Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə11/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   7   8   9   10   11   12   13   14   ...   109

26 
lü  əhəmiyyətə  malik  prioritetləri,  zamanın  tələblərindən  asılı  olaraq  onları 
korrektə  etməklə,  müəyyən  etməyə  səbəb  olur.  Müasir  elmin  naliyyətlərinə 
əsaslanaraq,  idarəçilik  fəaliyyətinin  strukturu  və  texnologiyalarını  təkmilləş-
dirmək məqsədilə, kulturologiya cəmiyyətin inkişaf tələbatları və tendensiya-
larını düzgün qiymətləndirməyə imkan verir. Sistemli kulturoloji təhlil mədə-
niyyət  hadisələrinin  real  həyat  dialektikasından,  ayrıca  ideoloji  izahından  və 
mücərrəd şərhindən qaçmağa, onları realistcəsinə qiymətləndirməyə, milli in-
kişaf tələbatları və maraqlarını, tarixi qanunauyğunluqları və dünya sivilizasi-
yasının təkamül tendensiyalarını nəzərə almaqla, cəmiyyətin və dövlətin inki-
şafını səmərəli idarə etməyə və düzgün qurmağa  imkan verir.  
Mədəniyyət tarixi qədim zamanlardan bizim günlərədək dünya mədəniy-
yəti və sivilizasiyasının yaranması və inkişafını ehtiva edir. Buraya bəşəriy-
yətin yaradıcı tarixinin bütün tarixi dövrlərinin tədqiqi, inkişaf texnologiya-
ları və  qanunauyğunluqlarının  təhlili,  daha əhəmiyyətli  nailiyyətlərin,  lokal 
və  dünya  sivilizasiyasının  inkişafına  görkəmli  şəxsiyyətlərin  töhfəsinin  aş-
kar edilməsi və qiymətləndirilməsi daxildir.  
Mədəniyyət  nəzəriyyəsi  mədəniyyətin  metodologiyasını,  mədəniyyət  və 
sivilizasiyanın  tarixi  inkişaf  təcrübəsinin  elmi-nəzəri  ümumiləşdirilməsini, 
mədəni  antropologiya,  etnologiyanı,  mədəniyyətin  fəlsəfəsi,  sosiologiyası, 
psixologiyası, teologiyasını, mədəniyyətin sinergetikasını, sosial-mədəni in-
kişaf modelləri, layihələri və texnologiyalarını, dünya mədəniyyəti və sivili-
zasiyasının gələcəyinin qurulmasını daxil edir. 
 
 
 
 
 
 
Kulturologiyanın funksiyaları 
 
Kulturologiya tədqiqat, maarifçilik, metodoloji, istehsal, ideoloji, idarəçi-
lik və quruculuq funksiyalarına malikdir.  
Tədqiqat  funksiyası  -  məkan  və  zaman  daxilində  tarixin,  mədəniyyətin 
və sivilizasiyanın nailiyyətlərinin dərk edilməsinə, təzahürlərin, hadisələrin, 
faktların  və  insanın  inkişaf  proseslərinin  mahiyyəti  və  xüsusiyyətlərinin 
düzgün  başa  düşülməsinə  imkan  verən  əsas  qanunauyğunluqların  kəşfi  və 
ruhi  və  maddi  həyatın  müxtəlif  sahələrində  daha  effektiv  həyat  fəaliyyəti 
texnologiyalarının aşkar edilməsidir.  
Maarifçilik  funksiyası  -  müxtəlif  ixtisaslara,  yaşa,  cinsə  və  dinə  malik 
insanların təhsilinə və maariflənməsinə, yüksək ixtisaslı mütəxəssislərin ha-
zırlanmasına, cəmiyyətin müxtəlif ruhi və maddi mədəniyyət sahələri üçün 
şəxsiyyətlərin  və  liderlərin  formalaşdırılmasına  imkan  verən,  dünya  mədə-
niyyəti və sivilizasiyasının inkişaf tarixi və nəzəriyyəsi sahəsində universal 


27 
biliklərin yayılmasına yardımdır.  
Metodoloji funksiya - öyrənilən obyektlərin daha tam dərk edilməsinə, onla-
rın təbiəti və inkişaf qanunlarının düzgün başa düşülməsinə, texnologiyalarının 
dəyişdirilməsi və təkmilləşdirilməsinə,  alternativ inkişaf modelləri və innovativ 
imkanların yaradılmasına imkan verən, sistemli kulturoloji yanaşma prinsipləri-
nə əsaslanan metodologiya və metodların hazırlanmasıdır.  
İstehsal  funksiyası  -  bəşəriyyətin  sosial-mədəni  təcrübəsinin  dərk 
edilməsi, insanın, insan münasibətləri və beynəlxalq münasibətlər mədəniy-
yətinin təkmilləşdirilməsi, sosial və dövlət fəaliyyətinin, dövlət quruculuğu, 
milli və beynəlxalq idarəetmənin müxtəlif sahələri üzrə mütəxəssislərin ha-
zırlığı üçün zəruri olan universal kulturoloji biliklərin istehsalıdır.  
İdeoloji funksiya - dövlətin maraqlarına cavab verən, elmin ən yeni nai-
liyyətlərinə  və  milli  mədəniyyət  dəyərlərinə  əsaslanan,  insanların  mənəvi, 
hüquq və estetik tərbiyəsinə, ictimai münasibətlərin tənzimlənməsinə, milli 
inkişaf məqsədlərinə nail olunmasında əhalinin yüksək sosial fəallığı və mo-
billiyinə yardım edən mütərəqqi ideologiyanın formalaşdırılmasıdır. 
İdarəçilik funksiyası - insanların maddi rifahı və həyat keyfiyyətinin təmin 
edilməsinə,  ictimai  tərəqqiyə,  daxili  və  beynəlxalq  təhlükəsizliyə  nail  olma 
məqsədilə cəmiyyətin istehsal və sosial həyat fəaliyyətinin təşkil edilməsi üz-
rə  dövlət  aparatının  effektivliyinin  yüksəldilməsinə  imkan  verən  kulturoloji 
idarəetmə texnologiyalarının yaradılması və təkmilləşdirilməsidir.  
Quruculuq  funksiyası  -  yoxsulluğun  aradan  qaldırılmasına,  ekoloji  təhlükə-
sizlik və davamlı inkişafa nail olmağa yardım edən, əvvəlki nəsillərin təcrübəsini, 
bəşəriyyətin müasir elmi və texnoloji nailiyyətlərini nəzərə alan, gələcəkdə milli 
və qlobal  kreativ inkişaf ssenarilərinin və səmərəli modellərin yaradılmasıdır.  
 
Kulturologiyanın strateji əhəmiyyəti 
 
Davamlı  milli  inkişaf  üçün  kulturologiyanın  əhəmiyyəti  onunla  şərtlən-
mişdir ki, o: 

 
Strateji  və  taktiki  məqsədləri  formalaşdırmağa  və  təkmilləşdirməyə, 
istiqamətləri müəyyən etməyə və fərdi, sosial, dövlət və beynəlxalq inkişaf 
prioritetlərini bərqərar etməyə; 

 
Cəmiyyətin və dövlətin milli maraqlara cavab verən müxtəlif istiqa-
mətlərinin səmərəli koordinasiyasını təmin etməyə;  

 
Tarixi təcrübə və dünya sivilizasiyasının komparativ təhlili əsasında 
dövlətin davamlı inkişaf modelləri və texnologiyalarını, əməyin və istehsal 
olunan məhsulun yüksək məhsuldarlığını və keyfiyyətini təşkil etməyə;  

 
Cəmiyyətin  və  dövlətin  müxtəlif  sahələrində  dünya  elminin  ən  yeni 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə