Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə103/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   99   100   101   102   103   104   105   106   ...   109

233 
Bu  məqsədlə  Bakıda  və  Azərbaycanın  regionlarında  xüsusi  ədəbiyyat, 
mühazirələr,  seminarlar  və  interaktiv  treninqlər  vasitəsilə  hər  yerdə  uni-
versal kulturoloji biliklərin yayılmasını həyata keçirmək məqsədəuyğundur. 
Akkulturasiya və inkulturasiyaya belə yanaşma, vətəndaşlarımızın həyat fə-
aliyyəti üçün yeni imkanlar açan mədəniyyətin mahiyyəti, xüsusiyyətləri, ta-
rixi və nailiyyətləri, inkişaf qanunları və texnologiyalarının dərk edilməsinə 
imkan  verəcəkdir.  O,  ruhi  mədəniyyətin  mahiyyəti  və  böyük  missiyasını 
düzgün qavramağa və obyektiv qiymətləndirməyə, dünyanı və gələcəyimizi, 
həyatın mənasını və yüksək mədəniyyətli insanın dəyişdirici imkanlarını po-
zitiv şəkildə görməyə, Azərbaycan cəmiyyəti və dövlətinin gələcək sabitliyi-
ni  və  təhlükəsiz  inkişafını  təmin  edən  mədəni  identikliyi  formalaşdırmağa  
yardım edəcəkdir.  
Mənə  elə  gəlir  ki,  multikulturalizmin  aktual  problemlərinin  tədqiqində 
“kulturologiya  piramidası”  universal  metodu  və  12  tədqiqat  prinsipi  mü-
hüm  metodoloji  rol  oynaya  bilərdi  ki,  bu  prinsiplər  arasında  antropoloji 
(insanı təbii və mədəni mühitdə öyrənən),  psixoqrafik (ümumi xüsusiyyət-
ləri,  dəyərləri,  təsəvvürləri,  üstünlükləri  və  davranış  modellərini  öyrənən) 
və demoqrafik (personalın yaşı, cinsi, təhsili, gəlirlərinin səviyyəsi, uzunö-
mürlülüyü və digər parametrləri haqqında informasiya əldə etmək imkanı 
verən)  yanaşma  xüsusi  əhəmiyyətə  malikdir.  Bu  yanaşmalar  etnoloji  xa-
rakterli  xüsusiyyətləri  və  qanunauyğunluqları:  həyat  tərzi,  ənənələr  və 
adətləri, sosial münasibətlər sistemini, mədəniyyətin inkişaf dinamikası və 
nəsillər vasitəsilə onun ötürülməsini açmağa imkan verir. Onlar həmçinin, 
sosial-mədəni mühit, mədəni dəyərlər sistemi, həyat tərzi, ənənələr, insan-
ların  anadangəlmə  mədəni  keyfiyyətləri  ilə  şərtlənən  səbəbləri  və  üstün-
lükləri müəyyən etməyə, müxtəlif mədəniyyət nümayəndələrinin yaşı, cin-
si,  təhsili,  gəlirlərinin  səviyyəsi,  uzunömürlülüyü  və  digər  parametrləri 
haqqında məlumat əldə etməyə imkan verir. Belə təhlildə “davranış” (insa-
nın  davranış  psixologiyasının  təhlilinə  əsaslanmışdır),  “sistemli”  (obyekti 
bir  sistem,  qarşılıqlı  əlaqəli  elementlərin  bütöv  kompleksi  kimi  nəzərdən 
keçirir) və “situasiayalı” (elmin konkret situasiyalara və şəraitə birbaşa tət-
biqi imkanlarının istifadəsinə əsaslanmışdır) yanaşmaların, Piter Çeklandın 
“yumşaq təfəkkür” (müxtəlif nəzər-nöqtələrinin hesaba alınmasını nəzərdə 
tutan)  və  Lütfi  Zadənin  “qeyri-səlis  məntiq”  (0  və  1  arasında  qeyri-səlis 
çoxluqları  mümkün  sayır  və  qeyri-dəqiqlik  şəraitində  dilçilik  baxımından 
dəyişilən anlayışı qısaca və dürüst ifadə edir) nəzəriyyəsinin tətbiqi, vətən 
tarixinin  müasir  mərhələsində  Azərbaycanın  milli  mədəniyyətinin  inkişaf 
proseslərinin  situasiyalı  dəyişən  idarəçiliyini  daxil  etməklə,  bütün  amillə-
rin hesablanmasına imkan verəcək.  


234 
Multikulturalizm  siyasətinin  effektivliyi,  əsasən,  Azərbaycan  cəmiyyəti-
nin ruhi mədəniyyət səviyyəsi, onun vətənpərvərliyi və xoş məramından ası-
lıdır. O, alimlərimiz və siyasətçilərimizin yaradıcı fəaliyyəti, xalqımızın eti-
barlı gələcəyini formalaşdırmağa hazırlığı, sülh  mədəniyyətini, Azərbaycan 
cəmiyyəti  və  dövlətinin  harmonik,  davamlı  və  təhlükəsiz  inkişafını  təmin 
edən innovativ kulturoloji strategiyalar və texnologiyaların işlənib hazırlan-
ması və həyata keçirilməsi ilə şərtlənir.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


235 
KULTUROLOGİYA VƏ VERGİ MƏDƏNİYYƏTİNİN 
TƏKMİLLƏŞDİRİLMƏSİ 
 
Müasir tarixi mərhələdə, elmdə, siyasət və iqtisadiyyatda qlobal çağırış-
lar və daimi dəyişikliklər şəraitində iqtisadi mədəniyyətlə yanaşı Azərbayca-
nın əsas milli inkişaf prioritetləri bunlardır: səviyyəsi ilə əsasən insan kapi-
talının,  “biliklər  cəmiyyəti” və  “biliklər  iqtisadiyyatı”nın  inkişafının  müəy-
yən olunduğu intellektual, etik, hüquq və idarəçilik mədəniyyəti.  
İqtisadi mədəniyyətin ən mühüm tərkib hissələrindən biri və dövlətin iq-
tisadi siyasətinin güclü instrumenti vergi mədəniyyətidir. Sistemli kulturolo-
ji anlamda vergi mədəniyyəti – biliklər, bacarıqlar, mütəşəkkillik, həmçinin 
cəmiyyətin dinamik  sosial-iqtisadi inkişafını, dövlətin və onun maliyyə  in-
stitutlarının təhlükəsizliyini təmin edən, hüqiq, etik və iqtisadi standartların 
və  fiskal  siyasət  (büdcə-vergi  siyasəti)  texnologiyalarının  dəstəklənməsi, 
tənzimlənməsi və təkmilləşdirilməsinə yönəldilmiş dəyərlər, normalar və fə-
aliyyətdir.   
Vergi mədəniyyəti əsasən cəmiyyətin hüquq, iqtisadi və etik mədəniyyət 
səviyyəsindən, o cümlədən, dəyişən daxili və xarici tələbatlara uyğun elmi 
nailiyyətlərdən, həmçinin əhalinin iqtisadi, hüquq və etik təhsil və maarifçi-
lik səviyyəsindən asılıdır. O, vətəndaşların, hüquqi və fiziki şəxslərin, - icti-
mai münasibətlərin mühüm təmzimləyici amili olan, cəmiyyətin sosial, siya-
si  və  iqtisadi  həyatının  təhlükəsizliyini  təmin  edən  hüquq  mədəniyyəti  ilə 
sıx əlaqədardır, qanunların aliliyini və mükəmməlliyini, vətəndaşların hüqu-
qi savadlılığını, qanunları icra mədəniyyətini nəzərdə tutur.    
Şəxsiyyətin  vergi  mədəniyyətinin  səviyyəsi  üç  əsas  göstəricilər:  hüquqi 
və etik biliklərin səviyyəsi ilə şərtlənən intellektual; hüquqi və etik əqidələr-
də təcəssüm olunan emosional-psixoloji; biliklərə, əqidələrə və mövcud qa-
nunlara əsaslanan,  davranışda ifadə olunan,  davranış  göstəricisi  ilə  ölçülür. 
Bu  zaman  etikaya  xüsusi  rol ayrılır,  belə ki,  o,  davranış  normalarına riayət 
etməyə yardım edir və insanın vicdanı ilə nəzarət olunan mənəvi seçimi mü-
əyyən  edir.  Vergi  mədəniyyəti  ölkənin  vergi  qanunvericiliyi  ilə  şərtlənən 
vergi öhdəliklərinin yerinə yetirilməsində yüksək məsuliyyət mədəniyyətini 
nəzərdə tutur.  
Vergidən  yayınma  dövlətin  iqtisadi  təhlükəsizliyi  üçün  təhlükə  yaradır. 
Bunu  nəzərə  alaraq,  vergi  mədəniyyəti,  iqtisadiyyatın  davamlı  və  dinamik 
inkişafı məqsədilə, onun dövlət tənzimlənməsinə yönəldilmiş vergi fəaliyyə-
ti sahəsində idarəetmə mədəniyyətinə yüksək tələblər irəli sürür. Vergi fəa-
liyyəti  sahəsində  düzgün  strategiya,  texnologiya,  etika,  sosiologiya  və  ida-
rəetmə estetikası, ekspertiza və diskresion siyasət yalnız Vergilər Nazirliyi-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə