Məşhur generalların işi ilə əlaqədar məsələyə Nərimanov,
B.Şahtaxtinski və s. səlahiyyətli şəxslərin qoşulması onlarla bağlı
aşağıdakı qərarın çıxarılması ilə nətieələnir. “Yol. Yaqoda
Azərbaycandan sizin sərəncama iki general Şıxlinski və
Mehandarov göndərilib. Yol. Stalin xahiş edir ki, o, gedənə qədər
(13.10.1920) bu iş araşdırılsın. Əgər onların heç bir günahı
yoxdursa, onları təcili azad etmək. 12.10.20.” Sənədin
üstündə qeyd
var: “Dairədə məsul postlar tutmamaq hüququ ilə ehtiyata
buraxmaqla azad etmək”.
Bəli, başqa cür də ola bilməzdi. Azərbaycan milli
hökumətində hərbi nazir və onun müavini işləmiş şəxslərə onların
ordu qumculuğunda istər nəzəri, istər təcrübi baxımdan əvəzsiz hərbi
dühalar olduqları etiraf edilsə belə səviyyələrindən qat-qat aşağı
vəzifələrin etibarı mümkün deyildi. Səməd bəy Mehmanda- rov
həbsxanada saxlanılarkən guya ona hörmət əlaməti olaraq
mundirinin və ordenlərinin gətirilməsinə, xalça verilməsinə mane
olmamağı tapşırmaqla bu şəxsiyyətin böyüklüyü qarşısında nə qədər
cılız göründüklərini başa düşürdülər. Ancaq Azərbaycanın
müstəqilliyi yolundakı tarixi xidmətləri barədə düşünəndə, yeni
hakimiyyətin nəzərində Səməd bəyin bolşevik düşməni olduğunu
dəlilsiz-sübutsuz təsdiqləyən bu faktı yada salanda onu nəinki
vəzifələrə yaxın buraxmaq istəmir, hətta əllərində imkan olsa, ən
ağır cəzaya layiq görmək istəyirdilər. Elə bunun nəticəsi idi ki.
Səməd bəy dünyasını dəyişdikdən xeyli sonra da onun yeganə oğlu
İqoru incidir, sanki atasının intiqamını almaqlarından həzz
duyurdular. Halbuki Azərbaycan milli dövləti çar ordusunda
sədaqətlə xidmət göstənuiş generala etibar edib, ölkənin müdafiəsi
kimi ən məsul postu ona tapşırmışdı.
İqor Səməd bəyin 3-cü Sibir korpusunda artilleriya rəisi təyin
edildiyi 1908-ci ilin 18 noyabmrda anadan olmuşdur. Qeyd
etdiyimiz kimi, həmin il iyul ayının 13-də 53 yaşlı hərbçi generalın
həyatında daha mühüm bir hadisə baş vermişdi, o, general- leytenant
rütbəsi almışdı. Oğlu dünyaya gəlməsindən hədsiz şad olan
S.Mehmandarov onun adını Pir qoyub, sonra isə bu ad dəyişdirilərək
İqor edilib. Səməd bəy 1915-ci ildə 2-ci Qafqaz ordusu korpusunun
komandanı təyin ediləndə İqorun iki yaşı.
55