Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

17 

 

İran tərəfindən işğal edilməzdən əvvəl (1797), Naxçıvan xanlığı inzibati cəhətdən 



mahallara bölünmüşdü. Xanlığın mərkəzi  şəhəri Naxçıvan idi. Xanlığın paytaxtında 

digər məmurlar da yaşayırdılar. İran hakimiyyəti illərində (1797—1828) buranın idarə 

olunmasını asanlaşdırmaq məqsədilə Cənubi Azərbaycana hakim təyin edilmiş şahzadə 

Abbas Mirzə Naxçıvan xanlığını Naxçıvan və Ordubad dairələrinə bölmüşdü. Həmin 

dairələr isə öz növbəsində mahallara bölünürdü. Naxçıvan dairəsinə  Əlincə, Xok və 

Dərələyəz mahalları daxil edilmişdi Ordubad dairəsi isə bu mahallardan ibarət idi: 

Ordubad, Əylis, Dəstə Çalanapek və Bəlləv. 

Naxçıvan xanlığında bəzi hallarda ərazi-inzibati bölgüsündə  dəyişiklik aparılsa 

da, xan məmurlarının idarəçiliklə olan imtiyazları əvvəlki dövrdə olduğu kimi qalırdı. 

Naxçıvan xanlığında  əsas vəzifələrdən biri mahalları idarə edən mirzəbəyilər 

idilər. Onların  əsas vəzifəsi kənd təsərrüfatı ilə  əlaqədar məsələləri və  əhalidən 

vergilərin yığılması ilə  əlaqədar xanın  əmrlərini yerinə yetirməkdən ibarət idi. Onlar 

xanın əmrini alan kimi öz mahallarında olan kəndliləri bir yerə yığır və onların arasında 

vəzifə bölgüsü aparırdılar. Onlar kəndlilərdən lazım olan hər  şeyi alırdılar. Belə ki 

«kənd təsərrüfatı  işlərinə  rəhbərlik etdikləri üçün aldıqları maaşdan başqa hər il 20 

tüməndən 50 tümənə  qədər pu

və 5 xalvardan 10 xalvara qədər taxıl, habelə toy 



mərasimləri dövründə isə müxtəlif  hədiyyələr alırdılar»

5



Mahallar kəndxudalar tərəfindən idarə olunan kəndlərə bölünürdü. Kəndxudaları 

kənd icması seçirdi. Seçilmiş kəndxudalar xan tərəfindən təsdiq edildikləri üçün həmişə 

ona minnətdar olardılar. Kəndxudalardan baş vermiş hadisə  və yeniliklər haqqında 

ardıcıl olaraq xan divanına məlumat verəcəkləri haqqında yazılı iltizam alırdılar. Bu, 

əsas etibarilə yerlərdə yeni işçi.

 [24-25]


 qüvvəsinin peyda olması  və yaşına görə vergi 

verən gənclərin siyahıya alınması ilə  əlaqədar idi. Əgər bu və ya digər  şəxsi işlətmək 

halları müşahidə edilirdisə, o zaman kəndxuda gümüş pulla yüz manatdan iki yüz 

manata qədər cərimə verməli idi. Bəzi hallarda kəndxudalar yol verdikləri günaha görə 

fələqqə  cəzasına da məruz qalırdılar. Xanlıqda polis idarəsi iki nəfərə etibar edilirdi. 

Onlardan biri darğa, ikincisi isə  əsasbaşı adlanırdı. Darğalara yüzbaşılar və onbaşılar 

tabe idilər. Darğalar qayda-qanun yaradır, xüsusilə bazarlara nəzarət edirdilər. Belə ki, 

bazarlarda qiymətləri təyin



 

edir və baş vermiş mübahisələrin yoluna qoyurdular 

Darğalara xan tərəfindən maaş verilmirdi. Maaşın  əvəzində onlara hər dükandan ayda 

gümüş pulla 15

 

qəpik almağa icazə verilirdi. Darğalar  ərzaq məhsullarını bazardan 



pulsuz alırdılar. Darğaların vəzifəsi təkcə bazarı nizama salmaqla bitmirdi. Darğaların 

təsir dairəsi daha geniş idi. Ona görə  də onlar imtiyazlarından özləri üçün istifadə 

edirdilər.  Şəriət qanunlarının yerinə yetirilməsinə  nəzarət etdikləri üçün onlara qeyri-

məhdud imtiyazlar da verilirdi. Əgər kimsə zorakılıq,  ədalətsizlik və ya əxlaqsızlıqda 

təqsirləndirilsəydi, darğaya icazə verilirdi ki, həmin adamı istədiyi şəkildə cəzalandırsın 

və ya ondan cərimə alsın. 

Digər polis rəisinin — əsasbaşının vəzifəsinə  şəhərin və bazarın gecə vaxtı 

qorunması daxil idi. Əsasbaşı da maaş əvəzinə hər dükandan ayda gümüş pulla 15

 

qəpik 


almaq hüququna malik idi. Həmin pulla o, həm də köməkçiləri olan gözətçiləri maddi 

                                                            

5

 

NƏST.səh.53. 



 


18 

 

cəhətdən təmin edirdi. XIX əsr tədqiqatçısı S. Yegizarov yazırdı ki, muzdla tutulmuş 



gözətçilər gecələr sakitliyi qorumaq üçün həm şəxsən, həm də öz əmlakları ilə cavabdeh 

idilər. 


Xan özünün mülki və polis işlərini eşikağası vasitəsilə həyata keçirirdi. Eşikağası 

xanın  ən yaxın köməkçisi idi. Xanın yanına bu və ya digər məsələnin həlli üçün 

gələnləri əvvəlcə eşikağası qəbul edir və məsləhət bildikdə onları xanın yanına aparırdı. 

Eşikağası mirbölüklərin, kəndxudaların və  məliklərin də xanın hüzuruna buraxılıb-

buraxılmamasını həll edirdi. Onların əksəriyyəti əsasən kəndlərdə baş vermiş hadisələr 

və yaxud vergilərin toplanmasının vəziyyəti barədə  məlumat vermək üçün şəhərə 

gəlirdilər. 

Vəzifəli şəxslər içərisində mirabların da özünəməxsus yeri var idi. Belə ki onlar 

həm  şəhərdə, həm də

[22-24]


kəndlərdə suyun bölüşdürülməsinə  nəzarət edirdilər. 

Mirablar maaş  əvəzinə sudan istifadə edənlərdən 15

 

batman taxıl və ya yarım batman 



pambıq alırdılar.  Əldə edilən məlumatdan aydın olur ki, Naxçıvan çayından çəkilən 

arxın suyundan istifadə edən ətraf kəndlərin əhalisi miraba «hədiyyə» kimi ya heyvan, 

ya taxıl və yaxud başqa məhsullar verirdilər. 

Tədqiq olunan dövrdə Naxçıvan xanlığının iqtisadiyyatı üçün natural təsərrüfat 

xüsusilə xarakterik idi. Başqa Azərbaycan xanlıqlarında olduğu kimi, burada da 

həlledici amil feodal istehsal üsulu idi. Naxçıvan xanlığında iqtisadiyyatın  əsasını 

heyvandarlıq və  əkinçilik təşkil edirdi; əsas istehsal vasitəsi torpaq idi. Şərqin 

müsəlman ölkələrində olduğu kimi, Azərbaycan xanlıqlarında da beş növ torpaq 

mülkiyyəti mövcud idi: 

1. Dövlət (xəzinə) torpaqları. Belə torpaq mülkiyyəti «divani» adlanırdı. Lakin 

əvvəlki  əsrlərdən fərqli olaraq XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqlarında 

dövlət torpaqları tədricən əvvəlki əhəmiyyətini itirərək bir növ xanın şəxsi mülkiyyətinə 

çevrilmişdi.  İ. P. Petruşevski Azərbaycanda feodal münasibətlərini öyrənərək belə 

qənaətə  gəlmişdir ki, XVIII əsrin ikinci yarısında dövlət torpaqları ilə xan ailəsinin 

torpaqları birləşdirilib vəhdət təşkil etmiş və beləliklə də «... şəxsi torpaq sahibliyi divan 

torpaqları hesabına artmışdır». Bu torpaqlar xanın və xan ailəsi üzvlərinin varlanmasına 

şərait yaradırdı. Əksər hallarda divan torpaqları xanın razılığı ilə hər hansı şəxsə bu və 

ya digər xidmətinə görə «tiul» hüququnda istifadəyə verilirdi. 

Tiul hüququ Naxçıvan xanlığında təkcə kənd yerlərinə deyil, həmçinin şəhərə də 

şamil edilirdi. Torpaqdan tiul hüququ əsasında istifadə edən  şəxs «tiuldar» adlanırdı. 

Tiuldar ona verilmiş torpaqlardan və sahələrdən öz şəxsi mülkiyyəti kimi istifadə edirdi. 

Tiultorpaq sahələri tiuldar vəfat etdikdən sonra yenidən xəzinəyə qaytarılırdı. Bu o 

demək idi ki, tiul hüququ nəsildən-nəslə keçmirdi. Lakin verilən torpaqdan toplanılan 

vergilərə tam sahib olmaqda ona mane olmurdu. Tiuldar əldə edilmiş  məhsulun 

müəyyən hissəsini xəzinəyə göndərməli idi. Azərbaycanın digər xanlıqlarından fərqli 

olaraq Naxçıvan xanlığında əkin sahələrindən əldə 

[26-27]

 edilən məhsuldan alınan vergi 

«bəhrə» adlanırdı. Bəhrə tiul torpaqlarında toplanılan məhsulun onda üç hissəsini təşkil 

edirdi. 

2. Xan ailəsinə məxsus torpaq sahələri «xalisə»  adlanırdı. Öyrəndiyimiz dövrdə 

faktiki olaraq həmin torpaqlar nominal xarakter daşıyırdı. 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə