Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə15/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   11   12   13   14   15   16   17   18   ...   109

36 
metrlərdən  biri  -  insanın  həyati  tələbatlarını  ödəyən,  əhalinin  zəruri 
maddi  və  ruhi  nemətlərlə  -  əşyalarla,  xidmətlərlə  və  şəraitlə  təminatını 
nəzərdə tutan rifahdır. Rifah – müəyyən dövr ərzində yaradılmış ruhi və 
maddi  nemətlər,  əşyaların  və  xidmətlərin  dəyərinin  qiymətləndirilməsi 
ilə ölçülür.  
Mədəniyyətin inkişaf səviyyəsi və effektivlik göstəricisi olan rifah əmək 
məhsuldarlığından,  mədəniyyətin  faydalı  iş  əmsalı  və  entropiya  dərəcəsin-
dən asılıdır.  
Enerjinin çevrilməsinə (dövri prosesdə işə çevrilən) münasibətdə fəa-
liyyət  texnologiyalarının  effektivliyini  xarakterizə  edən  mədəniyyətin 
faydalı  iş  əmsalı  faydalı  istifadə  olunan  enerjinin  fəaliyyət  prosesində 
istifadə olunan enerjinin ümumi miqdarına nisbəti ilə təyin olunur:  
 
                                            Sərf olunmuş faydalı enerji (iş) 
      Mədəniyyətin FİƏ =  ------------------------------------------- 
                                           Sərf olunmuş ümumi enerji (iş) 
 
Ruhi və maddi dəyərlərin istehsalı prosesində mədəniyyətin entropiyası - 
“səpələnməsi” faydalı nəticəyə çevrilməyən ümumi enerjinin (işin) bir his-
səsinin itirilməsi baş verir. Bunu aşağıdakı formulla ifadə etmək olar:  
 
                                                 Sərf olunmuş ümumi enerji (iş) 
 Mədəniyyətin entropiyası =  
                                                 Sərf olunmuş faydalı enerji (iş) 
 
Məhsul  vahidinin  istehsalına  sərf  olunan,  zamanın  miqdarı  ilə  ölçü-
lən əmək məhsuldarlığı müəyyən dərəcədə intellektual mədəniyyətin in-
kişaf səviyyəsi və elmi nailiyyətlərin texnoloji tətbiqindən asılıdır.  
 
 
Sosial-mədəni tərəqqi formulu 
 
Dünya mədəniyyəti və sivilizasiyası tarixi belə bir qanunauyğunluq çı-
xarmağa imkan verir ki, ona uyğun olaraq, ölkənin sosial-mədəni tərəqqi 
templəri və keyfiyyəti intellektual mədəniyyətin inkişaf səviyyəsi ilə düz 
mütənasib və cəmiyyətin cahillik səviyyəsi ilə tərs mütənasibdir.  
Bu qanunauyğunluğu aşağıdakı formulla izah etmək olar:   
 
  


37 
                                    İntellektual mədəniyyət 
                   S K = 
      , 
                                           Cahillik 
 
burada SK - cəmiyyətin sosial-mədəni tərəqqi templəri və keyfiyyətidir.  
 Sosial-mədəni tərəqqi templərinə və keyfiyyətinə təsir edən amillər: elm, 
təhsil,  maarif,  siyasət,  idarəetmə,  iqtisadiyyat,  mənəviyyat,  hüquq,  din,  də-
yərlər sistemi, maraqlar, fəaliyyət keyfiyyətidir.  
 
 
İqtisadiyyat mədəniyyətin sosial institutu kimi 
 
Mədəniyyətin  bütöv  sosial  sistem  kimi  elmi  anlayışı,  mədəniyyəti  “ikinci, 
süni təbiət” kimi, inkişafın göstəricisi, vasitəsi və məqsədi kimi görmə - onun 
sosial institutlarını, o cümlədən iqtisadiyyatı  yeni nəzərlə görməyə və qiymət-
ləndirməyə  imkan  verir.  Kulturologiya  elminin  nailiyyətləri  sayəsində  bu  gün 
mədəniyyəti statik hadisə, iqtisadiyyat üzərində üstqurum kimi nəzərdən keçir-
məyə haqqımız yoxdur. İqtisadiyyat ruhi və maddi mədəniyyətin bütöv sistemi-
nin bir hissəsidir. O, insanın həyati tələbatlarının təmin edilməsinə yönəldilmiş 
ruhi  istehsalın,  iqtisadi  elmin  maddi  təcəssümüdür.  Sovet  dövrünün  təfəkkür 
stereotiplərindən  imtina  edərək,  mədəniyyəti  bütöv  sosial  sistem  kimi  görmə, 
iqtisadiyyatı əsas mədəniyyət komponentlərindən biri kimi anlamağa imkan ve-
rir. Bunun üçün iqtisadiyyatın formalaşması prosesinə insanın fəaliyyət sahəsi 
kimi diqqət yetirmək kifayətdir. Kulturoloji ölçmədə bu, pilləli prosesdir ki, bu-
rada - ideya, elmi tədqiqatlar, texnologiyalar, istehsal, hazır məhsul  sxemi üzrə 
intellektual istehsalın ardıcıl olaraq maddi istehsala çevrildiyi izlənilir. Bu pro-
sesin həyata keçirilməsi aşağıdakı resursların olmasını nəzərdə tutur: elmi bilik-
lər,  texnologiyalar,  insan  kapitalı,  xammal,  materiallar,  texnika  və  təchizat, 
enerji,  menecment,  istehsal  tikintiləri,  maliyyə  kapitalı  (investisiyalar).  Bu  za-
man yüksək intellektual mədəniyyətə əsaslanan rəqabət qabiliyyətli elmi bilik-
lərin istehsalı (fundamental və tətbiqi tədqiqatlar),  yüksək texnologiyaların ef-
fektivliyini, valyuta axınının səviyyəsini və ölkənin real müstəqilliyini təmin et-
məyə imkan verir. 
  
İstehsalın effektivlik formulu 
 
Maddi  istehsalın  effektivliyinə  nail  olmaq  üçün  ruhi  mədəniyyət  təyin-
edici  rol  oynayır.  İstehsalın  effektivliyini  şərtləndirən  amilləri  dərk  etmək 
üçün kulturoloji formula müraciət edək:  


38 
                                                              keyfiyyət 
                İstehsalın effektivliyi =     
                                                             məxariclər 
İstehsalın keyfiyyətinin artması və məxariclərin azalması elmin və onun-
la bağlı olan yüksək texnologiyaların inkişaf səviyyəsi, təhsil, peşəkar bilik-
lər, vərdişlər, ümumi mədəniyyət, həmçinin istehsalat işçilərinin məsuliyyət 
mədəniyyəti  və  onların  vicdanla  işləmək  istəyinin  səviyyəsi  hesabına  əldə 
edilir. Keyfiyyətin artımı və məxariclərin azalması yekunda istehsalın effek-
tivliyinin inkişafını təmin edir.  
 
 
Kulturogenez 
 
Kulturogenez - mədəni yeniliklərə və ya innovasiyalara, nəsillərin həyat fəa-
liyyəti ideyaları və vasitələrinin varisliyinə əsaslanan mədəni irsin sintezi prose-
sidir. Ənənəvi və yenilikçi mədəniyyət bu prosesdə mühüm rol oynayır.  
Kulturogenezi yeniliklərin, innovasiya mənbələri və onların təzahür sahə-
lərinin üç əsas tipi üzrə nəzərdən keçirmək qəbul edilmişdir. 
Yeniliklərin üç əsas tipləri bunlardır: 
• daxili səbəblərdən törəyən transformasiya (mutasiya); 
• stimullaşdırılmış transformasiya; 
• bilavasitə mənimsəmə.  
İnnovasiyaların üç əsas mənbəyi bunlardır: 
• konvergent inkişaf (mədəniyyətlərin uyğunluğu, yaxınlaşması); 
• diffuziya (mədəniyyətlərin qarşılıqlı nüfuzu); 
• mədəniyyətlərin mənşə vahidliyi. 
İnnovasiyaların təzahürünün üç əsas sahəsi bunlardır: 
• texnologiya; 
• adi şüur mədəniyyəti;  
• ideologiya. 
 
 
 
Mədəniyyətin “Şaqulisi” və “Üfqisi” 
 
Sosial-mədəni  inkişaf  proseslərini  başa  düşmək  və  effektiv  idarə  etmək 
üçün  onları  mədəniyyətin  “şaquli”  və  “üfqi”  prizmasından  nəzərdən  keçir-
mək çox vacibdir.  
Mədəniyyətin “şaqulisi” irəliyə hərəkət enerjisini, yeni və qeyri-adini, gələcə-
yə yaradıcı ruhi (intellektual və mənəvi) yol açmanı simvollaşdırır. Mədəniyyətin 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə