Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   2   3   4   5   6   7   8   9   ...   33

 

rus alimi K. N. Nikitinin yazılarında oxuyuruq: «Rus dövlətinə birləşdirilməsindən əlli 



il keçsə də şəhərin görünüşü və daxili həyatı son dərəcə az dəyişmişdir».

7

 



Rus  şərqşünası, görkəmli tarixçi İ. P. Petruşevski yazır ki, Rusiyaya 

birləşdirilməsinə baxmayaraq, Naxçıvan xanlığı 1840-cı ilədək mövcud olmuşdur

8

. Bu 


fikirdən aydın olur ki, XIX əsrin 40-cı illərinədək Naxçıvanda keçmiş xanlıq idarə üsulu 

davam etmişdir. Tədqiqatçı N. Q. Boqdanova həmçinin belə bir fikrə gəlir ki, «çarizm 

öz ağalığının birinci dövrlərində Azərbaycanda xanlıq idarə üsulunu saxlamışdır»

9

 



Beləliklə, elə qənaətə gəlmək olar ki, Naxçıvan xanlığı Rusiyaya ilhaq edildikdən 

sonra yazılmış  əsərlər həmin mövzunun tədqiq olunmasında ilk mənbə kimi istifadə 

oluna bilər. Belə əsərlərdən biri də «Naxçıvan.

 [7-8]


əyalətinin statistik təsviri»

10

 adlanır. 



1833-cü ildə  nəşr olunmasına baxmayaraq bu əsər  əslində Naxçıvan xanlığının 

Rusiyaya ilhaqından  əvvəlki dövrünədək olan məsələləri də özündə  əks etdirir. Ona 

görə də bu əsəri Naxçıvan xanlığına aid ilk mənbə kimi qəbul etmək olar. 

Naxçıvan xanlığının tarixinə dair ilk mənbələrdən biri kimi İ. İ. Şopenin «Rusiya 

imperiyasına birləşdiyi dövrdə Ermənistan əyalətinin tarixi abidələrinin vəziyyəti» əsəri 

çox maraqlıdır.  Əsərin müəllifinin yazdığına görə, qraf Paskeziç 1829-cu ildə 

«Ermənistan vilayəti vəziyyətinin təsvirini» yazmağı ona tapşırmışdı. Müəllif  əyalətin 

təsvirini 1829-cu ilin aprelində başlamış və 1832-ci ilin mayında başa çatdırmışdı. İ. İ. 

Şopen bu əsərində  İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalından 

əvvəlki vəziyyətini də əks etdirir. 

Naxçıvan xanlığının tarixi və bu xanlığın Rusiyaya ilhaq edilməsi ilə  əlaqədar 

bəzi faktlara XVIII əsrdə, XIX əsrin ikinci yarısı, XX əsrin  əvvəllərində yaşayıb-

yaratmış rus qafqazşünaslarının  əsərlərində  də  təsadüf etmək olar. Belə  əsərlərin 

arasında yuxarıda adı çəkilən rus ordusunun polkovniki S. D. Burnaşevin 1793-cü ildə 

Kurskda nəşr olunmuş  «İran Azərbaycanı vilayətlərinin təsviri və onların siyasi 

vəziyyəti»  əsəri böyük elmi əhəmiyyət kəsb edir. Lakin inqilabaqədərki müəlliflərin 

əksəriyyəti Rusiya dövlətinin müstəmləkəçilik siyasətini alqışlayaraq siyasi hadisələrin 

təhlilini düzgün verməmiş, həmin hadisələri rəsmi sənədlərdə olduğu kimi təsvir etmiş

çarizmin Qafqazda yeritdiyi siyasətə haqq qazandırmışlar. Belə müəlliflərdən biri də 

akademik P. Q. Butkovdur (1775—1857)

11

. P. Q. Butkov 1796-cı ildə rus ordusunun 



tərkibində Azərbaycana yürüşdə  iştirak etmiş, müxtəlif diplomatik və  hərbi-tarixi 

sənədlərlə tanış olmuş, yürüş zamanı topladığı əlyazmalar və sənədlər əsasında faktiki 

materiallarla zəngin olan qiymətli  əsər yazmışdır. O da müasirləri kimi, hadisələrin 

izahına birtərəfli yanaşmış  və göstərmişdir ki, Rusiyanın məqsədi Qafqaz hesabına 

ərazini genişləndirmək deyil, yalnız Asiyada Rusiya ticarətini inkişaf etdirməkdən 

ibarət idi. 

Cənubi Qafqazda rus çarizminin yeritdiyi siyasətlə  əlaqədar bir sıra faktlara 

akademik N. F. Dubrovinin «Rusların Qafqazda hökmranlığı və müharibələrinin tarixi» 

                                                            

7

 К.Н.Никитин Город Нахичеванский уезд Сборник материалов для описания местностей и племен Кавказа. Вып. II Тифлис, 



1882. 

8

  И.П. Петрушевский Система русского колониального управления в Азербайджане в Ι пол. XIX в Вах: Колониальная политика 



российского царизма в Азербайджане. М.-.Л.,1936,стр. 8  

9

 Н.Г. Богданова. Аграрные отношения в Азербайджане в 1870-1917гг. «Исторические записки»,№12,1941, с, 208. 



10

 Статистически описание Нахичеванской провинции составленной В.В. Тифлис, 1869, т.1-3. 

11

 П.Г. Бутков. Материалы для новой истории Кавказа с 1722 по 1802 гг. СПб 1869, 1-3. 




 

(SPb., 1871) adlı əsərində də rast gəlmək olar. Əsərin adından göründüyü kimi, müəllif 



əslində çarizmin Qafqazda apardığı müharibələrin tarixini təsvir etməyi qarşısına 

məqsəd qoymuşdur. Ona görə  də  həmin  əsərdə iqtisadi məsələlərə demək olar ki, yer 

verilməmişdir. İnqilabdan qabaq Naxçıvan əyaləti haqqında yazılan əsərlər arasında K. 

N.Nikitinin «Naxçıvan  şəhəri və Naxçıvan qəzası» məqaləsini xüsusi qeyd etmək 

lazımdır. Məqalə 1882-ci ildə çap olunsa da müəllifin keçmiş hadisələrlə əlaqədar bəzi 

təsvirləri həmin məqalədən Naxçıvan xanlığının tarixinin öyrənilməsində istifadə 

etməyə imkan verir. Məsələn, müəllif Naxçıvan qəzasının sərhədləri məsələsinə 

toxunaraq yazır: «İranlıların, tatarların və neyalıların (Naxçıvan vilayəti — red.) sahib 

olduqları  ərazidə Naxçıvan xanlığı yarandı. Maraqlıdır ki, verilmiş  həmin sərhəd 

Naxçıvan xanlığının sərhədinə uyğundur»

12

. S. P. Zelinskinin «Üç mahal» (Naxçıvan, 



Ordubad və Dərələyəz)

13

 məqaləsi də belə əsərlərdəndir. Bu məqalədə coğrafi-statistik 



və  kənd təsərrüfatı  məsələlərindən danışılır. Həmçinin bu məqalədə  əyalətin iqliminə, 

kənd təsərrüfatının vəziyyətinə,  əhalinin məşğuliyyətinə  və başqa məsələlərə  də 

toxunulmuşdur. 

Həmin  əsərdə Azərbaycan tarixçilərinin yazılarından da istifadə edilmişdir. 

Onların arasında A. A. Bakıxanovun 

14

  və Mirzə Adıgözəl bəyin 



15

 adlarını xüsusilə 

qeyd etmək lazımdır. Hər iki müəllif öz tədqiqatlarını Şirvan və Qarabağa həsr etsələr 

də həmin əsərlərdə Naxçıvan xanlığına aid qiymətli faktlar vardır. 

Xarici ölkələrdə, xüsusilə  İranda nəşr olunmuş kitablarda isə XIX əsrin 

əvvəllərində  Cənubi Qafqazda baş vermiş hadisələri o qədər də düzgün 

işıqlandırmamışlar. Belə ki İran tarixçilərindən Bina Əli-Əkbər,  Əhməd Tac Bəxş  və 

başqaları  İranın Cənubi Qafqaz ərazisində apardığı müharibələrə haqq qazandırmağa 

çalışırlar. Rzaqulu xan Hidayət,  Əbdülrazaq ibn Nəcəfqulu kimi tarixçilər isə  İrandan 

kənarda Azərbaycan xanlıqlarının mövcud olmasını belə, inkar edirlər. 

XIX  əsrin 20-ci illərində Naxçıvan xanlığının və bütövlükdə  Cənubi Qafqazın 

taleyi, habelə ikinci Rusiya-İran müharibəsi və beynəlxalq vəziyyətlə əlaqədar məsələlər 

haqqında L. S. Semyonovun əsərində xeyli material vardır 

16



Hacı Murad İbrahimbəyli «Rusiya və Azərbaycan XIX əsrin birinci yarısında» 

adlı əsərində Rusiya-İran müharibələrinin hər ikisini təsvir edərək Şimali Azərbaycanın 

Rusiya tərəfindən işğalı üzərində xüsusi dayanır. Onun əsərində  nəinki Naxçıvan 

xanlığının, habelə bütün Şimali Azərbaycanın rus qoşunları  tərəfindən işğal olunması 

müsbət bir hadisə kimi qələmə alınmışdır. 

Yuxarıda göstərilən arxiv materiallarından, ilk mənbələrdən, rus tarixçilərinin 

əsərlərindən, habelə müasir tədqiqatçıların  əsərlərindən  əlavə, Naxçıvan xanlığının 

tarixini tədqiq edərkən bir sıra başqa əsərlərdən də istifadə olunmuşdur. .

 [9-10]

 

 



                                                            

12

 



10

 К.Н.Никитин Город Нахичевань и Нахичеванский уезд Бах: Сборник материалов для описания местностей и племен 

Кавказа. Вып. II Тифлис,1882, стр. 127 

13

 Сборник сведений о Кавказе т.-IV.Тифлис,1880. 



14

 А.А. Бaкыханов. Гюлистан-и Ирам, Баку,1991 

15

 Mirzə Adıgözəl bəy Qarabağnamə.Bakı.1950. 



16 Л.С. Семенов. Россия и международные отношения на среднем Востоке в 20-е годы XIX в Л., 1963. 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə