Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə23/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   19   20   21   22   23   24   25   26   ...   109

57 
bu,  bizim  günlərdə  də  “sivil  insan”  ifadəsində  saxlanmışdır.  İ.  Kant,      
O. Şpenqler, A. Toynbi, M. Veber, F. Koneçnı, L. Qumilev, L. Meçnikov 
və  digər  alimlər,  sivilizasiyanın  mahiyyətini,  onun  mədəniyyətdən  əsas 
fərqlərini göstərməyə cəhd edərək, müxtəlif cür nəzərdən keçirirdilər.  
 
Sivilizasiyanın konsepsiyaları və xüsusiyyətləri 
 
XIX əsrin 20-30-cu illəri üçün “sivilizasiya” anlayışı böyük dövrlərin, 
xalqların çox böyük nailiyyətlərinin, insan tərəfindən yaradılan hər şeyin 
sintetik ifadəsi üçün daha tez-tez istifadə olunmağa başladı. Bu anlayışın 
yayılması  və  möhkəmlənməsi  fransız  tarixçisi  F.  Gizonun  əsərləri,  həm-
çinin ingilis tarixçisi Q. Boklun Avropa, Fransa və İngiltərədə sivilizasi-
ya  tarixinə həsr olunmuş əsərləri böyük rol oynamışdır. XIX əsrin əvvə-
lində  F.  Gizo  tərəfindən,  bütövlükdə  bəşəriyyətin  sosial-mədəni  nailiy-
yətlərinin  məcmusu  kimi  vahid  ümumbəşəri  sivilizasiyanın  və  ayrı-ayrı 
xalqların, ölkə və regionların etno-milli nailiyyətlərini və xüsusiyyətləri-
ni  əks  etdirən  lokal  sivilizasiyaların  real  həyatda  eyni  zamanda  mövcud 
olduğunu  göstərmək  məqsədini  daşıyan,  sivilizasiyanın  etno-tarixi  kon-
sepsiyası formulə edildi. XX əsrdə: unitar, stadial (mərhələli) və lokal-ta-
rixi kimi üç əsas yanaşma qəbul edildi. Bu dövrdə sivilizasiyanın “etnoq-
rafik”  konsepsiyası  formalaşmağa  başladı  ki,  onun  mahiyyəti,  hər  bir 
xalqın öz sivilizasiyasına malik olması haqqında təsəvvürlərə aparırdı. 
Sivilizasiyaların  dövriləşdirilməsinə  də  müxtəlif  alimlər  və  mütəfək-
kirlər  -  H.V.F.  Hegel,  S.  Solovyov,  K.  Marks,  K.  Yaspers,  M.  Veber,     
P. Çaadayev, N. Berdyayev, R. Genon, M. Petrov və başqaları tərəfindən 
çoxsaylı  yanaşmalar  mövcuddur.  Bunların  arasında  ən  geniş  yayılanı     
K. Yaspersin “məhvər sivilizasiyalar” konsepsiyasıdır ki, o b.e.ə. I minil-
liyin  ortalarını  arxaik  dövrün  mifoloji  təfəkkürünü  əvəz  edən  fəlsəfənin 
dominantlığına əsaslanan yüksək ruhi mədəniyyət səviyyəli “məhvər” si-
vilizasiyaların başlanğıc nöqtəsi hesab edirdi.  
Q. Çayld ilk sivilizasiyaların on əlamətini formulə etdi. Onlara aşağı-
dakılar aid edilirdi: şəhərlər; monumental ictimai tikililər; vergi və ya xə-
rac; ticarəti daxil etməklə, intensiv iqtisadiyyat; sənətkar-mütəxəssislərin 
ayrılması; yazı; elmin rüşeymləri; inkişaf etmiş incəsənət; imtiyazlı sinif-
lər; dövlət. K. Klakxon ilk sivilizasiyaların yalnız üç əsas əlamətini ayır-
mışdır: monumental memarlıq; şəhərlər; yazı. 
Lokal-tarixi  sivilizasiyaların  fərqləndirici  xüsusiyyətlərinə  aiddir:  tə-
bii-coğrafi  şərait;  cəmiyyətin  sosial-mədəni  kodu;  din;  həyat  tərzi;  elmi-
texnoloji inkişafın xarakteri; təşkilat və idarəçilik texnologiyaları; hüquqi 


58 
sistem; etnik tarixin xüsusiyyətləri. Şərq və Qərb özünün mədəni inkişaf 
xüsusiyyətlərinə  malikdir.  Şərqdə  mədəniyyət  simvolu  -  ənənəvi  mədə-
niyyət, ruhi ikişafın əsası (Hegelə görə) – din, Şərq sivilizasiyasının əsası 
isə dövlətdir. Şərq ənənəvi-mühafizəkar mədəniyyət dayaqlarının ilk dəfə 
formalaşdığı  dünya  sivilizasiyasının  və  insan  mədəniyyətinin  beşiyi  he-
sab edilir. Sosial və dini normalar, əxlaqi və hüquqi standartlar çox vaxt 
padşahın,  fironun  və  ya  imperatorun  şəxsiyyətində  cəmləşirdi.  Bununla 
yanaşı  kollektivçi  və  əsasən  ənənəvi  və  dini  mədəniyyətin  xarakterik  ol-
duğu Şərqdə əksər hallarda mənəvi (ailə), bədii, ekoloji, həmçinin sosial-
iqtisadi və sahibkarlıq dəyərlərinə üstünlük verilirdi. Qərbdə mədəniyyət 
simvolu - yenilikçi mədəniyyət, ruhi inkişafın əsası – fəlsəfə, Qərb sivili-
zasiyasının əsası – insandır. Qərb ölkələrində etik mədəniyyətin prioritet 
dəyərləri – şəxsiyyətə hörmət, məsuliyyət və dürüstlükdür, Şərq ölkələrin-
də  -  böyüyə  hörmət,  sədaqət  və  dözümdür.  Qərbdə,  ona  xas  fərdiyyətçi, 
yenilikçi və dünyəvi mədəniyyətlə, bir qayda olaraq intellektual, texnolo-
ji,  hüquqi,  etik,  siyasi,  sosial-iqtisadi  və  ekoloji  dəyərlərə  üstünlük  veri-
lir.  Qərb  mədəniyyətinin  insana  yönəldilmiş  ardıcıl  inkişafının  nəticəsi  - 
azad  şəxsiyyətin  və  demokratiyanın  formalaşmasıdır,  ən  mühüm  nailiy-
yəti  isə  insanın  inkişafına,  texnoloji  və  sənaye  tərəqqisinə  imkan  verən 
elmin  mədəniyyətin  müstəqil  sosial    institutu  kimi  təşəkkül  tapmasıdır. 
Bəşəriyyətin  müasir  inkişaf  dövrü  qanunauyğunluqlarından  biri  ondan 
ibarətdir ki, Şərq ilə Qərb arasındakı mədəni mübadilənin daimi dialektik 
prosesi,  dünya  mədəniyyəti  və  sivilizasiyasının  demokratlaşması  və  qlo-
ballaşması müxtəlif ölkələr, xalqlar və fərdlərin mədəni paradiqmalarının 
dəyişməsinə təsir göstərir.  
Alman  kulturoloqu  Osvald  Şpenqler  tərəfindən  lokal  sivilizasiyalara: 
Antik, Qərbi Avropa, Ərəb, Misir, Babil, Hind, Çin, Mayya mədəniyyət-
ləri  aid  edilirdi.  İngilis  kulturoloqu  Arnold  Toynbi  tərəfindən  aşağıdakı 
lokal  sivilizasiyalar  ayrılmışdır:  Şumer-Akkad,  Misir,  Suriya,  İnd,  Çin, 
Hind,  Egey,  Antik,  Qərbi,  Pravoslav,  İslam,  And,  Mərkəzi  Amerika.      
A.  Toynbinin  sivilizasiyaların  tarixi  dövranı  konsepsiyasına  uyğun  ola-
raq,  lokal  sivilizasiyaların  əsasında  etnik  və  ya  dil  mənsubiyyəti  deyil, 
dini mənsubiyyət dururdu.  
 
 
Mədəni tərəqqi və mədəni tənəzzül 
 
Dünya sivilizasiyası üçün mədəni inkişafın həm zaman, həm də məkan 
daxilində təbii qeyri-bərabərliyi xarakterikdir. Bəşəriyyətin sosial-mədə-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə