Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   2   3   4   5   6   7   8   9   ...   33

11 

 

Minarələrin əksəriyyəti çox gözəldir... bir sözlə cənnətə bənzər gözəl məscidlər çoxdur. 



Xüsusilə  Əhməd Paşa Ciqaloğlu, Nadir Cəfər paşa məscidləri daha gözəldir. həmin 

məscidlər çox gözəl bəzədilmişdir. İstanbul minarələrinə bənzər 33 minarəsi var»

2

 

Səfəvilərlə Osmanlılar arasında bağlanılmış sülh müqaviləsinə  əsasən (1639) 



XVII  əsrin 40-cı illərindən başlayaraq Azərbaycan  ərazisində gedən müharibələr 

dayandığından XVII əsrin ilk üç onilliyindən fərqli olaraq ölkədə  bərpa işləri xeyli 

genişlənmişdi, əhali dinc quruculuq işlərinə başlamışdı. 

Yuxarıda deyilənlərdən belə  qənaətə  gəlmək olar ki. Evliyə  Çələbi həmin dinc 

quruculuq illərində Azərbaycana gəldiyindən hər yerdə tez-tez gördüyü tikintilər 

haqqında belə  məlumat verirdi. Əslində isə IV Sultan Muradın qoşunları Naxçıvanın 

işğalı zamanı  nəinki  əhalini soyub talamış, həm də  şəhəri yandırmışdılar. Fransız 

səyyahı Tavreniye Sultan Muradın qoşunları  tərəfindən Naxçıvanın xarabazarlığa 

çevrilməsi haqqında yazır ki, Naxçıvan öz dövrünə görə iri şəhərlərdən biri idi. Lakin 

IV Sultan Muradın qoşunları  tərəfindən darmadağın edildi. Gözəl məscidlərin 

xarabalıqları görünürdü. Onlar Osmanlı ordusu tərəfindən dağıdılmışdı. 

Azərbaycanda, o cümlədən Naxçıvan vilayətində Osmanlı ordusunun törətdiyi 

dağıntılar məhsuldar qüvvələrə  ağır zərbə vurdu. Naxçıvanda  İran hakimiyyəti bərpa 

edildikdən sonra feodallar və yerli hakimlər quruculuq 

[13-14]

 işləri əvəzinə diqqətlərini 



əsasən vergilərin yığılmasına yönəltdilər. 

Azərbaycanın bir sıra yerlərində, o cümlədən Naxçıvandakı quraqlıq nəticəsində 

dəhşətli aclıq baş verdi. Ərzağın qiyməti son dərəcə artdı. Nəticədə əhali arasında artan 

narazılıqlar bir çox hallarda açıq çıxışlara gətirib çıxardı. Belə hallarda əhali feodalların 

malikanələrini dağıdır, özlərini isə qətlə yetirirdilər. 

İran ağalığı  bərpa edildikdən sonra Naxçıvanda yerli kəngərli tayfasından 

Rzaəddin xan (1647), Şərif xan (1678), Məmmədrza xan (1691) hakimiyyətdə olmuşlar. 

XVII əsrin axırıncı rübündə Naxçıvanda təsərrüfatın nisbi yüksəlişi hiss olunurdu. 

Hadisələrin  şahidi olmuş fransız səyyahı J. Şarden 1672-ci ildə yazırdı: «Naxçıvan 

dağıdılmış böyük şəhər idi. Onu xarabalıqlardan tədricən bərpa olunan, əhalisinin sayı 

artan şəhər adlandırmaq olar». Əgər əvvəllər «... onun divarları arasında 30 minə qədər 

ev vardısa, XVII əsrdə Naxçıvanda olan evlərin sayı 20 minə enmişdir». 

XVIII  əsrin 20-ci illərində  Səfəvilər dövləti  əfqan qəbilələrinin zərbəsi altında 

süqut etdi. İşğalçılar hətta dövlətin mərkəzi  İsfahan  şəhərini də  zəbt etdilər. Bundan 

istifadə edən Rusiya İranın Xəzərboyu əyalətlərini işğal edərək Rəşt şəhərinə kimi gəlib 

çıxdı. Səfəvilər dövlətinin zəifləməsinə Türkiyə dövləti də biganə qala bilmədi. 1723-cü 

ildə Osmanlı Türkiyəsinin yeni hücumları  nəticəsində Naxçıvan  şəhəri, habelə 

Naxçıvan  əyaləti ciddi dağıntıya məruz qaldı. Türk əsgərləri heç bir müqavimətə rast 

gəlmədən Cənubi Qafqaz və Azərbaycanın cənubunda böyük bir hissəsini işğal etdilər. 

Yalnız XVIII əsrin 20-ci illərinin sonundan başlayaraq dirçəlməkdə olan İran 

dövləti cənubdan  İsfahanı  zəbt etmiş  əfqan qəbilələrinə  zərbə endirdikdən sonra 

Azərbaycan ərazisini türk əsgərlərindən təmizləməyi qərara aldı. 

Xarici işğalçılarla döyüşə  rəhbərliyi həmin dövrdə öz fitri istedadı ilə  fərqlənən 

İran ordusunun baş sərkərdəsi Nadirqulu xan öz üzərinə götürdü. Az bir müddət ərzində 

                                                            

2

 Эвлия Челеби. Книга Путешествия. Вып.3,М.,1982, с 114-115. 




12 

 

ordu və xalq arasında böyük nüfuz qazanan Nadirqulu xan yerli əhalinin köməyi ilə türk 



əsgərlərini Azərbaycanın cənubundakı bir çox şəhərlərdən sıxışdırıb geriyə atdı. 

Marağa, Təbriz və Ərdəbil şəhərləri artıq 1731-ci ildə Səfəvilərin əlində idi. Nadirqulu 

xanın qoşunları Naxçıvan və  İrəvan istiqamətində  hərəkət edərkən Xorasandan gələn 

üsyan xəbəri türk qoşunlarına qarşı müvəffəqiyyətli  əməliyyat aparmağa imkan 

vermədi. Məhz buna görə də Nadirqulu xan üsyanı yatırmaq məqsədi ilə qoşunların bir 

hissəsini götürüb Xorasana getməyə məcbur oldu. 

Nadirqulu xanın nüfuzu artdığı halda, həmin dövrdə iradəsiz  şah II Təhmasib 

tamamilə hörmətdən düşmüşdü. O, özünü qoşun və xalq arasında doğrultmaq məqsədi 

ilə Naxçıvanı və İrəvanı türk qoşunlarından azad etmək üçün hərbi əməliyyata başladı. 

Lakin II Təhmasib məqsədinə nail ola bilmədi; döyüş yenə  də  məğlubiyyətlə 

nəticələndi. II Təhmasib sülh istəməyə  məcbur oldu. Türkiyə  dərhal öz razılığını 

bildirdi. Beləliklə, 1732-ci il yanvar ayının 16-da Kirmanşah şəhərində İranla Türkiyə 

arasında müqavilə imzalandı. Müqaviləyə görə bir sıra şəhərlərlə yanaşı, Naxçıvan da 

Türkiyənin işğal zonasına daxil oldu. Üsyanı yatırdıqdan sonra Xorasandan qayıdan 

Nadirqulu xan yerli saray əyanlarının iştirakı ilə II Şah Təhmasibi taxtdan salıb, onun 

səkkiz aylıq körpə  oğlunu formal olaraq şah elan etdi. Əslində isə özü azyaşlı  şahın 

qəyyumu kimi faktiki olaraq İranın vahid hakimi oldu. 

Nadirqulu xan ilk növbədə 1732-ci ildə Osmanlı Türkiyəsi ilə II Şah Təhmasibin 

bağladığı müqavilənin şərtlərini pozaraq 1723-cü ildən bəri osmanlılar tərəfindən işğal 

edilmiş  ərazilərin geri qaytarılmasını  tələb etdi. Lakin Türkiyə sultanı bu tələbi rədd 

etdi. Belə olduqda Türkiyə ilə  İran arasında hərbi  əməliyyat bərpa olundu. Ciddi 

zərbələrə məruz qalan türk əsgərləri zəbt etdikləri Azərbaycan ərazisindən tədricən geri 

çəkilməyə məcbur oldular. 

1736-cı ildə azyaşlı III Şah Abbas müəmmalı  şəkildə  həlak oldu. Beləliklə, 

Səfəvilər sülaləsinə son qoyuldu və hakimiyyəti  ələ almaq üçün Nadirqulu xanın 

qarşısında maneə qalmadı. 

1736-cı ildə Nadirqulu xanın tacqoyma mərasimi keçirildi. O, İran  şahı elan 

edildikdən sonra dövlətin idarə olunmasında və inzibati quruluşunda ciddi dəyişikliklər 

apardı. Nadir şah Səfəvi inzibati-ərazi bölgülərini — bəylərbəyilikləri ləğv etdi. 

Azərbaycan  ərazisində  Şirvan, Qarabağ (Gəncə), Təbriz və Çuxur-Sədd 

bəylərbəyiliklərini ləğv edib vahid Azərbaycan vilayəti adı altında bir mərkəzdə Təbriz 

ətrafında birləşdirdi. 

 [15-16]

 Vilayətin idarəsini  şah qardaşı  İbrahim xana həvalə etdi. 

Bundan əlavə hər yerdə yerli hakimlər Nadir şahın yaxın adamları ilə əvəz olundu. 

Nadir şahın tacqoyma mərasiminin iştirakçısı katolikos Abram Kretasi bu məsələ 

ilə  əlaqədar yazmışdı: «Nadir şah öz qardaşını  rəis və  sərdar, yəni Azərbaycanın 

sərəsgəri təyin etdi. Naxçıvanı,  Şirvanı, bütün Ararat vilayətini, Gürcüstanın idarəsini 

qardaşına tapşırmaqla onu bəylərbəyi kimi bütün digər xanların başçısı təyin etdi»

4



Hakimiyyətinin ilk günündən Nadir şahın əmri ilə şəhərlərin hamısında dövlətin 

mədaxilinə  nəzarət etmək üçün üç nəfər mirzə — vəkil təyin edildi. Birinci mirzə — 

vəkil digər iki nəfərin razılığı ilə dövlətin mədaxilinə, məxaricinə, maliyyə  işlərinə 

rəhbərliyi həyata keçirirdi. İkinci  şəxs mədaxilin və  məxaricin siyahısına nəzarət 

                                                            

4

 Абрам Кретаци. Повествование. Ереван, 1973 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə