Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə2/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   2   3   4   5   6   7   8   9   ...   109


ÖN SÖZ 
 
Mədəniyyət – insanın, cəmiyyətin və dövlətin tükənməz inkişaf mənbəyi-
dir.  Bu,  ölkənin  müstəqillik  və  sabitliyinin  əsası,  xalqın  həyat  rifahı  və 
keyfiyyətinin mənbəyi, dövlətin rəqabət qabiliyyətliliyi və təhlükəsizlik şər-
tidir.    
Azərbaycan mədəniyyətinin inkişafı hər zaman görkəmli siyasi və dövlət 
xadimi, cəmiyyətin və dövlətin rifahı naminə özünün titanik fəaliyyəti, ida-
rəetmə  mədəniyyəti  və  uğurları  ilə  bütün  dünyada  yüksək  nüfuz  qazanmış, 
Azərbaycan xalqının Ümümmilli lideri Heydər Əliyevin diqqət mərkəzində 
olmuşdur. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və  dünya xalqları 
arasında seçilir. Onlardan ən dəyərlisi, ən əhəmiyyətlisi – mədəniyyətdir”, - 
deyə o qeyd edurdi. Elmi və təhsili inkişaf etdirməyə, ziyalıların, istedadalı 
alimlər, şairlər, bəstəkarlar, rəssamlar, yazıçıların, artistlərin nüfuzunu yük-
səltməyə, Azərbaycan xalqının dilinin və mənəviyyatının inkişafına yardım 
etməyə çağıraraq, Heydər Əliyev hesab edirdi ki, məhz mədəniyyət bəşəriy-
yətin topladığı ən yaxşılarla xalqları zənginləşdirir.   
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ümummilli liderin 
siyasi kursunu davam və inkişaf etdirərək, özünün praktik fəaliyyəti ilə milli 
mədəniyyətə  -  təhsil,  elm  və  incəsənətin  inkişafına,  maddi  və  qeyri-maddi 
mədəni irsin qorunub saxlanmasına, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə 
və  beynəlxalq  əməkdaşlığa  böyük  töhfə  verir.  Onun  irimiqyaslı  dövlət  və 
beynəlxalq fəaliyyəti respublikanın davamlı sosial-iqtisadi inkişafına, xalqın 
rifahının yüksəldilməsinə, ölkənin şəhərləri və regionlarının heyranedici də-
yişikliklərinə yardım edir, bütün dünyada Azərbaycanın beynəlxalq nüfuzu-
nu və onun mədəni imicini möhkəmləndirir.  
Dövlətimizin  kursu  insanın  başlıca  hərəkətverici  qüvvəsinin  yüksək  ruhi 
mədəniyyətin  olduğunu  sübut  edən  dünya  sivilizasiyasının  inkişaf  qanunları 
ilə elmi əsaslanmışdır. Mədəniyyətin tərəqqisi, akkulturasiya və inkulturasiya 
yolu  ilə  insanların  kulturoloji  maarifçiliyinin  inkişafı,  onlara  insanın  inkişaf 
mahiyyəti, xüsusiyyətləri, nailiyyətləri və qanunları haqqında, milli və dünya 
mədəniyyəti  və  sivilizasiyasının  tarixi  haqqında  biliklərin  ötürülməsi  -  milli 
maraqlara cavab verən davamlı inkişaf yoludur. Mədəniyyətin düzgün anlamı 
insanların əqli və mənəvi inkişafı, həmçinin innovativ fəaliyyət üçün böyük 
imkanlar açır ki, onsuz Azərbaycan xalqı və dövlətinin rəqabət qabiliyyətli 
inkişafı mümkün deyil.  
Deyilənləri  nəzərə  alaraq,  Fuad  Məmmədovun  mədəniyyətin  inkişafına 
həsr  edilmiş  və  sistemli  kulturoloji  tədqiqatların  nəticələrinə  əsaslanmış 
“Kulturologiya,  mədəniyyət,  sivilizasiya”  monoqrafiyası  qloballaşma  və 



yeni çağırışlar şəraitində Azərbaycan cəmiyyətinin elmi təchizatı üçün mü-
hüm elmi və praktik əhəmiyyət kəsb edir. O, insanların elmi dünyagörüşü-
nün inkişafı və mədəni səviyyəsinin yüksəlişi üçün, həmçinin milli insan ka-
pitalının əsasını təşkil edən mütəxəssislərin və gənclərin professional və etik 
biliklərinin genişləndirilməsi və dərinləşdirilməsi üçün dəyərə malikdir. 
Kitab  kulturologiya  elmi və  onun  böyük  dəyişdirici  imkanları haqqında, 
mədəniyyət  və  sivilizasiya  fenomeni  haqqında  Azərbaycan  cəmiyyətində 
düzgün  elmi  təsəvvürlərin  yayılması  məqsədilə  hazırlanmışdır.  Bugün  bu 
fənlərarası xarakterli ensiklopedik zəngin biliklər, əvvəllər heç vaxt olmadı-
ğı qədər xalqımıza və gənclərimizə, sosial cəhətdən fəal vətəndaşlar olmaq, 
öz vətəndaşlıq  mədəniyyəti və vətənpərvərlik səviyyəsini  yüksəltmək üçün 
hər bir vətəndaşa və hər bir Azərbaycan ailəsinə lazımdır. Azərbaycan xalqı 
tərəfindən onların mənimsənilməsi “biliklər cəmiyyəti” və insan kapitalının 
inkişafına,  həmçinin  Azərbaycanda  multikulturalizm  siyasətinin  uğurla  hə-
yata keçirilməsinə yardım edəcəkdir.  
Əsərdə  milli  inkişaf  üçün  kulturologiyanın  mənbələri,  əsas  funksiyaları 
və  strateji  əhəmiyyəti  açıqlanır,  onun  universal  metodologiyası  və  tədqiqat 
metodları verilir, ölkənin modernləşdirilməsi üçün bu elmin əvəzsiz əhəmiy-
yəti,  dünya  mədəniyyəti  və  sivilizasiyasında  daimi  dəyişikliklər  və  qeyri-
müəyyənliklər kontekstində Azərbaycan cəmiyyətinin müasir mürəkkəb in-
kişaf  problemlərinin  təhlilinə  sistemli  yanaşmanın  aktuallığı  əsaslandırılır. 
Kitabda  ölkənin  başlıca  milli  sərvətini  və  insan  kapitalının  əsasını  təşkil 
edən mədəni insan formulu verilir, mədəniyyətin obyektiv-tarixi inkişaf fak-
torları  və  ruhi  istehsal  mexanizmləri  açıqlanır,  kulturogenez  mexanizmləri 
göstərilir, cəmiyyətin sosial-mədəni fenomeni olan iqtisadiyyatın mahiyyəti 
nəzərdən keçirilir.  
Mədəniyyət haqqında anlayış kontekstində mədəni dəyərlərin, etik, siya-
si, hüquq, idarəetmə mədəniyyətinin, insanların peşəkar etikası və məsuliy-
yət  mədəniyyətinin  mahiyyəti  və  əhəmiyyətini,  həmçinin  elitar  və  kütləvi 
mədəniyyətin  qarşılıqlı  proseslərini  açıqlayan  materiallar  böyük  dərkedici 
dəyərə malikdir. Sivilizasiya anlayışını, bəşəriyyətin mədəni tərəqqi, mədəni 
tənəzzül və sosial-mədəni inqilablarının mahiyyətini açıqlayan maraqlı ma-
teriallar təqdim olunur.     
Kitabın  üstün  cəhətlərindən  biri,  idarəetmə  mədəniyyəti  haqqında  də-
yərli  elmi  informasiyanı  ifadə  edən  bölmədir.  Burada  müəllif  tərəfindən 
başlıca elmi idarəetmə prinsipləri və təşkilati tipləri, əsas dövlət idarəçili-
yi  funksiyaları  və  problemləri,  həmçinin  uğura  nail  olmaq  yolları  və  da-
vamlı  inkişafı  təmin  edən  səmərəliliyin  artırılması  texnologiyaları  çox 
aydın şəkildə göstərilmişdir.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə