Fuad Məmmədov



Yüklə 0,71 Mb.

səhifə12/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   109

28 
nailiyyətlərinin, onların aktuallığının zaman çərçivəsini nəzərə almaqla, isti-
fadəsi proqramlarını, həmçinin elmi əsaslanmış proqnozları və gələcək inki-
şaf konstruksiyalarını işləyib hazırlamağa; 

 
İnsan kapitalının inkişafı, “biliklər cəmiyyəti” və “iqtisadi biliklər”in 
tərəqqisi  üçün zəruri  olan universal  kulturoloji bilikli  yüksəkixtisaslı  mütə-
xəssislərin və elmi kadrların hazırlığı, yenidən hazırlığı və tərbiyəsini, həm-
çinin əhalinin müxtəlif təbəqələrinin kulturoloji maarifçiliyini həyata keçir-
məyə, gənc nəslin vətənpərvər azərbaycançılıq ideologiyasına uyğun tərbiyə 
edilməsinə;  

 
Mədəniyyətlərin  və  maraqların  harmonizasiyası  və  dövlətin  multi-
kulturalizm  dövlət  siyasətinin  reallaşdırılmasına,  həmçinin  təhlükəsiz  inki-
şaf  naminə  sivilizasiyaların  səmərəli  dialoquna  və  beynəlxalq  əməkdaşlığa 
yardım etməyə - daha  yaxşı tərzdə imkan verir.                                                                                                  
 
Metodologiya 
 
Sistemli yanaşmanın əsasında duran, tərəfimizdən seçilən kulturoloji me-
todologiyanın ən mühüm məğzini:  
 

 
Məntiq; 

 
Tarixilik prinsipi

 
Dialektika  
 təşkil edir. 
Bu  elmi  yanaşmaların  məcmusu  obyektiv  elmi  dünyagörüşün  formalaş-
masına, dünya mədəniyyəti və sivilizasiyasının tarixi dəyişikliklərinin mən-
zərəsini, məkan və zaman daxilində insanın, cəmiyyətin, dövlətin və dünya 
birliyinin texnoloji inkişaf imkanlarını tam şəkildə görməyə yardım edir.  
 Məntiq - təfəkkürün forma və qanunları haqqında elm kimi, bəşəriyyə-
tin tərəqqisi naminə mədəniyyətin obyektiv inkişaf proseslərini düzgün dərk 
etməyə imkan verir. Burada bir sıra alimlərin nailiyyətləri, xüsusilə, Aristo-
telin  deduktiv  məntiqi,  Frensis  Bekonun  induktiv  məntiqi,  Kantın  formal, 
metafizik  məntiqi  və  Hegelin  dialektik  məntiqi  istifadə  olunur.  Kulturoloji 
tədqiqatlarda ilk dəfə olaraq, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi də 
tərəfimizdən metodoloji işlənmişdir.  
● Tarixilik prinsipi üç əsas funksiyanı yerinə yetirir: öyrənmə, metodoloji və 
dünyagörüşü.  Öyrənmə  funksiyası  təbiətə,  cəmiyyətə  və  özünə  qarşı  münasi-
bətdə insanın yerini və rolunu müəyyən edir. Metodoloji funksiya mədəni hadi-
sələri və prosesləri keçmişdən gələcəyə doğru hərəkət kimi nəzərdən keçirmə-
yə,  zamanın  müxtəlif  dövrlərində  mədəniyyətin  məzmununu  və  struktur  dəyi-


29 
şikliklərini  aşkar  və  müqayisə  etməyə,  müxtəlif  mədəniyyətlərin  komparativ 
təhlilini keçirməyə kömək edir. Dünyagörüşü funksiyası obyektiv elmi dünya-
görüşün  formalaşmasına,  dünyanın  bütün  milli  mədəniyyətləri  üçün  ümumi 
olan, mədəniyyətlərin ümumi məntiqi, insanın norma və prinsipləri ilə şərtlənən 
mədəni universallıqların aşkar edilməsinə yardım edir. 
● Dialektika, materiya və ruhun inkişaf qanunlarına əsaslanaraq, hadisə-
lərin mahiyyətini, onların hərəkətini, ziddiyyətlərini və əlaqəsini aşkar edir. 
  
Mədəniyyətin əsas tədqiqat metodları və prinsipləri 
 
1.
 
Genetik-tarixi təhlil mədəniyyətin inkişafını  müəyyən zaman 
dövründə tədqiq etməyə imkan verir. 
2.
 
Məkan təhlili, sosial mühit, siyasi rejim, iqtisadi, iqlim, eko-
loji  və  digər  şəraitlər  daxil  olmaqla,  müəyyən  çoğrafi  ərazidə  mədə-
niyyətin vəziyyətini və inkişafını öyrənməyə imkan verir.  
3.
 
 Müqayisəli təhlil müxtəlif mədəniyyətlərin ümumi xassələri-
ni və səciyyəvi xüsusiyyətlərini müəyyən etməyə yardım edir.  
4.
 
Situasiyalı  təhlil  insanın  həyat  fəaliyyətinə  (subyekt  və  ob-
yekt)  təsir  göstərən  konkret  situasiyaların  yaxud  dəyişən  şəraitlərin 
öyrənilməsi və düzgün dərk edilməsi imkanını verir.  
5.
 
 Antropoloji  təhlil  mədəniyyətin  etnoqrafik  və  etnoloji  xüsu-
siyyətlərini, həyat tərzi, ənənələr və adətlər, sosial münasibətlər siste-
mi,  mədəniyyətin  inkişaf  dinamikası  və  onun  nəsillər  vasitəsilə  ötü-
rülməsi mexanizmini öyrənməyə imkan verir. 
6.
 
 Psixoqrafik  təhlil  sosial-mədəni  mühit,  mədəni  dəyərlər  sis-
temi, həyat tərzi, ənənələr, insanların anadangəlmə mədəni keyfiyyət-
ləri ilə şərtlənən motiv və üstünlüklərinin öyrənilməsinə yardım edir. 
7.
 
 Demoqrafik təhlil insanların yaşı, cinsi, təhsili, gəlir səviyyə-
si, uzunömürlülüyü və digər parametrləri haqqında informasiya alma-
ğa imkan verir. 
 
“Kulturologiya piramidası” universal metodu 
 
Milli  irsin  qorunması  və  cəmiyyətin  modernləşməsinə  yönəldilmiş,  milli 
mədəniyyətin  inkişafına  elmi  cəhətdən  yardım  etdilməsi,  sosial-siyasi  mədə-
niyyətin  təkmilləşdirilməsi  və  effektiv  praktik  fəaliyyətin  təmin  edilməsi 
məqsədilə,  dünya  kulturoloji  fikrinin  öyrənilməsi  əsasında  tərəfimizdən  ilk 
dəfə  olaraq,  insanın  inkişafının  və  idarəçiliyin  mürəkkəb  problemlərinin  sis-
temli  təhlilinə  innovativ  kulturoloji  yanaşma  işlənib  hazırlanmışdır.  Bu  -  ef-


30 
fektiv  innovativ  idarəetmə  modellərinin  qurulması  üçün  “kulturologiya  pira-
midası” universal metodudur. O, cəmiyyətin, dövlətin və bəşəriyyətin inkişaf 
tempi və keyfiyyətinin yüksəldilməsi üçün yeni imkanlar açan, həmçinin insa-
nın özünün təkmilləşməsinə imkan verən mədəniyyətin dərk edilməsi və də-
yişdirilməsinin üç məntiqi səviyyəsini nəzərdə tutur. Səkkiz pilləni daxil edən 
bu iyerarxik qarşılıqlı əlaqəli səviyyələr ardıcıl olaraq - ”öyrənmə”, “dərk et-
mə” və “yaratma” səviyyələrı kimi tərəfimizdən müəyyən edilmişdir. 
1.
 
Birinci səviyyə - “öyrənmə, idrakın dörd pilləsinin – mahiy-
yət, xüsusiyyətlər, tarix və nailiyyətlərin təhlili əsasında qurulur.  
2.
 
İkinci səviyyə - “dərk etmə”, insanın, cəmiyyətin, dövlətin və 
bütövlükdə  bəşəriyyətin  həyat  fəaliyyətinin  müəyyən  sahələrinin 
konkret  və  ya  universal  inkişaf  qanunları  və  texnologiyalarının  dərk 
edilməsini və mənimsənilməsini nəzərdə tutur.  
3.
 
Üçüncü səviyyə - “yaratma”, aktiv kulturogenez metodların-
dan istifadə etməklə, yeni imkanların aşkar edilməsi, həyat fəaliyyəti-
nin yeni, rəqabət qabiliyyətli texnologiyalarının işlənib hazırlanması-
nı, həmçinin zaman və məkan daxlində mədəniyyətin gələcək inkişa-
fının qurulmasını nəzərdə tutur. 
Bizim innovativ modelin praktik dəyəri onun:  

 
Mürəkkəb  fərdi,  sosial,  dövlət  və  beynəlxalq  problemlərin, 
həyat  fəaliyyətinin  inkişaf  qanunları  və  texnologiyalarının  düzgün 
başa düşülməsi

 
İnsanın həyat fəaliyyətinin ən müxtəlif sahələri və problemlə-
rinin, həmçinin bütün səviyyələrdə idarəetmə problemlərinin sistemli 
və situasiyalı təhlili; 

 
Milli  və  beynəlxalq  idarəetmədə  düzgün  siyasi,  iqtisadi,  hü-
quqi və sosial qərarların qəbul edilməsi

 
Müxtəlif  ölkələrdə  insanın  inkişafı,  dövlət  quruculuğu  və  
idarəçiliyin müasir modelləri və proqnozlarının işlənib hazırlanması;  

 
Fərdi  və  beynəlxalq  münasibətlər  mədəniyyətinin  təkmilləş-
dirilməsi,  insanın  özünü  təkmilləşdirməsi,  şəxsiyyətin  özünüidarəsi 
və ailənin idarə edilməsi effektivliyinin yüksəldilməsi - 
 üçün istifadə edilmə imkanı ilə şərtlənmişdir. 
 
 
 
 
 




Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   109


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə