Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə18/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   14   15   16   17   18   19   20   21   ...   109

43 
Ümumisosial dəyərlər özündə həm ümumbəşəri, həm də milli mədəni də-
yərləri  birləşdirə  bilər.  Ümumbəşəri  dəyərlər  –  həyat  və  məhəbbət,  huma-
nizm, insan ləyaqəti və insan həmrəyliyi, azadlıq və bərabərlik dəyərləridir. 
Mədəniyyətin milli (etnik) xarakteristikasına aiddir: işarə sistemi (dil); ruhi 
və  maddi  dəyərlər  sistemi;  həyat  tərzi  –  adətlər,  ənənələr,  məişət;  milli  ge-
yim;  milli mətbəx; milli bayramlar; etiqad, dini əqidələr;  milli psixologiya; 
milli  xarakter;  milli  özünüdərk;  milli  mentalitet;  əxlaq;  ənənəvi  davranış 
normativləri;  milli  dünyagörüşü;  milli  ideologiya;  sosial  etika;  gerçəkliyin 
ruhi  mənimsənilməsində  toplanmış  təcrübə;  milli  incəsənət;  milli  folklor; 
mədəni  irs.  Milli  özünəməxsusluğu  ilə  intellektual,  etik,  hüquq,  estetik,  sa-
hibkarlıq mədəniyyəti, idarəetmə mədəniyyəti və s. fərqlənə bilərlər. 
 
 
Etik mədəniyyət 
 
Etik mədəniyyət (Yunan dilindən tərcüməsi əxlaq, xarakter, adət mənasını 
verir) cəmiyyətin sosial-mədəni inkişafı və dövlətin təhlükəsizliyinin mühüm 
şərtidir. Etik mədəniyyətin əsasında insanların tələbatları, maraqları, bilikləri 
və xarakteri ilə şərtlənən dəyərlər sistemi durur. Etik mədəniyyət - şüurun və 
biliyin  məcmusunu,  lazımi  olanın  dərk  edilməsini,  dəyərlər  sistemini,  əxlaqi 
davranış  və  münasibətləri,  insanların  mənəvi  həyatını  və  fəaliyyətini  ifadə 
edir.  Bu,  nailiyyətlərin  səviyyəsi  və  mənəvi  inkişafda  insanın  və  cəmiyyətin 
keyfiyyəti,  həmçinin  əsas  etibarilə:  vətəndaşların  anadangəlmə  keyfiyyətləri, 
təhsili  və  tərbiyəsindən,  bütövlükdə  cəmiyyətin  maddi  rifah  halından  asılı 
olan ictimai şüur formasıdır. Etik mədəniyyət - ictimai quruluşun, rəsmi ideo-
logiyanın, sinfi maraqların və dəyərlərin maddi və sosial-siyasi həyat şəraiti-
nin dəyişməsindən asılı olaraq, məkan və zaman daxilində dəyişən təfəkkürün 
və davranışın mütəhərrik kateqoriyasıdır. O bir çox nəsillərin dini və kübarlıq 
təcrübəsini, insanların tarixi tələbatlarını və həyati maraqlarını, mənəvi inkişa-
fını müəyyənləşdirən və tənzimləyən obyektiv qanunauyğunluqları əks etdirir. 
Etik  mədəniyyət  quldarlıq,  feodalizm,  kapitalizm,  sosializm  cəmiyyətlərində 
ayrı-ayrı sosium və fərdlər üçün müxtəlifdir.  
Elm kimi etikanın vəzifəsi - insanların əxlaqi cəhətdən təkmilləşdirilməsi-
nə, Xeyirin və Şərin düzgün dərk edilməsinə, şəxsiyyətin mənəvi seçiminin 
müəyyənləşdirilməsinə  yardım  edən,  insanın  və  cəmiyyətin  mənəviyyat 
problemlərinin öyrənilməsidir. Etika gerçəklik haqqında düzgün təfəkkür və 
təsəvvürlərin, onlarla şərtlənən, həyatda və fəaliyyətdə müsbət nəticələrə na-
il  olmağa  imkan  verən  düzgün  məqsədlər  və  hərəkətlərin  formalaşmasına 
kömək edir.  


44 
Etik  mədəniyyətin  dünyagörüşü  dəyəri  ondan ibarətdir  ki,  o,  lazımi  olan 
haqqında, insanın nəsibi və həyatının mənası, ailədə, kollektivdə və cəmiy-
yətdə  əxlaq  prinsipləri  və  davranış  normaları  haqqında  aksioloji  ideyaları 
formalaşdırır.  Xeyirin  və  Şərin  qiymətləndirilmə  meyarları  kontekstində 
“necə hərəkət etməli” sualına cavab verərkən, bəzi nəzəriyyələr insan təbiə-
tini lazımınca qiymətləndirməyərək, əxlaqın sosial xarakterindən, digərləri - 
əxlaqın  ictimai  şüur  forması  olduğunu  unudaraq,  “insan  təbiətinin”  dəyiş-
məzliyindən çıxış edirlər. Etikanı fərdlərin xoş məramı, tələbatları və meyl-
ləri  arasında  harmoniyaya  nail  olma  vasitəsi  kimi  nəzərdən  keçirən  Kant, 
mənəviyyatın  qorunması  üçün  allahın  varlığının  və  ruhun  ölməzliyinin  qə-
bul edilməsini zəruri sayırdı. 
Etika həm dini, həm də dünyəvi xarakterə malik ola bilər. Dini etika ilahi 
qaydalarla şərtlənən yüksək aprior prinsiplərə əsaslanmışdır. Dünyəvi etika - 
tarixi hadisədir, insanların sosial mənşəyindən, möminlik dərəcəsindən, sin-
fi, qrup və şəxsi maraqlarından, həyat tərzi və dəyərlər sistemindən asılıdır.  
Mahiyyət etibarı ilə etika - əxlaq haqqında, onun mənşəyi və inkişafı, insa-
nın davranış qaydaları və normaları, ailəyə, bir-birinə, cəmiyyətə, vətənə, döv-
lətə,  bəşəriyyətə  qarşı  münasibətdə  onların  vəzifələri  haqqında  təlimdir.  Onu 
iki əsas ölçüdə nəzərdən keçirmək qəbul olunur: insanın müəyyən davranış nor-
maları və qaydaları kodeksini ifadə edən normativ etika kimi və əxlaqın fəlsəfi 
nəzəriyyəsini ifadə edən metaetika kimi. Bütün şəraitlər üçün vacib olan, əbədi 
həqiqətlər məcmusu kimi əxlaq tarixən belə əlaqələndirilirdi:  
• Antik  cəmiyyətdə - insanların ruhi və cismani həzzə təbii can at-
maları ilə (Epikur); hissən qavranılmaz “rıfah” ideyası ilə (Platon); tə-
lim  və  adətlə  şərtlənən  “intellektual”  və  iradəyə  əsaslanan  “vətəndaş 
xeyirxahlığı” ilə (Aristotel).  
• Feodal cəmiyyətində - allaha məhəbbət və ilahi iradə ilə. 
• İntibah və Maarifçilik dövründə - insanın və insan şüurunun başlı-
ca dəyər kimi qəbul edilməsi ilə. 
• Burjua cəmiyyətində - azadlıq və bərabərlik ideyaları ilə. 
• Sosialist cəmiyyətində - sosial ədalət ideyaları ilə. 
• Kapitalist (demokratik) cəmiyyətində - insan iradəsinin müstəqilli-
yi ideyaları ilə.  
 
Peşəkar etika 
 
Peşəkar  etika  -  əmək  fəaliyyəti  prosesində  insanlar  arasındakı  qarşılıqlı 
münasibətlərin mənəvi xarakterini təmin edən davranış kodeksidir. Peşəkar 
etikada öz peşə borcunu vicdanla yerinə yetirməsi və insanlara vicdanla xid-


45 
mət etməsinə görə cəmiyyət qarşısında mütəxəssisin mənəvi, sosial və siyasi 
məsuliyyət hissi təcəssüm olunmuşdur.  
Peşəkar etika - ruhi mədəniyyətin, cəmiyyətin sosial-mədəni həyatına da-
ha çox təsir göstərən sahələri ilə bağlı davranış normalarından irəli gələn xü-
susi  mənəvi  məsuliyyət  və  borcda  zəruriliklə  şərtlənir.  Bu,  pedaqoji,  elmi, 
tibbi, hüquq, idarəetmə, bədii, jurnalist, parlament və insanın inkişafında və 
ictimai münasibətlərin tənzimlənməsində aparıcı rol oynayan digər fəaliyyət 
növlərinə də aiddir. Məsələn, siyasətçi və məmurun peşəkar etikası qanunun 
ruhuna və hər hərfinə sadiqliyi, vətənin  milli  maraqlarına xidməti, dövlətin 
nüfuzunun  möhkəmləndirilməsini,  sosial  tərəqqinin,  ölkə  vətəndaşlarının 
həyat keyfiyyəti və təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur. O, ha-
disələr, proseslər, faktlar və insanlar haqqında informasiyanın obyektivliyi-
nə, həmçinin ölkə rəhbərliyi tərəfindən qəbul edilən siyasi və inzibati qərar-
ların sosial nəticələrinə görə, ona bərabər qəbul edilən qərarların əsasını təş-
kil edən şərhə görə məsuliyyəti nəzərdə tutur. Bürokratların peşəkar etikası
həmçinin dövlət qulluqçularının fəaliyyətini, “şaquli” və “üfqi” xidmət əla-
qələrini, müxtəlif strukturlar, bölmələr, ayrı-ayrı məmurlar, rəhbərlər və ta-
beçilikdə olanlar, müxtəlif dərəcələr və ixtisas nümayəndələri arasında qar-
şılıqlı təsirin nizamlanmasını təmin edən mənəvi münasibətləri daxil edir.  
 
Məsuliyyət mədəniyyəti 
 
  İnsan münasibətlərinin formalaşmasında, müxtəlif mədəniyyət və xarakter-
lərin qarşılıqlı təsirində şəxsiyyətin ümumi mədəniyyəti ilə şərtlənən məsuliyyət 
mədəniyyəti mühüm rol oynayır. Məsuliyyət – siyasi, vətəndaş, sosial, iqtisadi, 
milli, dini və s. ola bilər. Məsuliyyətli insan öz fikirlərinə, hərəkətlərinə və işlə-
rinə    şüuru  ilə  mütləq  nəzarət  edir.  Hər  bir  insan  üçün  ən  mühüm  olan  sosial 
məsuliyyətdir.  Sosial  məsuliyyət,  etikanın  öz-özünə  qiymət  vermək  tələbləri, 
borc hissi və başqa insanlara, kollektivin, cəmiyyətin və ya dövlətin maraqları-
na  münasibətdə  şəxsiyyətin  qərarlarını  və  fəaliyyətini  nizamlamaq  məqsədini 
daşıyır.  İnsanın  məsuliyyəti,  həmçinin  hamı  tərəfindən  qəbul  edilmiş  mədəni 
dəyərlər  və  ictimai  faydalı  nailiyyətlərin  əhəmiyyəti  baxımından,  fərdlər,  kol-
lektiv və ya cəmiyyət tərəfindən onun davranışı, prinsipləri, meyarları və fəaliy-
yət  nəticələrinin  qiymətləndirilməsi  imkanından  asılı  olaraq  formalaşır.  Məsu-
liyyət mədəniyyəti kollektivdə insanların davranışını və fəaliyyətini nizamlayan 
müəyyən qarşılıqlı münasibətləri saxlamaq imkanı verir. Bu münasibətlər həm 
etik, həm də hüquqi xarakter daşıya bilər.  
Məsuliyyət mədəniyyəti idarəetmə mədəniyyətinin ən mühüm göstəricilərin-
dən biridir. Dövlət idarəçiliyi sistemində məsuliyyətin yüksək əhəmiyyəti onun-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə