Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə4/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   2   3   4   5   6   7   8   9   ...   109

10 
dia  Foundation,  Inc.”  tərəfindən  hazırlanmış  Vikipediyada  mədəniyyətin 
tarixi  və  nəzəriyyəsi  sahəsində  tanınmış  alim  kimi  onun  adı  –  Eduard 
Taylor,  Nikolay  Danilevski,  Pitirim  Sorokin,  Moisey  Kaqan,  Konstantin 
Leontyev,  Arnold  Toynbi,  Yohan  Heyzinq,  Osvald  Şpenqler  kimi  dünya 
əhəmiyyətli görkəmli kulturoloqlarla bir sırada dayanır.    
Fuad  Məmmədov  ensiklopedik  bilik  daşıyıcısıdır  ki,  bu  da  onun  bütün 
şüurlu  yaradıcı  fəaliyyətini  əbəs  yerə  olmayaraq  sərf  etdiyi  kulturologiya 
elminin xarakteri ilə bağlıdır. Onun elmi-pedaqoji fəaliyyəti üçün: elm, təh-
sil  və  maarifçilik  ideyalarına  bağlılıq,  məqsədyönlülük  və  vətənpərvərlik, 
məsuliyyət mədəniyyəti və etika, məntiq və möhkəm iradə, tədqiqatların nə-
ticələrinə  istiqamətlənmə,  elmi  bilikləri  sosial  praktika  ilə  və  milli  maraq-
larla birləşdirmək bacarığı xarakterikdir. F.T. Məmmədov Azərbaycan Milli 
Ensiklopediyasının xüsusi buraxılışı – fundamental “Azərbaycan” kitabının 
ekspertləri  və  yaradıcılarından  biri  olmuşdur.  Burada  onun  tərəfindən  res-
publikada  ilk  dəfə  olaraq,  Azərbaycan  və  rus  dillərində  kulturologiya  haq-
qında məzmunlu elmi məqalə dərc edilmişdir.  
Əminəm  ki,  professor  Fuad  Məmmədov  mədəniyyət  və  elm  tarixi 
sahəsində  özünün  yeni  maraqlı  və  faydalı  tədqiqatları  ilə  hələ  bizi 
sevindirəcəkdir.  
 
Tofiq Nağıyev, 
elm sahəsində Dövlət mükafatı laureatı,  
akademik  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


11 
MÜƏLLİFDƏN 
 
Azərbaycan  Respublikasında  ruhi  mədəniyyətin  inkişafına  böyük  əhə-
miyyət  verilir.  12  noyabr  1995-ci  ildə  ümumxalq  referendumunda  qəbul 
olunmuş  Konstitusiyada  deyilir:  “Azərbaycan  dövləti  mədəniyyətin,  təhsi-
lin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım edir, təbiəti, xalqın tari-
xi,  maddi  və  mənəvi  irsini  qoruyur...  Hər  kəsin  mədəni  həyatda  iştirak 
etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hü-
ququ vardır... Hər kəsin yaradıcılıq azadlığı vardır. Dövlət ədəbi-bədii, elmi-
texniki  və  başqa  yaradıcılıq  növlərinin  azad  həyata  keçirilməsinə  təminat 
verir”.    
Heydər Əliyev mədəniyyəti yüksək qiymətləndirir və Azərbaycan cəmiy-
yətinin  yaradıcı  fəaliyyətinin  inkişafına  yardım  etməyə  çağırırdı.  “Yüksək 
mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmi-
şə  inkişaf  edəcəkdir.  Dünya,  ümumiyyətlə,  quruculuqla,  tikib-yaratmaqla 
yaşayıb, inkişaf edib”, - deyə o qeyd edirdi.  
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin üçüncü minillik müna-
sibətilə Azərbaycan xalqına müraciətində deyilir: “Bugün bütün bəşəriyyət, 
bütün xalqlar və millətlər yaxşı başa düşürlər ki, insanların ən böyük mənəvi 
dəyərləri olmaqla, mədəniyyət, elm və təhsil davamlı inkişafı təmin edən ən 
mühüm  amillərdən  biridir...  Azərbaycanın  hər  bir  vətəndaşı...  böyük  tarixi 
keçmişə,  zəngin  mədəniyyətə,  yüksək  mənəviyyata  malik  ölkəmizin  həm 
keçmişinə, həm indisinə, həm də gələcəyinə böyük məsuliyyət hissi ilə ya-
naşmalıdır...”.      
Milli mədəniyyətin inkişafına, rəhbərliyi dövründə ölkədə intellektual, si-
yasi, etik, hüquq, idarəetmə, iqtisadi, tibb, bədii, musiqi, şəhərsalma, ekoloji 
mədəniyyətin  tərəqqisinin  əhəmiyyətli  yer  aldığı  Heydər  Əliyev  kursunun 
istedadlı  davamçısı  -  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
daim diqqət yetirir. İstehsal və istehlak mədəniyyətinin, fiziki və idman mə-
dəniyyətinin, ailə, gənclər və uşaqların mədəniyyət səviyyəsi  yüksəlir. Mə-
dəni irsin qorunub saxlanması, informasiya mədəniyyəti və beynəlxalq mə-
dəniyyətin, insan kapitalının inkişafı üçün, cəmiyyətdə elmi biliklərin yayıl-
ması,  multikulturalizm  siyasətinin  təsdiqlənməsi,  etibarlı  gələcəyin  forma-
laşdırılması üçün çox işlər görülür.    
Azərbaycanda  elm  və  təhsil,  incəsənət  və  tibb,  fiziki  mədəniyyət  və  id-
man  müəssisələri  uğurla  inkişaf  edir,  sosial-mədəni  tərəqqiyə  yardım  edən 
yeni  dövlət strukturları  yaradılır.  Son  illərdə  Azərbaycan  dövləti  başçısının 
fərmanları ilə Elm Fondu və Biliklər Fondunun, həmçinin Multikulturalizm 
Mərkəzinin yaradılması davamlı milli inkişaf, ilk növbədə, intellektual mə-


12 
dəniyyətin  inkişafı  üçün  böyük  əhəmiyyətə  malikdir.  Dünyanın  daha  in-
tensiv  inkişaf  edən  mədəni  paytaxtlarından  biri  kimi,  respublikada  ölkəmi-
zin  yüksək  beynəlxalq  reytinqinə  yardım  edən  irimiqyaslı  beynəlxalq  elmi 
forumlar, musiqi festivalları və idman tədbirləri keçirilir.  
Əziz  dostlar,  fərdi  və  milli  inkişaf  üçün  mədəniyyətin  əvəzsiz  dəyərini 
nəzərə alaraq, bu kitabda kulturologiya elmi haqqında, sosial fenomen olan 
mədəniyyət  haqqında  və  sivilizasiya  haqqında  sizə  qısa  formada  biliklər 
ötürmək istədim. Sistemli yanaşmaya əsaslanan bu universal biliklər şəxsiy-
yətin inkişafı və təkmilləşdirilməsi üçün zəruri olan mədəniyyətin mahiyyə-
ti, xüsusiyyətləri və hüdudsuz imkanlarını düzgün dərk etməyə imkan verir. 
Onlar hər bir marağı olan insana öz elmi dünyagörüşünün genişləndirilməsi, 
intellektual və etik mədəniyyətinin, pozitiv həyat fəlsəfəsinin təkmilləşdiril-
məsi,  həyat fəaliyyəti,  özünüidarə  mədəniyyəti,  insanlararası  və  beynəlxalq 
münasibətlər  mədəniyyətinin  yaxşılaşdırılması  üçün  düzgün  seçim  etməyə 
yönəldilmişdir.  Ümid  edirəm,  bu  biliklər  ailə  mədəniyyətinin,  həmçinin 
dövlət, iqtisadi və sosial idarəetmə mədəniyyətinin mühüm inkişaf məsələlə-
rinin həllində hər bir vətəndaşa və ümumilikdə cəmiyyətə faydalı ola bilər.  
Kitab həmçinin bütün səviyyələrdən olan rəhbərləri cəmiyyətin və dövlə-
tin tərəqqisi üçün zaman və məkan daxilində zəruri olan insanın inkişaf im-
kanlarının  bütöv  mənzərəsinin  kulturoloji  görünüşü  ilə  yaraqlandırılması, 
Azərbaycanda  milli  maraqlara  və  “Biliklər  cəmiyyəti”  və  “İqtisadi  bilik-
lər”in formalaşdırılması strateji məsələlərinə cavab verən bütün səviyyələr-
də  düzgün  qərarların  qəbul  edilməsi  məqsədini  daşıyır.  Kitabda  nəzərdən 
keçirilən  kulturoloji  anlayışlar  və  formullar,  universal  metodologiya  və 
metodlar, aktual milli inkişaf problemlərinin kulturoloji təhlili müxtəlif mə-
dəniyyətlərin  nümayəndələri  və  bir  çox  nəsillərin  alimlərinin  vərdişləri, 
texnologiyaları,  məntiqi  və  tarixi  təcrübəsini  nəzərə  alan  mürəkkəb  situasi-
yalara  şüurlu  yanaşma  əsasında  həyatın  dəyişən  tələbatlarını  təmin  etməyə 
yardıma yönəldilmişdir. Onlar konkret şəraitdə təşkilatların və müəssisələrin 
rəhbərlərinə  seçimdə  yaxud  kəskin  zaman  çərçivələri  ilə  məhdudlaşan  mü-
rəkkəb situasiyada milli insan kapitalının inkişafı üçün daha səmərəli inno-
vativ  kulturoloji  texnologiyaların  işlənib  hazırlanmasında  Azərbaycan 
Respublikasının davamlı inkişafının təmin edilməsi üçün yardım edə bilər. 
Materiallar yüksək təfəkkür və davranış standartlarının, istehsal, əmək və 
xidmət  mədəniyyətinin,  menecment  mədəniyyətinin  işlənib  hazırlanması, 
liderlərin və rəhbərlərin idarəçilik bacarığının təkmilləşdirilməsi üçün istifa-
də oluna bilər. Onlar tarix, politologiya, iqtisadiyyat, idarəetmə, hüquq, an-
tropologiya,  etnologiya,  psixologiya,  filologiya,  incəsənət,  beynəlxalq  mü-
nasibətlər və ictimai və humanitar fənlərin digər istiqamətləri sahəsində sis-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə