Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə5/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   2   3   4   5   6   7   8   9   ...   109

13 
temli tədqiqatların həyata keçirilməsində, həmçinin təhsil, elm, incəsənət və 
iqtisadiyyatın  təşkili  və  idarəçiliyi  strategiyasının  təkmilləşdirilməsi  üçün 
yaradıcılıqla tətbiq edilə bilər. 
Kitabın başlıca məqsədi – insanın intellektual və etik mədəniyyətinin in-
kişafı,  dövlət  quruculuğu  və  səmərəli  idarəçilik  üçün  əvəzsiz  əhəmiyyətə 
malik olan mədəniyyət haqqında elmin – kulturologiyanın mahiyyəti və hü-
dudsuz  imkanları  ilə  oxucunu  tanış  etməkdir.  Bu  əhəmiyyət  kulturologiya-
nın insanın inkişaf tələbatları, nailiyyətləri və texnologiyalarını, xüsusiyyət-
ləri  və  qanunauyğunluqlarını,  dinamikası,  tendensiyası  və  imkanlarını  əks 
etdirən  universal  biliklərin  fərdi,  sosial,  milli  və  dünya  səviyyəsində  bütöv 
mənzərəsini  yaratmağa imkan verməsi ilə şərtlənir. O, insan şüurunun dərk 
edilməsi  və  dəyişilməsinə  yardım  edir  ki,  onsuz  insanları  səmərəli  idarə 
etmək olmaz. Deyilənləri nəzərə alaraq, dünya mədəniyyəti tarixinin, sivili-
zasiyaların inkişaf qanunları və texnologiyalarının, fərdi və beynəlxalq mü-
nasibətlər mədəniyyətinin, təfəkkür prosesləri və ictimai rəyin formalaşma-
sının kulturologi təhlili müasir sosial mühəndisliyin, tarixi proseslərin düz-
gün dərk edilməsi və səmərəli idarəçilik qərarlarının qəbul edilməsinin, gə-
ləcəyin  proqnozlaşdırılması  və  qurulmasının  əsasını  təşkil edir.  Dünya  mə-
dəniyyəti və sivilizasiyasının aparıcı ideoloji və elmi-maarifçi inkişaf amili-
nə  çevrilərək,  kulturologiya  insanların  kreativliyinin  yüksəlməsinə  yardım 
edir. Sosial-iqtisadi tərəqqi, həyat rifahı və keyfiyyəti mənbəyi olan “biliklər 
cəmiyyəti”nin  formalaşması  şəraitində,  elmi  tədqiqat  yolu  ilə  əldə  edilən 
kulturoloji bilik insanın, cəmiyyətin və dövlətin təşkiledici inkişaf prinsipinə 
çevrilir, yaradıcı fəallığın yüksəlişinə müsbət təsir göstərir. Toronto Kanada 
universiteti   nəzdindəki  “Martin  Prosperity  Institute”  institutunun  direktoru 
Riçard Florida və Alberta Kanada universitetinin professoru, kulturoloq Ni-
ko Şter əmindirlər ki, bəşəriyyətin gələcəyi “biliklər cəmiyyəti”nin və “krea-
tiv sinfin” – “gələcəyi dəyişdirən insanların” olacaq.  
Dünya sivilizasiyasının müasir inkişaf mərhələsində mədəniyyət haqqın-
da  elm  kimi  kulturologiya  XXI  əsrin  aparıcı  elmi  paradiqması  olmuşdur. 
Özünün  universal  xarakteri  sayəsində  kulturologiya  onu  müasir  “elmlərin 
şahzadəsi”  edən  böyük  tədqiqat  imkanlarına  malikdir.  Kulturoloji  biliklər, 
səriştəlilik  və  məsuliyyət  uğurlu  və  davamlı  inkişafın  şərtidir.  Bugün  uni-
versal kulturoloji biliklər olmadan elm və texnologiyanın, tibb və ekologiya-
nın, dövlət idarəçiliyi və hüquq sisteminin inkişaf tələbatlarını təmin etmək 
üçün  lazım  olan  təhsilin  yüksək  keyfiyyətini  də  təsəvvür  etmək  çətindir.  
Bugün kulturoloji biliklər eyni zamanda sənaye və kənd təsərrüfatı istehsalı, 
tikinti və nəqliyyat, ticarət və xidmət sahəsində ixtisaslaşdırılmış fəhlə qüv-
vəsi resurslarının formalaşdırılması üçün lazımdır. Əmək bazarı tələbatları-


14 
na uyğun olaraq mütəxəssislərin yenidən hazırlığı da müxtəlif sənət və ma-
raq  insanlarında  universal  kulturoloji  biliklərin  formalaşdırılmasını  tələb 
edir. Bu məsələnin aktuallığı, işçilərin əsas kapital kimi nəzərdən keçirilməli 
olan  əqli  əmək  məhsuldarlığının  yüksəldilməsini  müasir  iqtisadiyyat  üçün 
başlıca hesab edən Piter Drukerin nəzəriyyəsi ilə də təsdiqlənir. Akademik 
A.S. Zapesotski qeyd edir ki, “son zamanlar kulturologiyanın xüsusiyyətlə-
rini daha çox hüquq elmi əldə edir. İqtisadiyyat sahəsində son illərin Nobel 
mükafatlarının əksəriyyəti aydın ifadə olunan kulturoloji aksentlər olan əsər-
lərə verilmişdir”.    
Kulturologiyanın  geniş  diapazonu  əsasən  onun  fənlərarası  xarakteri  və 
öyrənilən  obyektə  sistemli  yanaşması  ilə  izah  olunur.  Bu  fundamental  elm 
həm  də  bir  çox  sosial,  humanitar  və  təbiyyat  elmlərinin  nailiyyyətlərini 
özündə birləşdirir. Bu, tarix və fəlsəfə, antropologiya və psixologiya, arxeo-
logiya və etnoqrafiya, sosiologiya və politologiya, iqtisadiyyat və hüquqşü-
naslıq, coğrafiya və ölkəşünaslıq, səhiyyə və ekologiya, diplomatiya və din-
şünaslıq, filologiya və dilçilik, sənətşünaslıq və pedaqogikadır. Bununla ya-
naşı  kulturologiya  mədəni  və  sosial  antropologiya,  etnologiya,  mədəniyyət 
tədqiqatlarını və qərb ölkələrində yayılmış, insanı və cəmiyyəti öyrənən di-
gər qarşılıqlı əlaqəli  tədqiqat istiqamətlərini də əhatə edir. Bu zaman elmin 
ənənəvi  sahələrini  dəyişməyərək,  o  özünün  metodologiyasına,  tədqiqat  ob-
yekti və predmetinə malikdir. Kulturologiyanın obyekti - yaradıcı insan fəa-
liyyəti,  onun  tarixi  və  pozitiv  nailiyyətləridir.  Kulturologiyanın  predmeti  – 
cəmiyyət,  dövlət,  elm,  təhsil,  idarəetmə,  siyasət,  beynəlxalq  münasibətlər, 
incəsənət,  iqtisadiyyat,  etika,  hüquq,  həyat  tərzi,  həyat  təminatı  sistemləri, 
din,  şəxsiyyət,  ailə  münasibətləri,  informasiya  və  mətbuat,  qeyri-hökumət 
təşkilatları,  muzey  işi  və  bir  çox  digərləridir.  Eyni  zamanda  mədəniyyətin 
arxitektonikası  və  semantikası,  baza  arxetipləri  və  obrazları,  mentallıq,  də-
yər-normativ və simvolik məzmun, ənənələr və innovasiyalar, mədəniyyətin 
dinamikasında  qorunma  və  dəyişiklik  prosesləri,  sivilizasiyaların  təhlili  və 
mədəniyyətlərin  dialoqu  kimi  ənənəvi  tədqiqat  problemləri  müasir  kulturo-
logiyanın görüş dairəsindədir.  
Kulturologiyanın  sistemli  yanaşmaya  əsaslanan  nəzəri  və  metodoloji  in-
strumentarisi  insan  mədəniyyətinin  dərin  qatlarını  açmağa,  müxtəlif  mədə-
niyyətlərdə ümumi və fərqli olanı müəyyən etməyə, həm eyni bir mədəniy-
yətdə, həm də dünya mədəniyyəti və sivilizasiyasının polietnik sahəsində in-
sanlar arasında uğurlu strateji kommunikasiyaya daha optimal yolları və ya-
naşmaları aşkar etməyə imkan verir. Kulturologiya yalnız bəşəriyyət tərəfin-
dən  qazanılmış  tarixi  nailiyyətləri  bilməklə  insanı  zənginləşdirməyə  deyil, 
həm də insanın inkişaf vasitəsi və məqsədi olan ruhi mədəniyyətin mahiyyə-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə