Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

29 

 

özündə də kəndli ailələri yaşayırdı. Lakin kəndlilərin sayı başqa şəhərlərə nisbətən daha 



çox idi. Bu da təsadüfi deyildi. Məsələ burasındadır ki, başqa Azərbaycan  şəhər-

qalalarından fərqli olaraq Naxçıvan qalasında əkin sahəsi daha geniş idi. Mənbələrdən 

aldığımız məlumata görə, Naxçıvan xanlığında «... 600 xalvar əkin sahəsi vardı». 

Bundan başqa Naxçıvan şəhər evlərini həyətlərində çoxlu üzüm və meyvə bağları vardı. 

Naxçıvandakı  əkin sahələrini və bağları becərmək üçün şəhərin ortasından arx da 

çəkilmişdi. Tədqiqatçı K. N. Nikitin yazır: «Naxçıvanın ortasından arx keçir. Bu arx 

şəhər əkinlərini və bağlarını su ilə təchiz edir. Lakin bu arxın suyu şəhər təsərrüfatına 

kifayət etmirdi. Çünki Naxçıvan çayı boyunca yerləşən kəndlərin  əhalisi  əkinləri 

becərilməsi üçün bu sudan istifadə edirdi. Digər tərəfdən yaz və yay vaxtları çayın suyu 

azalır, zəmi büsbütün quruyurdu. Bu da şəhər təsərrüfatında su çatışmazlığına gətirib 

çıxarırdı. Su çatışmazlığı çox zaman şəhər  əhalisinin narazılığına səbəb olurdu»

22

-İ. 



Şopennn yazdığına görə, «Naxçıvan  şəhərində yalnız bazar ətrafındakı sahə (rəsmi) 

meydan hesab oluna bilərdi. Digər boş yerlərdə buğda və bu kimi dənli bitkilər, habelə 

tütün əkilirdi. Burada həmçinin, bostan və tərəvəz  bitkiləri də əkilirdi»

23

.  Mənbələrdə 



şəhərdə daha çox taxıl  əkilməsi onunla izah olunur ki, xarici işğalçıların hücumları 

zamanı  şəhər uzun müddət mühasirədə qaldığından taxıl  şəhər  əhalisinin ehtiyaclarını 

müəyyən qədər ödəyirdi. həmçinin şəhərdəki meyvə və üzüm bağlarının məhsulları da 

belə hallarda şəhər əhalisinin ərzaqla təchiz edilməsində mühüm rol oynayırdı . 

Beləliklə, XVIII əsrin ikinci yarısında və XIX əsrin  əvvəllərində Naxçıvan 

xanlığında şəhərlər (Naxçıvan və Ordubad) feodalizmə xas səciyyəvi cəhətləri özündə 

birləşdirirdi. Burada da sənətkarların və tacirlərin fəaliyyəti,  əsasən, kənd təsərrüfatı 

məhsullarının istehsalı ilə bağlı idi. Belə vəziyyət şəhər əhalisinin ictimai tərkibinə təsir 

göstərməyə bilməzdi. Ona görə da yuxarıda qeyd edildiyi kimi, XVIII əsr və XIX əsrin 

birinci yarısında Naxçıvan və Ordubad şəhərlərində  sənətkar və  xırda ticarətçilərlə 

yanaşı  kənd  əhlinə— feodallara, xüsusilə  əkinçilərə  və qaçqın kəndlilərə  təsadüf 

edilirdi. Bütün bu amillər şəhər təsərrüfatının inkişafına mənfi təsir göstərirdi. Məhz ona 

görədir ki, kənd təsərrüfatı ilə müqayisədə  sənətkarlıq və ticarət xanlığın təsərrüfat 

həyatında cüzi yer tuturdu. Təsadüfi deyildir ki, Naxçıvan xanlığında  əhalinin 

məşğuliyyəti çox zaman bilavasitə  əkinçiliklə bağlı idi. Belə  vəziyyət  əksər hallarda 

natural təsərrüfatın çiçəklənməsi üçün şərait yaradırdı. 

Bununla belə, sənətkarlıq bir çox orta əsr şəhərlərində olduğu kimi, Naxçıvanın 

da  şəhər sənayesinin özəyini təşkil edirdi. Lakin sənətkarlığı  təkcə  şəhərə aid etmək 

düzgün olmazdı. Çünki kənd yerlərində  əhalinin tələbatını  kənd sənətkarları, xüsusilə 

dəmirçilər, dulusçular və s. təmin edirdilər. Kənd yerlərində  sənətkarlığın və kustar 

sənayenin inkişafında aztorpaqlı  kəndlilərin rolu daha böyük idi. Çünki son dərəcə az 

olan məhsulu yığdıqdan və kiçik torpaq sahəsini əkdikdən sonra bekar qalan kəndlilər 

istər-istəməz sənətkarlıq və kustarçılıqla məşğul olurdular. 

Çoxsahəli təsərrüfatla məşğul olan kəndlilər, ilk növbədə, öz ailələrinin və 

təsərrüfatlarının ehtiyaclarını nəzərə alırdılar. Belə ki kəndli ailələri çörək bişirir, ipək 

                                                            

22

 K.Nikitin. Göstərilən əsəri, s118-119. 



23.İ. Şopen. Göstərilən əsəri, s. 479. 

 

 




30 

 

lifləri açır, yunu darayır, rəngləyir, paltar tikir, dəri aşılayır, ayaqqabı tikir, xalça 



toxumaqla məşğul olur, dəyirmanlarda un, buğda üyüdür, yaşayış evi, tövlə inşa edir, 

əmək alətlərini hazırlayır, dülgərlik və dəmirçiliklə də məşğul olurdular. 

Naxçıvan xanlığında toxuculuq da geniş yayılmışdı. Demək olar ki, hər bir kəndli 

ailəsinin  əyirici və toxucu dəzgahı vardı. Bu barədə  İ.  Şopenin yazısında oxuyuruq: 

«Buradakı sənətkarların əksəriyyətini toxucular təşkil edir. hər ailənin öz dəzgahı vardır 

ki, bu dəzgahlarda qadınlar iplərdən bez toxuyur və pambıq parça hazırlayırdılar»

24



Toxuculuq məhsulları, əsasən, ailənin öz tələbatını ödəyirdi. 



Gəbə, palaz, cecim, mafraq evi bəzəmək üçün; yun və pambıq parça üst paltarları 

tikmək üçün; xurcun, çuval yola çıxanlar üçün; dəridən çarıq, palan və  yəhərləri 

hazırlamaq üçün istifadə olunurdu. 

Naxçıvan xanlığında elə bir kənd yox idi ki, orada sənətkarlıqla məşğul 

olunmasın. Lakin sənətkarlıq  əsasən xanlığın mərkəzi Naxçıvan  şəhərində 

cəmləşmişdi.

[41-42] 

XVIII  əsrin ikinci yarısında Azərbaycan  şəhərlərində, o cümlədən Naxçıvanda 

aşağıdakı  sənət və peşə növləri müəyyən edilmişdir:  dərzi, papaqçı, börkçü, çəkməçi, 

başmaqçı, zərgər, sərrac, dəmirçi-misgər, toxucu-boyaqçı, qəssab, çörəkçi, bənna, 

xarrat, dülgər, şüşəsaz, keçəçi, dabbağ, bəzzaz, kababçı və s. 

Azərbaycanın digər  şəhərlərində olduğu kimi, Naxçıvanda da sənətkarların 

əksəriyyəti «əsnaf» adlanan sex təşkilatları  ətrafında birləşirdi. Lakin əsnaflar klassik 

sex təşkilatlarından zəif olduqları üçün ölkənin həyatında bir o qədər də  həlledici rol 

oynaya bilmirdilər. Sex başçılarının (ustabaşı) hüquqları sex təşkilatının hüdudlarından 

kənara çıxmırdı.Sex təşkilatlarının zəifliyi üzündən Azərbaycan şəhərlərinin hamısında 

əsnaf üzvləri ilə yanaşı, fərdi sənətkarlar da fəaliyyət göstərirdilər. 

Naxçıvan xanlığında fərdi sənətkarlıqda xalçaçılıq  əsas yerlərdən birini tuturdu. 

Xalçaçılar həm  şəxsi istifadə  və  həm də satış üçün xalça-palaz hazırlayırdılar. 

Boyaqçılığın inkişafına da diqqət yetirilirdi. Yunun və müxtəlif ev əşyalarının 

boyanmasında təbii bitkilərdən istifadə olunurdu. 

Naxçıvanda yanaşı, digər iri yaşayış məntəqələrində dəmirçilər, tənəkəçilər, metal 

əşyalardan əmək alətləri, o cümlədən dəryaz, oraq, balta, nal, bıçaq, mismar və başqa 

şeylər hazırlanırdı. 

Arxeoloji qazıntılar nəticəsində  əldə olunmuş saxsı qab nümunələri hələ 

qədimdən Naxçıvanda dulusçuluğun inkişaf etdiyinə sübutdur. Naxçıvan sənətkarları 

arasında sabunçuların məhsulları da xüsusilə fərqlənirdi. 

Naxçıvan  şəhərində  şüşəsazlıq sənəti də inkişaf etmişdi. Burada adi şüşələrlə 

yanaşı,  şəbəkələrin quraşdırılmasında istifadə edilən rəngli  şüşələr də hazırlanırdı. 

«Matanadaran»da saxlanılan mənbələrin birindən məlum olur ki, İrəvan xanlığının 

hakimi Hüseynəli xan naxçıvanlı  Kəlbəli xandan xahiş edir ki. İrəvan  şəhərində 

tikdirdiyi hamamın pəncərə-şəbəkəsi üçün 400 ədəd müxtəlif rəngli şüşə göndərsin 

25



Sənətkar emalatxanaları — dükanlar əsasən bazar meydanlarında mərkəzləşirdi. 



Xarici, tranzit və yerli ticarət də əsasən bazarlarda aparılırdı. Naxçıvan bazarında irili-

                                                            

24

 I.Şopen. Göstərilən əsəri,S. 851. 



25.Məhəmməd Müslüm (Qüdsi). Hüseyn Əli xan İrəvaninin mükatibatı(fars dilində). Matendaran, 233-cü sənəd, vər.51. 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə