Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə33/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   25   26   27   28   29   30   31   32   33

68 

 

rus soldatlarını  altı günə Naxçıvana çatdırdı. Rus qoşunları  hərəkət etdikləri zaman 



yolda heç bir düşmənə rast gəlmədilər. Yalnız Naxçıvan qalası yaxınlığında Həsən 

xanın və Nağı xanın komandanlığı altında olan İran süvariləri ilə rastlaşdılar. Knyaz 

Eristovun komandanlığı ilə rus döyüşçüləri hücuma keçərək  İran süvarilərini geri 

oturtdular. 

Darmadağın olmuş  İran süvariləri qalada gizlənməyə macal tapmayıb Naxçıvan 

sərhədini tərk etdilər. Birinci Rusiya — İran müharibəsi dövründə olduğu kimi, yenə də 

Naxçıvan əhalisi rus ordusuna müqavimət göstərmədi. Nəticədə 1827-ci il iyunun 26-da 

rus qoşunları Naxçıvana daxil oldular. 

Rus qoşunları bir güllə belə atmadan şəhərə daxil olduqdan sonra yaxın kəndlərin 

2000 ailədən artıq  əhalisi Rusiyanın tabeliyində olmaq istədiyini bildirdi. Çünki İran 

sərbazlarından fərqli olaraq rus komandanlığı yerlərdə soyğunçuluğa və dağıntıya yol 

vermirdi. Təkcə bu faktı göstərmək kifayətdir ki, qələbə  zəfəri ilə Naxçıvana daxil 

olmuş rus ordusunun komandanlığı 1000 başa qədər qaramalı  əhalidən pul ilə aldı. 

Bundan sonra əhali də düşərgəyə  gələrək ehtiyat etmədən  əsgərlərə pul ilə  ərzaq 

məhsulları satırdılar. Halbuki İran sərbazları yalnız yerli əhali hesabına dolanırdılar. 

Rus qoşunları qalanı tutduqdan sonra, Abbas Mirzə danışıqları aparmaq məqsədi 

ilə  Nəcəf  Əli Soltan Əşrəfi general-adyutant Paskeviçin yanına göndərdi. Danışıq 

zamanı  Nəcəf  Əli Sultan Əşrəfi bildirdi ki, Gülüstan müqaviləsinə görə Rusiya 

dövlətinin tərkibinə keçmiş  Lənkəran və Başaparan kəndini Rusiyaya «güzəştə» 

getməyə razıdır. Lakin danışıqların gedişindən aydınlaşır ki, Əşrəfinin  əsas məqsədi 

daha çox casusluq olmuşdur. O, əsasən rus ordusunun sayı və vəziyyəti ilə maraqlanır 

və bu kimi məlumatlar toplamağa çalışırdı. Odur ki, barışıq haqqında danışıqlar baş 

tutmadı və müharibə davam etdi. 

Paskeviç qoşunlarının müəyyən hissəsini Naxçıvanda saxlayaraq əsas qüvvələri 

Abbasabad qalası üzərinə yeritdi. Bu qala Naxçıvanın cənub-qərbində 10 km-lik 

məsafədə yerləşirdi. Bu qala Araz çayı üzərindəki keçidin qorunmasını  təmin



 

etməklə 


yanaşı, həm də  Cənubi Azərbaycana gedən yolu bağlayırdı.  İran tarixçisi Mirzə 

Məhəmməd Tağı xan yazırdı ki, general Paskeviçi Abbasabad qalasına Kəlbəli xanın 

oğlu Ehsan xan dəvət etmişdi. Halbuki Abbasabad qalasına İran dövləti onu komandan 

təyin etmişdi. hadisələrin gedişi göstərir ki, onun rus komandanlığı ilə gizli əlaqəsi 

olmuşdur 

14



Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy də, demək olar ki, eyni fikirdə 

olmuşdur. Tədqiq olunan dövrdə rusların xidmətində olan Mirzə Adıgözəl bəy 

yazmışdır: «həmin dövrdə Abbasabad qalasını qoruyan və müdafiə edən naxçıvanlı 

Ehsan xan... mənim yanıma aşağıdakı xahişlə adam göndərdi: «Knyaza xəbər verin ki, 

bizə doğru hərəkət etsin. O gələn kimi qalanı ona təslim edəcəyəm»

15

. Sözsüz ki, 



Abbasabad qalasının təslim olmasında Ehsan xanın rolu olmuşdur. Məlumdur ki, rus 

koman


[97-98]

danalığı qalanı tutmaq üçün xüsusi plan hazırlamışdı. 1827-ci il iyulun 1-

dən 2-nə keçən gecə rus qoşunları Abbasabad qalası qarşısında səngərlər qazaraq qalanı 

mühasirəyə aldılar. Tezliklə  məlum oldu ki, Abbas Mirzənin rəhbərliyi altında olan 

                                                            

14

.Mirzə Məhəmməd Tağı xan. Hasih üt-təvarix. Tehran, 1359, h. 1. c. s. 201-202. 



15

 Mirzə Adıgözəl bəy. Göstərilən əsəri, s. 124. Azərbaycan tarixi, II c. s. 40 

 



69 

 

qüvvələr qalada mühasirəyə düşənləri xilas etmək üçün cəhd göstərir. Bu xəbəri eşidən 



general Paskeviç mühasirə qüvvələrinin bir hissəsini Abbasabad qalası  ətrafında 

saxlayaraq 8 batalyon piyada qoşun, artileriyanın bir hissəsi və iki ulan süvari diviziyası 

ilə birlikdə düşmən yürüşünün qarşısını almaq məqsədi ilə hərəkət etdi. 

Piyadalar sürətlə axan Araz çayını keçmək üçün Paskeviçin əmri ilə hava ilə 

doldurulmuş tuluqlardan körpü düzəltdilər. Müasirlərin verdiyi məlumata görə, hava 

doldurulmuş tuluqlardan körpü düzəldilməsi Paskeviçin kəşfi idi. Bu körpü vasitəsilə 

piyadaları, süvari qüvvələri, hətta topları da keçirildi. 

1827-ci il iyulun 5-də Araz sahilində qanlı döyüş oldu. Sayca az olmasına 

baxmayaraq, hərbi texnikadan istifadə edən rus soldatları sayca daha çox olan düşməni 

üstələdi. «Cavan bulağı» yaxınlığındakı döyüşdə Abbas Mirzənin qoşunu məğlub olub 

geri çəkildi. Rus qoşunları düşmənin 2000 nəfər canlı qüvvəsini əsir aldı, çoxlu qənimət 

və bayraq ələ keçirdi. Ali baş komandan şahzadə Abbas Mirzənin özü də az qala əsir 

düşəcəkdi. Döyüşlərin gedişində Abbasabad qalasının qarnizonu İran sərbazlarına 

kömək etmək məqsədi ilə qaladan çıxmağı cəhd etsə də qalanın ətrafında saxlanılan rus 

qoşunlarının müqavimətinə rast gələrək geri çəkilməyə məcbur oldu. 

«Cavan bulağı» yaxınlığında gedən döyüşdə rus ordusunun qələbəsi Abbasabad 

qarnizonunu büsbütün ruhdan saldı. Bu qələbədən bir gün sonra general-adyutant 

Paskeviç qalanın təslim olunmasını bir daha tələb etdi. Qaladakı qoşunların  komandanı 

Məhəmməd Emin xan şahın və şahzadənin razılığını almaq üçün üç gün möhlət istədi. 

Lakin bu təklif rus komandanlığı tərəfindən rədd edildi. Tezliklə Ehsan xanın təzyiqi ilə 

Məhəmməd Emin xan rus ordusunun düşərgəsinə iki nəfərdən ibarət nümayəndə 

göndərdi. Onlar qalanın təslim olması haqqında Paskeviçə məlumat verdilər. «XVII—

XIX əsrlərə aid Naxçıvanın əlyazma sənədləri» adlı kitabın müqəddiməsində deyilir ki,  

«İranın hərbi xidmətində olan polkovnik (sərhəng) Ehsan xan 1827—1828-ci illərin 

müharibəsi dövründə  İrana xəyanət edərək rusların tərəfinə keçdi və Abbasabad 

qalasının təslim edilməsinə təsir göstərdi»

16



XIX  əsrin  İran tarixçisi Rza Qulu xan Hidayət yazır ki, Abbasabad qalasının 



idarəsi naxçıvanlı Ehsan xana tapşırılmışdı. Sərbazların baş komandanı  Məhəmməd 

Emin xan, Dəvəli Qacar və Abbas xan Bəxtiyari qalanın müdafiəsinə cavabdeh idilər. 

Lakin Ehsan xan mərkəzi hakimiyyətin nümayəndələri ilə hesablaşmadan, Paskeviçi 

Abbasabada dəvət etmiş və qalanı ona təslim etmişdir. İran tarixçisi belə hesab edir ki, 

o, Ağa Məhəmməd xan tərəfindən kor edilmiş atasının  intiqamını almışdır 

17

. Tarixi 



ədəbiyyatda Ehsan xana münasibətdə müxtəlifliyə baxmayaraq, belə  nəticəyə  gəlmək 

olar ki Abbasabad qalasının rus komandanlığına təslim edilməsində Ehsan xan əsas rol 

oynamışdır. Abbasabad qalasının rus ordusuna təsliminin  şahidi bunu belə təsvir edir: 

«İyun ayının 7-də general-adyutant Paskeviç qərargah üzvlərinin müşayiətlə toplar 

düzülmüş meydana gəldi. Düşmən qarnizonunun  döyüşçüləri  silahlarını meydanda 

tökərək qaliblərin yanından keçib bayraqlarını  təhvil verirdilər. Qalanın ali baş 

komandanı  şahın yeznəsi Məhəmməd Emin xan şəhərin açarını  gətirdi. Qənimətlərin 

içərisində 18 top və külli miqdarda hərbi sursat var idi»

18



                                                            



16

 Naxiçevanskie rukopisnıe dokumentı XVII—XIX vv Tbilisi 1936, s. 10 

17

 Rza Qulu xan H i d a y ə t. Rozzat-üs-Safa-e Nasiri. Tehran 1280, IX cild, s. 272 



18

 İranın ətraflı təsviri... s. 50 




70 

 

Abbasabad qalasının alınmasında Qafqaza sürgün edilmiş dekabrist Puşşin və 



Azərbaycanın görkəmli maarifçisi Abbasqulu Ağa Bakıxanov da iştirak etmişdilər. 

Abbasabad qalasının mühasirəsindəki döyüş  rəşadətinə görə 1827-ci il iyulun 5-də 

Abbasqulu Ağa Bakıxanova ştabs kapitan rütbəsi verildi. Xüsusi Qafqaz korpusundakı 

tərcüməçilərdən biri də mayor Mirzə Məhərrəm Hacıbəyov idi. Azərbaycanın mütərəqqi 

fikirli nadir ziyalılarından biri olan Mirzə  Məhərrəm Hacıbəyov Rusiya—İran 

müharibəsində göstərdiyi qəhrəmanlığa görə ordenə layiq görülmüş  və ona ömürlük 

təqaüd təyin edilmişdi 

19

[99-100]



Naxçıvanın və Abbasabadın sərbazlardan təmizlənməsi yerli əhalinin sevincinə 

səbəb oldu. Çünki İran hakimiyyəti tərəfindən yerli əhali dəhşətli dərəcədə istismar 

olunurdu. Məhz elə buna görədir ki, Naxçıvan  xanlığının 50 nəfər ən hörmətli şəxsi bu 

hadisə ilə əlaqədar öz minnətdarlığını bildirmək üçün Paskeviçə məktub təqdim etmişdi. 

Onların məktubunu Abbasqulu Ağa Bakıxanov rus dilinə çevirmişdir. 

Naxçıvan və Abbasabad qalası rus qoşunları  tərəfindən işğal edildikdən sonra, 

iyulun 13-də Abbas Mirzə Paskeviçə təqdim etmək üçün öz nümayəndələri ilə məktub 

göndərdi. Məktubun məzmunu ilə tanış olan Paskeviç nümayəndələrə bildirdi ki, o, 

hücum əməliyyatını dayandırmağa hazırdır, bir şərtlə ki, İranla Rusiya arasında sərhəd 

Araz çayı üzrə müəyyənləşdirilsin və İran dövləti Rusiyaya təzminat versin. 

İran hökuməti təklif olunmuş  şərtlə razılaşmadığı üçün müharibə edən tərəflər 

arasında danışıqlar kəsildi. Lakin həmin dövrdə Türkiyə ilə münasibətlər kəskinləşdiyi 

üçün mərkəzdən Paskeviçə göstəriş verilmişdi ki, müəyyən müvəffəqiyyət qazandıqdan 

sonra düşmənlə sülh müqaviləsi bağlamağa çalışsın. 

İran tərəfi ilə sülh müqaviləsi bağlamaq üçün Peterburqa hazırlanmış  şərtlərlə 

əlaqədar məsələləri həll etməyi Paskeviç A. S. Qriboyedova həvalə etdi. Danışıqlara 

başlamaq üçün Qriboyedov 1827-ci il iyulun 30-da Abbas Mirzənin qərargahına getdi. 

Danışıqların gedişində bir sıra məsələlərə toxunuldu. Biz danışıqların yalnız Naxçıvan 

xanlığına aid hissəsindən bəhs edəcəyik. A. S. Qriboyedov aşağıdakı  şəkildə  bəyanat 

verdi: «... Keçən il İran ordusu bizim sahib olduğumuz Qafqaz  istiqamətində çox 

irəlilədi.  İndi isə biz İrəvan və Naxçıvan vilayətlərini keçərək Araz çayına çatdıq və 

Abbasabada sahib olduq...» Abbas Mirzə Qriboyedovla xeyli mübahisədən sonra 

nəhayət tələb etdi ki, Rusiya zəbt etdiyi İrəvan və Naxçıvan xanlıqlarını İrana qaytarsın.  

«Siz ümumdünya  işğalçısı kimi hər yeri işğal etmək istəyirsiniz.Vilayətləri tələb 

etməklə yanaşı, həm də pul istəyirsiniz və amma heç bir şərtlə razılaşmaq belə 

istəmirsiniz» — deyə Abbas Mirzə bildirmişdi. Qriboyedov Abbas Mirzəyə bir 

diplomat kimi cavab vermişdi: «Hər hansı müharibə qurtardıqdan sonra baxmayaraq ki, 

tərəfinizdən  ədalətsiz olaraq başlamışdır, biz öz sərhədlərimizlə  bərabər rəqibin də 

sərhədlərini müəyyənləşdiririk. Elə ona görədir ki, hazırkı  vəziyyətdə  İrəvan və 

Naxçıvan vilayətlərinin bizə güzəşt edilməsini tələb edirik. Pul isə elə bir silahdır ki, 

onsuz nə müharibə etmək olar, nə də ticarət... pul tələb etməklə biz öz rəqibimizi bizə 

zərər vurmaq imkanından məhrum etmək istəyirik»

20



                                                            

19

 Н. А. Таир-заде. К участию кавказцев-студентов Московского Университета в революционном движении России в конце 60-х 



гг. в Изв. АН Азерб. ССР;серия обществ. наук, 1964 № 4. с.32 

20

 Материалы к истории Персидской войн 1826-1828гг. (Материалы для биографии А. С  Грибоедова). кавказский сбор. т.XXX 



Тифлис, 1910, с. 3 


71 

 

Tərəflər uzunmüddətli danışıqlardan sonra, gələcək müqavilənin  şərtlərinə 



qayıtdılar. Abbas Mirzə təklif etdi ki, ruslar Qarabağa, o isə Təbrizə doğru geri çəkil-

sin. Naxçıvan vilayəti Abbasabaddan savayı bitərəf elan olunsun. Abbasabad 

qarnizonunu ərzaqla təchiz etməyi də Abbas Mirzə öz üzərinə götürdü 

21



Uzun mübahisədən sonra tərəflər belə  qərara gəldilər ki, Qriboyedov gələcək 

müqavilənin  şərtlərini tərtib edərək Abbas Mirzəyə göndərsin. Lakin bir gün sonra 

qərarlaşdırılmış  şərti pozaraq iranlılar barışıqlar barədə  təklifi Qriboyedova təqdim 

etdilər. 

Sonralar Qriboyedov yazırdı: «İranlılar tərəfindən tələb edilirdi ki, Abbasabaddan 

başqa Naxçıvan vilayətini, həmçinin Eçmiədzini tərk edək. Allahın bu iqamətgahını 

qorumaq üçün burada iki pristav — həm bizim, həm də onlar tərəfdən saxlamaq 

kifayətdir. Orada nə rus və nə də İran qoşunu saxlanılmalıdır»

22



Beləliklə, tərəflər qəti qərara kələ bilmədilər. Qriboyedov Abbas Mirzənin 



qərargahını hədə ilə tərk etdi: «Biz əməliyyatı davam etdirərək Azərbaycanı ələ keçir-

dikdən sonra, bu geniş vilayətin müstəqilliyini təyin edəcək və heç kimə imkan 

verməyəcəyik ki, on fərsəng belə sərhədə yaxınlaşın».  

İranla danışıqları müvəffəqiyyətlə başa çatdıra bilməyən rus komandanlığı 

döyüşçülərə müvəqqəti olaraq istirahət verməyi və sonradan İranla hərbi  əməliyyata 

başlamağı qərara aldı. 

Ehsan xanı Naxçıvanın hakimi təyin etdikdən sonra, Eristovun komandanlığı 

altında rus qoşunları havaların çox pis keçməsi ilə  əlaqədar Qarababa adlı yerdə 

cəmləşdilər. Rus ordusunun əsas hissəsi Paskeviçin komandanlığı altında  İran 

qoşunlarının toplandıqları  İrəvan, Sərdarabad və Eçmiədzin istiqamətində  hərəkət 

etdi.

[101-102]



 Rus ordusunun əsas hissəsi Naxçıvandan uzaqlaşan kimi knyaz Eristova 

xəbər çatdı ki, Abbas Mirzə öz qüvvələri ilə Naxçıvana hücum etmək üçün Şərurdan 

Xoka gəlmişdir. Maraqlıdır ki, rus qoşunlarının istirahət məqsədilə Qarababa 

düşərgəsinə köçmələri  İran komandanlığı  tərəfindən rusların geri çəkilməsi kimi 

qiymətləndirilmişdir. 

1827-ci il sentyabrın  15-də knyaz  Eristov qrenader rotası və piyada polkları ilə 

birlikdə  rəqibi qarşıla-yaraq məğlub edib Abbasabad qalasının 30 verstliyindəki 

Qotçaçaya qədər izlədi. Abbas Mirzənin 4—5 minə qədər sərbazı Araz çayını keçərək 

intizamsız qaydada Xok yoluna çıxdılar. Bir neçə gündən sonra, sentyabrın 23-də 

Eristov öz qoşunlarını polkovnik Vısoskinin komandanlığı altında müharibədən əvvəl 

bəyin hakim təyin olunduğu Ordubada göndərdi. Müharibədən  əvvəl Fətəli  şah 

Naxçıvan diyarında böyük nüfuza malik olan Kəlbəli xanın oğlanları Ehsan xan və 

Şıxəli bəyi strateji cəhətdən əhəmiyyətli Abbasabada və Ordubada hakim təyin etməklə 

Naxçıvan feodallarının etimadını qazanmağa çalışırdı. Lakin Abbasabadda Ehsan xan, 

Ordubadda isə  Şıxəli bəy  şahın etimadını doğrultmadılar.  Şıxəli bəy rus ordusunu 

müqavimətsiz olaraq şəhərə buraxdı. Bu münasibətlə müasirlərdən biri yazır: 

«...Tezliklə (rus qoşunları — red.)şəhərə yaxınlaşdılar,  şəhərdə olan sərbazlar baş 

götürüb qaçdılar, orada yalnız Şıxəli bəy qaldı. Ordubad vilayətinin hakimi Şıxəli bəy 

                                                            

21

 



Yenə orada, s. 10

 

22



 Materialı... s. 10 


72 

 

Naxçıvan polkunun komandiri qardaşı Ehsan xan kimi bizə (ruslara — red.) sədaqətli 



idi»

23



Şıxəli bəyin xidmətləri təkcə qeyd olunanlarla bitmir. O, 400 atlı ilə və Naxçıvan 

polkunun döyüşçüləri ilə Araz çayını keçərək Naxçıvandan və Ordubaddan Arazın o 

tayına zorla köçürülmüş əhalini geri qaytarmışdı. Daha sonra o Dizmar bəylərini özünə 

tabe etməklə  Cənubi Azərbaycan  şəhəri Mərəndlə Ordubad arasında  əlaqə yaratmışdı. 

Daha sonra Şıxəli bəy öz ordusu ilə Mehridən cənubda yerləşən Kürdad qalasına 

getmişdi. Bu qala «yerli əhali tərəfindən ən güclü qala» hesab edilirdi. Şıxəli bəy çox da 

çətinlik çəkmədən qalanı tutmuş, orada 150 nəfərdən ibarət qarnizon saxlamışdı, yerli 

əhalini özünə tərəf çəkmişdi 

24

. Şıxəli bəy Kürdad qalasında ələ keçirdiyi çoxlu barıt və 



topla rusların düşərgəsinə qayıtmışdı. 

Sonralar Qriboyedov rusların qərargahında bildirmişdi: «Mən belə hesab edirəm 

ki,  Şıxəli bəyin tərəfini saxlamaq lazımdır. Onlarla hörmətlə  və mehribancasına 

davrandım»

25

. Elə həmin dövrdən də Şıxəli bəy rus ordusunun sıralarında öz mövqeyini 



möhkəmlətdi. 

Paskeviçin komandanlığı altında rus qoşunlarının əsas hissələri İrəvan xanlığına 

yola düşdüyü zaman general Eristov Ordubadı tutaraq Araz çayını keçdi və heç bir, 

müqavimətə rast gəlmədən Cənubi Azərbaycan ərazisində irəliləməyə başladı. Təbrizə 

girərkən rus qoşunları, demək olar ki, heç bir maneəyə rast gəlmədilər. Paskeviçin 

raportundan və diplomatik agent Karqanovun məlumatından aydın olur ki, 1827-ci ilin 

başlanğıcında Təbriz  şəhərində, həmçinin bütün Cənubi Azərbaycanda xalq Qacar 

sülaləsinə nifrət edirdi. 

Paskeviçin komandanlığı altında rus ordusu buğda və digər  ərzaq ehtiyatı çox 

olan Sərdarabad qalasını mühasirəyə aldı. Müasir Ermənistanın ərazisində rus ordusu ilə 

İran sərbazları arasında ilk döyüş 1827-ci il avqustun 17-də Aştarak və Uşqan kəndləri 

yaxınlığında oldu. Bu döyüşdə rus qoşunları erməni və gürcü könüllülərinin köməyi ilə 

düşmən üzərində qələbə çaldı. 

Aştarak yaxınlığındakı döyüş əslində Sərdarabad qalasının taleyini həll etdi. Qala 

1827-ci il sentyabrın 20-də  təslim oldu. Bundan sonra rus qoşunları  İrəvan qalasını 

mühasirəyə aldılar. Altı gün müqavimət göstərdikdən sonra yerli əhalinin təzyiqi altında 

1827-ci il oktyabrın 21-də qala təslim oldu. 3 min nəfər İran sərbazı əsir alındı, qalanın 

komendantı Sübhanqulu xan, 46 top və 4 bayraq rus qoşunlarının əlinə keçdi. 

İrəvan xanlığının  əhalisi, xüsusilə azsaylı ermənilər  İran ağalığından azad 

olduqları üçün rus komandanlığına minnətdarlıqlarını bildirir, özlərinin  ərzaq 

ehtiyatlarını rus qoşunlarına verirdilər. Arxiv sənədlərində yerli əhalinin, o cümlədən 

feodalların Rusiyaya meyilli olduqları  təsdiq edilir. İrəvan qalasını almış rus 

bölmələrinin komandiri general Paskeviçə «... erməni cəmiyyəti arxiyepiskop Nerses 

vasitəsilə gümüş pulla 2 min manat vermişdir. Ermənilərin belə hərəkəti müsəlmanları 

bir qədər ehtiyatlı olmağa və diplomatik addım atmağa məcbur etdi. Onlar da öz 

                                                            

23

 İranın ətraflı təsviri, s. 73.



 

24



 Yenə orada. s. 75 -93 

25

 İranın ətraflı təsviri, s. 75—93 




73 

 

araların



[103-104]

da sözləşib min manat gümüş pul toplayıb Paskeviçə verdilər ki, qalib  

xristianlar  yerli müsəlmanlardan şübhələnməsinlər 

26



İrəvan qalasını tutduqdan sonra rus qoşunları 1827 və 1828-ci illərdə  İran 

sərbazları üzərində Cənubi Azərbaycanın ərazisində gedən döyüşlərdə bir sıra qələbələr 

qazandılar. 

Rus qoşunlarının yeni hücumları  İranın hakim dairələrini daha çox təşvişə 

saldı.A. V. Fadeyevin yazdığına görə, həmin dövrdə «Qacarlar hərbi və diplomatik 

müqavimət göstərməkdən tamamilə  məhrum olmuşdular»

27

.  İranın məğlubiyyətini 



görən İngiltərə döyüşən tərəflər arasında vasitəçilik etməyə məcbur oldu. 

Beləliklə, 1828-ci il fevralın 10-da Türkmənçay kəndində (Cənubi Azərbaycanda) 

bağlanmış müqavilə ikinci Rusiya — İran müharibəsinə son qoydu. 

Türkmənçay müqaviləsinə görə,  İran gümüş pulla 20 milyon manat həcmində 

təzminat verməli idi. Həmçinin Gülüstan müqaviləsinin şərtləri bir daha təsdiq olundu, 

Türkmənçay müqaviləsinin  şərtlərinə görə, Naxçıvan və  İrəvan xanlıqları Rusiyaya 

birləşdirildi. Maraqlıdır ki, bu məsələ 1829-cu il sentyabrın 2-də Rusiya ilə Osmanlı 

Türkiyəsi arasında bağlanmış  Ədirnə müqaviləsində  də bir daha təsdiq edildi. 1828—

1829-cu illərdə Rusiya ilə savaşda məğlub edilmiş Türkiyə belə bir təsdiqlə razılaşmağa 

məcbur oldu. Naxçıvan xanlığının işğalı ilə  Şimali Azərbaycanın Rusiya tərəfindən 

işğalı başa çatdı . 

İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, 

Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. 

Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi 

komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki 

rütbəsini almış Ehsan xana tapşırıldı. 

Naxçıvan xanlığını  əvvəlki qanunlarla idarə etməklə yanaşı, Ehsan xan rus 

dövlətinin qanunlarına tabe olmağa məcbur idi. Ehsan xanın «xidmətini» səmimiyyət 

kimi qəbul edən Rusiyanın hakim dairələri ona etibar edirdilər. 

Rusiya hökuməti özünü «səxavətli» göstərsə  də  Cənubi Qafqazda işğal etdiyi 

torpaqlarda müstəmləkəçilik siyasətini tədricən həyata keçirirdi. 

Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı  nəticəsində burada rus çarizminin 

müstəmləkəçilik siyasəti bərqərar olsa da, ölkədə uzun müddət davam edən feodal 

pərakəndəliyinə son qoyuldu. 

Çar Rusiyası özünün cənub sərhədlərini möhkəmlətmək məqsədilə Naxçıvan və 

İrəvan xanlıqlarını  ləğv etdi. I Nikolayın 21 mart 1828-ci il fərmanına  əsasən ləğv 

olunmuş bu iki Azərbaycan xanlığının  ərazisində süni şəkildə «erməni vilayəti» 

yaradıldı. həmin inzibati bölgü 1850-ci ilə kimi davam etdi. 

Rusiya ilə  İran dövlətləri arasında gedən müharibələrdə  İran məğlub olsa da 

torpaq itirmədi. Əksinə, Cənubi Azərbaycanı əldə etdi. Azərbaycanın şimal torpaqlarına 

isə çar Rusiyası sahib oldu. Bu müharibələr nəticəsində yalnız Azərbaycan xalqı itirdi 

— müstəqilliyini, özü də uzun müddətə 

                                                            

26

 MDHTA. f. VUA. 1735-ci sənəd. v. 4 



27

 A.V.Fadeev. Göstərilən əsəri, s. 213. 




74 

 

                                                            



 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə