Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə22/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   18   19   20   21   22   23   24   25   ...   109

54 

 
ildə adambaşına işlədilən enerjinin miqdarı; 

 
insanın inkişafı məqsədilə, vasitəsilə enerji əldə edilən texnoloji 
vəsaitlərin effektivliyi

 
insanın tələbatlarının təmin edilməsi üçün istehsal obyektləri və 
xidmətlərinin həcmi. 
Bu amillərin təhlili əsasında onun tərəfindən mədəniyyətin rolunu rifahın 
yüksəldilməsinin texnoloji amili kimi aşkar edən mədəniyyətin təkamül qa-
nunu və ya “Uayt qanunu” formulə edildi. Bu qanuna görə əhalinin adam-
başına  istehsal  olunan  malların  və  insanın  tələbatlarının  ödənilməsi  üçün 
xidmətlərin  sayına  əsasən  ölçülən  mədəniyyətin  inkişaf  səviyyəsi  -  əhalinin 
adambaşına istehsal edilən enerji ilə və vasitəsilə bu enerjinin istifadə olun-
duğu texnoloji vəsaitlərin effektivliyi ilə müəyyən edilir.  
Uayt tərəfindən  mədəniyyətin  yeni  dünya”,  ekstrosomatik  (yəni  insanın 
bioloji  təbiəti  üzərində  duran)  dünya  kimi  kəşf  edilməsi  elmdə  əhəmiyyətli 
addım oldu. O, mədəniyyətin düzgün dərk edilməsi və onun əsasında duran 
imkanların insanın inkişafı maraqlarında istifadəsi üçün zəmin yaratdı. Uay-
tın  tədqiqatlarının  fundamental  nəticələrindən  biri  –  mədəniyyətinin  dəyiş-
məsi ilə insanın davranışının dəyişilməsi haqqında xülasə idi (B=f(C)). Mü-
əllif əmin idi ki, o nə vaxtsa elm tarixində Kopernikin heliosentrik nəzəriy-
yəsi və ya bütün həyat formalarının hüceyrə əsasının kəşfi kimi yüksək qiy-
mətini qazanacaqdır.  
Əsərləri sosial təkamül nəzəriyyəsinin başlanğıcı olan antik müəlliflərin, 
həmçinin Teylor, Morqan, İbn Haldun, Kant, Herder, Kont və digər alimlə-
rin yanaşmalarına əsaslanaraq, Uayt, mədəniyyətin tədqiqi üçün ardıcıl, pil-
ləli  inkişaf  prinsipinə  əsaslanan  yeni  metodologiya yaratdı.  Tarixi,  məntiqi 
və təkamül təhlilinin prinsiplərini əldə rəhbər tutaraq, o, mədəniyyətin bütöv 
sistem kimi tədqiqində üç prosesi ayırd etdi:  
1.
 
Zaman prosesi, tək-tək hadisələrin nadirliyi ilə fərqlənən xro-
noloji ardıcıllıq; 
2.
 
Formal proses, burada hadisələr zamandan xaric, struktur və 
funksional aspektlərdə təqdim edilir; 
3.
 
Formal-zaman  prosesi,  burada  hadisələr,  onların  ümumi  xü-
susiyyətlərini, universallıqlarını aşkar etməyə imkan verən proqressiv 
dəyişən formaların zaman ardıcıllığı halında təqdim edilir.  
Buna uyğun olaraq o, mədəniyyətin təfsirinin üç üsulunu təklif edir: tari-
xi, funksional və təkamül. 
Həyat Uaytın kəşfinin düzgünlüyünü və onun yaratdığı elmin - mürəkkəb 
elmi və praktik problemlərin, ənənəvi humanitar və sosial elmlərin imkanla-


55 
rı  çərçivəsindən  kənara  çıxan,  keyfiyyətcə  yeni  səviyyədə  məntiqi  həllinə 
qabil olan kulturologiyanın yüksək dəyərini təsdiq etdi.  
Etnologiya,  antropologiya,  psixologiya  və  sosiologiya  materiallarının 
məntiqi  analizi  və  sintezi  əsasında,  Uayt  lokal  mədəniyyətlərin  komparativ 
təhlilindən - ümumbəşəri mədəniyyətin inkişaf qanunauyğunluqlarının aşkar 
edilməsinə yol açdı. Amerika aliminin xidmətləri ondan ibarətdir ki, mədə-
niyyətin yeni anlayışı onun tərəfindən ilk dəfə elmi tədavülə daxil edildi, kul-
turologiyanın  predmet  sahəsi  müəyyən  olundu,  mədəniyyət  haqqında  elm 
üçün “kulturologiya” termininin istifadəsi əsaslandırıldı, təkamül konsepsi-
yası yenidən mənalandırıldı və bəşər mədəniyyətini bütöv sistem kimi tədqiq 
etməyə imkan verən sistemli yanaşma təklif edildi.  
 
A. Maslounun mədəniyyət və insan konsepsiyası 
 
 “Mədəniyyət və insan” humanist konsepsiyasının müəllifi, mədəniyyətin 
öyrənilməsinin yeni metodu olan transpersonal psixologiyanın banisi, Ame-
rika  alim-psixoanalitiki  Abraham  Maslou  (1908-1970)  mədəniyyəti  insanın 
tələbatları prizmasından təhlil edir.  
Lesli Uaytın əsas ideyalarını inkişaf etdirərək və tamamlayaraq, A. Mas-
lou  mədəniyyətin  təkmilləşdirilməsi  ölçüsü  kimi,  onun  insanın  tələbatlarını 
təmin  etmək  və  şəxsiyyətin  potensial  bacarıqlarının  sosial  reallaşdırılması 
üçün əlverişli şərait yarada bilmək qabiliyyətini müəyyən etdi.  
Maslounun məntiqi baxımdan qüsursuz konsepsiyası onun tərəfindən mə-
dəniyyətin  müxtəlif  sosial  institutlarının  dərk  edilməsinə  imkan  verən  uni-
versal həyat fəlsəfəsi kimi təklif edilmişdir. Xolizm fəlsəfəsini (xolizm – ta-
mın daha böyük olduğunu güman edən bütövlük, tamlıq fəlsəfəsidir; o, nə-
zərdən  keçirilən  hadisənin  hərtərəfli  müəyyən  edilməsini  nəzərə  almanı  və 
istənilən birtərəfli  yanaşmaya tənqidi münasibəti ifadə edir) əldə rəhbər tu-
tan alim, tələbatların beş səviyyəsini nəzərdən keçirir: 
• fizioloji tələbatlar; 
• özünü qoruma, təhlükəsizlik və sülh tələbatları; 
• məhəbbət və birlikdə olma tələbatları; 
• özünütəsdiq və tanınma tələbatları; 
• yaradıcılıq vasitəsi ilə özünü aktuallaşdırma və təkmilləşdirmə tələbatları. 
Maslou tərəfindən işlənib hazırlanmış “ideal cəmiyyət” modeli, mədəniyyə-
tin sosial institutlarının humanist dəyişdirilməsi və insanların şüurunun dəyiş-
dirilməsi yolu ilə - insanın harmoniyası, təhlükəsizliyi, qabiliyyətlərinin maksi-
mal inkişaf imkanı və özünü reallaşdırma prinsipləri üzərində qurulmuşdur.  
 


56 
SİVİLİZASİYA HAQQINDA ANLAYIŞ 
 
Sivilizasiya  anlayışı.  Sivilizasiyanın  konsepsiyaları  və  xüsusiyyətləri. 
Mədəni tərəqqi və mədəni tənəzzül. Sosial-mədəni inqilablar.  
 
Sivilizasiya anlayışı 
 
Sivilizasiya  –  şəhər  həyat  tərzi,  dövlətçilik  və  dövlət  idarəçiliyinın 
əmələ gəlməsi, təhsilin, təşkil olunmuş maddi istehsalın və pul tədavülü-
nün,  hüquq  və  beynəlxalq  münasibətlər  institutlarının  inkişafı  ilə  bağlı 
olan,  mədəniyyətin  inkişafının  müəyyən  tarixi  pilləsidir.  Sivilizasiya  hə-
yat fəaliyyətinin forma və texnologiyalarının nisbətən statikliyi və sabit-
liyi  ilə  fərqlənən,  yaradılmış  bir  sıra  sosial  mədəniyyət  institutlarını 
özündə təcəssüm etdirir. Sivilizasiyanın mədəniyyətdən əsas fərqi onda-
dır  ki,  sivilizasiya  çərçəvəsi  daxilində  insanın  və  cəmiyyətin  irəliləyən 
inkişafını  təmin  edən  mədəniyyətlə,  onun  qabaqcıl  xarakteri  ilə  yanaşı, 
həm də destruktiv proseslər yer alır.  
Antik tarixi konsepsiyalarda mədəni tərəqqi ideyası ardıcıl olaraq irəli 
sürülürdüsə  də,  bu  təkamül  sırasında  sivilizasiyanın  formalaşması  ilə 
bağlı sərhədin aydın göstərilməsi hələ yox idi. “Mədənəiyyət” sözü kimi, 
“sivilizasiya” sözünü də ilk dəfə qədim romalılar işlətmişlər. Bu terminlə 
onlar, öz inkişaf səviyyəsinə görə barbarların primitiv səviyyəsinı və ya-
şayış tərzini üstələyən şəhər həyat tərzini ifadə edirdilər. Yaradıcı və qu-
rucu prosesi ifadə edən “mədəniyyət” anlayışından fərqli olaraq “siviliza-
siya” anlayışı, bəşər tarixinin  müxtəlif  dövrlərində ona xas olan neqativ, 
dağıdıcı prosesləri dialektik olaraq özündə birləşdirən tarixi sosial-mədə-
ni  birliyi  göstərir.  Ötən  minilliklərdə  sivilizasiyanın  zirvələrinə  aparan 
çətin yolu qan selləri al qana boyamışdı, zorakılıq, amansızlıq və dağıntı-
lar,  “antimədəniyyət”  təzahürləri  kimi,  müasir  sivilizasiyalı  dünyada  da 
yer almışdır. Bununla  yanaşı cəmiyyətin keyfiyyət vəziyyəti və səviyyə-
sini,  ona  daxil  olan  mədəniyyətlərin  inkişaf  tarixinin  qeyri-bərabərliyini 
əks etdirən sivilizasiya, tərəqqi yolu ilə irəliləyişin ümumi tendensiyala-
rına malik bəşəriyyətin mədəni inkişaf prosesinin ümumdünya-tarixi vəh-
dətini təsdiqləyir.  
“Sivilizasiya”  sözünün  kökü  latın  mənşəlidir,  “civis”  –  vətəndaşlıq, 
şəhər əhalisi, vətəndaşlar, cəmiyyət mənasını ifadə edir. O, Avropa elmi 
və  ədəbiyyatının  istifadəsinə  yalnız  XVIII  əsrdə  daxil  olmuşdur  və  ilk 
əvvəl mədəni inkişafın ümumi səviyyəsini ifadə edirdi. Bu anlayışa, əhə-
miyyətli  dərəcədə  davranış,  ədəb,  nəzakət  normaları  da  daxil  edilirdi  ki, 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə