Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə20/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   16   17   18   19   20   21   22   23   ...   109

48 
Demokratik  ölkələrdə  dövlət  və  hüquqi  münasibətlərdə  hüquq  prioritet-
dir. Qanunun üstünlüyü hamı üçün, ilk növbədə, dövlət orqanları üçün əsas 
prinsipdir.  Hüquq,  yuridik  normalar  şəxsiyyətin  yüksək  hüquqi  statusunun, 
insanın ayrılmaz hüquqlarının yerinə yetirilməsinin, dövlət və sosial idarəçi-
liyin  demokratik  metodlarının  zaminidir.  Demokratik  ölkələrdə  hüquq  mə-
dəniyyətinin  əlamətlərinə,  hüquqi  münasibətlərdə  olan  subyektlərin  hüquq 
və vəzifələrinin ekvivalentliyi və tarazlığı kimi, bərabərliyi, azadlığı və əda-
ləti aid edirlər. 
Demokratik cəmiyyətdə hüquq mədəniyyətinin effektivliyi aşağıdakı şərt-
lərdən asılıdır: 

 
Hakimiyyətin müxtəlif şaxələrinin qarşılıqlı nəzarətini nəzər-
də tutan demokratik sistemin olması ilə; 

 
Hakimiyyət və cəmiyyət arasındakı münasibətləri nizamlayan 
və aşağıdakı funksiyaları yerinə yetirən ombudsman institutunun ol-
ması ilə: 
• vətəndaşların hüquqlarının müdafiəsi, şikayətlərinə və ərizələri-
nə baxılması; 
• illik və xüsusi məruzələrin hazırlanması; 
• insan hüquqlarının müdafiəsi üzrə qanunvericiliyin təkmilləşdi-
rilməsinə yardım; 
• hüquqi maarif və vətəndaş təhsilinin inkişafına yardım. 
 Demokratiya  dəyərlərinə  və  prinsiplərinə  əsaslanan  effektiv  sosial  və 
dövlət idarəçiliyini təmin edən hüquqi, etik və idarəçilik vəzifələri arasında 
aşağıdakıları qeyd etmək lazımdır: 

 
vətəndaşları  və  qanunun  aliliyini  təmin  etməyə  iqtidarı  olan 
vəzifəli şəxslər tərəfindən qanunvericiliyin və qanunların icra mədə-
niyyətinin müntəzəm olaraq təkmilləşdirilməsi;  

 
baza siyasi və inzibati sənədlərin şəffaflığı və idarəetmə siste-
mində onlardan düzgün istifadə edilməsi

 
vətəndaşların hüquqlarının ədalətli müdafiəsi, vəzifəli şəxslər 
tərəfindən  hakimiyyətdən  sui-istifadənin,  proteksionizm,  monopo-
lizm  və  korrupsiya  hallarının  aradan  qaldırılması,  bölgü  münasibət-
ləri mədəniyyətinin inkişaf etdirilməsi

 
ölkə vətəndaşları, həmçinin dövlət strukturları və vətəndaşlar 
arasındakı  ziddiyyətlərin,  münaqişələrin  və  mübahisələrin  ombuds-
man institutunun köməyi ilə yüksək hüquqi və etik tənzimlənməsi

 
dövlət  quruculuğu  və  idarəçiliyi  prosesləri  effektivliyinin  icti-
mai monitorinq proqramlarının işlənib hazırlanması və reallaşdırılması; 

 
demokratiya, sülh və vətəndaş cəmiyyəti mədəniyyəti, hüqu-


49 
qi, etik, idarəetmə, istehsal, məişət və gender mədəniyyəti problem-
ləri üzrə məmurlar və əhali üçün daim fəaliyyət göstərən kulturoloji 
maarifin təşkil edilməsi.  
Bütövlükdə cəmiyyət mədəniyyəti kimi, hüquq mədəniyyəti də, qiymətlən-
dirmə  prinsipləri  və  meyarlarındən  asılı  olaraq,  yüksək,  orta  və  aşağı  hüquq 
mədəniyyəti kimi interpretasiya edilə bilər. Yüksək hüquq mədəniyyəti - hü-
ququn, ədalətin və hüquq qanunlarının faydalılığının məntiqə uyğunluğunu və 
labüdlüyünü dərk etməyə, hüquqi biliklərin əqidəyə çevrilməsinə səbəb olur. 
Hüquq intizamı vətəndaşların hüquqi əqidəsi ilə rəsmi hüquq normalarının ey-
niliyini tələb edir.  
Cəmiyyətin  hüquqi  sistemi,  bir  çox  cəhətdən  siyasi-hüquqi  firkin  və  hü-
quq elminin  yaradıcı nailiyyətlərinin inkişaf səviyyəsindən, daxili və xarici 
tələbatlara uyğun dəyişən dövlət və hüquq nəzəriyyəsinin, həmçinin əhalinin 
hüquq təhsili və maarifinin səviyyəsindən asılıdır. 
 
Siyasi mədəniyyət 
 
Müasir  kulturologiyanın  elmi  maraq  obyektlərindən  biri  cəmiyyətin  və 
dövlətin  siyasi  mədəniyyətidir.  Sistemli  kulturoloji  təhlilin  görüş  dairəsinə 
elmi biliklər və metodlar, dövlət quruculuğu və idarəçiliyinin təcrübə və tex-
nologiyaları, siyasi həyatı nizamlayan və dövlət hakimiyyətinin effektiv fəa-
liyyətini təmin edən institutlar sisteminin fəaliyyəti, dövlət müəssisələri, si-
yasi  partiyalar  və  ictimai  təşkilatların  fəaliyyətinə  toxunan  ziddiyyətlər  və 
dəyişikliklər daxildir. 
Siyasi  mədəniyyət  -  müəyyən  məqsədlərə  nail  olma  maraqlarında  sosial 
qruplar,  millətlər  və  dövlətlər  arasında  münasibətlərin  nizamlanmasına  yö-
nəldilmiş xüsusi elmi biliklər, texnologiyalar və fəaliyyətdir. O, vətəndaşla-
rın siyasi biliyi, bacarığı, mütəşəkkilliyi, etikası, fəaliyyəti və hərəkətlərinin 
qiymətləndirmə keyfiyyəti, səviyyəsi və xarakterinihəmçinin siyasi müna-
sibətləri və siyasi həyatı nizamlayan siyasi dəyərlər, normalar və ənənələrin 
məcmusunu əks etdirir. Siyasi mədəniyyət mühüm sosial-siyasi funksiyaları 
yerinə  yetirən  dövlət,  konstitusiya,  ölkə  qanunları,  siyasi  partiyalar,  ictimai 
təşkilatlar  kimi  və  permanent  inkişaf  etmiş  institutların  fəaliyyətində  ifadə 
olunur.  Onun  əlavə  sahəsi  həm  də  millətlər,  etnoslar,  dini  konfessiyalar, 
“maraq qrupları”, beynəlxalq cəmiyyətdir. 
Dövlət institutlarını, siyasi partiya və ictimai təşkilatları daxil edən cəmiyyə-
tin siyasi sistemi, dövlət hakimiyyətinin fəaliyyətini təmin edir və ölkənin siyasi 
həyatını tənzimləyir. Cəmiyyətin siyasi mədəniyyəti - Dövlət Konstitusiyası və 
milli qanunvericilikdə möhkəmləndirilmiş hüquq normaları çərçıvəsində, həm-


50 
çinin milli və ümumbəşəri mədəniyyətin dəyərlər sisteminə, beynəlxalq hüquq 
və beynəlxalq hüquqi aktlara uyğun olaraq inkişaf edir. Siyasi mədəniyyət onun 
daşıyıcıları rolunda çıxış edən insanların siyasi tələbatları və maraqlarının, onla-
rın  siyasi  hakimiyyətin  mövcud  mexanizminə  münasibətinin  ümumiliyini  nə-
zərdə  tutur.  Cəmiyyətin  siyasi  mədəniyyəti  əsasən  ümummədəni  keyfiyyətlərlə, 
cəmiyyət  və  dövlət  qarşısında  duran  vəzifələrin  həllində  vətəndaşların  siyasi 
mövqeyi, təşəbbüsü və fəallığı, müstəqilliyi, məsuliyyəti və mobilliyi ilə, onla-
rın öz davranışını könüllü olaraq demokratik dövlətin siyasi norma və institutla-
rına tabe etmə bacarığı və arzusu ilə müəyyən edilir. Siyasi xarakterli insan mü-
nasibətlərinin əsasında fərdi, ictimai, milli, dövlət, partiya, kommersiya, iqtisa-
di, dini, qrup və digər maraqlar durur. 
Dövlətin  siyasi  mədəniyyəti,  dövlət hakimiyyətinin  yerinə  yetirilməsinin 
sabitliyi  və  effektivliyinin,  qanunvericiliyin  və  dövlət  idarəetmə  aparatının 
davamlı olaraq təkmilləşdirilməsinin, düzgün siyasi qərarların qəbulu və on-
ların cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrinə vaxtında tətbiqinin, 
xalqın özünüidarə mədəniyyətinin inkişafı, cəmiyyətin davamlı inkişafı, təh-
lükəsizliyi  və  tərəqqisinin  təminatçısı  olan  dövlətin  möhkəmləndirilməsini 
nəzərdə tutur. Onun əsas problemi dövlət quruculuğu və idarəçiliyi məqsəd-
lərinin, fəaliyyət məzmununun, elmi və ideoloji əsaslarının, forma və texno-
logiyalarının  təyin  edilməsi,  daxili  və  xarici  siyasətin,  xarici  ölkələrlə  bey-
nəlxalq münasibətlərin həyata keçirilməsi ilə bağlı olan dövlət hakimiyyəti-
nin  təşkil edilməsidir.  Cəmiyyətin  inkişaf  tələblərinə,  daxili  və  xarici  dəyi-
şikliklərə, dünya mədəniyyəti və sivilizasiyasının çağırışlarına uyğun olaraq
demokratik  dövlət,  vətəndaşların,  milli  maraqların  təmininə  yönəldilmiş, 
dövlət quruculuğu və idarəçiliyi proseslərinə geniş surətdə cəlb edilməsini, 
dövlət və ictimai işlərin idarə edilməsində həmkarlar ittifaqları və qeyri-hö-
kumət təşkilatlarının rolunun artırılmasını nəzərdə tutur.  
Dövlətin siyasi institutlarının əsas funksiyaları bunlardır: tərbiyəvi, tən-
zimləyici və qoruyucu. Tərbiyəvi funksiya - dövlət və sosial idarəetmə prose-
sində iştirak edən vətəndaşların siyasi mədəniyyət və siyasi şüurunun, səriş-
təliliyinin lazımi səviyyəsinin formalaşdırılmasını nəzərdə tutur. Tənzimləyi-
ci  funksiya -  idarəetmə  orqanlarının  fəaliyyətinə  monitorinq yolu  ilə  vətən-
daşların siyasi prosesə pozitiv təsirinin təmin edilməsini nəzərdə tutur. Qo-
ruyucu  funksiya  -  cəmiyyət  tərəfindən  müdafiə  olunan  dövlət  quruluşunun 
siyasi dəyərlərinin qorunmasını nəzərdə tutur.  
Demokratik dövlətin siyasi mədəniyyətinin mühüm vəzifəsi - cəmiyyətin rifa-
hı və həyat keyfiyyətinin əsası olan rəqabət qabiliyyətli iqtisadiyyatın inkişafı, 
habelə ölkədə idarəetmə, hüquq, etik, intellektual və informasiya mədəniyyəti-
nin qabaqlayıcı inkişafının təmin edilməsidir. Siyasi demokratiya mədəniyyəti-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə