Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə105/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   101   102   103   104   105   106   107   108   109

238 
Əhalinin  vergi  mədəniyyətinin  formalaşdırılması  və  inkişafı  ilə  yanaşı, 
dövlət qulluqçularının özlərinin professional vergi fəaliyyəti mədəniyyətinin 
inkişafına  azalmayan  diqqət  yetirmək  məqsədəuyğundur.  Vergi  sisteminin 
müntəzəm  olaraq  təkmilləşdirilməsi  zərurəti,  daimi  iqtisadi  və  sosial  dəyi-
şikliklər şəraitində vergi siyasəti effektivliyinin yeni artım imkanlarının ax-
tarışı. Əmək və idarəçilik mədəniyyəti və səmərəliliyinin artırılması, biliklə-
rin, professional bacarığın, innovativ texnologiyaların inkişafı - qəbul edilən 
qərarların  keyfiyyəti,  vergi  orqanlarının  özlərində  məsuliyyət  mədəniyyəti-
nin, peşəkar etikanın yüksəldilməsi hesabına təmin edilir. Bu sosial əhəmiy-
yətli problemin həllində xüsusi kulturoloji və sosioloji tədqiqatların keçiril-
məsi, fərdi və sosial milli mədəniyyət indikatorlarının, həmçinin sahibkarla-
rın mədəniyyətinin dəyişməsindən asılı olaraq onların davranışının dəyişmə-
si şəraitinin öyrənilməsi də mühüm rol oynaya bilər.  Bu, Nazirliyə vergi yı-
ğımının  effektivliyinin  əhəmiyyətli  dərəcədə  artırılmasına  imkan  verən  in-
novativ  idarəçilik  texnologiyaları  və  mexanizmlərini  işləyib  hazırlamağa 
yardım edər. 
Daha aktual vergi problemlərinin təhlili və ekspertizası, vergi siyasətinin 
təkmilləşdirilməsi və vergi yığımının effektivliyini artırmaq məqsədilə, düz-
gün qərarların qəbul edilməsi üçün tətbiq olunan məlum “dörd sahə” (plyus-
lar, minuslar, risklər və imkanlar) metodu ilə yanaşı, sistemli kulturoloji ya-
naşma istifadə oluna bilər. “Kulturologiya piramidası” universal metodunun 
tətbiqi əməli cəhətdən vergi sisteminin dinamik panoramını qurmaq imkanı-
nı  verir.  Sistemli  kulturoloji  yanaşmanın  tədqiqat  instrumentarisinə  əsasla-
naraq, bu metod fəaliyyət xüsusiyyətlərini, istehsal texnologiyaları və  yeni 
inkişaf imkanlarını təhlil etməyə və qiymətləndirməyə yardım edir.  
Vergi fəaliyyətinin effektivliyini artırmaq məqsədilə, sistemli təhlil inno-
vasiyası və vergi memecmenti problemlərinin qiymətləndirilməsi qismində, 
12  qarşılıqlı  əlaqəli  tədqiqat  metodundan  8-nin  istifadəsini  nəzərdə  tutan 
universal  kulturoloji  yanaşmanı  mütəxəssislərin  diqqətinə  çatdırmaq  istər-
dim: məntiqi, keyfiyyət, kəmiyyət, struktur, funksional, müqayisəli, situasiya-
lı  və  psixoqrafik.  Səmərəli  nəticələrə  gətirib  çıxaran  ardıcıl  mühakimələrə 
əsaslanan  məntiqi  təhlil,  problemin  mahiyyəti  və  xüsusiyyətlərini,  onun 
effektiv  həlli  üçün  resurs  və  texnoloji  imkanları  dərk  etməyə  imkan  verir. 
Keyfiyyət təhlili problemin əsas həlqələrini müəyyən etməyə, onların ümumi 
vəziyyəti  və  inkişaf  imkanlarının  qabaqcadan  qiymətləndirilməsini  həyata 
keçirməyə  imkan  verir.  Kəmiyyət  təhlili  keyfiyyət  xarakteristikalarını  qiy-
mətləndirmək, sistemin fəaliyyət və inkişaf xüsusiyyətlərini aşkar etmək im-
kanını  verir.  Struktur  təhlil  sistemin  ayrı-ayrı  komponentlərini  nəzərdən 
keçirir  və  vəzifənin  icra  effektivliyinin  artırılmasının  təşkilati  imkanlarını 


239 
aşkar etməyə imkan verir. Funksional təhlil planlaşdırma, təşkil etmə, moti-
vasiya, nəzarət, tənzimləmə, koordinasiya kimi funksiyaların yerinə  yetiril-
məsi effektivliyinin qiymətləndirilməsinə yardım edir. Müqayisəli təhlil ox-
şar  vergi  vəzifələrini  yerinə  yetirən  müxtəlif  təşkilatların  ümumi  cəhətləri, 
xarakterik xüsusiyyətləri və effektivliyini müəyyən etməyə  yardım edir. Si-
tuasiyalı təhlil təşkilatın fəaliyyət nəticələrinə təsir göstərən konkret situasi-
yaların, dəyişən şəraitin və idarəçilik texnologiyalarının öyrənilməsi və düz-
gün  dərk  edilməsi  imkanını  verir.  Psixoqrafik  təhlil  sosial-mədəni  mühit, 
mədəni dəyərlər sistemi, həyat tərzi, ənənələr, vergi siyasəti obyektinin ana-
dangəlmə mədəni keyfiyyətləri ilə şərtlənən motivlər və üstünlüklərin öyrə-
nilməsinə yardım edir.  
Hüquq  düşüncəsində  ifadə  olunmasından  yaxud  dövlət  hakimiyyəti  aktı 
olan  və  hüquqi  qüvvəyə  malik  qanunda  möhkəmləndirilməsindən  asılı  ol-
mayraq, vergi mədəniyyəti, Azərbaycan cəmiyyəti və dövlətinin rifahı nami-
nə  insanların  həmrəyliyinə  və  əməkdaşlığına  yardım  edən  vətəndaş  mədə-
niyyətinin  ayrılmaz  hissəsi  olmalıdır.  Azərbaycan  cəmiyyətində  vətənpər-
vərliyin,  sosial  məsuliyyət  mədəniyyətinin,  düzgünlüyün,  xoş  məramın, 
həmçinin  Vətən  qarşısında  borc  hissinin,  peşəkarlığın,  əmək  mədəniyyəti-
nin, şəxsiyyətə qarşı səbr və hörmətin gələcək inkişafı Azərbaycanda vətən-
daş,  o  cümlədən,  vergi  mədəniyyətinin  səviyyəsinin  yüksəldilməsi  üçün 
yeni imkanlar açmaq imkanını verəcəkdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


240 
PLATONUN ARİSTOTELƏ VƏSİYYƏTNAMƏSİ 
 
Bizi ümumbəşəri dəyərlər və mənəviyyatın aprior prinsipləri üzərində qu-
rulmuş humanist fəlsəfəyə öyrədən qədim dövr insanlarının müdrikliyinə qo-
şulmaq nöqteyi-nəzərindən Platonun Aristotelə vəsiyyətnaməsi mühüm əhə-
miyyət  kəsb  edir.  Burada  şüurlu,  ləyaqətli  həyat  mədəniyyətinə  dair  aşağı-
dakı faydalı məsləhətlər verilir:  

 
Daim  öyrən,  bilik  əldə  etməklə  məşğul  ol.  Əvvəlcə  məqsədini  müəy-
yən et, sonra onun əldə edilməsi üçün elmi seç. 

 
Alimin dəyərini onun əsərlərinin praktik faydası, onun alicənablığı və 
xeyirxahlığı ilə müəyyən et. 

 
Allahdan yalnız faydalı və əbədi nemətləri istəmək lazımdır. 

 
Həmişə  sayıq  ol,  çünki  şər  insanların  hiylə  və  kələyinin  sərhədləri 
yoxdur. 

 
Mümkün olmayan şeylər haqqında xəyala qapılma.  

 
Bil, ilahi cəza qisas deyil, tərbiyə məqsədi daşıyır. 

 
Ləyaqətsiz həyat sürmə ki, o, ləyaqətsiz ölümlə başa çatmasın. 

 
Xeyirxahlığa həsr olunmayan həyatı faydasız hesab et.  

 
Sənin günahın üzündən hansısa bir bəlanın baş verib-vermədiyinin və 
hansı xeyirxah işi görə biləcəyinin üzərində düşünmədən yuxuya getmə. Xa-
tırla, öz səhlənkarlığın səbəbindən sən nədə şansını əldən qaçırmısan.  

 
Həqiqətdə sən nəsən və ölümündən sonra nə olacağı barədə düşün. 

 
Heç kəsi qınama, nəzərə al ki, dünya daim dəyişir. 

 
Öz həyatı, öz gələcəyi barədə düşünməyən bədbəxtdir. 

 
Sənin şəxsi xidmətlərinlə əlaqədar olmayan işlə qürurlanma. 

 
Yaxşılığa ehtiyacı olanların xahişini gözləmə, özün onlara kömək əlini 
uzat. 

 
Başını itirərək dünyanın ləzzətlərinə sevinən və onun bəlalarından ka-
rıxaraq dərd çəkən kəsi müdrik hesab etmə. 

 
Ölümü həmişə yadda saxla və “yaxşı dünyaya” gedənlərin ölümündən 
ibrət dərsi al. 

 
Əgər insanların rəzaləti haqqında bilmək istəsən, onların söylədiyi lü-
zumsuz sözlərin çoxluğuna, onların məsuliyyət daşımadıqları şeylər haqqın-
da şayiələr yaymaqlarına diqqət yetir. Bil, başqalarına münasıbətdə pis niy-
yətli olan anadangəlmə bədbəxtdir, çünki şər qüvvələr əzəldən onun ideyala-
rı və əqidələrində yaşayır.  

 
Əvvəl yaxşıca düşün, sonra danış, yaxşıca ölç-biç, sonra həyata keçir, 
çünki şərait dəyişilə bilər.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə