Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə107/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   101   102   103   104   105   106   107   108   109

244 
effektiv istifadədə alimlərin və siyasətçilərin səmərəli əməkdaşlığını nəzərdə 
tuturlar.  
Mənim  fikrımcə,  kulturologiyanın  strateji  əhəmiyyətini  nəzərə  alaraq, 
Azərbaycanın  milli  maraqları  naminə,  kulturologiyanı  məktəbəqədər,  mək-
təb,  xüsusi  orta  və  ali  təhsilə  fəal  surətdə  tətbiq  etmək  lazımdır.  Xüsusi 
universitetlər və akademiyaların, fakültələr və kafedraların, tədqiqat institut-
larının, bütün ölkə üzrə maarifləndirici və konsultativ-ekspert kulturologiya 
mərkəzlərinin  yaradılması,  mütəxəssislərin  intellektual  fəaliyyət  nəticələri-
nin  və özlərinin düzgün kulturoloji qiymətləndirilməsi və zamanında istifa-
dəsinin həyata keçirilməsi səmərəli yanaşmadır.  
Belə  siyasət  bütöv  mədəniyyət  sisteminin  müxtəlif  sosial  institutlarının 
balanslaşdırılmış  inkişafına,  qloballaşma  şəraitində  daha  harmonik  ideoloji 
və  informasiya  təminatına,  milli  tərəqqinin  hüqiqi  və  etik  tənzimlənməsinə 
yardım edəcəkdir. Kulturologiya elmi, təhsili və maarifinin qabaqlayıcı inki-
şafının bütün səviyyələrdə hüquqi təminatı,  mütəxəssislər və respublikanın 
müxtəlif  əhali  kateqoriyaları  arasında  universal  kulturoloji  biliklərin  yayıl-
ması, Azərbaycan cəmiyyəti və dövlətinin strateji resursu olan insan kapita-
lının inkişafı üçün yeni imkanlar açacaqdır.     
Kulturologiyanın inkişaf yolları və imkanları haqqında düşüncələr, Azər-
baycanın milli maraqlarına cavab verən, dövlət səviyyəsində bir sıra innova-
tiv layihələrin işlənib hazırlanması və həyata keçirilməsinin məqsədəuyğun-
luğunu  diktə  edir.  Onların  arasında  aşağıda  göstərilənlərin  adlarını  çəkmək 
olar:  

 
Mədəniyyətin  İnkişafının  Milli  Onilliyinin  hazırlanması  və  keçi-
rilməsi. 

 
Azərbaycanda  kulturologiyanın,  bütün  səviyyələrdə  məktəblərdə 
ümumi və xüsusi kulturoloji təhsilin inkişafı üçün hüquqi şərtlər və prio-
ritetlərin  yaradılmasını  nəzərdə  tutan,  elm  və  tədris  fənni  kimi  institut-
laşdırılması.    

 
Bakıda Dünya Mədəniyyəti Beynəlxalq Universitetinin açılması. 

 
Bakıda  Kulturologiya  Tədqiqat  İnstitutu  yaxud  Akademiyasının 
yaradılması.  
 
Bakıda  kulturologiya  üzrə  dissetasiyalarının  müdafiəsi  üzrə 
ümumrespublika fənlərarası Dissertasiya Şurasının yaradılması. 
 
Ölkənin ali məktəblərinin qəbul imtahanları proqramına mədəniy-
yətin tarixi və nəzəriyyəsi üzrə testlərin daxil edilməsi. 
 
Azərbaycanın  bütün  ali  məktəblərinin  tədris  proqramlarına  “Mə-
dəniyyətin tarixi və nəzəriyyəsi” (kulturologiya) fənninin daxil edilməsi.  


245 
 
Respublikanın  ali  məktəblərində  milli  və  dünya  mədəniyyətinin 
tarixi  və  nəzəriyyəsi  kafedraları,  mərkəzləri,  laboratoriyaları  və  kabin-
etlərinin açılması.  
 
Orta  məktəblərin  və  ibtidai  təhsil  sisteminin  tədris  proqramına 
mədəniyyətşünaslıq fənninin daxil edilməsi. 
 
Bakıda  və  Azərbaycanın  regionlarında ixtisaslaşdırılmış  Kulturo-
logiya Məktəblərinin yaradılması.  
 
Bütün  səviyyələrdə  məmurlar  üçün  kulturoloji  treninqlərin  təşkil 
edilməsi. 

 
Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi üzrə 
daimi fəaliyyət göstərən  kulturoloji qiraətxananın,  həmçinin  əmək,  xid-
mət mədəniyyəti və effektiv menecment sahəsində respublika təşkilatları 
və müəssisələrinin rəhbərləri və menecerlərinin xüsusi kulturoloji hazır-
lığı üçün treninq-mərkəzin təşkil edilməsi.  
 
Azərbaycanda  mədəniyyətin  demokratlaşdırılmasına,  məişət,  is-
tehsal,  etik,  hüquq,  millətlərarası,  dinlərarası,  siyasi,  sosial  mədəniyyətin 
yüksək standartlarının formalaşdırılmasına istiqamətlənmiş, əhalinin xüsusi 
mədəni maarif proqramının - işlənib hazırlanması və reallaşdırılması.  
 
Azərbaycanın  rayonlarında  kulturoloji  maarifçilik  mərkəzlərinin 
yaradılması. 
 
Bu  layihələrin  həyata  keçirilməsi  Azərbaycan  mütəxəssislərinin  hazırlıq 
keyfiyyətinin  dünya  standartları  səviyyəsinə  hiss  olunacaq  dərəcədə 
yüksəldilməsinə yardım edəcəkdir. Milli inkişaf effektivliyinin yüksəldilmə-
sində  kulturoloji  ekspertiza  mühüm  rol  oynaya  bilər.  Universal  kulturoloji 
biliklərə, müasir metodologiya və tədqiqat metodalrına əsaslanaraq, o, düz-
gün dövlət qərarlarının qəbul edilməsi üçün obyektiv meyarların işlənib ha-
zırlanması  imkanını  verir.  Qoyulmuş  standartlarla  (normalar)  real  vəziyyət 
arasındakı  uyğunluğu  müəyyən  edərək,  kulturoloji ekspertiza  mədəniyyətin 
sosial institutlarının keyfiyyətini və daxili qarşılıqlı əlaqələrini  müxtəlif sə-
viyyələrdə qiymətləndirə bilir. Bununla bərabər, gələcəyi görmə prizmasın-
dan  yeni  imkanları  müəyyən  edərək,  o,  milli  mədəniyyət  sisteminin  həyat 
qabiliyyəti və rəqabət qabiliyyətini təmin edən prosesin daim təkmilləşdiril-
məsinə,  yeni  milli  inkişaf  tələbatları  və  dünya  sivilizasiyasının  mütərəqqi 
tendensiyaları ilə şərtlənən pozitiv dəyişikliklərə yönəldilmiş innovativ töv-
siyələrin işlənib hazırlanmasına yardım edər.  İnsan kapitalının qiymətləndi-
rilməsi üçün biliklərin, bacarıqların, mütəşəkkilliyin, mənəviyyatın, yaradıcı 
fəaliyyətin səviyyəsi, təşkil etmə üçün isə, cəmdə həyat rifahı və keyfiyyəti-


246 
nə həlledici təsir göstərən intellektual, etik, iqtisadi, hüquq və idarəçilik mə-
dəniyyətinin səviyyəsi indikator ola bilər.  
 
Azərbaycanda kulturoloji təhsil və maarifin inkişafı:  
 
 
İnsan  kapitalının  inkişafında,  mütəxəssislərin  yüksək  təfək-
kür,  əmək  və  davranış  mədəniyyətinin  formalaşmasında,  innovativ 
fəaliyyətin inkişafında, müasir müasir idarəetmə mədəniyyəti texno-
logiyalarına  yiyələnən  şəxsiyyətlər  və  liderlərin  formalaşmasında 
milli təhsilin aparıcı rolunun artırılması;   
 
Vətəndaşların  intelkektual,  etik,  hüquq,  idarəçilk  və  iqtisadi 
mədəniyyətinin  inkişaf  proseslərinin,  həmçinin  onların  özünüidarə, 
ekoloji, tibb və məişət mədəniyyətinin, istehsal və istehlak mədəniy-
yətinin, şəxsiyyətləarası və xalqlarararsı münasibətlər, gənclərin ya-
radıcılıq qabiliyyətinin inkişafının stimullaşdırılması;  
 
Milli  inkişafın sabitliyi, təhlükəsizliyi  və rəqabətə davamlılı-
ğını  təmin  edən  düzgün  dövlət  qərarlarının  qəbul  edilməsi,  strateji 
planlaşdırma  və  çox  zaman  sosial  və  humanitar  elmlərin  ənənəvi 
metodlarından asılı olan mürəkkəb sosial və siyasi problemlərin sis-
temli  həlli,  gələcəyi  düzgün  elmi  görmə  və  qurma  üçün  lazım  olan 
kulturoloji ekspertizanın həyata keçirilməsi;   
 
Mədəni  irsin  qorunması  və  artırılması,  Azərbaycan  xalqının 
ümummədəni  səviyyəsinin  və  sosial  fəallığının  yüksəldilməsi, 
respublika  əhalisinin  akkulturasiyası  və  inkulturasiyası,  şəxsiyyətə 
hörmətin, məsuliyyət və düzgünlük mədəniyyətinin inkişafı üçün  
yeni imkanlar açar. 
 
Kulturologiyanın  milli  təhsil  sisteminə  geniş  tətbiqi,  kulturoloji  insti-
tutların,  kafedraların,  müxtəlif  səviyyələrdə  və  istiqamətlərdə  məktəblərdə 
mərkəzlərin və kabinetlərin açılması, insanın həyat fəaliyyəti texnologiyala-
rının təkmilləşdirilməsi üçün zəruri olan universal biliklərə və yüksək etika-
ya  malik  şəxsiyyətlər,  liderlər  və  ekspertlərin  formalaşmasına  yardım  edə-
cək.  O,  dövlət  və  sosial  idarəçilik  mədəniyyətinin  gələcək  inkişafına,  milli 
inkişaf  maraqlarına  və  güclü  dövlət  konsepsiyasına  cavab  verən  innovativ 
fəaliyyətin güclənməsinə yardım edəcəkdir.    
Müasir dünya sivilizasiyasında məhsuldar yaradıcı fəaliyyət, rifahın yük-
səldilməsi,  sülh  mədəniyyəti  və  davamlı  inkişaf  üçün  professional  biliklər, 
bacarıqlar, mütəşəkkillik və nəcib xarakter həyati vacibdir. Ümid edirəm ki, 
bu kitab insan kapitalının əsasını təşkil edən və milli multikulturalizm siya-
sətinin aparıcı uğur şərtlərindən biri kimi, yüksək mədəniyyətli şəxsiyyətlə-
rin formalaşması və inkişafı üçün müəyyən dayaq ola bilər.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə