Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə16/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   12   13   14   15   16   17   18   19   ...   109

39 
“şaqulisinin” hərəkətverici qüvvəsi yenilikçi ruha malik, ətraf aləmin dəyişdiril-
məsi və təkmilləşdirilməsinə motivasiya edilmiş “yaradıcı ziyalılardır”. 
Məlum olduğu kimi, yeni ideya ardıcıl olaraq üç mərhələdən keçir: a) in-
kar etmə; b) şübhə etmə; c) təsdiq etmə. N. Borun fikrincə,  yeninin ictimai 
şüura  tətbiq  edilməsi  aşağıdakı  psixoloji  pillələrdən  keçir:  1.  “Bu  ola  bil-
məz”;  2.  “Ola  bilsin,  burada nə  isə  var.”;  3.  “Bu, şəksiz,  doğrudur.” Bu üç 
pilləni  keçdikdən  sonra  “şaquli”  “üfqiyə”  çevrilir.  Lakin  cəmiyyətdə  möv-
cud  olan  ənənəvi  təfəkkür  stereotiplərinə  görə,  adətən  yeni  olan  (xüsusən 
ənənəvi  cəmiyyətlərdə)  müasirləri  tərəfindən  layiqincə  qiymətləndirilmir, 
bəzən ona qarşısıalınmaz müqavimət göstərilir.
11
 
Mədəniyyətin “üfqisi” – ziyalıların yaradıcı olmayan, nisbətən mühafizə-
kar hissəsi, həmçinin xalq mədəniyyəti, əsasən adi şüurun, mədəni nailiyyət-
lərin passiv seyrinin və istehlakının xarakterik olduğu cəmiyyətin bir hissə-
sidir. Mədəniyyətin “üfqisi” mədəni nailiyyətlərin zaman və məkan daxilin-
də mənimsənilməsinin nəticəsi, kütlələr içərisində elitar mədəniyyətin yayıl-
ması, həmçinin təhsil və maarif, mədəni mübadilə və milli mədəniyyətlərin 
qarşılıqlı zənginləşməsi prosesinin nəticəsidir.  
Mədəniyyətin  “şaqulisi”  və  “üfqisini”  mədəniyyət  və  sivilizasiyanın  uy-
ğun rəmzləri kimi də səciyyələndirmək olar, burada mədəniyyət – yaradıcı 
proses, sivilizasiya isə onun praktik təcəssümüdür.  
Mədəniyyətin “şaqulisi” və “üfqisi” problemi, ölkənin mütərəqqi inkişa-
fının  kulturoloji  texnologiyası  kimi,  “şaqulinin”  “üfqiyə”  çevrilmə  sürəti 
haqqında məsələni kəskin şəkildə qoyur. Mədəniyyətin “şaqulisinin” “üfqi-
yə” çevrilməsinin effektiv sosial texnologiyalarının ən parlaq nümunələrin-
dən  biri,  1867-1868-ci  illərdə  Yaponoyada  “yuxarıdan”  həyata  keçirilən 
“Meydzi  maarifçi  hakimiyyəti”  adını  almış  Meydzi  mədəni  inqilabıdır.  Bu 
mədəni inqilab nəticəsində, bir neçə onillik ərzində feodal-avtoritar Yaponi-
ya  yoxsul samuray  ölkəsindən inkişaf etmiş zəngin bir dövlətə, artıq 1919-
cu ildə dünyanın sənaye cəhətdən inkişaf etmiş beş ən qabaqcıl dövlətindən 
biri kimi beynəlxalq tanınmaya nail oldu. Ölkədə köhnə feodal (piramidaşə-
killi)  sosial-siyasi  sistemdən  yeni  -  demokratik  (rombşəkilli)  sosial-siyasi 
sistemə keçid prosesi başlandı. İkinci dünya  müharibəsindən sonra intensiv 
inkişafa malik düzgün sosial-mədəni siyasət sayəsində, Yaponiyada cəmiy-
                                                 
11
 
Qərarların  razılaşdırılması  və  onların  praktik  həyata  keçirilməsinə  vaxtın  səmərəsiz 
itirilməsi,  dünya  təcrübəsində  daha  elmtutumlu  texnologiyaların  yaranması  ilə  əlaqədar, 
proqressiv yeniliklərin aktuallığının itirilməsinə gətirib çıxara bilər. Bunun nəticəsində, sərf 
olunmuş  maliyyə,  xammal,  enerji,  əmək  və  idarəçilik  resurslarının  planlaşdırılmış 
müddətdə gözlənilən nəticələri verməyən böyük iqtisadi və siyasi itkilər baş verə bilər.
 
 
 


40 
yətin geniş şəkildə demokratlaşdırılması həyata keçirildi, intellektual mədə-
niyyət  prioriteti  və  onun  inkişafı  ilə  əlaqədar,  cəmdə,  cəmiyyətin  sosial 
strukturunda orta sinfin üstünlüyünə, vətəndaşların yüksək rifahına və həyat 
keyfiyyətinə imkan verən, istehsalatda və idarəetmədə yüksək rəqabət qabi-
liyyətli texnologiyalar təmin edildi. 
  
Sosial mədəniyyətin beş sistemyaradıcı komponenti 
 
Mədəniyyəti  bütöv  sosial  sistem  kimi  görmənin  ən  geniş  yanaşmalarından 
biri  -  cəmiyyətin  həyat  fəaliyyətinin  müxtəlif  sahələrini  əhatə  edən,  onu  yara-
dan qarşılıqlı əlaqəli komponentlər prizmasından baxılmasıdır. Onlara aiddir:  
 Ailə və nigahın, səhiyyə, ekologiya və fiziki (cismani) mədəniyyətin təş-
kil  edilməsi  sahələrini  əhatə  edən  -  bioloji  istehsal  sistemi.  Bu  sistemin  əsas 
funksiyası insan nəslinin qorunması və davam etdirilməsidir;  
  İntellektual,  emosional,  estetik,  hüquqi  və  mənəvi  sahələri  birləşdirən  - 
ruhi istehsal sistemi. Bu sistemin funksiyası – sosial fərdlər kimi, insanların ru-
hi formalaşması və inkişafının təmin edilməsi, cəmiyyətin və dövlətin ruhi və 
maddi fəaliyyətinin elmi, etik, hüquqi, estetik, texnoloji əsaslarının yaradılması-
dır; 
 Təbiətin dəyişdirilməsinə və insanın, cəmiyyətin və dövlətin həyat fəaliy-
yətini təmin edən məhsulun yaradılmasına yönəldilmiş - maddi istehsal sistemi;  
 Cəmiyyətin və dövlətin formalaşdırılması və inkişafı funksiyasını yeri-
nə  yetirən,  onun  institutlarının  həyat  fəaliyyətini  əlaqələndirən  -  təşkiletmə 
və idarəetmə sistemi
 Cəmiyyətin daxili sosial strukturunu formalaşdıran və bütöv sistem ki-
mi onun fəaliyyətini təmin edən - ictimai münasibətlər sistemi
Bütün  bu  sistemlərin  mədəniyyətin  mahiyyət  təcəssümü  olduğunu  gör-
mək çətin deyil, ruhi mədəniyyətə əsaslanmışdır və onun inkişaf nəticələri-
dir. Cəmdə onların hamısı yaradıcı həyat fəaliyyətinin həm prosesi, həm nə-
ticəsi, həm üsullarını ifadə edir. 
 
 
“Ruhi istehsal” sistemləri 
 
Yaradıcı proses kimi mədəniyyətin ən mühüm funksiyası “ruhi istehsaldır”, 
yəni ruhi dəyərlərin istehsalı, onların qorunması, istifadəsi və yayılmasıdır. 
 Ruhi dəyərlərin istehsal sistemi gerçəkliyin mənimsənilməsi nəticələri-
nin dörd təcəssüm növünü birləşdirir:  

 
elmi  idrakla  və  ona  əsaslanan  ictimai  şüur  və  ideologiya  ilə,  o 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə