Fuad əLİyev mirabdulla əLİyev


XANLIĞIN SOSİAL-İQTİSADİ VƏZİYYƏTİ



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   2   3   4   5   6   7   8   9   10   ...   33

15 

 

XANLIĞIN SOSİAL-İQTİSADİ VƏZİYYƏTİ  

(XVIII əsrin II yarısı — XIX əsrin I rübü) 

 

Azərbaycanın gözəl guşələrindən biri olan Naxçıvan diyarı  təbii sərvətinin 



zənginliyi ilə  hələ  qədimdən geniş  şöhrət tapmışdı. Uca dağlar,  əlçatmaz qayalar, 

otlaqlarla zəngin vadilər və  dərələr, coşqun dağ çayları, gümüşü bulaqlar, min bir 

xəstəliyin dərmanı olan mineral sular ona xüsusi gözəllik verir. 

Zəngəzur kəndindən başlamış Araz çayı vadisinə  qədər uzanan geniş  ərazidə 

yerləşən Naxçıvan xanlığı Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi. Dağlar 

xanlığı sanki qala kimi əhatə etmişdi. Belə ki, şimal-şərqdən Dərələyəz dağları, cənub-

şərqdən  İlanlıdağ,  şimal-qərbdən isə uzaqdan görünən Böyük və Kiçik Ağrı dağları 

Naxçıvan xanlığının sərhədləri boyu ucalırdı. Naxçıvan xanlığı İrəvan, Qarabağ, Xoy və 

Maku xanlıqları ilə həmsərhəd idi. 

Qarababaçay adı ilə  məşhur olan çay öz mənbəyini Zəngəzur sərhədindəki 

Salvartı dağlarından götürür. Bu çay Naxçıvan düzənliyi ilə uzanıb Naxçıvan  şəhəri 

yaxınlığından axdığından Naxçıvan çayı adlanır və Araza tökülür. XIX əsrin əvvəlində 

Abbasabad qalası bu çayın töküldüyü yerdə tikilmişdi 

Naxçıvan xanlığı ərazisində çox da böyük olmayan üç çay axırdı: Naxçıvan çayı, 

Əlincə çayı  və Gilançay. Bunlardan başqa da dörd kiçik çay vardı: Urlusçay, 

Vənəndçay, Nugədiçay və Ordubad çayı. Bu çayların  ətrafında yaşayan  əhali su 

cəhətdən korluq çəkmirdi. Lakin yay aylarında çayların suyu azaldığından və  hətta 

tamam quruduğundan əkinlər çox vaxt sudan korluq çəkirdi. 

Naxçıvan xanlığının relyefi, təbii-coğrafi  şəraiti  əhalinin təsərrüfat həyatında, 

məşğuliyyətində  və bütövlükdə ictimai həyatında həlledici rol oynadığı üçün 

məsələlərin də tədqiqi müəyyən əhəmiyyət kəsb edir. Lakin onu da qeyd etməliyik ki, 

coğrafi  şərait ictimai inkişafda həlledici rol oynamasa da, cəmiyyətin inkişafını 

sürətləndirə və ya ləngidə bilir. 

[19-20]


 

Naxçıvan xanlığında əhalinin nisbətən sıxlıq təşkil etdiyi yerləri üç qrupa bölmək 

olar: birinci qrupa Naxçıvan şəhəri olmaqla Naxçıvan çayının mənsəbinə doğru uzanan 

ərazi, ikinci qrupa daxil olan ərazi Culfadan başlayaraq, Ordubaddan keçməklə 

Gilançay boyunca davam edərək Mehri istiqamətinə qədər gəlib çatırdı. Üçüncü qrupa 

isə əhalisi nisbətən az olan ərazi — Əlincə çayı boyunca uzanan sahə daxildir. Naxçıvan 

xanlığının qalan ərazisi meşəsiz, hər cür bitkidən məhrum və susuz yerlər idi. 

Rus tarixçisi S. P. Zelinski Naxçıvan xanlığının xarici görünüşünü təsvir edərək 

yazırdı: «Susuz şoran çöllər, müxtəlif formada olan dağ qayalıqları, dərə-təpəli sahələr, 

gözəl otlaq yerləri, təsəvvüredilməz düzənliklər, səs-küylü saysız-hesabsız vadilər və 

dərələrdən axan və yayda tamamilə quruyan dağ selləri bu uzaq guşənin xarici aləmini 

özündə əks edir»

1



Naxçıvan xanlığının hava şəraiti də müxtəlif idi. Xanlığın  şimalında soyuqlar 



tüğyan etdiyi halda, Araz çayı boyunda günəşin yandırıcı  şüaları  təsərrüfatın normal 

inkişafına mənfi təsir göstərirdi Bütün Araz vadisi Naxçıvan və Ordubada qədər ölü bir 

                                                            

1

 С.П. Зелинский. Три магала( Нахичеванский, Ордубадский и Даралагезский). Географическо-статистическое и 



сельскохозяйственное описание. «Сборник сведений о Кавказе», т. VII. Тифлис, 1880. 


16 

 

sahəni xatırladırdı. Lakin təbii hadisələr xanlıqda təsərrüfatın inkişafına mane olan əsas 



amil deyildi. Bu sahədə obyektiv səbəblər daha çox özünü göstərirdi. 

Tədqiq edilən dövrdə Naxçıvan xanlığında  əhəmiyyətli siyasi hadisələr baş 

vermişdi. Belə ki feodal müharibələri, xarici düşmənlərə qarşı mübarizə, daxili saray 

çəkişmələri xanlığın iqtisadi inkişafını ləngidən əsas amillərdən idi 

Deyilənlərə birinci (1804—1813) və ikinci (1826— 1828) Rusiya — İran 

müharibələrinin vurduğu ziyanlar da əlavə edilsə, Naxçıvan xanlığının iqtisadi inkişaf 

sahəsində  nə kimi çətinliklərlə rastlaşdığını  təsəvvür etmək olar. Bu hadisələr nəinki 

Naxçıvan xanlığında iqtisadi inkişafa mane olurdu, hətta Naxçıvan xanlığının  ərazi 

bölgüsündə də tez-tez dəyişikliyə məruz qalmasına gətirib çıxarırdı. Məlum olduğu kimi 

1797-ci ilə qədər Naxçıvan xanlığı müstəqil dövlət qurumu idi. Bu dövrdə xanlığın ali 

hakimi xan özü idi ki, qalan feodalların hamısı ona tabe idilər. Ona görə də bürokratik 

qanunvericilik aparatı tamamilə xanın  əlində  cəmləşmişdi. Xan «... xanlığı öz 

mülkiyyəti kimi idarə edirdi». Lakin İran hakimiyyəti dövründə (1797—1828) xanlığın 

idarə olunmasında tamamilə başqa vəziyyət yarandı. Naxçıvan xanlığı — Cənubi 

Azərbaycanın tərkibinə daxil edildi. Şahzadə Abbas Mirzənin Cənubi Azərbaycanı idarə 

etdiyi zaman «Başqa xanlıqlarda olduğu kimi Naxçıvan xanlığında da ilkin ödənci kim 

daha böyük məbləğdə ödəyirdisə, xanlıq da ona verilirdi»

2

. Ona görə  də xan hakimi 



mütləq hesab olunurdu. O, yerli idarə orqanlarına istədiyi adamları təyin edə bilir, həm 

də xanlığı istədiyi kimi idarə edirdi Naxçıvan xanları vergilərdən topladıqları gəlirdən 

əlavə xan eyni zamanda şah tərəfindən də müəyyən məbləğ almağa da nail olurdu. 

Lakin belə güzəştlər xanların hamısı üçün eyni deyildi. Şah vəzifəli şəxslərə çox nadir 

hallarda xəzinədən maaş verirdi. Naxçıvan xanlarına gəldikdə isə güman etmək olar ki, 

şah məcburiyyət qarşısında onları  əldə saxlamaq üçün belə bir addım atırmış. 

Mənbələrdən birində deyilir: «Abbas Mirzə hər dəfə xanı təyin edərkən ona qızıl suyuna 

çəkilmiş və platinlə bəzədilmiş yəhər də bağışlayırdı. Bundan başqa xan şahın iradəsini 

yerinə yetirirdisə, o zaman əlavə olaraq şah hər bayramda ona təzə  xələt və qiymətli 

kəmər bağışlayırdı»

3



Lakin bununla belə şah və şahzadə Naxçıvan xanlarının hamısından razı deyildi. 



Təkcə bunu qeyd etmək kifayətdir ki, Ağa Məhəmməd xan 1797-ci ildə Kəlbəli xanın 

gözünü çıxartdırsa da, Naxçıvan xanlığının taxtında oturanlar İran hökumətini qane 

etməmiş, nəticədə Kəlbəli xan həmin hadisədən sonra fasilələrlə daha üç dəfə Naxçıvan 

xanlığına hakim təyin edilmişdi. Bu onu göstərir ki, şah və şahzadə Naxçıvan xanlarına 

etibar etmirdilər. Ona görə də Naxçıvan xanlığının idarə olunması üçün əksər hallarda 

yuxarıda qeyd edildiyi kimi, kəngərli tayfalarından olan iki nəfər feodal təyin olunurdu. 

Onlardan biri xanlığın iqtisadiyyatını idarə edən  əsas sima, digəri isə xanlığın 

qanunlarına rəhbərlik edir, tayfanın və ordunun rəisi hesab olunurdu. «Xanlığın idarə 

edilməsi üçün feodallardan biri .

[21-22]


şah tərəfindən təyin edilirdi və əsas hakim hesab 

olunurdu, digəri tayfaların rəisi və  kəngərli tayfasının vəkili hesab edilirdi. XIX əsrin 

əvvəllərində Naxçıvanın əsas hakimi Kəlbəli xan, tayfanın rəisi isə Lütfəli Sultan idi»

4



                                                            

2

 Naxıvan əyalətinin statistik təsviri...s. 51(sonralar NƏST) 



3

 NƏST.səh.52. 

4

 Naxçıvan əlyazmaları sənədləri(sonralar: NƏST) 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə