Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə19/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   15   16   17   18   19   20   21   22   ...   109

46 
la şərtlənir ki, yüksək səlahiyyətlərə və imkanlara malik, siyasi və ya inzibati 
qərarlar qəbul edən rəhbərlərin fərdi mədəniyyəti, ayrı-ayrı insanların taleyinə, 
cəmiyyətin inkişafına və dövlətin təhlükəsizliyinə böyük və uzunmüddətli təsir 
göstərən amildir. Rəhbərlər idarəetmənin inkişafında əldən buraxılmış imkanla-
rın, istifadə edilməyən ehtiyatların və vəsaitlərin, cəmiyyətə və dövlətə vurduq-
ları, düzəldilməsi mümkün olmayan zərərin həm siyasi, həm də mənəvi məsu-
liyyətini  bütün  tamlığı  ilə  daşımalıdırlar.  Bununla  yanaşı  kollegial  orqanlarda 
da  verilən  tapşırıqların  yerinə  yetirilməsinə  görə  fərdi  məsuliyyət  müəyyən 
edilməlidir, hər kəs məhz öz işlərinə görə cavab verməlidir. Məsuliyyətli siyasi 
iş olan dövlət idarəçiliyi prosesini yalnız etik mədəniyyət prinsipləri və norma-
larının və ölkənin mövcud qanunlarının şüurlu olaraq pozulmasına yol vermə-
yən  ləyaqətli  insanlar  apara  bilər.  Dövlət  idarəçiliyi  üzrə  tanınmış  mütəxəssis 
olan prof. Q.V.Atamançuk siyasi, peşə və mənəvi məsuliyyət kontekstində Ru-
siyada  dövlət  idarəçiliyinin  vəziyyətini  tənqidi  təhlil  edərək  qeyd  edir  ki,  “… 
hakimiyyətə can atan siyasətçiləri və siyasət üçün həqiqətən hazırlıqlı olan in-
sanları fərqləndirməyi öyrənmək lazımdır və müvafiq surətdə siyasi məsuliyyət 
mexanizmlərini və prosedurlarını hazırlamaq lazımdır … yalnız tarixi kateqori-
yalarla hiss edən və düşünən insan, mühüm dövlət vəzifələrini tuta bilər və on-
ların imkanlarına söykənərək ictimai inkişafa yardım edə bilər”.  
 
Hüquq mədəniyyəti 
 
 Mədəni  insanın  əsas  keyfiyyətlərindən  biri  -  mütəşəkkillik,  şəxsiyyətin 
hüquq mədəniyyətinin müəyyən səviyyəsini, onun qaydaya, intizama, hüqu-
qa,  məsuliyyətə,  qanunun  aliliyinə  tərəfdarlığını  nəzərdə  tutur.  Şəxsiyyətin 
hüquq mədəniyyətinin səviyyəsi üç əsas: hüquqi biliklər və yuridik informa-
siya səviyyəsi ilə şərtlənən intellektual; hüquqi əqidələrdə təcəssüm olunan 
emosional-psixoloji;  biliklərə,  əqidələrə  və  mövcud  qanunlara  əsaslanan, 
davranışda əks olunan davranış göstərici ilə ölçülür. 
 Hüquq - cəmiyyət mədəniyyətinin ən mühüm sosial institutlarından biridir. 
O,  şəxsi  və  ictimai  həyat  fəaliyyətinin  qaydaya  salınmasında  insanların  iradə, 
maraq və tələbatları ilə əlaqədardır. Hüquq özündə sosial ədalətə can atma və 
ümidi, öz hüquqları və azadlıqlarının müdafiəsini, zəmanətli əməyin təmin edil-
məsini, sabit və təhlükəsiz həyatı təcəssüm etdirir. Müasir demokratik dövlətdə 
hüquq insanın şüuru, davranışı, fəaliyyəti, sosial münasibətlərinin ayrılmaz his-
səsidir. Hüquq düşüncəsində və ya dövlət hakimiyyəti aktı və yuridik qüvvəyə 
malik  olan  qanunda  ifadə  olunmasından  asılı  olmayaraq,  hüquq  insanlar  ara-
sında, onların cəmiyyətə mənsub olduqlarını təsdiqləyən və onların həmrəyliyi-
nə və əməkdaşlığına yardım edən əlaqələndirici həlqədir.  


47 
Hüquq mədəniyyəti – insanların cəmiyyətdəki həyat fəaliyyətininin sosi-
al-hüquqi nizamlama funksiyasını yerinə yetirən normalar, dəyərlər, yuridik 
institutlar, proseslər və formaların məcmusudur. O, azadlığın, hüquqların və 
məsuliyyətin vəhdətini, sosial  müdafiəni və insan ləyaqətinə  hörməti təmin 
edir.  Cəmiyyətin  hüquq  mədəniyyəti  özündə  ümumbəşəri  və  milli  dəyərləri 
ifadə edən ümumi sosial mədəniyyətin bir hissəsidir. O, şəxsiyyətin keyfiy-
yətli hüquqi vəziyyətini, həmçinin cəmiyyətin və dövlətin təşkil edilmə sə-
viyyəsini əks etdirir. Hüquq mədəniyyəti və etik mədəniyyət bir medalın iki 
üzü kimi, şəxsiyyətlərarası, ictimai və beynəlxalq münasibətlərdə çox böyük 
rol oynayır. Hüquq bu və ya digər davranış normalarını təyin edir və dövlət 
idarəçiliyinin əsasıdır, əxlaq isə insanın vicdanı ilə nəzarət edilən mənəvi se-
çimi müəyyən edir.  
Hüquq mədəniyyəti qanunların müvafiq keyfiyyətini, sosial hüquq qayda-
sının  sabitliyini,  vətəndaşların  dövlət  və  cəmiyyət  qarşısında  öz  hüquq  və 
vəzifələrini  bilmələrini,  xalqın  dəyər  təsisatı  kimi,  onların  qayda-qanuna 
hörmətini, savadlı və yuridik cəhətdən əsaslanmış tərzdə danışmaq qabiliy-
yətini nəzərdə tutur. O həmçinin azadlığı, digər insanlara hörməti, öz sözlə-
ri, əməlləri və üzərinə götürdüyü öhdəliklərə görə şəxsi məsuliyyəti, insan-
larda  qanunilik  və  ədalət  hissinin  tərbiyə  edilməsini  də  nəzərdə  tutur.  Bu 
prosesdə  peşəkar  hüquq  təhsili  ilə  yanaşı,  kütləvi  informasiya  vasitələri  və 
bədii ədəbiyyat da əhəmiyyətli rol oynayır.  
Cəmiyyətin hüquq mədəniyyətinin əsas komponentləri bunlardır: dövlət qa-
nunlarını ifadə edən normalar sistemi olan hüquq; hüquqla nizamlanan ictimai 
münasibətlər  sistemi  olan  hüquqi  münasibətlər;  hüquqi  nəzarəti,  hüququn  ni-
zamlanmasını və icrasını təmin edən dövlət orqanları və ictimai təşkilatlar siste-
mi  olan  hüquq  idarələri;  hüquqi  fəaliyyətin  ruhi  əksetmə  sistemi  olan  hüquqi 
şüur; həm qanunauyğun, həm də qanuna zidd hüquqi davranış; qanunyaradıcı 
fəaliyyət; hüquq elmi; hüquqa uyğun fəaliyyət; qanunilik; hüquq qaydası. 
Cəmiyyətin  hüquq  mədəniyyəti  səviyyəsinin  ənənəvi  göstəriciləri  bunlar-
dır:  qanunvericiliyin  sosial  əsaslandırılması,  normativ  aktların  məzmunu-
nun xalqın milli  mədəniyyət ənənələrinə, psixologiyasına,  milli xarakter və 
ideallarına, həmçinin cəmiyyətin inkişaf tələbatlarına, dünya inkişafının mü-
tərəqqi  nailiyyətləri,  qanunauyğunluqları  və  tendensiyalarına  uyğunluğu
qanunların  reallaşdırılmasının  hüquqi  mexanizminin  tədqiqini,  hüquqi  ter-
min  və  təriflərin  aydınlığını,  boşluqların  olmamasını,  qanunun  mənası  və 
hər  hərfinin,  onların sərbəst  şərhini  istisna edən  bütövlüyünü  nəzərdə  tutan 
qanunvericiliyin mükəmməlliyi; mövcud qanunların təyinatının real gözləni-
lən sosial nəticələrə uyğunluğu, qanunların real icrasına əhalinin şüurlu ha-
zırlığını nəzərdə tutan qanunvericilik effekti.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə