2
BBK 9(S 42)
Ə 51
Elmi redaktoru: Mahmud İsmayılov
Azərbaycan Respublikası EA-nın müxbir üzvü
Redaktoru: Məlahət Əsədova
Rəssamı: Rəfail Əzizov
Əliyev F., Əliyev M. Naxçıvan xanlığı.
Azər
nəşr, 1996. — 106 səh.
(1747—1828).
XVIII əsrin ortalarında Azərbaycanda İran hökmranlığına son qoyulduğu zaman həmin ərazidə
yaranmış iyirmiyə yaxın feodal pərakəndə, lakin müstəqil dövlət qurumlarından — xanlıqlardan biri də
Naxçıvan xanlığı idi.
Kitabda Naxçıvan xanlığının ictimai-iqtisadi və siyasi tarixi haqqında ilkin mənbələr və arxiv
sənədləri əsasında ətraflı məlumat verilir. Kitabdan eyni zamanda ali məktəblərdə dərs vəsaiti kimi də
istifadə etmək olar.
Ə
0503020907—9 M—651(07)—96
BBK 9(S 42)
ISBN 5—552—01620—3
© Azərnəşr, 1996
3
MÜNDƏRİCAT
Giriş……………………………………………………………………... s. 4
Xanlığın yaranma tarixindən …………………………………………..
s. 9
Xamlığın sosial-iqtisadi vəziyyəti (XVIII əsrin II yarısı-XIX əsrin I
rübü)..........................................................................................................
s. 15
Naxçıvan xanlığının siyasi tarixi ............................................................
s. 34
Xanlığın Rusiya tərəfindən işğalı .......................................................... s. 50
Naxçıvan xanlığı Gülüstan müqaviləsindən sonra və ikinci Rusiya-İran
müharibəsi dövründə ................................................................................
s. 62
4
GİRİŞ
Hər bir xalqın həyatında bəzən elə tarixi hadisələr baş verir ki, bu hadisələr həmin
xalqın ictimai-siyasi və iqtisadi həyatında dərin iz buraxır və xalqın taleyini həll edir.
Belə hadisələrdən biri də XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiya tərəfindən
işğal olunmasıdır.
Şimali Azərbaycanın Rusiyaya ilhaq edildiyi dövrdə burada feodal pərakəndəliyi
hökm sürürdü, ölkənin nə siyasi, nə də vahid iqtisadi mərkəzi var idi; həmin dövrdə
Azərbaycan bütöv dövlət olmayıb xırda dövlətlər qurumundan — xanlıqlardan ibarət
idi.
1804-cü ilin yanvarında işğal edilmiş Gəncə xanlığından başqa Azərbaycanın
şimalında yerləşən digər xanlıqlar Rusiya dövlətinə birinci Rusiya—İran
müharibəsinin
gedişində zorla birləşdirilmişdi.
Yalnız Naxçıvan xanlığı Gülüstan müqaviləsinə əsasən (1813) hüquqi cəhətdən
Rusiyanın deyil, İran dövlətinin hakimiyyəti altına düşmüşdü. Əslində Naxçıvan xanlığı
hələ 1797-ci ildən İranın işğalına məruz qalmışdı. Həmin dövrdə Naxçıvan xanı Kəlbəli
xan İran dövlətinin yeni hakimi Ağa Məhəmməd şahın tələbinə baxmayaraq, tabe olmaq
əmrini rədd etdiyi üçün, ciddi cəzalandırılmışdı. Belə ki, Naxçıvan qalası zəbt
olunduqdan sonra Kəlbəli xanın gözləri çıxarılmış və əsir kimi İrana göndərilmişdi.
Həmin dövrdən başlayaraq Türkmənçay müqaviləsinə qədər (1828) Naxçıvan xanlığı
faktiki olaraq İran dövlətinin ucqar bir əyalətinə çevrilmişdi.
Yuxarıda deyilənlərə əsaslanaraq Naxçıvan xanlığının tarixini şərti olaraq iki
mərhələyə bölmək olar: XVIII əsrin ortalarından 1797-ci ilə qədər; 1797-ci ildən
Türkmənçay müqaviləsinin (1828) bağlanmasınadək.
Naxçıvan xanlığı ikinci Rusiya—İran müharibəsindən sonra Türkmənçay
müqaviləsinin şərtlərinə əsasən Rusiya dövlətinin tərkibinə daxil olmuşdusa da, əslində
bu xanlıq rus qoşunlarının həmləsi nəticəsində zəbt
[3-4]
edilmişdi. Bu xanlığın
Rusiyaya ilhaq edilməsi ilə Şimali Azərbaycan torpaqlarının tamamilə Rusiya ərazisinə
qatılması prosesi başa çatdı. Beləliklə, tarixi ədalətsizlik nəticəsində zorla Rusiyaya
birləşdirilməklə, Azərbaycan məfhumu xəritələrdən silinib Rusiyanın ucqarlarından
birinə çevrildi.
Şimali Azərbaycan torpaqlarının Rusiyanın tərkibinə qatılması, əslində uzun
müddət davam edən rus çarizminin işğalçılıq siyasətinin acı bəhrəsi idi.
Məlum olduğu kimi, birinci (1804—1813) və ikinci (1826—1828) Rusiya—İran
müharibələri dövründə döyüşçülərin sayına görə İran ordusu Rusiya ordusundan üstün
idi. Buna baxmayaraq, qələbə hər dəfə Rusiya ordusunun tərəfində olmuşdu. Bu
qələbəni Cənubi Qafqazdakı xristianların təxribatçı əməlləri ilə izah etsək heç də səhv
olmaz. Rus tarixçisi, professor A. V. Fadeyev haqlı olaraq yazır ki, Cənubi Qafqazda
xalq kütlələrinin köməyi ilə hüsn-rəğbəti olmadan azsaylı Rusiya ordusu mərkəzdən
uzaq bir yerdə, çoxsaylı orduya malik düşmənlə aparılmış uzunmüddətli döyüşlərdə
qələbə çala bilməzdi.
1
1
А.В. Фадеев. Россия и Кавказ в первой трети ХIХ в. М., 1960, с. 260-261.