Ftiziatriya ixtisası üzrə nümunəvi test sualları Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili



Yüklə 1,33 Mb.
səhifə1/15
tarix02.06.2018
ölçüsü1,33 Mb.
#47347
  1   2   3   4   5   6   7   8   9   ...   15

Ftiziatriya ixtisası üzrə nümunəvi test sualları

Bölmə 1. Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili.

1) Vərəm ocağı nədir?
A) Ətrafa vərəm mikobakteriyasını ifraz edən xəstə insan və xəstə heyvanların yaşadığları məkan

B) Ətrafa vərəm mikobakteriyasını ifraz edən xəstə insanƏtrafa vərəm çöpləri ifraz edən xəstə insan

C) Ətrafa vərəm mikobakteriyasını ifraz edən xəstə heyvanların yaşayış yeri

D) Xəstə insanların toxunduğu əşyalar və ya mikobakteriya ifraz edən heyvanlar

E) Xəstə insanların yaşayış yeri.
Ədəbiyyat: А.Г.Хoменко Туберкулез органов дыхания Москва «Медицина» 1988.
2) Xəstənin yaşadığı yer hansı halda ən qorxulu vərəm ocağı sayılır?
A) Ocaqda ilkin vərəm kompleksi olan xəstə yaşayırsa

B) Ocaqda bəlğəmində kultural üsulla VMB aşkarlanan xəstə yaşayırsa

C) Ocaqda fibroz kavernoz vərəm xəstəsi yaşayırsa

D) Ocaqda bəlğəmində mikroskopik üsulla VMB aşkarlanan xəstə yaşayırsa

E) Ocaqda infiltrativ vərəm xəstələri yaşayırsa
Ədəbiyyat: А.Г.Хoменко Туберкулез органов дыхания Москва «Медицина» 1988.
3) Xəstəliyin ən çox rast gəlinən yayılma yolları?

A) Hava-damcı yolu

B) Tibbi manupulyasiyalarla

C) Ərzaq məhsulları ilə

D) Cift vasitəsi ilə

E) Dəri və selikli qişaların zədələnməsi ilə


Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
4) Vərəm infeksiyasının ötürülməsinin qarşısının alınmasında və ya bu işdə çətinlik törədən amillər hansılardır?
A) Xəstənin sanatoriyaya göndərilməsi

B) Ailədə sanitar gigiyenik normalara əməl etmək (xəstənin yataq dəstləri və əşyalarına qulluq)

C) Ailədə xəstəyə izolyasiya edilmiş otağın verilməsi

D) Mikobakteriya ifraz edən xəstələrin stasionarda davamlı abasilləşməyə qədər saxlanılması

E) Bütün cavablar düzdür
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхание. Москва 1986 г.
5) Vərəmə görə qorxulu sayılan əhali qrupu necə təyin olunur?
A) Yaş və cinsə, irsə görə

B) İmmunoloji əlamətlərə görə

C) Bütün cavablar səhvdir

D) Genetik əlamətlərə görə (yaxın qohumluq), yanaşı xəstəlik, immunoloji əlamət, sosial faktorlar

E) Yanaşı xəstəliklər və sosial faktorlar (miqrant, qaçqın, evsiz- eşiksiz, məhbusluqdan azad olunanlar və s.) iş şəraitinə görə
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
6) Vərəmə yoluxma riski yüksək olanlara hansılar aiddir?
A) Gənc yaşda olanlar

B) Yaşlı insanlar

C) Yeniyetmələr

D) Qocalar və ahıllar

E) Südəmər və 3 yaşa qədər uşaqlar
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999.
7) Göstərilən xəstəliklərdən hansı vərəmə görə risk sayılmır?
A) Birincili və müxtəlif səbəblərdən yaranmış ikincili immunodefisit

B) Şəkərli diabet, mədə -12 barmaq bağırsaq xorası

C) Ağciyərlərin anadangəlmə qüsurları

D) Hipertoniya xəstəliyi

E) Bəd xassəli şişlərin ağ ciyərdə və digər üzvlərdə yerləşməsi
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları. 2003 il.
8) Əvvəllər vərəm xəstəliyi keçirmiş və vərəmin rentgenoloji qalıq əlamətləri müşahidə olan şəxslərdə vərəmin fəallaşma riski digər qrup insanlardan nə qədər üstündür?

A) Risk yoxdur

B) 2 dəfə

C) 5-10 dəfə

D) 50 dəfə

E) 3 dəfə


Ədəbiyyat: Л.И.Юкелиса. Флюорография лекгих. Ленинград «Медицина» 1988
9) Epidemioloji vəziyyətə qiymət vermək üçün hansı göstəricilər mütləqdir?

A) İnfeksiyaya yoluxma

B) Xəstələnmə, xəstəlik, ölüm, infeksiyaya yoluxma

C) Xəstələnmə

D) Ölüm

E) Xəstəlik


Ədəbiyyat: И.И.Фел., А.А.Ахмедов., Г.Л.Труман. Методические указания к практическим занятиям по медицинской статистике. Баку 1973
10) Vərəmə görə xəstəlik anlayışını aşağıdakılardan hansılar ifadə edir?
A) İlin axırına qeydiyyatda olan fəal vərəmli xəstələrin sayı

B) Dispanser müşahidəsində olan xəstələrin sayı

C) Ərazidə olan bütün xəstələr içərisində vərəm xəstələrinin xüsusi çəkisi

D) 1000 nəfər əhaliyə görə vərəm xəstələrinin sayı

E) İlin axırına qeydiyyatda olan xəstələrin 100.000-ə vurularaq əhalinin orta illik sayına bölünməsi
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
11) Vərəmdən ölüm göstəricisinə aşağıdakılardan hansı aiddir?
A) 100nəfər əhaliyə görə il ərzində səhiyyənin bütün sahələri üzrə vərəmdən ölənlərin sayı

B) 100min əhaliyə görə il ərzində səhiyyənin bütün sahələrində qeydə alınma vərəmdən ölənlərin sayının əhalinin orta illik sayına nisbəti

C) Vərəm dispanserində qeydiyyatda olan xəstələrin arasında vərəmdən ölənlərin sayı

D) İl ərzində vərəmdən ölənlərin sayı

E) Səhiyyənin bütün xidməti sahələrində il ərzində vərəm xəstəliyindən ölənlərin sayı
Ədəbiyyat: И.И.Фел., А.А.Ахмедов., Г.Л.Труман. Методические указания к практическим занятиям по медицинской статистике. Баку 1973
12) Xəstələnmənin və xəstəliyin yayılmasının qarşısının alınması nədən asılıdır
A) Əhalinin profilaktik müayinəyə cəlbindən

B) “Vərəm hadisəsinin” düzgün qeydiyyatı, əhalinin profilaktik müayinəyə cəlbindən, səhiyyənin rentgen flüoroqrafiya və labaratoriyalarının təchizatından, ixtisaslı həkimlərdən

C) İxtisaslı həkimlərdən

D) Səhiyyənin rentgen flüoroqrafiya və laboratoriyalarının təchizatından

E) “Vərəm hadisəsinin” qiymətləndirilməsindən
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999.
13) Kontingentin abasilləşməsi göstəricisi hansıdır?
A) VMB (-) mənfi olan xəstələrin sayının 100 VMB (+) müsbət olan xəstələrə nisbətidir

B) VMB (-) mənfi olan xəstələrin bütün kontingent içərisində faizidir

C) Bütün sayılanlardır

D) Basilyarlıq qeydiyyatından çıxarılan xəstələrin sayıdır;

E) Cari ildə abasilləşmiş və basilyarlıq qeydiyyatından çıxarılan xəstələrin cəmi sayının 100-ə hasilinin kontingentin orta illik sayına nisbəti
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyasını xarakterizə edən əsas göstəricilər və onların təyini metodları (Metodik təlimat). Bakı -1998.
14) Vərəmlə xəstələnmə göstəricisi hansıdır?
A) 1000 nəfər əhaliyə görə vərəmli xəstələrin sayıdır

B) 10000 nəfər əhaliyə görə vərəmli xəstələrin sayıdır

C) Hesabat ilində ilkin qeydiyyata alınan fəal vərəmli xəstələrin sayının 100 min nəfərə vurularaq əhalinin sayına olan nisbətidir

D) Cari ildə aşkar olunan vərəmli xəstələrin sayıdır

E) Göstərilən ərazidə yaşayan əhalinin sayına görə xəstələrin faizidir
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyasını xarakterizə edən əsas göstəricilər və onların təyini metodları (Metodik təlimat). Bakı -1998.
15) Vərəmdən kliniki sağalma necə hesablanır?
A) III dispanser qrupuna keçənlərin sayının 100-ə hasilinin kontingentdə olan fəal xəstələrin orta illik sayına nisbətidir

B) Qeydiyyatdan çıxarılan xəstələrin 100-ə hasilinin kontingentin cəmi sayına nisbəti

C) Fəal qrupa keçənlərin 100-ə hasilinin kontingentin cəmi sayına nisbəti

D) III və V qrup xəstələrin sayının 100-ə hasilinin kontingentə nisbəti

E) Bütün sayılanlar düzgündür
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
16) Yaşlı əhali qrupları arasında vərəm ən çox hansı halda aşkarlanır?
A) Tuberkulindiaqnostika zamanı

B) İnstrumental müayinələr və operativ əməliyyatlar zamanı

C) Sadalanların heç biri

D) Tibbi yardım üçün müraciət zamanı və kütləvi flüoroqrafik müayinələr zamanı

E) Əhalinin kütləvi flüoroqrafik müayinəsi zamanı
Ədəbiyyat: Л.И.Юкелиса. Флюорография лекгих. Ленинград «Медицина» 1988
17) Uşaqlar arasında vərəmin aşkarlanmasının əsas metodları hansılardır?
A) Poliklinikaya müraciət edən uşaqların vərəmə görə müayinəsi

B) Risk qruplarının vərəmə görə müayinəsi

C) Kütləvi tuberkulindiaqnostika və flüoroqrafik müayinə

D) Bütün cavablar doğrudur

E) Flüroqrafik müayinə
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
18) Yeniyetmələr arasında vərəmin aşkarlanmasının aparıcı metodu hansılardır?
A) Tuberkulindiaqnostika və flüoroqrafik müayinə

B) Flüoroqrafik müayinə

C) Vərəmli xəstə ilə kontakta olmağa görə müayinə

D) Rentgtenflüoroqrafiya

E) Bəlğəmin VMB –na görə müayinəsi
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
19) Uşaqlar arasında kütləvi tuberkulindiaqnostika necə aparılmalıdır?
A) İldə 1 dəfə

B) 3 ildə 1 dəfə

C) 2 ildə 1 dəfə

D) İldə 4 dəfə

E) 6 ayda 1 dəfə
Ədəbiyyat: Tuberkulin sınağının tətbiqi üzrə təlimat. Azərbaycan Respublikasında vərəm əleyhinə tədbirlərin təkmilləşdirilməsi barədə əmr № 133 09 oktyabr 2003.
20) Yeniyetmələr arasında flüoroqrafik müayinə necə aparılmalıdır?
A) 6 ayda 1 dəfə

B) İldə 2 dəfə

C) 2 ildə 1 dəfə

D) İldə 1 dəfə

E) 4 ildə 1 dəfə
Ədəbiyyat: Л.И.Юкелиса. Флюорография лекгих. Ленинград «Медицина» 1988
21) Ümumi pediatrik şəbəkəsinin həyata keçirdiyi vərəm əleyhinə tədbirlərə hansılar aid deyil?
A) Risk qrupundan olan uşaqların əlavə müayinəsi

B) Vərəmin erkən aşkar edilməsi

C) Vərəm əleyhinə vaksinasiya və revaksinasiya

D) Kütləvi tuberkulindiaqnostika

E) Vərəm əleyhinə vaksinasiya və revaksinasiya və vərəmin erkən aşkar edilməsi
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999.
22) Vərəm mikobakteriyaları ilə yoluxma riski yüksək olan uşaqlar qrupuna hansılar aid deyil?
A) Postvaksinal çapığı olmayanlar

B) Vərəm keçirənlər

C) Vərəm ocaqlarında yaşayan uşaqlar

D) Vərəm əleyhinə peyvənd almayan uşaqlar

E) Yarımçıq doğulmuşlar, tez-tez və uzun müddətli xəstələnən uşaqlar
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
23) Yeniyetmələr üçün risk qruplarına hansılar aid deyil?
A) Siqaret çəkənlər

B) Vərəm ocaqlarından olanlar

C) Əvvəllər lokal vərəm keçirənlər

D) Əlverişli şəraitdə yaşayan, oxuyan və işləyənlər

E) Çoxdan vərəmə yoluxmuşlar
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
24) Kütləvi tuberkulindiaqnostika hansı tibb müəssisələri tərəfindən həyata keçirilir?
A) Ümumi pediatrik şəbəkə

B) Sanitar-epidemioloji xidmət

C) Vərəm əleyhinə stasionarlar

D) Vərəm əleyhinə dispanser

E) Bütün cavablar düzgündür
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
25) Vərəmin vaxtında aşkar edilməməsinin səbəbləri hansılardır?
A) Bütün sadalananlar doğrudur

B) Xəstənin öz sağlamlığına məsuliyyətsiz münasibəti

C) Ümumi şəbəkə həkimlərinin vərəmin “maskalarını” bilməməsi (həkim səhvləri)

D) Ümumiprofilli stasionarlarda aparılan müayinələrin natamam həcmi

E) Profilaktik tədbirlərin təşkilindəki qüsurlar
Ədəbiyyat: В.С. Моисеев Болезни легких Москва 1987
26) Vərəm əleyhinə peyvəndlərin təşkilində dispanserin fəaliyyəti nədən ibarətdir?
A) Metodik təlimatlar və instruksiyaların yaradılması, maarifləndirmə

B) Vərəm ocaqlarında vaksinasiya və revaksinasiyanın təşkili

C) Bütün aşağıda göstərilənlər doğrudur

D) Vaksinasiyanın aparılması üçün tibb bacılarının və həkimlərin hazırlanması

E) Postvaksinal immunitetin formalaşdığı dövr ərzində eyni mənzildə yaşayan VMB ifraz edən xəstələrin izolyasiyasının təşkili
Ədəbiyyat: Н.М.Рудой. Задачи противотуберкулезного диспансера в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
27) Vərəm əleyhinə peyvənd materialı hansı standartlara uyğun olmalıdır?
A) Zəif virulent olmalıdır

B) İmmunogen olmalıdır

C) Saxlanma zamanı stabil qalmalıdır

D) Steril olmalıdır

E) Bütün sadalananlar
Ədəbiyyat: Л.А.Митинская Профилактика туберкулеза. 1988
28) Vərəm əleyhinə peyvənd materialının optimal saxlanma temperaturu neçədir?
A) 5° C-dir

B) 2° C-dir

C) 0° C-dir

D) 4° C-dir

E) 2-8° C-dir
Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər.6 əlavə. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
29) Vərəm əleyhinə peyvəndin orqanizmə daxil edilmə yolu hansıdır?
A) Dəri altı

B) Əzələ daxili

C) Dəri üstü

D) Dəri içi

E) Daxilə və buruna
Ədəbiyyat: Л.А.Митинская Профилактика туберкулеза. 1988
30) Düzgün aparılmış vaksinasiya və revaksinasiyadan sonra dəridə nə qalır?
A) Kelloid çapıq

B) Çapıq


C) Bütün sayılanlar

D) Ləkə


E) Ulduzvari çapıq
Ədəbiyyat: Л.А.Митинская Профилактика туберкулеза. 1988
31) Çapığın optimal ölçüsü neçədir?
A) 1-3 mm

B) 10-15 mm

C) 3-5 mm

D) 5-8 mm

E) 8-10 mm
Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər.6 əlavə. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
32) Sağlam yenidoğulmuşlara VƏP nə vaxt edilir?
A) Həyatının 10-12-ci günündə

B) Həyatının 5-7-ci günü

C) Həyatının 4-cü sukasında

D) Həyatının 1-ci sutkasında

E) Həyatının 1-ci ayında
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
33) Vərəm əleyhinə vaksinin açıldıqdan sonra saxlanma müddəti nə qədərdir?
A) Müddətsizdir

B) 8 saat

C) 4-6 saat

D) 7 saat

E) Bir sutka
Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. 9 saylı əlavə. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
34) 2 TV ilə Mantu sınağı nə vaxt müsbət sayılır?
A) Reaksiyanın izi yoxdursa

B) Papulanın ölçüsü 5 mm və daha böyük olarsa

C) Papulanın ölçüsü 1-2 mm olarsa

D) Papulanın ölçüsü 3-4 mm olarsa

E) Hiperemiya əmələ gələrsə
Ədəbiyyat: M.B.Qurbanova, Y.Ş.Şıxəliyev, E.N.Məmmədbəyov, M.A.Şıxlinskaya. Vərəm xəstəliyinin profilaktikasında tuberkulin sınağının tətbiqi və nəticəsinin qiymətləndirilməsi (metodik təlimat) Bakı - 2006
35) Dəri içərisinə daxil edilən vərəm əleyhinə peyvəndin miqdarı nə qədər olmalıdır?
A) 0.1 ml

B) 1.0 ml

C) 0.2 ml

D) 0.05 ml

E) 0.025 ml
Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. 7 saylı əlavə. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
36) Vərəm əleyhinə peyvənd aparılandan sonra ailədə vərəmli xəstə olarsa uşağın izolyasiya müddəti nə qədərdir?
A) 1 ay

B) İzolyasiya vacib deyil

C) 1 il

D) 2 ay


E) 5 ay
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
37) Postvaksinal immunitetin müddəti nə qədərdir?
A) 2 il

B) 5 il


C) 1 il

D) 5 ildən artıq

E) Bütün həyat boyu saxlanılır
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
38) Vərəm əleyhinə aparılan müayinələrin effektivliyini analiz edərkən hansı göstərici vacib deyil?
A) Aşkar edilmiş xəstələrdə vərəmin kliniki strukturu

B) Vərəmli xəstələrin aşkar edilmə tezliyi

C) Əhalinin vərəmə görə müayinələr ilə əhatə olunma faizi

D) Vaxtında aşkar olunmayan xəstələrin xüsusi çəkisi

E) Bütün sayılanlar
Ədəbiyyat: Л.А.Митинская Профилактика туберкулеза. 1988 в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
39) Vərəmlə xəstələnmənin strukturundakı müsbət dəyişikliyi xarakterizə etməyən göstərici hansıdır?
A) Vərəmin gecikmiş formalarının olmaması

B) 1 ildən az müddətdə dispanser qeydiyyatında olan xəstələr arasında letallığın azalması

C) Ocaqlı ağciyər vərəminin xüsusi çəkisinin artması

D) VMB ifraz edən və destruksiyalı xəstələrin xüsusi çəkisinin azalması

E) Vərəmə yoluxma göstəricisinin azalması
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
40) Mikobakteriya ifraz edən kontingentin abasilləşməsi göstəricisi necə hesablanır?
A) VMB (-) olan xəstələrin bütün kontingentə olan nisbətidir

B) Cari ildə abasilləşmiş və basilyar qeydiyyatından çıxarılmış xəstələrin sayının 100-ə hasilinin ilin axırında qeydiyyatda olan VMB (+) müsbət olan xəstələrin orta illik sayına olan nisbətidir

C) I qrup dispanser qeydiyyatında olan abasilləşən xəstələrin sayıdır

D) Basilyar qeydiyyatından çıxarılan xəstələrin sayının 100-ə hasilinin kontingentin sayına nisbətidir

E) VMB mənfi olan xəstələrin sayının 100-ə hasilinin VMB (+) olan xəstələrin sayına nisbətidir
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyasını xarakterizə edən əsas göstəricilər və onların təyini metodları (Metodik təlimat). Bakı -1998.
41) Erkən residivlərin göstəricilərinin artması nə ilə əlaqədardır?
A) Natamam müalicə ilə

B) Fəal xəstələrin vaxtından əvvəl qeyri fəal (III) dispanser qrupuna köçürülməsi nəticəsində

C) Xəstələrin vaxtından əvvəl bir qrupdan digərinə keçirilməsi nəticəsində

D) Dispanser qeydiyyatında olan xəstələrin müşahidəsindəki nöqsanlar ilə

E) Bütün sayılanlar
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin erkən və gecikmiş residivləri Bakı Elm 1998
42) Əmək qabiliyyətinin müvəqqəti itirilməsi nə deməkdir?
A) Xəstəlik nəticəsində orqanizmin funksiyalarındakı pozğunluqlar dönən xarakterli olarsa və insan öz peşəsini və kvalifikasiyasını itirməzsə

B) Əmək qabiliyyətinin 4 ay müddətində itirilməsi

C) Əmək qabiliyyətinin 6 ay müddətində itirilməsi

D) Əmək qabiliyyətinin 2 ay müddətində itirilməsi

E) Əmək qabiliyyətinin 1 il müddətində itirilməsi
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
43) İlkin aşkar edilmiş vərəmli xəstənin xəstəlik vərəqində (buletenində) əmək qabiliyyətini maksimal itirməsi müddəti nə qədərdir?
A) İldə 4 ay təşkil edir

B) Təqvim ilində 10 ay təşkil edir

C) Fasilələrlə 5 ay təşkil edir

D) Stasionar müalicə dövrünü əhatə edir

E) Bütün müalicə müddətini əhatə edir
Ədəbiyyat: Ю.Я.Фишер. Экспертиза трудоспособности и трудоустройство больных туберкулезом в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
44) Vərəmli xəstəyə ilkin əlillik hansı müddətdə təyin olunur?
A) Müalicədən 2 il sonra

B) Müalicədən 12 ay sonra

C) Müalicədən 3 ay sonra

D) Müalicədən 6 ay sonra

E) Müalicədən 9 ay sonra
Ədəbiyyat: Ю.Я.Фишер. Экспертиза трудоспособности и трудоустройство больных туберкулезом в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
45) Vərəm xəstəliyinin intensiv göstəricisi sayılan xəstələnmə nə deməkdir?
A) İlkin xəstələr arasında “viraj”ın səviyyəsi

B) İlkin xəstələr arasında infiltrativ vərəmin səviyyəsi

C) İlkin xəstələr arasında fibroz-kavernoz vərəmin səviyyəsi

D) İlkin xəstələr arasında ocaqlı vərəmin səviyyəsi

E) 100 min əhaliyə görə ilkin qeydiyyata götürülən fəal xəstələrin sayının əhalinin orta illik sayına nisbəti
Ədəbiyyat: И.И.Фел., А.А.Ахмедов., Г.Л.Труман. Методические указания к практическим занятиям по медицинской статистике. Баку 1973
46) Vərəmlə xəstələnmənin intensiv göstəricisi nə deməkdir?
A) İlkin xəstələr arasında ocaqlı vərəmin səviyyəsi

B) 100 min əhaliyə görə dispanser qeydiyyatında olan fəal xəstələrin sayının əhalinin orta illik sayına nisbəti

C) İlkin xəstələr arasında infiltrativ vərəmin səviyyəsi

D) İlkin xəstələr arasında “viraj”ın səviyyəsi

E) İlkin xəstələr arasında fibroz-kavernoz vərəmin səviyyəsi
Ədəbiyyat: С.П.Буренков. Современные принципы противотуберкулезный работы в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
47) Vərəmdən ölümün intensiv göstəriciləri hansılardır?
A) İlkin xəstələr arasında ocaqlı vərəmdən ölənlərin səviyyəsi

B) 100 min əhaliyə görə dispanser qeydiyyatında olan fəal xəstələrdən ölənlərin sayının əhalinin orta illik sayına nisbəti

C) İlkin xəstələr arasında fibroz-kavernoz vərəmindən ölənlərin səviyyəsi

D) İlkin xəstələr arasında infiltrativ vərəmdən ölənlərin səviyyəsi

E) İlkin xəstələr arasında səpələnmiş vərəmdən ölənlərin səviyyəsi
Ədəbiyyat: Н.М.Рудой. Задачи противотуберкулезного диспансера в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
48) Epidemioloji gərginlik hansı göstəricilərlə izah olunur?
A) İlkin xəstələr arasında infiltrativ vərəmin səviyyəsi

B) İlkin xəstələr arasında tuberkulin sınağının “hiperergiya”sının səviyyəsi

C) İlkin xəstələr arasında fibroz-kavernoz və vərəm meningitinin səviyyəsi

D) İlkin xəstələr arasında “viraj”ın səviyyəsi

E) İlkin xəstələr arasında ocaqlı vərəmin səviyyəsi
Ədəbiyyat: М.И.Перелман, В.А.Корякин, Н.М.Протопова. Туберкулез Москва 1990
49) Yoluxma ilə mikobakteriya ifraz edən xəstələrin sayı arasındakı əlaqədə hansı uyğunluq doğru sayılır?
A) 1% yoluxma 150 nəfər mikobakteriya ifraz edən xəstəyə uyğundur

B) 1% yoluxma 50 nəfər mikobakteriya ifraz edən xəstəyə uyğundur

C) 1% yoluxma 100 nəfər mikobakteriya ifraz edən xəstəyə uyğundur

D) 1% yoluxma 150-500 nəfər mikobakteriya ifraz edən xəstəyə uyğundur

E) 1% yoluxma 1000 nəfər mikobakteriya ifraz edən xəstəyə uyğundur
Ədəbiyyat: Р.Барри, Блума. Туберкулез Москва 2002. Д.Ж.Крофтон. Клиника туберкулеза 1996
50) Vərəmin vaxtında aşkar olunması üçün hansı tədbirlər aparılır?
A) Bütün sadalananlar

B) Ümumi profilli müalicə müəssisələrində xəstələrin vərəmə görə müayinəsi

C) Vərəmə yoluxma ehtimalı yüksək olan şəxslərin müntəzəm və keyfiyyətli müayinəsi

D) Əhalinin vərəmə görə kütləvi profilaktiki müayinəsi

E) Əhalinin sanitar maarifləndirilməsi
Ədəbiyyat: Л.И.Юкелис Флюорография легких Ленинград 1988
51) İnsanların yoluxma mənbəyi olan heyvanlar hansılardır?
A) Pişiklər və itlər

B) Quşlar

C) Sürünənlər

D) Suda quruda yaşayanlar

E) İri buynuzlu qaramal
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
52) Vərəmlə yoluxma riski yüksək olan uşaqlara aşağıdakılardan hansı aiddir?
A) Bütün sadalananlar

B) Vərəm ocaqlarında yaşayanlar

C) Tez-tez və uzun müddət xəstə olan və vaxtından əvvəl doğulmuş uşaqlar

D) KJB vaksinasiya olunmamışlar

E) Postvaksinal çapıqları olmayanlar
Ədəbiyyat: М.С.Греймер. Организация противотуберкулезной службы и диспансеризации детского населения в кн.: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
53) Yeniyetmələr üçün vərəmə görə “risk” qruplarına sadalananlardan hansı istisna təşkil edir?
A) Çoxdan yoluxmuşlar

B) Rentgenoloji kiçik və böyük qalıq əlamətləri olanlar

C) Vərəm ocağında yaşayanlar

D) Əvvəlcə lokal vərəm keçirmiş, kliniki sağalanlar

E) Ümumi pediatrik şəbəkədə risk qrupu kimi qeydiyyatda olmayanlar
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə