Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə10/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   6   7   8   9   10   11   12   13   ...   109

23 
Dəyərli tövsiyələrə görə kitabın elmi rəyçilərinə: professor Olqa Astafyevaya, 
Azərbaycanın  əməkdar  müəllimi,  dosent  Tahir  Behbudova  və  fəlsəfə  elmləri 
doktoru Mübariz Süleymanlıya təşəkkür edirəm.  
İşləmək  üçün  şəraitinin  yaradılması  və  kitabın  hazırlanmasına  dair  faydalı 
məsləhətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İda-
rəçilik  Akademiyasının  rektoru  Urxan  Ələkbərova  və  Akademiyanın  Tarix  ka-
fedrasının kollektivinə, həmçinin “Simurq” AMA-nın rəyasət heyəti və ekspert-
məşvərət şurasının üzvlərinə təşəkkür edirəm. 
Həmçinin kitabın tərcüməsi, redaktə olunması və çapa hazırlanmasında vic-
danlı  əməyinə  görə  “Simurq”  Beynəlxalq  kulturoloji  jurnalın  redaktoru  Şəlalə 
Kəsəmənliyə minnətdarlığımı bildirirəm.  
Kitabın nəşr olunmasında sponsor dəstəyinə görə AG Telekom (Katv 1) kom-
paniyasının prezidenti Samir Qurbanova xüsusi minnətdarlığımı ifadə edirəm.  
 Kitabın kulturoloji simvolları haqqında bir neçə söz: 
Yuxarıya doğru qalxan “yeddi pillə” -“Homo sapiens” tipli yeni, ağıllı, şüurlu 
insanın təkmilləşməsi və elm, təhsil, tərbiyə və kulturoloji maarifçiliyin əsas rol 
oynadığı insanların akkulturasiyası və inkulturasiyası vasitəsilə onun “Homo cul-
turalis" tipli mədəni insana çevrilməsi yolunu ifadə edir. İnsanın biliklərin, huma-
nizmin və yaradıcılığın zirvəsinə yüksəldiyi yeddi pillə müxtəlif xalqların və din-
lərin – zərdüştlük, hinduizm, iudaizm, buddizm, xristianlıq və islam nümayəndə-
ləri üçün ümumdünya əhəmiyyətinə maikdir. 7 rəqəmi – zaman və məkanı idarə 
edən Tanrının, müdrikliyin, gözəlliyin və əbədi həyatın simvoludur. Bu – təfək-
kür, intuisiya, istedad, yaxşılıq, mükəmməllik və düzgün qərarlar uğrunda müba-
rizə simvoludur. Bu həm də Yerin mənası, və Yerdən görünən yeddi planet, həm 
göy qurşağının yeddi rəngi, həm dünyanın yeddi möcüzəsi, həm həftənin yeddi 
günü, həm yeddi sərbəst incəsənət, həm yeddi not, həm Nizami Gəncəvinin əsə-
rində yeddi müdrikdir.   

 
Beş anlayış - “biliklər”, “bacarıqlar”, “mütəşəkkillik”, “mənəviyyat” 
və “yaradıcı fəaliyyət” - cəmdə istənilən cəmiyyəti xaosdan nizam-intizama 
aparan  və  insan  kapitalının  mahiyyətini  təşkil  edən  “mədəni  insan  formu-
lu”nu təşkil edir.  

 
 “İnsan  və  ulduz”  –  tamın  və  hissənin,  materiyanın  və  ruhun  ayrıl-
mazlığı  kimi,  İnsanın  və Kainatın  qırılmaz vəhdətini  simvollaşdırır.  Bu  za-
man İnsan kreativ, dəyişdirici başlanğıcı – onu əhatə edən aləmi pozitiv su-
rətdə  dəyişən  mədəniyyəti  ifadə  edir.  Burada  insan  simvolu  Kainatın  dərk 
edilməsi, təbiətin və insan həyatının dəyişdirilməsi vasitəsi olan elmin  yar-
dımı  ilə  onun  xüsusi  rolunu  və  intellektinin  inkişafının  əhəmiyyətini  qeyd 
edir.  Səkkizguşəli  ulduz  Kainatı  və  yüksək  insani  ideallara  cavab  verən 
“yeni,  əbədi”,  xoşbəxt  həyatı  ifadə  edir.  Əcdadlarımız  tərəfindən  Şumer-


24 
Mesopotamiya sivilizasiyasından mənimsənilmiş səkkizguşəli ulduz fəlsəfə-
si  onlar  tərəfindən  hələ  Azərbaycan  mədəniyyəti  tarixinin  Zərdüştlük  döv-
ründə  formulə  edilmişdir,  sonralar  isə  həm  Qərbdə,  həm  də  Şərqdə  yayıl-
mışdır. Səkkizguşəli ulduz həm də müasir, demokratik Azərbaycan Respub-
likasının gerbi və onun bayrağının mükəmməl cəmiyyətə doğru aparan yolu 
simvolizə edən əsas elementidir.  
 
Fuad Məmmədov 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


25 
KULTUROLOGİYA HAQQINDA ANLAYIŞ 
 
Kulturologiya  anlayışı.  Kulturologiyanın  funksiyaları.  Kulturologiyanın 
strateji  əhəmiyyəti.  Kulturologiyanın  metodologiyası  və  metodları.  “Kultu-
rologiya piramidası” universal metodu 
 
Kulturologiya anlayışı 
Mədəniyyət,  “ikinci,  süni  təbiət”,  həyat  fəaliyyəti  forması,  nəticələri  və 
texnologiyaları kimi davamlı insan inkişafı üçün çox böyük potensial dəyiş-
dirici imkanlara malikdir. Bu, yaranmış həyat şəraiti və tələbatlarına uyğun 
olaraq, bu imkanların düzgün qiymətləndirilməsi və istifadəsində, insanların 
yüksək həyat səviyyəsini, cəmiyyətin mənəvi sağlamlığını, dövlətin sabit və 
təhlükəsiz inkişafını təmin edən sosial fəaliyyətin kulturoloji texnologiyala-
rının  hazırlanmasında  müntəzəm  zəruriliyi  şərtləndirir.  Bu  problemlərin 
uğurlu həlli üçün kulturologiya əvəzsiz srtateji əhəmiyyətə malikdir.    
Kulturologiya – insanın yaradıcı həyat fəaliyyəti haqqında, onun mahiyyəti, 
xüsusiyyətləri, tarixi, nailiyyətləri, inkişaf qanunları, texnologiyaları və dəyişdi-
rici  imkanlarını  açıqlayan  elmdir.  Bu,  insanın  yaradıcı  həyat  fəaliyyətinin 
konkret  təcrübəsi  və  xüsusiyyətlərini,  onun  ideologiyasını,  vəhşilik,  barbarlıq 
və sivilizasiya dövrlərinin minillikləri ərzində toplanan nailiyyətləri və qaydala-
rını əks etdirən bir çox xüsusi tarixi və nəzəri biliklərin elmi sintezatorudur.    
Kulturologiya tədqiqat anlayışları, metodologiyası və universal metodla-
rını hazırlayır, insanın tarixi inkişaf təcrübəsini, dövlət quruculuğu və idarə-
çiliyi praktikasını öyrənir, nəticələr və ümumiləşdirmələr edir, insanın tək-
milləşməsinə  yardım edən  yeni strategiyalar və  modelləri, ictimai tərəqqini 
və  dövlətin  modernləşməsini  təmin  edən  davamlı,  rəqabət  qabiliyyətli  və 
təhlükəsiz texnologiyaları yaradır. Mahiyyət etibarilə o, insanın, cəmiyyətin 
və  dövlətin  inkişaf  prosesləri  qanunauyğunluqları  haqqında  müntəzəm  ola-
raq yaradıcı surətdə zənginləşən biliklər sistemidir. Onu özünəməxsus çox-
pilləli  idrak  piramidası  kimi  təsəvvür  etmək  olar  ki,  bu  pillələrlə  qalxaraq 
insan tədricən xüsusi elmi biliklərə nail olur və inkişaf panoraması və həya-
tın  sirlərini  görmə  qabiliyyətini  dəfələrlə  artıran  müdrikliyə,  indini  pozitiv 
idarə etməyə və dəyişməyə, daha yaxşı gələcək qurmağa yaxınlaşır. 
Elm və tədris fənni kimi kulturologiya cəmiyyətin inkişafı üçün universal 
strateji və  konkret  praktik  əhəmiyyətə  malikdir.  Bu  əhəmiyyət onunla  şərt-
lənmişdir ki, kulturologiya müxtəlif sosial institutların və mədəniyyət sahə-
lərinin onların tarixi qarşılıqlı əlaqəsindəki təkamülü görməni açır və bütöv-
lükdə cəmiyyətin sosial mədəniyyət sisteminin effektiv inkişafı üçün taleyük-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə