Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə25/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   21   22   23   24   25   26   27   28   ...   109

61 
Üçüncü yanaşma yenə də yeni eradan əvvəl birinci minilliyin ortalarına tə-
sadüf edən, mədəni tərəqqini insanın özünün yaradıcıılığı kimi nəzərdən keçi-
rən əks baxışları nümayiş etdirir. B.e.ə. V əsrin əvvəllərində Ksenofan təsdiqlə-
yirdi ki, “Başlanğıcdan allahlar insanlara hər şeyi aşkar etməmişlər, lakin insan-
lar  tədricən,  axtararaq,  daha  yaxşını  tapırlar.”  Bu  fikir  qədim  dünyanın  böyük 
materialisti,  atomistika  nəzəriyyəsinin  banisi,  qədim  yunan  filosofu  Demokrit 
tərəfindən öz ardıcıl inkişafını tapmışdır. Demokrit cəmiyyətin inkişafının əsas 
hərəkətverici  qüvvəsinin  ehtiyac,  zərurət  və  tələbat  olduğunu  hesab  edirdi. 
İnsanın  heyvani  həyat  tərzi  səviyyəsindən,  onun  müasiri  olduğu  Yunanıstan 
mədəniyyəti  səviyyəsinə  qədər  insan  təkamülünə  Demokritin  baxışları  tarixçi 
Diodor  tərəfindən  şərh  edilmişdir,  bunun  ardınca  isə  Lukretsi  Karın  “Şeylərin 
təbiəti  haqqında”  poemasında  öz  parlaq  təcəssümünü  tapmışdır.  Bu  məşhur 
əsərdə  zooqoniya  və  antropoqoniyadan  sonra  ibtidai  insanın  həyatı  və 
mədəniyyətinin  -  dil,  hüquq  və  din  kimi  mühüm  təzahürlərinin  mənşəyi 
xarakterizə edilmişdir.  
 
Sosial-mədəni inqilablar 
 
Qeyri-bərabər inkişafın daimi dialektik prosesini ifadə edən bəşəriyyə-
tin  mədəni  təkamül  prosesində  hərdənbir,  öz  mahiyyətinə,  mənasına  və 
bəşəriyyətin tarixi taleyinə təsirinə görə müxtəlif olan sosial-mədəni inqi-
lablar baş verir. Qlobal (epoxal), regional və ya lokal xarakter daşıyan bu 
inqilablar, hər şeydən əvvəl, ideoloji, maarifçi və texnoloji xarakterli və-
zifələr  qoyur  və  həll  edir.  Onlara:  milli  maraqlara,  zamanın  tələblərinə 
cavab  verən  və  dünya  mədəniyyəti  təcrübəsi,  elm,  texnika  və  texnologi-
yanın tərəqqisini labüd olaraq nəzərə alan  yeni ideologiyanın yaranması; 
iqtisadi inkisafı və bütün cəmiyyətin rifahını təmin edən dövlət idarəçili-
yinin  yeni  formaları;  şəxsiyyətin  elmi  dünyagörüşünün  formalaşmasına 
səbəb olan, xalq kütlələrinin təhsili, tərbiyəsi və maarifində yeniliklər və 
s. aiddir. Bu vəzifələrın yerinə yetirilməsi dövlət tərəfindən uyğun hüqu-
qi  sənədlər,  təşkilati  tədbirlər  və  maliyyə  şəraiti  ilə  təmin  edilir.  Sosial-
mədəni  inqilabların  ümumi  xüsusiyyəti  odur  ki,  onların  hamısı  bu  və  ya 
digər formada insan şüurunun, intellektinin inkişaf məhsuludur, insan dü-
hasının  nailiyyətləridir.  Dünya  mədəniyyəti  tarixində,  bu  və  ya  digər  in-
tellektual və mənəvi yeniliklərə əsaslanan, paleolit, aqrar, intellektual, di-
ni-mənəvi, elmi, sənaye, elmi-texniki və digər inqilablar məlumdur.  
50-40  min  il  bundan  əvvəl  olan  paleolit  inqilab,  antropogenezdən  so-
siogenezə keçid və “Homo Sapiens” tipli insanın yaranması ilə xarakteri-
zə edilmişdir.  


62 
B.e.ə.  8-5-ci  minilliklərdə  baş  verən  aqrar  (neolit)  inqilab  müəyyən 
fərqli  əlamətlərə  malikdir.  Onlara  aiddir:  qida  məhsullarının  istehsalı  və 
yığmadan (meyvə və s.) istehsal iqtisadiyyatına keçid; təsərrüfat və sosial 
təşkiletmə  və  idarəetmə  təcrübəsinin  toplanması;  sosial  institut  olan  el-
min  ilk  rüşeyminin  formalaşması;  sosial-siyasi  şəraitin  dəyişməsini  əks 
etdirən  yeni  ideoloji  qanunların  yaradılması;  mədəniyyətin  epoxal  tipini 
parlaq  ifadə  edən  və  bəşəriyyətin  inkişafında  tarixi  qanunauyğunluq  ki-
mi,  keyfiyyətcə  yeni  mərhələnin  -  sivilizasiyanın  yaradılmasına  gətirib 
çıxaran aktiv kulturogenez prosesinin başlanğıcı. 
B.e.ə.  IV-III  minilliklərdəki  qlobal  sosial-mədəni  inqilab,  tarixən  öz 
inkişaf formasını keçirmiş ibtidai cəmiyyətdən bəşəriyyətin ilk sivilizasi-
yalarının  yaranmasına keçidə - Şumer, Misir, Çin, Hindistan və digər si-
vilizasiyalarda dünya mədəniyyətinin qızıl fonduna daxil olan yazı siste-
minin  meydana  çıxmasına  gətirib  çıxarmışdır.  O,  informasiya  və  yazının 
(ilk intellektual  (informasiya) inqilab) inkişafı və yayılması, sinfi cəmiy-
yət və dövlət kimi sosial mədəniyyət institutlarının yaranması, sosial iye-
rarxiyaya  əsaslanan  hakimiyyətin  institutlaşdırılması  və  dövlət  idarəçilik 
sisteminin  yaradılması  ilə  müşayiət  edilirdi.  Bu  inqilabi  prosesdə:  təlim 
və  təhsilin  təşkili,  hüquqi  sistemlərin  və  dini  dünyagörüşü  qanunlarının 
yaradılması, elmin rüşeymləri, incəsənət, dini ayin, tibbi fəaliyyət, xarici 
siyasət və s. institutlarının yaradılması baş verirdi. Onun mühüm göstəri-
ciləri  aşağıdakılar  idi:  metallurgiya,  tikinti,  istilik  texnikası,  dulusçuluq 
istehsalında və iqtisadiyyatın digər sahələrində texnoloji tərəqqinin tətbiq 
edilməsi; ictimai istehsalın təşkili və idarə edilməsinin gələcək inkişafı – 
kooperasiya,  əmək  bölgüsü  və  ixtisaslaşma;  daxili  və  beynəlxalq  əlaqə 
vasitələrinin,  hər  şeydən  əvvəl,  çarxlı  miniklərin  və  gəmiqayırmanın  ge-
nişləndirilməsi hesabına əsaslı surətdə yaxşılaşdırılması. İlk sivilizasiya-
ların yaranması ilə nəticələnən qlobal inqilab üçün: əməyin ardıcıl bölün-
məsi - əqli əməyin fiziki əməkdən, sənətin əkinçilikdən ayrılması; müba-
dilə  və  ticarətin  genişləndirilməsi;  təcrübənin  toplanması,  möhkəmləndi-
rilməsi  və  ötürülməsi,  onun  fərdidən  sosiala  çevrilməsi;  yenilikçi  mədə-
niyyətin mühafızəkar mədəniyyətdən üstünlüyü də xarakterik idi. 
B.e.ə. II minilliyin sonunda ilk dini-mənəvi inqilabların rəmzləri bun-
lar  idi:  Mərkəzi  Asiyada,  İranda  və  Qafqazda  Zərdüştlüyün  təşəkkülü; 
Misirdə  Exnaton  dini  islahatı;  Babilistanda  arxaik  dini  təsəvvürlərin  kö-
kündən dəyişilməsinə və yeni dini sistemlərə keçidə səbəb olan monote-
izmin meydana çıxması.  
Kitabın  kəşfi  ilə  əlaqədar  ikinci  informasiya  inqilabı  əvvəlcə  Çində, 
yeni eradan əvvəl, təqribən 1300-cü ildə baş vermişdir. 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə