazımdır?

A) Ağ ciyər sahəsinin şəffaflığına

B) Hər iki zirvənin vəziyyətinə

C) Diafraqmanın sağ zirvəsinin vəziyyətinə

D) Diafraqmanın sol zirvəsinin vəziyyətinə

E) Bütün sayılanlara


: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
454) Döş qəfəsinin ön proyeksiyasında çəkilmiş icmal rentgenoqrammasının rentgenoanatomik analizi aparılarkən hansı amil nəzərə alınmalıdır?
A) Bütün sayılanlar doğrudur

B) Ağ ciyər köklərinin, ağ ciyər şəklinin vəziyyəti

C) Sümük skeletinin vəziyyəti

D) Yumşaq toxumaların vəziyyəti

E) Divararalığının, diafraqmanın və diafraqmal sinusların vəziyyəti
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
455) Döş qəfəsinin yan proyeksiyada çəkilmiş rentgenoqramması hansı məlumatı almağa imkan verir?
A) Payarası plevrada gedən proseslər haqqında

B) Patoloji prosesin ağ ciyərin hansı seqmentində lokalizə olmağı haqqında

C) Döş qəfəsinin ön proyeksiyasıda aydın görünməyən yuxarı və aşağı payın sərhədləri haqqında məlumat

D) Bütün sayılanlar doğrudur

E) Patoloji prosesin ağ ciyərin hansı payında yayılması haqqında
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
456) Ağ ciyər köklərinin və divararalığının yan proyeksiyada çəkilmiş tomoqramması hansı məlumatı almağa kömək edir?
A) İri bronxların vəziyyəti haqqında

B) Orta pay və VI seqment bronxları ətrafındakı limfa vəzlərinin vəziyyəti haqqında

C) VI seqment bronxlarının və orta payın vəziyyəti haqqında

D) Bütün sayılanlar doğrudur

E) Ağ ciyərin və divararalığının ön proyeksiyada öz əksini tapmayan hssələrinin vəziyyəti haqqında
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
457) Plevrada bitişmələri ayırd etmək üçün hansı müayinə metodu tətbiq olunur?
A) Angioqrafiya

B) Bronxoskopiya

C) Rentgenoqrafiya

D) Plevroskopiya

E) Tomoqrafiya
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
458) Döş qəfəsi orqanlarının tomoqrafik müayinəsinin aparılması üçün göstərişlər hansılardır?
A) Patoloji dəyişikliyin spesifikliyinin təyini üçün

B) Patoloji dəyişikliklərin lokalizasiyasının dəqiqləşdirilməsi

C) Patoloji dəyişikliklərin xarakterinin aydınlaşdırılması üçün

D) Patoloji dəyişikliklərin aktivliyinin təyini üçün

E) Bütün cavablar doğrudur
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
459) Kompüter tomoqrafiyasının diaqnostik imkanları hansılardır?
A) Adi tomoqrammalarda görünməyən boşluqlu dəyişiklikləri aşkar edir

B) Adi tomoqrammada görünməyən döş qəfəsi daxili limfa vəzilərindəki dəyişiklikləri aşkar edir

C) Bütün sayılanlar

D) Ağ ciyərlərin bu və ya dgər anatomik elementlərinin patoloji prosesə cəlb olunmasını ayırd edir

E) Patoloji dəyişikliklərinin sıxlığına əsasən iltihabi və şiş proseslərinin differensasiyasına kömək edir
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
460) Vərəm spondilitlərində hansı rentgenoloji əlamət daha informativ sayılır?
A) Fəqərə cisminə duzların toplanması

B) Sayılanların heç biri uyğun gəlmir

C) Ön və arxa boylama bağların kirəcləşməsi nəticəsində “bambuk

D) Fəqərəarası disklərin qalınlaşması nəticəsində fəqərə cismlərinin bir-birindən aralanması

E) Fəqərəarası disklərin dağılması nəticəsində fəqərə cismlərinin bir-birinə yaxınlaşması
: Ədəbiyyat: Диагностика и лечение внелегочного туберкулеза. Рекомендация ВОЗ 2002
461) Bronxoqrafiya ən çox hansı xəstəliyin diaqnostikasında tətbiq olunur?
A) Sayılanların heç biri

B) Ağ ciyər kistalarının

C) Ağ ciyər xərçənginin

D) Divararalığı patologiyaları

E) Patologi pnevmotoraksların
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
462) Ağ ciyərlərdəki kölgəyəbənzər dəyişiklikləri təsvir etmək üçün nəyə fikir verilməlidir?
A) Kölgəliklərin sayı, ölçüsü və formasına

B) Ətraf fonun vəziyyətinə

C) Bütün sayılanlara

D) Kölgəliklərin konturu, intensivliyi və strukturuna

E) Kölgəliyin lokalizasiyası, xarakteri, eləcə də onun başqa orqanlar strukturları ilə əlaqəsinə
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
463) Böyrək vərəminin yoluxucu formasının təyini üçün hansı müayinə metodu önəmlidir?
A) Qanın əkilməsi

B) Qalxan uroqrafiya

C) Sidiyin sadə mikroskopiyası

D) Angioqrafiya

E) Renoqrafiya
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
464) Ağ ciyər vərəmi diaqnozunu qoyarkən rentgenoloji olaraq nəyə fikir vermək lazımdır?
A) Prosesin bronxogen yayılmasına

B) Bütün sayılanlara

C) Prosesin lokalizasiyasına

D) Prosesin yayılma dərəcəsinə

E) Prosesin formasına
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
465) Rentgenoloji olaraq ağ ciyər vərəminin hansı yayılma formaları mövcuddur?
A) Prosesin limfogen yayılması

B) Prosesin bronxogen yayılması

C) Prosesin hemotogen yayılması

D) Sadalananların heç biri

E) Bütün sayılanlar
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
466) Bronxoskopik müayinə üçün əks göstərişlər hansılardır?
A) Ürəyin işemik xəstəliyi, miokard infarktı

B) Bronxun xoş xassəli şişi

C) İnfiltrativ vərəm dağılma mərhələsində

D) Bronxun vərəmi

E) Bronxun bəd xassəli şişi
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
467) Biopsiya zamanı alınmış bioptat hansı müayinələrə göndərilməlidir?
A) Sitoloji və biokimyəvi müayinə

B) Sitoloji müayinə

C) Biokimyəvi və morfoloji müayinə

D) Sitoloji, morfoloji və bakterioloji müayinə

E) Bakterioloji və biokimyəvi müayinə
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
468) Plevroskopiya zamanı biopsiya vasitəsilə aşağıda göstərilən hansı xəstəlik diaqnozunu qoymaq olar?
A) Naməlum etiologiyalı plevrit

B) Sadalananların hamısı

C) Xərçəng təbiətli plevrit

D) Vərəm mənşəli ekksudativ plevrit

E) Revmatik mənşəli ekssudativ plevrit
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
469) Vərəm mikobakteriyaları ifraz edən ağciyər vərəmli xəstələr necə aşkar olunmalıdır?
A) Laborator müayinələrlə

B) Vərəm əleyhinə dispanserə müraciət zamanı

C) Flüoroqrafik müayinələrlə

D) Profilaktik baxışlarla

E) Ümumi tibb şəbəkəsinə müraciət zamanı aparılan minimum müayinələrlə
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
470) Mikobakteriya ifrazı ilə müşaiyət olunmayan ocaqlı formalı vərəmi olan xəstələr hansı müayinə ilə daha çox aşkar olunur?

A) Meyidin təşrihi zamanı

B) Laborator müayinələrlə

C) Ümumi tibbi müəssisələrə müraciət zamanı mikroskopiya metodu ilə

D) Bütün sayılanlarla

E) Profilaktik flüoroqrafik müayinələrlə


: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
471) Vərəmli xəstələrin şikayətlərinə aşağıdakılardan hansı ayid deyil?
A) Bəlğəm ifrazı

B) Kəmərləyici ağrı

C) Subfebril hərarət

D) Gecə tərləmələri

E) Öskürək
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
472) Döş qəfəsinin perkussiyası zamanı kütləşmə nə vaxt qeyd olunur?
A) Bronxitdə

B) Bronxoektaziya xəstəliyində

C) Spontan pnevmotoraksda

D) Emfizemada

E) Ekssudativ plevritdə
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
473) Plevra boşluğunda ekssudatın olması hansı obyektiv müayinədə aşkarlana bilər?
A) Sayılanların hamısı doğrudur

B) Auskultasiya

C) Palpasiya

D) Sayılanların heç biri

E) Perkusiya
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
474) Ağciyərlərdə yaş xırıltılar vərəmin hansı formasında daha çox müşahidə olunur?
A) İnfiltrativ ağciyər vərəmində

B) Tuberkulyomada

C) Ocaqlı vərəmdə

D) Döş qəfəsi daxili limfa vəzlərinin vərəmində

E) Uşaqlarda və yeniyetmələrdə vərəm intoksikasiyasında
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
475) Vərəmin hansı forması daha qüclü kliniki simptomatika ilə müşayət olunur?
A) Ağ ciyər tuberkuloması

B) Ağ ciyərin sirrotik vərəmi

C) Limfogen səpələnmiş vərəm

D) Ocaqlı ağ ciyər vərəmi

E) Kazeoz pnevmoniya
: Ədəbiyyat: В.И.Кибрик Казеозная пневмoния Ярославл 2002
476) Yaşlı insanlarda vərəmin aşkarlanması hansı hallarda daha çox müşahidə olunur?
A) Cərrahi müdaxilə zamanı

B) Biopsiya materiallarına əsasən (instrumental müayinə, əməliyyatlar)

C) Əhalinin kütləvi flüoroqrafik müayinəsi ilə

D) Meyidin təşrihi zamanı

E) Xəstəliyin kliniki əlamətləri ilə əlaqədar tibbi yardım üçün müraciətlər zamanı
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
477) Tənəffüs orqanlarının R-müayinəsində hansı metod istifadə olunmur?
A) Tomoqrafiya düz proyeksiyada

B) Flüoroqrafiya və rentgenskopiya

C) Kontrast uroqrafiya

D) R-qrafiya düz proyeksiyada

E) R-qrafiya yan proyeksiyada
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
478) Vərəm xəstəliyi adi üsulla aşkarlanmadıqda hansı əlavə müayinə metodları tətbiq olunur?
A) Bütün sadalananlar

B) Bronxoqrafiya

C) Maqnit rezornans tomoqrafiya

D) Rentgenoqrafiya və tomoqrafiyası

E) Kompyuter tomoqrafiya
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
479) Müasir dövrdə hansı flüoroqrafiya aparatı həlledicilik qabiliyyətinə görə üstündür?
A) İri kadrlı lentli flüoroqraf (77x77 mm)

B) Hərəkətdə olan lentli flüoroqraf (77x77 mm)

C) 110x110 mm lentli flüoroqraf

D) Kiçik kadrlı lentli flüoroqraf (34x34 mm)

E) Rəqəmsal aparat
: Ədəbiyyat: Л.И.Юкелис Флюорография легких Ленинград 1988
480) Döş qəfəsi orqanlarının icmal rentgenoqrammasının keyfiyyət göstəriciləri hansılardır?
A) Xəstənin simmetrik dayanması

B) Döş qəfəsini tam əhatə etməsi

C) Bütün cavablar düzgündür

D) Şüanın sərtlik dərəcəsi

E) R-qramın çəkilərkən tənəffüsün fazası
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
481) Hansı halda döş qəfəsi orqanlarının icmal R-qramması çəkilişi düzgün hesab edilir?
A) Yalnız bir tərəfdə ağ ciyərin zirvəsi tam görünür

B) Hər iki ağ ciyərin zirvəsi görünmür

C) Körpücük sümüklərinin iç çıxıntıları döş sümüyünə qarşı simmetrik dayanır

D) Diafraqmanın kümbəzi görünür yalnız bir tərəfdə görünür

E) Körpücük sümüklərinin iç çıxıntılarının döş sümüyünə simmetrik dayanması mövcud deyil
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
482) Döş qəfəsi orqanları icmal R-qrammasın qiymətləndirilməsi zamanı hansı hal normal hesab olunur?
A) Onurğa sütunu divar aralığının kölgəsi fonunda aydın nəzərə çarpırsa

B) Yalnız birinci 3-4 döş fəqərəsinin cismi aydın görünürsə

C) Sümük elementlərinin strukturu dəyişilməyibsə

D) Bütün döş qəfəsi fəqərələr arası disklər aydın görünürsə

E) Döş qəfəsi şəkilin bir tərəfində tam görünmür (kəsilmişdir)
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
483) Döş qəfəsi orqanlarının icmal R-qrammasında tənəffüs fazasını qiymətləndirərkən nəyi nəzərə almaq lazımdır?

A) Diafraqmanın sağ və sol kümbəzinin vəziyyətini

B) Diafraqmanın sol kümbəzinin vəziyyətini

C) Sayılanların hamısını

D) Diafraqmanın sağ kümbəzinin vəziyyətini

E) Ağ ciyər sahəsinin şəffaflıq dərəcəsini


: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
484) Döş qəfəsinin icmal R-qrammasının qiymətləndirərkən hansı hallar artefakt sayılır?
A) Plyonkadakı deffektlər

B) Skletin anomaliyaları

C) Döş qəfəsinə aid olmayan detalların təsvirlərinə

D) Damarların anevrizması

E) Yad cisimlər (sancaq, bəzək əşyaları və s.)
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
485) Ağ ciyərlərin düz proyeksiyada tomoqramması hansı informasiyanı verir?
A) Divararalığının xoş xassəli şişləri haqqında

B) Döş qəfəsi daxili limfa düyünlərinin vəziyyəti

C) Böyük damarların vəziyyəti

D) Bütün cavablar düzdür

E) Traxeya və böyük bronxların vəziyyəti
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
486) Flüorokartotekanın hansı növləri vardır?
A) Flüoroteka

B) Sadalananların heç biri

C) Sadalananların hamısı

D) Aktiv flüorokartoteka

E) Passiv flüorokartoteka
: Ədəbiyyat: Y.Ş.Şıxəliyev.Ucqar dağ kənd yaşayış məntəqələrində flüoroqrafiya müayinələrinin təşkili Bakı 1989
487) Minimum müayinə metodlarına hansılar aiddir?
A) Rentgen flüoroqrafiya

B) Sadə mikroskopiya

C) tuberkulindiaqnostika

D) Sadalananların hamısı

E) İcmal rentgenoqrafiya
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
488) Müayinə metodlarının aparılma ardıcıllığı necə olmalıdır?
A) Sadalananların hamısı

B) Ən müasir bahalı müayinə

C) Bahalıdan ucuza doğru

D) Deantoloji qanunlara əməl etməklə

E) Ucuzdan bahalıya doğru
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
489) Bronx ağ ciyər aparatı xəstəliklərinin müayinəsinin ilkin mərhələsi hansıdır?
A) Obyektiv müayinə metodları kifayət edir

B) Bronx ağ ciyər aparatının rentgenoloji müaynəsinə ehtiyac yoxdur

C) Minimum müayinə metodları ilə başlanmalıdır

D) Maksimum müayinə metodları ilə başlanmalıdır

E) Subyektiv şikayətlər kifayət edir
: Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
490) Döş qəfəsinin flüoroqrafiyası zamanı hansı xəstəliklər aşkarlanır?
A) Ürək-damar sisteminin xəstəlikləri

B) Ağ ciyərin qeyri spesifik xəstəlikləri

C) Döş qəfəsi skletinin patologiyaları

D) Bronx ağ ciyər aparatının vərəmi

E) Sadalananların hamısı
: Ədəbiyyat: Л.И.Юкелис Флюорография легких Ленинград 1988
491) Flüoroqrafiyanın effektivlik səviyyəsi necə artırılır?
A) Sidik-tənasul sistemi müayinəsinin əlavə olunması

B) Mədə-bağırsaq sistemi müayinəsinin əlavə olunması

C) Onkoloji patologiyaların aşkarlanması

D) Əhalinin kütləvi şəkildə müayinəsi

E) Risk qruplarının müayinəsi
: Ədəbiyyat: Л.И.Юкелис Флюорография легких Ленинград 1988
492) Kütləvi mikobakteriya ifrazı nə deməkdir?
A) Mikobakteriyanın aşkarı zamanı görüş sahəsində mikroskopik və kultural metodla 10 kaloniyadan çox mikobakteriya görünür

B) Mikobakteriyanın aşkarı zamanı görüş sahəsində mikroskopik və kultural metodla 1-5 kaloniya mikobakteriya görünür

C) Mikobakteriyanın aşkarı zamanı görüş sahəsində mikroskopik və kultural metodla 1 kaloniya mikobakteriya görünür

D) Mikobakteriya görünmür

E) Mikobakteriyanın aşkarı zamanı görüş sahəsində mikroskopik və kultural metodla 20 kaloniyadan çox mikobakteriya görünür
: Ədəbiyyat: Методические указания. По классификации очагов туберкулезной инфекции, проведению и контролю качества дезинфекционных метоприятий при туберкулезе Москва 1980
493) ÜST-nin göstərişlərinə əsasən vərəmin aşkarlanması hansı metodla aparılır:
A) Flüoroqrafiya

B) Sadə mikroskopiya

C) Kompyuter tomoqrafiyası

D) Zonoqrafiya

E) İcmal rentgenoqrafiya
: Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
494) Bir dəfə mikobakteriyanın tapılması hansı hallarda xəstələrin yoluxucu olduğunu sübut edir?
A) Rentgenoloji olaraq bronx ağ ciyər aparatında keçirilmiş vərəmin qalığı olduqda

B) Sadalananlardan heç biri

C) Rentgenoloji olaraq bronx ağ ciyər aparatında fəal vərəm olduqda

D) Rentgenoloji olaraq bronx ağ ciyər aparatında şiş xəstəliyi olduqda

E) Rentgenoloji olaraq bronx ağ ciyər aparatında fəal vərəm olmadıqda
: Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
495) Rentgenoloji olaraq vərəmə aid əlamətlər olmadıqda bəlğəmin mikroskopik müayinəsinin müsbət nəticəsi hansı hallarda vərəmin fəallığını təsdiq edir?
A) Bir sadə mikroskopiyanın müsbət cavabı

B) Ən azı iki sadə mikroskopiyanın müsbət cavabı

C) Üç sadə mikroskopiyadan birinin müsbət cavabı

D) İki sadə mikroskopiyadan birinin müsbət cavabı

E) Sadalananların heç biri
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
496) Rentgenoloji müayinə zamanı vərəmin fəallığına aid əlamətlər qeyd olunmamasına baxmayaraq sadə mikroskopiyanın müsbət nəticəsi nə ilə əlaqədardır?
A) Sadalananların heç biri

B) Ağ ciyərdə keçirilmiş vərəmin böyük qalıq əlamətlərinin olması

C) Plevra diafraqmal sinuslarda sinexiyanın baş verməsi

D) Keçirilmiş döş daxili limfa vəzlərinin vərəminə görə bronxo-nodulyar fistulanın əmələ gəlməsi ilə

E) Ağ ciyərdə keçirilmiş vərəmin kiçik qalıq əlamətlərinin olması
: Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
497) Sümük oynaq sisteminin vərəmi diaqnozunu qoymaq üçün müayinə metodları hansılardır?
A) Rentgenoqramma

B) Tuberkulindiaqnostika

C) Fistuladan götürülmüş möhtəviyyatın mikroskopiyası

D) Rentgenoqramma, tuberkulindiaqnostika fistuladan götürülmüş möhtəviyyatın mikroskopiyası

E) Sadalananların heç biri
: Ədəbiyyat: Диагностика и лечение внелегочного туберкулеза. Рекомендация ВОЗ 2002
498) Yaşlı insanlarda rentgenoloji olaraq ağ ciyərdə vərəmin qalıq əlamətləri müşahidə olunduqda prosesin aktivliyi necə təyin olunur?
A) Bir həftəlik spesifik müalicə

B) 2 həftəlik qeyri-spesiik müalicə

C) 2-3 aylıq spesifik müalicə

D) Bir aylıq spesifik müalicə

E) Sayılanların hamısı
: Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
499) Rentgenoloji olaraq fəal vərəm aşkarlandıqda hansı hallarda xəstə yoluxucu sayılır?
A) Sadalannların hamısı

B) 1 dəfə mikroskopik müayinə zamanı vərəm mikobakteriyasının aşkarlanması

C) 1 dəfə kultural müayinə zamanı vərəm mikobakteriyasının aşkarlanması

D) 2-3 dəfə kultural müayinə zamanı vərəm mikobakteriyasının aşkarlanması

E) 2-3 dəfə mikroskopik müayinə zamanı vərəm mikobakteriyasının aşkarlanması
: Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
500) Rentgenoloji olaraq ocaqlı vərəmlə tuberkulyoma arasındakı fərq nəyə əsaslanaraq qiymətləndirilir?
A) Ocaqların ölçüsünə görə

B) Ocaqların lokalizasiyasına görə

C) Sayılanların hamısı

D) Ocaqların intensivliyinə görə

E) Ocaqların qruplaşmasına görə
: Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
501) Döş qəfəsi daxili limfa vəzlərinin kiçik formalarının rentgendiaqnostikasının hansı üsullarla araşdırılması daha məqsədəuyğundur?
A) Angioqrafiya

B) Flüoroqrafik müayinə

C) Ağ ciyərlərin icmal rentgenoqramması və ağ ciyər kökləinin tomoqrafik müayinəsi, KT

D) Bronxoqrafiya

E) Ağ ciyərlərin icmal rentgenoqramması
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
502) Limfoqranulyomatoz rentgenolojı olaraq döş qəfəsi daxili limfa vəzlərinin vərəmindən nə ilə fərqlənir?
A) Ağ ciyər toxumasında infiltrasiyanın yayılmış xarakter daşıması

B) Prosesin ikitərəfli olaraq “boru” simptomuna malik olması

C) Ağ ciyər kökünün ətrafında intensiv kölgəliyin olması

D) Prosesin birtərəfli olması

E) Prosesin ikitərəfli olması
: Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə