Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə20/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   16   17   18   19   20   21   22   23   ...   90

olunması ilə bağlı məsələləri bir an belə unutmurdu. Bu məqsədlə 
Azərbaycanda 
yerləşən 
hərbi 
missiyalara, 
diplomatik 
nümayəndəliklərə  ardı-arası  kəsilmədən  teleqramlar,  izahedici 
məktublar,  digər  diplomatik  xarakterli  sənədlər  göndərilirdi.  AR 
xarici  işlər  naziri  4  iyul  1919-cu  ildə  Britaniya  qüvvələri 
komandanlığına ünvanladığı növbəti teleqramlardan birində yazırdı: 
“Naxçıvandan  alman  məlumata  görə  erməni  hökuməti  öz 
qoşunlarının bir hissəsini Zəngəzura göndərir. İndiyədək 700 nəfər 
və  böyük  miqdarda  güllə  göndərilmişdir.  Buna  görə  də  ayrı-ayrı 
silahlı  toqquşmalar  baş  vermişdir.  Həmin  toqquşmalarda  həm 
erməni əhalisi, həm də erməni nizami ordu hissələri iştirak etmişdir. 
Azərbaycan  hökuməti  öz  siyasətində  daim  bir  mövqeyə  sadiq 
qalmışdır 

qonşu 
xalqlarla 
qonşuluq 
münasibətlərini 
möhkəmləndirmək  üçün  bütün  münaqişəli  məsələləri  imkan 
daxilində  dostluq  və  sülh  yolu  ilə  həll  etmək.  Bu  günədək 
Azərbaycan  hökuməti  qonşu  dövlətlərlə  bütün  mübahisələrin 
həllində sülhsevər siyasət yeritməyə nail olmuşdur. O, ümid edir ki, 
indiki  hadisədə  də  Britaniya  komandanlığının  erməni  hökumət 
Şurasının işlərinə xeyirxah müdaxiləsi ilə Azərbaycan Respublikası 
ilə  Ermənistan  arasında  kəskin  münaqişədən  qaçmaq  mümkün 
olacaqdır.  Əgər  erməni  hökuməti  Azərbaycana  qarşı  fəal  silahlı 
çıxışdan  imtina  etməsə  bu  münaqişənin  reallaşması  qaçılmazdır. 
Xarici  işlər  naziri  Cəfərov.  Dəftərxananın  direktoru  C.Qayıbov” 
(ARDA f 970, siy. 1, iş 62, səh. 78). 
Yaxud  AR  hökumətinin  Ermənistan  Respublikasına  16  iyul 
1919-cu il və 22 sentyabr 1919-cu il notalan da məhz M.Y.Cəfərov 
tərəfindən hazırlanmış və imzalanmışdır: “Azərbaycan hökumətində 
olan  rəsmi  və  şəxsi  məlumatlara  görə  artilleriya  imkanına  malik 
erməni  qoşunları  Böyük-Vedi,  Çinyankənd,  Gələvaş,  Qaşlu  və  s 
qonşu müsəlman kəndlərini mühasirəyə ahnış və atəşə tutmuşlar.” 
Bu  notada  da  AR-in  sülhsevər,  respublikalar  arasında 
mehriban dostluq münasibətləri qurulmasına yönəldilmiş siyasətinin 
əksinə olaraq erməni tərəfinin təcavüzkar, etnik təmizləməyə aparan 
siyasət  yeritməsi,  azərbaycanlı  əhalini  bütün  vasitələrlə  məhv 
etməyə, öz yurd-yuvasından didərgin salmağa 
64 


yönəldilmiş  siyasəti  pislənir  və  erməni  qoşunlarının  qanunsuz 
hərəkətlərinin qarşısının alınması üçün qəti tədbirlər görülməsi tələb 
olunur (16 iyul 1919-cu il). 
Bu dövrdə ermənilər tərəfindən törədilən münaqişələrlə bağlı 
elə bir hal tapmaq olmaz ki, onunla əlaqədar AR xariei işlər nazirliyi 
hansı  formadasa  öz  etirazını  bildirməsin.  Azərbaycan  tərəfi  öz 
notaları  və  kəskin  bəyanatları  ilə  xarici  dövlətlərin  diqqətini  bu 
məsələyə  yönəldir,  erməni  təcavüzünün  nəticələrini  beynəlxalq 
ictimamiyyətin  müzakirə  obyektinə  çevirməyə  cəhd  göstərirdi. 
Xarici işlər naziri M.Y.Cəfərovun Ermənistanın xarici işlər nazirinə 
göndərilmiş  notalanndan  birində  deyilirdi:  “1918-  ci  ilin 
yanvanndan  türklərin  İrəvan  qubemiyasma  gəlməsinə  qədər 
ermənilər  həmin  quberniyada  üç  yüzdən  çox  müsəlman  kəndini 
dağıtmış,  əhalinin  əksər  hissəsini  qırmışlar.  Türklərin  getməsi  və 
Qafqaza müttəfiq qoşunlannm girməsi ilə Azərbaycan əhalisi ümid 
edirdi  ki,  erməni  hökuməti  sülhün  və  əmin-amanlığın  bərqərar 
edilməsi  məqsədilə  artıq  müsəlman  qırğınlarına  yol  verməyəcək. 
Ancaq türklərin İrəvan quberniyasından getməsində sonra, 1918- ci 
ilin  dekabnnda  Sasunlu  alayı  quberniyanın  Qaraxaç  və  Vediçay 
kənd  cəmiyyətlərinin  müsəlmanlarını  tərksilah  etmiş  və  Qədili, 
Şahablı, Qaraxaç, Doxnaz, Qarabəylər, Ağası Bəkli və s. kəndlərini 
dağıtmış, həmin cəmiyyətin az qala bütün müsəlmanlarını qırmışlar. 
Milli  Dərəsi  rayonunun  bir  sıra  kəndləri  də  eyni  vəziyyətə 
salınmışdır.  Erməni  qoşunları  eyni  vaxtda  Basarkeçər  rayonunun, 
Yenibəyazid  qəzasının  kəndlərini  mühasirəyə  almış  və  kəndlərin 
əhalisini qırmışlar... Erməni hökuməti qısa müddətdə, 17-31 avqust 
arasında  Eçmiədzin,  Sürməli,  İrəvan  və  Yenibəyazid  qəzalarında 
50-yə yaxın kəndi dağıdıb, əhalisini qırmışlar...”. 
Ermənilərin 
İrəvan, 
Zəngəzur, 
Qarabağ, 
Naxçıvan 
mahallarında  təcavüzkar  hərəkətlər  törətməklə,  yerli  azərbaycanlı 
əhalini  məhv  etməyə  çahşdıqlanm  yaxşı  başa  düşən  M.Cəfərovun 
göstərişi ilə 1919-cu il oktyabr ayının 1-də radioda belə bir teleqram 
səsləndirilmişdi:  “Hamıya,  hamıya,  hamıya.  1918-ci  ilin 
əvvəllərindən başlayaraq ermənilər öz hərbi hissələrinin və hökumət 
nümayəndələrinin iştirakı ilə sistemli şəkildə İrəvan 
65 


hökuməti  rayonlannda  dinc  müsəlman  əhalisinin  əzilməsini  təşkil 
etmişlər.” 
AR  Xİ  naziri  29  oktyabr  1919-cu  ildə  erməni  həmkarının 
Ermənistan-Azərbaycan  konfransı  keçinuək  barədəki  7  oktyabr 
tarixli 4108 saylı məktubuna cavab olaraq Azərbaycan hökumətinin 
mövqeyini belə açıqlayır: “Mənim hökumətim qonşu respublikalarla 
mehriban  qonşuluq  münasibətləri  yaratmaq  istəyərək  daim  bütün 
mübahisələrin danışıqlar yolu ilə həll edilməsinə tərəfdardır. ... İndi 
Sizin  hökumətiniz  adından  hər  iki  dövlətə  aid  mübahisəli 
məsələlərin  həll  edilməsi  üçün  erməni-  azərbaycan  müşavirəsi 
keçirilməsi  təklifinizi  mənim  hökumətimin  tapşırığı  ilə  həvəslə 
qəbul  edərək  və  məsələnin  Sizin  tərəfinizdən  qoyuluşuna  etiraz 
etmədən hər iki respublika arasında müvəqqəti demorkasiya xəttinin 
müəyyənləşdirilməsi 
deyil, 
Azərbaycan 
və 
Ermənistan 
respublikaları arasında bütün sərhəd mübahisələrinin birdəfəlik həll 
olunması  məsələsinin  qoyulmasını  vacib  sayıram.  Bununla  yanaşı 
mənim  hökumətim  müşavirənin  çağrılması  üçün  nisbətən  rahat 
yerin  Bakı  şəhəri  olduğunu  hesab  edir  və  Sizin  hökumətin 
nümayəndələrini oraya gəlməyə dəvət edir”. 
Gənc  respublika  üçün  qonşu  dövlətlərlə  sülh  şəraitində 
yaşamağın  müstəqilliyin  möhkəmləndirilməsi  baxımından  necə 
böyük əhəmiyyət kəsb etdiyini yaxşı başa düşən ADR rəhbərləri, 0 
cümlədən  xarici  işlər  naziri  M.Y.Cəfərov  ermənilərlə  münaqişəli 
məsələlərin həllinə danışıqlar yolu ilə nail olmağa səy göstərir, hər 
iki  dövlətin  müstəqilliyi  əleyhinə  olan  qüvvələrə  imkan  vermək 
istəmirdilər.  Ancaq  öz  təcavüzkar  xarakterlərindən,  qara 
niyyətlərindən  heç  vədə  əl  çəkmək  istəməyən  ermənilər  Qafqazda 
möhkəm  sülhün  yaranmasına  o  vaxt  da  ciddi  təhlükələr 
doğururdular. 14 dekabr 1919-cu ildə Bakıda xarici işlər nazirliyinin 
binasında Azərbaycan-Ermənistan konfransı açıldı. Konfransı giriş 
sözü ilə Azərbaycan Respublikasının xarici işlər naziri M.Y.Cəfərov 
açaraq qeyd etdi ki: “Zaqafqaziya Federasiyası parçalanıb ayrı-ayrı 
müstəqil  respublikalar  -  Azərbaycan,  Gürcüstan,  Ermənistan 
respublikaları əmələ gələndə çox təəssüf ki, bir çox həll edilməmiş 
mübahisəli məsələlər qaldı.” 
66 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə