Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə6/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   2   3   4   5   6   7   8   9   ...   109

15 
ti,  xüsusiyyətləri,  inkişaf  qanunları,  texnologiyaları  və  yeni  imkanlarının 
düzgün dərk edilməsinə yardım edir. O, şəxsiyyət, ailə, şəxsiyyətlərarası və 
beynəlxalq münasibətlərdən tutmuş cəmiyyət, dövlət mədəniyyəti, siyasi və 
idarəetmə mədəniyyətinədək müxtəlif məqsədləri işləyib hazırlamağa qadir-
dir. Bunun sayəsində kulturologiyanın fundamental nailiyyətlərinin öyrənil-
məsi və şüurlu,  yaradıcı istifadəsi insan təbiətinin, insan cəmiyyətinin inki-
şaf qanunlarının, insanların xarakterləri və davranışının, gələcəyin proqnoz-
laşdırılması  və  insanın  xoşbəxtliyi  üçün  yeni  imkanların  açılmasını  daha 
yaxşı dərk etməyə yardım edir. Bunun sayəsində təhsil və maarif sistemi va-
sitəsilə  müasir  kulturologiya  elminin  nailiyyətlərinin  yayılması  obtektiv  tə-
ləbata  çevrilir.  Bu  tələbatın  təmin  edilməsi  bəşəriyyətin  müxtəlif  həyat 
sferalarının mahiyyəti, xüsusiyyətləri, tarixi və nailiyyətləri haqqında Azər-
baycan  cəmiyyətinin  biliklərinin  inkişafına,  insanın  tərəqqi  qanunları  və 
texnologiyalarının  düzgün  dərkinə,  mütəxəssislər,  vətəndaşlar,  siyasətçilər 
və idarəçilərin inkişafı üçün lazım olan faktlar, hadisələr və insanların elmi 
əsaslanmış qiymətləndirilməsinə,  yeni imkanları görmə və  təhlükəsiz gələ-
cəyin qurulmasına yardım edəcəkdir.  
Milli kulturologiyanın innovativ inkişaf konsepsiyasını işləyib hazırlayan 
zaman,  biz,  ilk  öncə  Lesli  Alvin  Uayt,  Abraham  Harold  Maslou,  Osvald 
Şpenqler,  Arnold  Toynbi,  Dmitri  Lixaçov,  Alfred  Adler  və  başqaları  kimi 
tanınmış  kulturoloqların  nəzəriyyələri  və  elmi  işləmələrinə  əsaslanmışıq. 
Baza  ideyası  qismində  əsasən  kulturologiyanın  banisi,  görkəmli  Amerika 
alim-antropotoloqu  Lesli  Uaytın  (1900-1975)  qanunu  istifadə  olunmuşdur 
ki, bu qanuna əsasən “insanın davranışı onun mədəniyyətinin dəyişməsi ilə 
dəyişir”.
1
 Bununla yanaşı görkəmli Amerika psixoloqu, transpersonal psixo-
logiyanın  banisi  Abraham  Maslounun  (1908-1970)  “mədəniyyət  və  insan” 
konsepsiyası  tərəfimizdən  öyrənilmişdir.  A.  Maslou  mədəniyyətin  təkmil-
ləşdirilməsi ölçüsü qismində onun insanın tələbatlarını təmin etmək və şəx-
siyyətin potensial qabiliyyətlərinin sosial reallaşdırılması üçün əlverişli şəra-
itin  yaradılması  xüsusiyyətini  müəyyən  etmişdir.  Maslou  tərəfindən  işlənib 
hazırlanmış  “ideal  cəmiyyət”  modeli  insanın  harmoniyası,  təhlükəsizlik 
prinsipləri,  mədəniyyətin  sosial  institutlarının  humanistcəsinə  yenidən  qu-
rulması  və  insanların  şüurunun  dəyişdirilməsi  yolu  ilə  qabiliyyətlərin  və 
özünü  reallaşdırmanın  maksimal  imkanlarının  inkişaf  prinsipləri  əsasında 
                                                 
1
 Uayt  tərəfindən  yeni  dünyanın  –  insanın  ekstrasomatik  (üstbioloji)  sistemi  kimi, 
mədəniyyət  dünyasının  aşkar edilməsi onu belə bir əqidəyə  gətirdi  ki,  “vaxt  gələcək, elm 
üçün əhəmiyyətinə görə bu mədəniyyət kəşfi eynilə Kopernikin heliosentrik nəzəriyyəsi və 
Yer  üzərində  bütün  həyat  formalarının  hüceyrə  əsasının  kəşfi  kimi  yüksək  qiy-
mətləndiriləcəkdir”. 


16 
qurulmuşdur.  “Fərdi  psixologiya”  məktəbinin  banisi,  Avstriya  psixoloqu 
Alfred Adler (1870-1937) hesab edirdi ki, insanın psixologiyası fizioloji və 
bioloji səbəblərlə deyil, əsas etibarilə, onun sosial həyat fəaliyyəti şəraiti ilə 
izah olunmalıdır. Adlerə görə insanın davranışı əsasən onun hakimiyyətə və 
üstünlüyə can atması ilə motivasiya olunur. Lakin üstünlüyün əldə edilməsi 
prinsipi müxtəlif mədəniyyətlərdə və fərqli sosial mühitdə müxtəlif formala-
ra malik ola bilər. Bu zaman mühitdən, insanın məqsədləri və mədəniyyətin-
dən  asılı  olaraq  üstünlüyə  can  atma,  həm  fərdin  yaradıcı  nailiyyətlərinin, 
həm də antisosial davranışının mənbəyi ola bilər.  
Kulturoloji tədqiqatlar prosesində müəllif, şəxsiyyətlərin və liderlərin inki-
şafı, müxtəlif professional xarakterli problemlərin sistemli və situasiyalı təhli-
li üçün kulturologiyanın imkanlarını təsdiqləyən dünya kulturoloji fikri ilə da-
ha  geniş  surətdə  tanış  olmağa  çalışmışdır.  Tədqiqatlar  göstərdi  ki,  mədəni 
standartlara  və  inkişaf  tələbatlarına,  insanların  gözləmələrinə  uyğunluq  nöq-
teyi-nəzərindən  mədəniyyətin  verifikasiya  edilmiş  (təsdiqlənmiş)  qiymətlən-
dirilmə vəziyyətini nəzərdə tutan kulturoloji ekspertizanın həyata keçirilməsi 
üçün kulturologiya səmərəli əsasdır. Nəticədə məlum oldu ki, insanın konkret 
və mürəkkəb inkişaf və idarəetmə problemlərinin təhlilinə sistemli kulturoloji 
yanaşma cəmiyyətin modernləşdirilməsi, şəxsiyyətin, sosial-mədəni siyasətin 
təkmilləşdirilməsi, innovativ modellərin və səmərəli idarəçilik paradiqmaları-
nın  qurulması  üçün  geniş  imkanlar  açır.  Q.V.F.  Hegel,  J.J.  Russo,         
F.M.A. Volter, İ.V. Höte, D. Neru, E. Taylor, L. Morqan, F. Boas, L. Uayt, 
M.  Mid,  A.  Maslou,  A.  Toynbi,  O.  Şpenqler,  M.  Veber,  İ.  Kant,  F.  Engels,  
M.  Horkhaymer,  Q.  Markuze,  T.  Adorno,  Q.  Rikkert,  Y.  Habermas,              
Y. Lippert, K. Yaspers, B. Malinovski, A. Boqdanov, C. Bernal, Lütfi Zadə, 
həmçinin  T.  Parsons,  H.  Hesse,  V.  Diltey,  İ.  Saburo,  E.  Orteqa-i-Qasseta,      
İ. Herder, Q. Zimmel, P. Sorokin, A. Veber, D. Bella, A. Berqson, J. Attali,   
E.  Auerbax,  V.  Vindelband,  R.  Merton,  E.  Munye,  T.  Nakane,  V.  Ostvald,   
T.  Şarden  və  digər  tanınmış  alimlər,  yazıçılar  və  maarifçilərin  əsərləri  ilə, 
Frankfurt  və  “Annallar”  məktəbinin  tədqiqatları  ilə  tanış  olmaqla  buna  əmin 
olmaq çətin deyil.  N. Konrad, M Baxtin, V. Vernadski, Q. Vernadski, L. Qu-
milev, N. Berdyayev, M. Blok, H. Rerix, V. Muravyov, M. Kaqan, L. Kertman, 
A. Petrov, Q. Volkov, D. Lixaçov, M. Kim, V. Masson, Y. Jdanov, H. Zlobin, 
V. Mejuyev və digər Rusiya alimləri kulturologiyanın elmi və praktik əhəmiy-
yətini dərk etməkdə bizim üçün əhəmiyyətli əsərlər yaratmışlar.   
Mədəniyyət haqqında elm kimi kulturologiyanın mənbəyi XIX əsrin sonu – 
XX əsrin əvvəlinə aid edilə bilər. Hələ XIX əsrin sonunda Qərbin elmi dairə-
lərində mədəniyyət haqqında elmlərin yolları və məqsədləri barədə gözləni-
lən nəticələri verməyən müzakirə aparılmışdır. Bu dövrdə neokantian Baden 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə