Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə17/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   13   14   15   16   17   18   19   20   ...   109

41 
cümlədən  din  ilə  və  qeyri-elmi  şüur  və  ideologiyanın  digər  növləri  ilə 
bağlı olan - konseptual-nəzəri növ; 

 
müəyyən ictimai və şəxsiyyətlərarası münasibətlərin dərk edilmə-
sini  və  bu  münasibətləri  tənzimləyən  mənəvi  və  hüquqi  normaların  ha-
zırlanmasını nəzərdə tutan - etik növ 

 
gerçəkliyin konkret-hissi (obrazlı) dərk edilməsi və əks etdirilmə-
sini ifadə edən - bədii-estetik növ; 

 
fərdlərin  adətləri,  vərdişləri  və  şüurunu  formalaşdıran,  insanların 
gündəlik  praktik  həyat  təcrübəsinin  toplanması  ilə  bağlı  olan  -  praktik 
növ. 
 Ruhi dəyərlərin qorunması sistemi - mənəvi dəyərlərin qorunması, top-
lanması və ötürülməsini iki tip saxlanma vasitəsi ilə təmin edir:  

 
bəşəriyyətin yaratdığı biliklər, təsəvvürlər, vərdişlərin qorunduğu, 
xüsusi işarə sistemlərində möhkəmləndirilən, insanların canlı hafizəsini 
ifadə edən - bioloji saxlanma; 

 
kitabxanalar, arxivlər, muzeylər, qalereyalar, kino-, foto-, video-, 
fonotekalar,  elektron  internet-fayllar  və  işarə  sistemlərini  toplayan  və 
sistemləşdirən digər strukturlar - süni saxlanma; 
  Ruhi  dəyərlərin  yayılması,  istifadəsi  və  mənimsənilməsi  sistemi,  ger-
çəkliyin mədəni dəyərlərdə təcəssüm olunan ruhi mənimsənilmə nəticələri-
nin insanlara ötürülməsini iki səviyyədə təmin edir: 

 
dəyərlərin  bilavasitə,  qeyri-institusional,  mikromühit  səviyyəsində  - 
ailə, əmək kollektivi və digər mikrososiumlar vasitəsi ilə ötürülməsi 

 
institusional  təhsil  və  tərbiyənin  məktəbəqədər  uşaq  müəssisələri, 
bütün növ və səviyyələrdən olan məktəblər, maarif müəssisələri və təşkilat-
lar,  kütləvi  kommunikasiya  sistemləri  –  nəşriyyat,  kino,  radio,  televiziya, 
video-audio vasitələri, internet vasitəsi ilə ötürülməsi. 
 
Mədəni dəyərlər 
 
Mədəni dəyərlər insanın həyat fəaliyyətini tənzimləyən və dövlət siyasə-
tinin  ideoloji  əsasını  təşkil  edən  sabit  mədəni  oriyentirləri  ifadə  edir.  Ruhi 
həyatın  müxtəlif  hadisələri,  amilləri  və  proseslərinə  insanın  münasibətini 
ifadə edən mədəni dəyərlər, həm fərdi həyat yolunu, həm də insanların qrup-
lar halında fəaliyyətinin istiqamətini müəyyən edir.  
Mədəniyyətə  toxunan  dəyişikliklər,  hər  şeydən  əvvəl,  dəyərlər,  -  ideallar, 
etika, təhsil sistemi, sosial, istehsal və məişət normativləri, hüquq, incəsənət sa-
həsində, həmçinin ruhi mədəniyyətin maddi təcəssümündə baş verir.  
Müxtəlif insanlar eyni mədəni dəyərlərə müxtəlif dərəcədə üstünlük ve-


42 
rirlər. İnsanın mədəni potensialının inkişafında intellektual və humanist də-
yərlər mühüm rol oynayır. Cəmiyyətin nailiyyətlərinin qiymətləndirmə me-
yarı  -  hər  şeydən  əvvəl,  ölkənin  intellektual  potensialı  ilə  müəyyən  olunan 
həyat səviyyəsi və insana humanist münasibətdir. Avisennə (İbn-Sina) görə, 
cəmiyyətin rifahı - elmi biliklərə əsaslanan düzgün, xeyirxah siyasətlə əldə 
edilir.  
Mədəni  dəyərlər  təfəkkürə,  psixologiyaya,  dünyagörüşünə,  intellektə, 
motivlərə, davranışa, əxlaqa, xarakterə, taleyə təsir göstərir.  
Mədəni dəyərlər sisteminə intellektual, mənəvi, estetik, siyasi, etno-milli, 
dini, bədii, hüquqi, ideoloji, maddi və digər dəyərlər aiddir.  
Mədəni dəyərlər mədəni norma və qaydalardan onunla fərqlənir ki, birin-
cilər üstün tutmalar xarakteri daşıdığı halda, ikincilər - sosial göstəriş gücü-
nə malikdir və normativ sənədlərlə tənzimlənən sosial zəruri fəaliyyətlər tə-
ləb edir. 
Həyat  fəaliyyəti  prosesində,  xüsusilə,  sosial-mədəni  mühitin  dəyişməsi 
şəraitində,  çox  zaman  dəyərlərin  dialektik  yenidən  qiymətləndirilməsi  baş 
verir.  İnsanın  biliklərinin  və  təcrübəsinin  inkişafı  ilə,  onun  mədəniyyətinin 
artması  ilə  dünyanı  yeni  görmə  imkanı,  özünün  və  ətraf  mühitin  dərk  edil-
məsi və təkmilləşdirilməsində yeni imkanlar yaranır.  
Mədəni dəyərlərin formalaşdırılması üç səviyyədə baş verir: fərdi, sosial 
və dövlət: 
1.
 
Dəyərli oriyentasiyalar və ideyalar, predmetlər, həyat tərzi və fəaliy-
yət növlərinin seçim üstünlüyü əsasında şəxsiyyətin fərdi mədəni mühitinin 
formalaşdırılması; 
2.
 
İnsanların tələbatları və qabiliyyətləri ilə şərtlənən ruhi və maddi də-
yər və normalar halında ideyaların və predmetlərin yaradılması yolu ilə cə-
miyyətin  mədəni  mühitinin  formalaşdırılması.  Bu  -  elmi  əsərlər,  fəlsəfi sis-
temlər, etik baxışlar, hüquqi normalar, bədii əsərlər, istehsal avadanlığı, mə-
işət əşyaları və mədəniyyət və sivilizasiyanın digər komponentləridir; 
3.
 
Dövlətin strateji cəhətdən mühüm, sosial-mədəni tərəqqi və cəmiyyə-
tin təhlükəsizliyini təmin edən, millətin və bəşəriyyətin ən əhəmiyyətli elmi, 
mənəvi və texnoloji nailiyyətlərini özündə toplayan mədəni dəyərlərinin ya-
radılması. 
Mədəni  dəyərlərin  iyerarxiyası:  çox  zaman  ümumbəşəri  ilə  üst-üstə  düşən 
ümumsosial (ümuməhəmiyyətli); müəyyən siniflərin maraqları ilə üst-üstə dü-
şən və sinfi ideologiyanın əsasını təşkil edən sinfi; mədəniyyət sahəsində bəzi 
sosial-tipik  üstünlükləri  əks  etdirən  lokal-qrup  (ailə  daxil  olmaqla);  ayrı-ayrı 
şəxsiyyətlərin ətraf sosial mühitdən seçdikləri və ya onlar tərəfindən yaradılan 
fərdi ideya və predmetləri əks etdirən fərdi-şəxsi dəyərləri əhatə edir. 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə