Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   2   3   4   5   6   7   8   9   ...   109


Müəllif tərəfindən ümumilikdə dünya sivilizasiyasında qəbul olunan ün-
siyyət mədəniyyəti tələbləri və standartları, qarşılıqlı anlaşma və insan mü-
nasibətlərinin  sirləri  göstərilən  “İnsan  münasibətləri  mədəniyyəti”  bölməsi 
şəksiz dəyərə malikdir. Şəxsiyyət mədəniyyətinin formalaşması proseslərini, 
insanların  davranış  və  xarakterini,  ünsiyyət,  qarşılıqlı  anlaşma  və  müxtəlif 
xalqların “mədəniyyət dilləri”ni təsvir edən materiallar maraq doğurur. Düz-
gün seçim etməyə imkan verən şəxsiyyətlərarası münasibətlərin və münaqi-
şəsiz  münasibətlər  prinsiplərinin  mahiyyəti  və  xüsusiyyətlərinin  izahını 
verən materiallar gündəlik həyat üçün mühüm əhəmiyyətə malikdir.   
“İşgüzar münasibətlər mədəniyyəti” bölməsində müəllif əməkdaşlar ara-
sında  rəsmi  və  qeyri-rəsmi  münasibətlər  mexanizmini,  bu  münasibətlərin 
hüquqi  və  etik  normalarını,  məsuliyyət  mədəniyyəti  və  peşəkar  etikasının 
xüsusiyyətlərini açıqlayır, heyətin idarə olunması və münaqişələrin həlli tər-
zini və beynəlxalq təcrübəni, işgüzar münasibətlər mədəniyyətinin idarəçili-
yin səmərəliliyinə təsirini göstərir.   
 “Danışıqların  aparılması  mədəniyyəti”  bölməsində  bütün  səviyyələrdə 
danışıqların aparılması strategiyası və taktikası, uğur əldə etməyin daha sə-
mərəli  üsulları,  partnyor  münasibətlərinin  üstünlükləri,  konstruktiv  əmək-
daşlıq  atmosferinin  formalaşdırılması  vəzifələri  və  amilləri  və  danışıqları 
aparan şəxslər üçün zəruri olan başlıca keyfiyyətlər açıqlanır.    
İnsan  və  işgüzar  münasibətlər  mədəniyyəti  haqqında  məlumatlarla  kifa-
yətlənməyərək, müəllif kitaba həmçinin, beynəlxalq münasibətlər və beynəl-
xalq  hüququn  mahiyyəti,  funksiyaları,  məqsədləri,  prinsipləri,  formaları  və 
normaları,  mədəniyyət  hüquqlarının  xüsusiyyətləri,  münaqişələrin  həlli  və 
sülhün  qorunması  texnologiyaları  haqqında  əsas  anlayışları  şərh  etdiyi 
“Beynəlxalq  münasibətlər  mədəniyyəti”,  “Mədəniyyət  hüquqları”  və  “Sülh 
mədəniyyəti” bölmələrini daxil etmişdir.  
Fikrimcə,  “Liderlik  mədəniyyəti”,  “Ailə  mədəniyyəti”  və  “Özünüidarə 
mədəniyyəti” bölmələri xüsusi əhəmiyyətə malikdir. “Liderlik mədəniyyəti” 
bölməsində liderlik, liderin funksiyaları və ona olan tələblərə aid əsas anla-
yışlar  işıqlandırılmış,  liderin  daha  səmərəli  idarəçilik  texnologiyaları  açıq-
lanmışdır. “Ailə  mədəniyyəti” bölməsi azərbaycanlıların klassik ailə  mədə-
niyyəti  qaydaları  haqqında,  ərlə  arvadın  qarşılıqlı  mədəniyyəti  və  uşaqları 
tərbiyə  metodları  haqqında  geniş  təsəvvür  verir.  Burada  şəxsiyyətin  və  cə-
miyyətin formalaşması üçün ailənin fundamental əhəmiyyəti göstərilmiş, ai-
lənin idarə olunmasında davranış mədəniyyəti prinsipləri, həmçinin etik ailə 
kodeksi açıqlanmışdır.     
İnsan kapitalının inkişafı üçün “Özünüidarə mədəniyyəti” bölməsinin məz-
mununu  qiymətləndirmək  çətindir.  Bölmədə  insan  dəyərinin  mədəni  meyarı, 



özünüidarənin  baza  prinsipləri,  qaydaları  və  məntiqi,  öz  “mən”ini  idarəetmə 
metodları nəzərdən keçirilir, insanın nəsibi və həyatın mənası açıqlanır. Burada 
həmçinin özünü təkmilləşdirmə, çətinliklər, uğursuzluqlar və məğlubiyyətlərin 
aradan qaldırılması, vaxtın idarə edilməsi, rifahın yüksəldilməsi və sağlamlığın 
möhkəmləndirilməsi məsələləri öz əksini tapmışdır.  
Kitabın yekununda, qədim zamanların bugün də öz əhəmiyyətini itirməyən 
müdrikliyi qismində, müəllif Platonun Aristotelə tarixi vəsiyyətnaməsini göstə-
rir, sosial-mədəni siyasət və vergi mədəniyyətinin təkmilləşdirilməsinə innova-
tiv kulturoloji yanaşmanın mahiyyətini açıqlayır, insan kapitalı və multikultura-
lizm kimi aktual milli inkişaf problemlərini hərtərəfli təhlil edir.   
Kitabın materialları mütəxəssislərin peşəkar hazırlığı və etik inkişafı, rəh-
bər işçilər, şəxsiyyətlər və liderlərin formalaşması, əmək və ictimai münasi-
bətlər mədəniyyəti, Azərbaycanda ailə, gənclər və uşaq  mədəniyyətinin in-
kişafı üçün əhəmiyyət kəsb edir. Dəyərli olan həm də bütün zamanların və 
xalqların görkəmli alimləri və mütəfəkkirlərinin: Nizami Gəncəvi, Nəsirəd-
din  Tusi,  Cəlaləddin  Rumi,  Eynşteyn,  Lev  Tolstoy,  İohann  Höte,  Mişel 
Monten, Mark Avreliy, Platon, Aristotel, Sədi, Key-Kavus və bir çox digər-
lərinin müdrik deyimlərini daxil etməklə, özünün təfəkkürü, məntiqi və gəl-
diyi  nəticələrin  düzgünlüyünü  onların  aforizmləri  ilə  təsdiqləyərək,  müəlli-
fin öz işini zənginləşdirməsidir. 
Monoqrafiyanın  müəllifi  haqqında  bir  neçə  söz  demək  istərdim.  Pro-
fessor  Fuad  Məmmədov  –  özünün  fundamental  sistemli  tədqiqatları  ilə 
Azərbaycan elmində yeni istiqamətin – kulturologiyanın (mədəniyyətin tari-
xi  və  nəzəriyyəsi)  əsasını  qoymuş  görkəmli  Azərbaycan  alimi,  təcrübəli 
pedaqoq, tanınmış maarifçi və ictimai xadimdir. Onun qələminə 200-dən ar-
tıq  elmi  və  elmi-maarifçilik  işləri,  o  cümlədən:  “Kulturologiya.  Nəzəriyyə 
və tarix məsələləri” (Bakı, 2002), “Kulturologiya effektiv həyat fəaliyyətinə 
doğru  yol  kimi”  (Bakı,  2006)  və  “İdarəetmə  mədəniyyəti.  Xarici  ölkələrin 
təcrübəsi” (Bakı, 2009, 2013) kimi fundamental monoqrafiyalar məxsusdur.   
F.T.  Məmmədovun  tədqiqatlarının  nəticələri  beynəlxalq  tanınma  qazan-
mışdır. Qeyd etmək kifayətdir ki, dünya kulturologiya elminə verdiyi töhfə-
yə görə o, “İntellektual inkişaf problemləri” Beynəlxalq Akademiyası, Rusi-
ya  Pedaqoji  və  Sosial  Elmlər  Akademiyası  və  “Avropa-Asiya”  Beynəlxalq 
Humanitar  Akademiyasının  həqiqi  üzvü  seçilmişdir.  Mədəniyyət  siyasəti 
üzrə Avropa Şurası ekspertlərinin məlumat bazasına daxil edilməsi (2000-ci 
il) onun yüksək elmi nüfuz göstəricisidir, BMT-nin Millenium üzrə Beynəl-
xalq konfransında çıxış etmişdir (2000-ci il), 2014-cü ildən isə müxtəlif öl-
kələrin  alimləri  və  mütəxəssislərinin  mühüm  kulturoloji  forumunun  – 
Beynəlxalq Lixaçov elmi oxumaları təşkilat komitəsinin üzvüdür. “Wikime-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə