Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə101/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   97   98   99   100   101   102   103   104   ...   109

229 
tədrici  yüksəlişini  təmin  edən  strategiyanı  səbrlə  həyata  keçirmək,  merito-
kratik  prinsiplər  əsasında  insanları  qiymətləndirmə  mexanizmini,  yaradıcı 
fəaliyyət motivasiyasını, sülh mədəniyyətini işləyib hazırlamaq  lazımdır.   
Avropa  ölkələrində  multikulturalizmdən  imtina  ilə  şərtlənən  yeni  siyasi 
idarəçilik  modellərinin  axtarışı,  müzakirə  olunan  modellərin  biri  qismində 
interkulturalizmi aşkar etdi. İnterkulturalizm - mədəniyyətə “evolyusionist” 
və  “konstruktivist”  baxışların  birləşməsidir.  Bu  baxışlar  müəlliflər  tərəfin-
dən bir-birini tamamlayan kimi nəzərdən keçirilir - təkamül inkişafı dəstək-
ləyən “meşəbəyinin funksiyası” və yeni natura yaradan “bağbanın funksiya-
sı”.  Lakin  bu  anlayış  multikulturalizmdən  az  fərqlənir.  Hər  şey  bizim  bu 
terminə hansı məna və hansı etik dəyərləri verməyimizdən asılıdır.   
 Elmi  əsaslanmış  multikulturalizm  siyasətinin  formalaşdırılması  və  real-
laşdırılması üçün kulturologiya fundamental əhəmiyyətə malikdir. Multikul-
turalizmin  pozitiv  imkanlarının  düzgün  anlayışı  və  uğurlu  praktikasının 
açarları bu sistemli elmdədir. Mədəniyyətin mahiyyəti, xüsusiyyətləri, tarixi, 
nailiyyətləri, inkişaf qanunları, texnologiyaları və dəyişdirici imkanları haq-
qında  elm  kimi,  müasir  kulturologiya,  milli  və  qlobal  xarakterli  mürəkkəb 
problemlərin  həlli,  o  cümlədən,  müxtəlif  xarakterli  insanların  qarşılıqlı  an-
laşmasına əsaslanan səmərəli davranış modellərinin hazırlanması üçün əvəz-
siz əhəmiyyətə malikdir. Atom da daxil olmaqla, dünya çoxsaylı mürəkkəb 
sistemlərdən ibarətdir. Bunu nəzərə alaraq, tarixin göstərdiyi kimi, təbiət və 
cəmiyyət  təzahürləri  və  hadisələrinə  məhz  sistemli  yanaşma  daha  səmərəli 
həqiqət axtarışı metodudur. Sistemli kulturoloji yanaşma müxtəlif mədəniy-
yətlər  və  etnosların nümayəndələrinin  davranış  motivləri,  qanunauyğunluq-
ları  və  xüsusiyyətlərini  anlamağa,  daha  həyat  qabiliyyətli  ictimai  inkişaf 
texnologiyalarını işləyib hazırlamağa və gələcəyi uğurla proqnozlaşdırmağa 
imkan verir.     
Əgər  əlkimyada  (yalançı  kimyada)  paslanan  metalları  qızıla  çevirmək 
üçün nəzərdə tutulan “fəlsəfi daş” – “iksir” arzunu reallığa çevirə bilmədisə 
də, “mədəniyyətin fəlsəfi daşı” – “mədəniyyət iksiri” mümkün və zəruri so-
sial hadisədir. Bu “iksir” – xüsusi tədqiqatlar, təhsil texnologiyaları və müx-
təlif yaş hədli, millətlərin, dinlərin, sosial mənşəli və etiqadlı insanların ma-
arifləndirilməsi vasitəsilə yüksək mədəniyyət “istehsalını” təmin etməyə qa-
dir olan kulturologiyadır. Müəyyən sosial şəraitdə və uyğun mədəni siyasət 
sayəsində kulturologiya çətin xarakterli insanları tədricən, ölkənin insan ka-
pitalını təşkil edən, pozitiv düşünən və dərk edən yaxşı insanlara çevirməyə 
qadirdir. O müxtəlif səviyyəli şəxsiyyətlər və liderlərin professional və etik 
mədəniyyətini,  vətəndaşların  əmək  mədəniyyətini  formalaşdırmağa  yardım 
edir  ki,  onsuz  müasir  dövlət  fəaliyyət  göstərə  bilməz.  Kulturologiya  milli 


230 
mədəniyyətlərdə müsbət nailiyyətlərin və digər xalqların yeniliklərinin elmi 
inkişaf səviyyəsinə, şüurlu tələbatlara və müasir dövrün tendensiyalarına uy-
ğun, təfəkkürdə, dünyanı anlamada, həyat tərzində mütərəqqi dəyişiklikləri 
təmin edən uyğunlaşma prosesini asanlaşdırır.  
Kulturologiya  elminin  məziyyətləri və  şəksiz üstünlükləri onun  yalnız  – 
tarix, antropologiya, fəlsəfə, psixologiya, sosiologiya, politologiya, filologi-
ya,  pedaqogika,  iqtisadiyyat,  hüquq  elmi  kimi  ayrı-ayrı  elmlərin  metodları 
ilə  effektiv  təhlilinin  mümkün  olmadığı  mürəkkəb  məsələləri  həll  etməyə 
imkan  verməsi  ilə  şərtlənir.  Kulturologiya  dünyanın  çoxölçülü  görünüşünü 
verir və həm mövcud siyasi sistemlər və strukturların effektivliyinin yüksəl-
dilməsi, həm də dövlət quruculuğu və idarəçiliyinin yeni strateji, rəqabət qa-
biliyyətli modellərinin qurulması üçün böyük perspektivlər yaradır. 
Kulturologiyanın dəyişdirici imkanlarından istifadə edərək, bundan sonra 
da  müxtəlif  etnoslar  və  dinlərin  nümayəndələri  tərəfindən  qəbul  edilən  və 
bəyənilən,  mədəni  dəyərlər  bazası  kimi,  zamanın  tələblərinə  uyğun,  uni-
versal xarakterli ümummilli mədəni standartları təkmilləşdirmək və yaymaq 
lazımdır. Əlbəttə, bu asan məsələ deyil, belə ki, bir çox etnoslar, xalqlar və 
millətlər çoxdan formalaşmış, yüz illərlə yaşadıqları dəyərlərə və normalara 
malikdirlər.  Problemin  mürəkkəbliyi  həm  də  onunla  şərtlənmişdir  ki,  “Ho-
mo sapiens” insan tipi çərçivəsində tamamilə fərqli mədəniyyətlərə  - vəhşi-
lik  və  barbarlıq  mədəniyyətindən  –  yaradıcılıq,  praqmatizm    və  humanizm 
mədəniyyətinə  məxsus  insanlar  mövcuddurlar.  Müxtəlif  mədəniyyətlərdə 
münasibətlər, davranışın, hadisələrin və insanların qiymətləndirilməsi və in-
terpretasiyası  (təfsiri,  şərhi)  fərqlidir.  Şəxsiyyət  mədəniyyətindən,  sosial, 
etnik mənşə, ənənələr, milliyyət, din, doğum yeri, ailə mədəniyyəti, peşə və 
digər amillərdən asılı olaraq, müxtəlif insanlar eyni bir faktları və hadisələri 
müxtəlif cür qiymətləndirirlər. Bu siyahıya intellektual və etik mədəniyyət-
də,  dəyərlər  sistemi  və  ruhi  mədəniyyət  normalarında,  xarakterdə,  mentali-
tetdə fərqləri, o cümlədən insanların siyasi və iqtisadi yaşam şəraitini də əla-
və etmək lazımdır. Bu indikatorların geniş spektrinə baxmayaraq, Azərbay-
canın davamlı  inkişafı naminə,  mədəniyyətlərin dəyişdirilməsi və  yaxınlaş-
ması,  universal  mədəni  standartların  və  identikliyin  işlənib  hazırlanması, 
azərbaycançılıq  ideologiyasına  və  ölkəmizin  milli  maraqlarına  cavab  verən 
tolerantlıq, həmrəylik və vətənpərvərliyin inkişafı yolu ilə getmək lazımdır.    
Multikulturalizm milli inkişaf proqramının, bizim planlarımızın və hərə-
kətlərimizin əsasında bir fundamental motivasiya olmalıdır: ölkəmizdə insan 
həyatının  qorunması  və  yaxşılaşdırılması  kimi  mədəniyyətin  tarixi  anlamı. 
Mədəni  müxtəlifliklərin  aradan  qaldırılması  texnologiyaları  özündə  həm 
mental, həm də davranış komponentlərini ehtiva edən milli və ümumbəşəri 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə