Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə28/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   24   25   26   27   28   29   30   31   ...   109

68 

 
Müstəqil  respublikaların  dövlət,  iqtisadi  və  sosial  idarəçilik 
sisteminin permanent inkişafı və təkmilləşdirilməsi ilə. 

 
Dövlət  istehsal  müəssisələrinin  effektivliyi  və  rəqabət  qabi-
liyyətinin artırılması ilə.  

 
Liderlik  mədəniyyəti,  ailə  idarəçiliyi  mədəniyyəti  və  özünü-
idarə bacarığının təkmilləşdirilməsi ilə. 

 
Vətəndaş  cəmiyyətinin  inkişafı  və  sosial  və  dövlət  idarəçili-
yində onun rolunun gücləndirilməsi tendensiyaları ilə.  

 
 Azərbaycanda  “Biliklər  cəmiyyəti”  və  “Biliklər  iqtisadyyatı”nın 
qurulması ilə. 
Dövlət  idarəçiliyi  mədəniyyətinin  əsas  elmi  problemlərinə  aşağıdakılar 
aiddir: dövlət idarəçiliyinin təşkili və fəaliyyəti, dövlət aparatı vəzifələrinin 
formalaşdırılması  və  harmonizasiyası,  alternativ  idarəetmə  modellərinin  iş-
lənib  hazırlanması,  dövlət qərarlarının  hazırlanması  və  qəbul  edilməsi,  ida-
rəçilik  fəaliyyətinin  struktur  və  mexanizmlərinin  təkmilləşdirilməsi  və  isla-
hatı,  sistemin  institutlarının  fəaliyyət  koordinasiyası,  ideoloji  və  etik  prob-
lemlər,  ictimaiyyətlə  əlaqələr,  siyasi  proqnozlaşdırma,  liderlik  problemləri, 
məmurların seçilməsi,  hazırlığı  və  yenidən  hazırlığı,  dövlət qulluğu  heyəti-
nin idarə edilməsi, münaqişələrin və böhranların idarə edilməsi texnoloğiya-
ları və başqaları. Bütün bu problemlər cəmiyyətin sosial mədəniyyəti, dövlə-
tin konkret məqsədləri və dünya mədəniyyəti və sivilizasiyasının inkişaf qa-
nunauyğunluqları kontekstində nəzərdən keçirilir. 
 
 
Elmi idarəetmə prinsipləri 
 
İdarəetmə mədəniyyəti - idarəçilik strategiyası, texnologiyası, etikası, so-
siologiyası və estetikasını daxil edən, elmi əsaslanmış idarəçilik fəaliyyətini 
nəzərdə tutur.
12 
1.
 
 Strategiya – dövlətin və ya təşkilatın fəaliyyətinin, qoyulmuş məqsəd-
                                                 
12
Bu  yanaşma  demokratik  ölkələrdə  yayılan  istehsalın  idarə  edilməsi  elminə  əsaslanır. 
İkinci dünya müharibəsindən sonrakı dövrdə Yaponiyanın inkişafının əsas amillərini təhlil 
edərək,  N.İ.  Konrad  ölkənin  dövlət  həyatında  Qərbin  kapitalist  iqtisadiyyatı  şəraitində 
yaranan istehsal idarəçiliyi elminin mühüm strateji yer tutduğuna xüsusi diqqət yetirdi. Bu 
elmin əsas komponentləri: sənaye mühəndisliyi (İndustrial Engineering), operativ tədqiqat 
(Operations  Reshearch),  işin  idarəetmə  psixologiyası  (Management  Psychology),  ictimai 
münasibətlər  (Public  Relations)  və  dizayndır  (Design).  İnkişaf  etmiş  ölkələrdə  bu  elmin 
sürətli  inkişafı,  həm  elmi-texniki  inqilabın  inkişaf  tələbləri,  həm  də  demokratlaşma 
proseslərinin  dərinləşməsi  ilə  şərtlənmişdi.  İdarəetmə  fakultəsi  müharibədən  sonrakı 
Yaponiyada ən məşhur və geniş yayılmış fakultə oldu.          


69 
lərə nail olmağa istiqamətlənmiş səmərəli qərarları və fəaliyyətləri nəzərdə 
tutan uzunmüddətli düzgün planlaşdırılması və proqnozlaşdırılması məqsədi 
ilə bütün resurs növlərinin sistemli kulturoloji təhlilidir.  
2.
 
Texnologiya – qoyulmuş məqsədlərin yerinə yetirilməsinə yönəldilmiş 
səmərəli idarəçilik və istehsal fəaliyyətinin təmin olunması üçün elmi-texni-
ki  nailiyyətlər,  metodlar,  proseslər  və prosedurların,  həmçinin  fərdi,  maliy-
yə, maddi və informasiya resurslarının düzgün istifadəsidir.  
3. Etika (psixologiya) – təşkilat kollektivi ilə işləmək bacarığıdır. Effek-
tiv  işin  təşkili  məqsədi  ilə  işçilərin  intellektual,  mənəvi,  psixoloji  xüsusiy-
yətləri  və  xarakterinin  öyrənilməsi,  onların  qabiliyyətləri,  nailiyyətləri  və 
imkanlarının  qiymətləndirilməsi,  effektiv  komanda  işinin  təşkili  və  yüksək 
nəticələr əldə etmək məqsədi ilə mədəniyyətlərin və maraqlarının harmoni-
zasiyasıdır.  
4. Sosiologiya – müxtəlif təşkilatlar və insan qrupları arasında maraqların 
və münasibətlərin xarakterinin nəzərə alınması, onlarla fəal qarşılıqlı təsir və 
qarşılıqlı  faydalı  əməkdaşlıq,  həmçinin,  ölkədə  və  xaricdə  idarəetmə  sub-
yektinin  müsbət  imicinin  formalaşmasına  istiqamətlənən,  dövlətin  yaxud 
təşkilatın  missiyasının effektiv yerinə yetirilməsi üçün əlverişli xarici şərai-
tin yaradılmasına yardım edən KİV nümayəndələri ilə işdir.  
5. Estetika (dizayn) – istehsal məhsulunun estetik formaları və xarici gö-
rünüşünün təşkilatın xarakterinə və təyinatına uyğun sosial-mədəni layihəsi-
nin hazırlanmasıdır. Dizayn həmçinin cəmiyyətin fəaliyyətində maraqlılığın 
formalaşmasına  yardım  edən  idarəetmə  subyektinin  fəaliyyəti,  nailiyyətləri 
və inkişaf edən sosial dəyərli imkanlarının əhəmiyyətini əks etdirir.   
 
Təşkilati mədəniyyət tipləri 
 
Uğurlu  təşkilat  idarəçiliyi  mədəni  eynilik,  dəyərlər  sistemi,  inkişaf  ma-
raqları və məqsədləri əsasında kollektiv üzvlərinin vəhdəti və həmrəyliyinin 
təmin edilməsini nəzərdə tutur. Təşkilatın peşəkarlığı və etikasını əhatə edən 
mədəni  səviyyəsi  onun  effektivliyinin  təyinedici  amilidir.  Bu  və  ya  digər 
təşkilatın mədəniyyəti onun xarakteri, davranış psixologiyası və motivlərin-
də,  ideyaları,  əqidələri,  ənənələrində,  rəhbərin  və  işçilərin  aurası  və  iş  me-
todlarında əks olunur. Təşkilat mədəniyyəti keyfiyyəti bir çox cəhətdən in-
sanların sosial mənşəyi və dəyərlər sistemindən, onların həyat fəaliyyəti fəl-
səfəsi və texnologiyalarından asılıdır.
13
 
 
                                                 
13
 Bu mövzu Ç. Hendi, R. Harrison, A. Minkeviç, B. Tomilov, M. Suxorukova, A. Raduqin, 
R. Kriçevski, M. İvanov, D. Şusterman, Vilkins, T. Piters, R. Uoterman, U. Ougi, D. Sink, 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə