Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

19 

 

3. Mülk torpaqları. Ayrı-ayrı feodallara — mülkədarlara məxsus torpaq sahələri 



belə adlanırdı. Mülk şəxsi mülkiyyət olmaq etibarilə satıla da bilərdi, nəsildən-nəslə 

keçə də bilərdi. 

4. Məscidlərin, pirlərin və bu kimi dini ocaqların ixtiyarında olan torpaqlar 

«vəqf» adı ilə məşhur idi 

5. Kənd iclasına məxsus torpaq sahələri, «camaat torpağı» adlandırılırdı. 

Kənd təsərrüfatının, xüsusilə  əkinçiliyin vəziyyəti barədə ümumi təsəvvür 

yaratmaqdan ötrü, hər  şeydən  əvvəl, xanlıqda  əkinçiliyə yararlı torpaq sahələri 

müəyyənləşdirilməlidir. Lakin təəssüflə qeyd etməliyik ki, Azərbaycanın başqa 

xanlıqları kimi, Naxçıvan xanlığının torpaq sahələri barədə də dəqiq məlumat yoxdur. 

Naxçıvan ölkəsinin tədqiqatçılarından K. N. Nikitin bu məsələyə toxunaraq yazır ki, 

xanlığın torpaqlarının beşdə bir hissəsi becərilmirdi. O, torpaqların becərilməməsi 

səbəbini suyun çatışmaması ilə izah edir. 

Təkcə bunu demək kifayətdir ki, Şahtaxtıdan Araz çayına qədər və Naxçıvan 

çayının yuxarı axarından Culfaya qədər, nə bir çay, nə də bir arx var idi. K. N. Nikitinin 

yazdığı kimi, bu torpaqlar yararsız olduğu üçün yox, su çatışmadığı üçün becərilmirdi. 

Lakin torpaqların becərilməməsi səbəbini təkcə bununla izah etmək olmaz. Başqa 

səbəblər də vardı: ilk növbədə qeyd etmək lazımdır ki, xanlığın  ərazisinin müəyyən 

hissəsini dağlıq təşkil etdiyinə görə, kəndlilər feodal tərəfindən verilmiş  hər qarış 

torpağı  təbiətlə mübarizə  şəraitində becərməli olurdu. İkinci, unudulmamalıdır ki, 

əhalinin müəyyən hissəsi yarımköçəri həyat tərzi keçirdiyinidən, torpaqların becərilməsi 

ilə demək olar ki, məşğul olmurdu. 

XVIII  əsr Azərbaycan tarixinin tədqiqatçılarından V. N. Leviatov yazır ki, 

yaylaqdan qışlağa, qışlaqdan yaylağa köçən maldarlar bütün dövrlərdə oturaq həyat 

sürən  əhali üçün bir növ bədbəxtlik gətirirdilər. Belə ki  yaylağa gedərkən və ya 

yaylaqdan qayıdarkən elatlar yol

[25-26]

ların üstündə olan bağları və əkinləri məhv edir, 



yeri gəldikdə  kəndləri də talayırdılar. Maldarlar arasında oturaq əhaliyə nisbətən daha 

çox oğrular və talançılar  əmələ  gəlirdi ki, onlar da öz hərəkətləri ilə oturaq əhali 

içərisində qorxu və həyəcan yaradır, onlarda sabaha inam qoymurdular. Ona görə də bu 

hadisələr ölkənin ümumi iqtisadi vəziyyətinə pis təsir edirdi. 

Dağ  kəndlərində yaşayan  əhalinin  əsas məşğuliyyəti maldarlıq idi. Düzən 

yerlərdə isə maldarlıq əhalinin ikinci məşğuliyyəti hesab olunurdu. Naxçıvan xanlığında 

feodal təsərrüfatının iki müxtəlif iqtisadi forması — oturaq əkinçilik və yarımköçəri 

maldarlıq səciyyəvi idi, bu da kəndlilərdən çoxlu vergilərin alınmasına gətirib çıxarırdı. 

Kəndlilərdən alınan vergilərin sayı  və miqdarı müxtəlif idi. Vergilərin 

müxtəlifliyi, ilk növbədə, iqlim şəraitindən və tez-tez baş verən feodal ara 

müharibələrinin vurduğu zərərdən asılı idi. Məlum olduğu kimi XVIII əsrin ikinci 

yarısında Azərbaycanın bütün xanlıqları çox ağır siyasi şəraitlə qarşılaşırdılar. Tez-tez 

baş verən hərbi yürüşlər, saray çevrilişləri kəndli təsərrüfatına da ağır zərbə endirirdi. 

Belə bir şəraitdə feodallar istər-istəməz yaşayış  mənbəyi olan kəndli  əməyini 

qorumaqda məcbur idilər. 

Xanların belə yumşaqlığı feodal istismarının ağırlığını heç də yüngülləşdirmirdi. 

Kəndlilər—rəiyyətlər, rəncbərlər və elatlar qoyulan verənləri verməyə məcbur idilər. 



20 

 

Rəiyyətlər kənd icması  tərəfindən ayrılmış torpağı becərir və  əldə etdiyi 



məhsulun onda birindən beşdə bir hissəsinə qədərini ona verməyə məcbur olurdular.

Rəiyyətlər nəinki torpaqların becərilməsi ilə məşğul olur, həm də feodal torpaqlarında 

bir sıra tikintilərdə işləyirdilər. Rəiyyət feodaldan aldığı əmək alətləri, toxum və s. üçün 

də əldə etdiyi məhsulun müəyyən hissəsini ona verməyə məcbur olurdu. 

Kəndlilərə hüquqi cəhətdən becərdikləri feodal torpaqlarını atıb başqa yerlərə 

getməyə icazə verilirdi. Lakin təcrübədə çox nadir hallarda bu cür köçmələr baş tuturdu. 

Belə hallar bir sıra çətinliklərlə qarşılaşırdı ki, bu da rəiyyətlərin könüllü şəkildə 

köçmələrinə imkan vermirdi; köçməzdən  əvvəl rəiyyət öhdəsinə düşən bütün işlərin 

başa çatmasını gözləməli, torpaqla bağlı bütün mükəlləfiyyətləri yerinə yetirməli, başqa 

bir yerə köçəcəyi barədə  əvvəlcədən feodala xəbər verməli, öz borclarını  və vergiləri 

vaxtında ödəməli idi. 

Beləliklə, yuxarıda deyilənlərdən aydın olur ki. faktiki olaraq şəriət tərəfindən 

kəndlilərin  şəxsi azadlığı  nəzərdə tutulsa da əslində feodal torpağına təhkim 

olunurdular. Kəndlilərin hüquqi cəhətdən torpağa təhkim olunmaları  rəsmi sənədlərdə 

öz  əksini tapmasa da əslində  rəiyyətlərin taleyini xanlar həll edir, torpaqlarla birlikdə 

rəiyyətlər də bəylərin ixtiyarına verilirdi 

Rəncbər qrupuna məxsus kəndlilər daha ağır vəziyyətdə yaşayırdılar. Nə torpağı, 

nə  də  əmək aləti olmayan rəncbərlər xan, sultan, məlik, bəy və digər feodalların 

torpaqlarında işləyir və  əldə edilmiş  məhsulun, adətən üçdə bir hissəsini alırdılar. 

Torpaqdan məhrum rəncbərlər faktiki olaraq bir qarın çörəkdən ötrü öz əməklərini 

satmağa məcbur idilər: Rəncbərlərin  əməyindən nisbətən ağır işlərdə — çəltikçiliklə, 

pambıqçılıqla və ipəkçiliklə bağlı təsərrüfat işlərində istifadə edilirdi. Əslində rəncbərlər 

üzərində feodal hüququ heç nə ilə məhdudlaşdırılmırdı. Belə ki feodal rəiyyətdən fərqli 

olaraq rəncbəri torpaqla birlikdə istədiyi adamlara, xüsusilə vəzifə sahiblərinə həmişəlik 

verə bilərdi. Bəzən bu və ya digər vəzifəli  şəxs xidmətdən getdikdən sonra onun 

ixtiyarındakı rəncbərlər həmin vəzifəyə yeni təyin



 

edilmiş şəxsə verilirdi. 

Rəncbərlər müxtəlif vergiləri ödəməklə yanaşı, həm də torpağı  şumlamalı, 

məhsulu yığmalı  və digər işləri yerinə yetirməli, həmçinin çəltik plantasiyalarını 

becərməli, çəltiklikləri artırmalı, təsərrüfat üçün ağac məmulatları hazırlamalı, odun 

gətirməli və kənd təsərrüfatı məhsullarını lazımi yerə çatdırmalı idilər. 

Rəncbərlərin çoxalmasına bir sıra amillər təsir göstərirdi. Bəzi hallarda aclığa 

məruz qalan və iflasa uğrayan rəiyyət özünün kiçik torpaq sahəsini satmağa məcbur 

olurdu. Beləliklə, rəiyyət hesab olunan kəndli rəncbərə çevrilirdi. Bəzən başqa 

ölkələrdən və xanlıqlardan köçmüş maldarlar və ya qaçqın kəndlilər də  rəncbərə 

çevrilirdilər. 

Bəzi hallarda xanlar münbit torpağı olan rəiyyətdən torpağı ucuz qiymətə almaqla 

sabiq torpaq sahibini rəncbərə çevirir və onları öz torpağında işləməyə məcbur edirdilər. 

Son dərəcə az gəlir  əldə edən rəncbərlər öz ailələrini dolandıra bilmir və yaranmış 

vəziyyətdən yaxalarını qurtarmaq üçün yeganə vasitəni qaçmaqda görürdülər. 

Kəndlilərin digər qrupu olan elatlar da rəiyyətlər və  rəncbərlər kimi müəyyən 

vergi verməli və mükəlləfiyyət daşımalı idilər. Başqa xanlıqlardan fərqli olaraq 

Naxçıvan xanlığında hakim feodallar, xüsusilə  kəngərli tayfasının nümayəndələri 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə