Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə104/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   101   102   103   104   105   106   107   108   109

236 
nin işçilərinin professional fəaliyyətinin təkmilləşdirilməsi üçün deyil, həm 
də xalqın həyat rifahı və keyfiyyətinin yüksəldilməsi, dövlətin davamlı sosi-
al, siyasi və iqtisadi inkişafı, onun beynəlxalq nüfuzu və təhlükəsizliyi üçün 
böyük əhəmiyyətə malikdir. 
Milliyyətindən, dinindən, doğulduğu yerdən yaxud peşəsindən asılı olma-
yaraq,  insan  mədəniyyətinin  inkişafı  beş  əsas  amil  ilə:  təbii-coğrafi  şərait, 
anadangəlmə mədəni keyfiyyətlər, sosial mühit, tarixi şərait və mədəni mü-
badilə  ilə  müəyyən  olunur.  Sadalanan  bütün  vacib  amillərdə  mədəniyyətin 
inkişafı üçün sosial mühit müəyyənedici əhəmiyyətə malikdir. O, üç səviyyə 
ilə təmsil oluna bilər: ailə, kollektiv, cəmiyyət. Hər üç səviyyəyə milli mə-
dəniyyətin  inkişafına  yardım  edən  yaxud  mane  olan  dövlətin  siyasi  rejimi 
böyük təsir göstərir.  
Dövlətin fiskal siyasətinin uğuru və cəmiyyətdə vergi mədəniyyətinin sə-
viyyəsi əsasən aşağıda göstərilənlərlə şərtlənir:  
 
Cəmiyyətin  siyasi  inkişaf  şəraiti  və  qanunverici  fəaliyyət  mədə-
niyyəti ilə. 
 
Dövlət  idarəçiliyi,  o  cümlədən  vergi  fəaliyyəti  sahəsində,  mədə-
niyyəti ilə. 
 
İqtisadi, intellektual, etik, hüquq və idarəçilik mədəniyyətinin qa-
baqlayıcı  inkişafını  təmin  edən  prioritetləri  harmonik  surətdə  özündə 
birləşdirən dövlət strategiyası ilə.  
Effektiv  milli  insan kapitalının, qanunların yüksək icra mədəniyyəti-
nin formalaşdırılmasını və  “Homo sapiens” tipli insandan “Homo cultu-
ralis” tipli insana tədrici kecidi nəzərdə tutan əhalinin kulturoloji maarif-
ləndirilməsi ilə. 
Vergilərin ödənilməsindən yayınma haqqında məsələyə sistemli kulturo-
loji yanaşmadan danışarkən, nəzərə almaq lazımdır ki, burada başlıcası, və-
təndaşların  cəmiyyətdə  davranışına,  o  cümlədən,  onların  vergi  ödənişinə 
münasibətinə təsir göstərən əsas amil kimi, şəxsiyyətin ruhi mədəniyyətinin 
vacibliyini dərk  etməsinə gətirilir. Vergi hüquq pozuntularının səbəbləri və 
şəraitinin  təhlili  göstərir  ki,  insanların  vergilərdə  qənaət  etmək  arzusu  ilə 
şərtlənən vergi ödənişindən  yayınmanın iqtisadi səbəbləri qanun qarşısında 
qorxu hesabına deyil, vətənpərvərliyi, yüksək sosial mədəniyyəti və qanun-
ların  icrası  mədəniyyətini  nəzərdə  tutan,  vətəndaşların  ruhi  mədəniyyətinin 
inkişafı  hesabına  aradan  qaldırıla  bilər  və  qaldırılmalıdır.  Burada  azərbay-
cançılıq  ideologiyasının  həyata  keçirilməsi  indikatoru  kimi,  cəmiyyətdə 
yüksək ruhi mədəniyyətin tələb edilməsinin formalaşdırılmasını nəzərdə tu-
tan sosial şəraitin dəyişməsi həlledici əhəmiyyət qazanır. Vətəndaşların mə-
dəni inkişafı üçün əlverişli şəraitin formalaşdırılması və inkişafı yüksək iqti-


237 
sadi,  intellektual,  hüquq,  estetik  və  idarəçilik  mədəniyyətini  istənilən  edir. 
Onlar olmadan Azərbaycanda yenilənən milli resurs kimi, insan kapitalının 
inkişafı haqqında, “biliklər cəmiyyəti” və biliklər iqtisadiyyatı”nın qurulma-
sı haqqında ciddi danışmaq çətindir.  
Mədəni insanın – biliklər, bacarıqlar, mütəşəkkillik, etika və yaradıcı fəa-
liyyət  kimi  beş  əsas  indikatolarından  məhz  etik  mədəniyyət  cəmiyyətin 
vergi mədəniyyətinin inkişafında həlledici amildir. İnsan sivil ola bilər, yəni 
özündə biliklər, bacarıqlar, mütəşəkkillik, etika və yaradıcı fəaliyyəti təcəs-
süm etdirə bilər, lakin bu zaman destruktiv təzahürlər daşıyıcısı olan eqoist 
ola  bilər,  bunlardan  biri  də  vergi  hüquq  pozuntularıdır.  Bu  münasibətdə, 
ənənələr və innovasiyaların permanent sintezini ifadə edən kulturogenez qa-
nunlarına əsaslanaraq, Azərbaycan milli mədəniyyətinin ən yaxşı ənənələri-
ni  qorumaqla,  qərb  ölkələrinin  məsuliyyət  mədəniyyəti,  düzgünlük  və  şəx-
siyyətə hörmət kimi  pozitiv etik  mədəniyyət prioritetlərini fəal surətdə mə-
nimsəmək və tətbiq etmək çox vacibdir. 
Əhalinin vergi mədəniyyəti səviyyəsinin yüksəldilməsi insanların hüquq 
və etik  mədəniyyətinin formalaşması və inkişafına daimi diqqəti tələb edir. 
Mədəni insanın əsas keyfiyyətlərindən biri – mütəşəkkillik, şəxsiyyətin hü-
quq  və  etik  mədəniyyətinin  müəyyən  səviyyəsini,  onun  qaydaya,  nizama, 
hüquqa,  məsuliyyətə,  qanunların  aliliyinə  bağlılığnı  nəzərdə  tutur.  Hüquqi 
və fiziki şəxslərin vergi öhdəliklərini icra mədəniyyətinin təkmilləşdirilməsi 
üçün  ölkədə  vətəndaş  mədəniyyətinin  ümumi  səviyyəsinin,  o  cümlədən, 
əhalinin vətənpərvərliyi ilə sıx surətdə bağlı olan, insanların dövlət qarşısın-
da  şəxsi  və  sosial  məsuliyyətinin  yüksəldilməsi  mühüm  əhəmiyyət  kəsb 
edir. Azərbaycan Respublikasında vergi mədəniyyətinin insanın şüuru, dav-
ranışı,  fəaliyyəti,  sosial  münasibətlərinin  ayrılmaz  hissəsi  olması  üçün  çox 
işlər  görülür.  Bununla  yanaşı,  daimi  dəyişikliklər  şəraitndə  əhalinin 
permanent  kulturoloji  maariflənməsinin,  vergi  xidməti  mədəniyyəti  hesabı-
na  vergi  ödəyicilərinin  kommunikasiya  şəraitinin  yaxşılaşdırılmasına,  vergi 
ödəyiciləri  və  vergi  orqanları  arasında  qarşılıqlı  münasibətlərin  bütöv  sis-
temi kimi, pozitiv vergi mentalitetinin formalaşdırılmasına yardım edən xü-
susi  treninqlərin,  izahedici  xarakterli  konsultasiyalar  və  dəyirmi  masaların 
keçirilməsinin əhəmiyyəti artır. Azərbaycan Respubliksının Vergilər Nazir-
liyi  tərəfindən  vergi  mədəniyyəti  problemləri  üzrə,  həmçinin  etik,  hüquq, 
idarəetmə,  iqtisadi  mədəniyyətin,  əmək  mədəniyyəti  və  effektiv 
menecmentin  əsasları  üzrə  xüsusi  kulturoloji  mühazirələr  və  treninqlərin 
keçirilməsi  Azərbaycan  vergi  ödəyicilərinin  ictimai  şüurunda  pozitiv  dəyi-
şikliklərə nail olmaq imkanını verəcək və fiskal siyasət obyektləri kimi on-
ların davranışına təsir edəcəkdir.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə