Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə7/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   2   3   4   5   6   7   8   9   10   ...   109

17 
məktəbinin  banilərindən  biri,  alman  filosofu  Henrix  Rikkert  (1863-1936) 
mədəniyyət haqqında elmin düzgün dərk olunması zəruriliyinə diqqət yetir-
di. 1911-ci ildə Sankt-Peterburqda H. Rikkertin “Təbiət haqqında elmlər və 
mədəniyyət  haqqında  elmlər”  adlı  kitabı  nəşr  olundu.  Alman  alimi  kitabda 
qeyd edir ki, İ. Kant, G.V. F. Hegel və alman klassik fəlsəfəsinin digər nü-
mayəndələri tərəfindən verilən ümumi anlayışlara baxmayaraq, əvvəlki döv-
rün cəhdləri “mədəniyyət haqqında elmlərə onları müəyyən etmək və vəzi-
fələrini aydınlaşdırmaq üçün kömək etmədi”. Henrix Rikkert vahid tam olan 
gerçəkliyin təbiət haqqında elmlərin və mədəniyyət haqqında elmlərin daxil 
olduğu  vahid  bir  elmlə  də  öyrənilə  biləcəyi  haqqında  fikir  yürütdü.  Bu  za-
man təbiət elmlərinin tədqiqatı “mədəniyyət” termini ilə birləşən obyektlərin 
tədqiqatı  ilə  tamamlanmalıdır.  Beləliklə,  gerçəkliyin  öyrənilməsi  tarixi 
metodun xüsusi yer tutduğu təbiət haqqında və mədəniyyət haqqında elmlər-
lə həyata keçirilməlidir.           
Henrix Rikkert  mədəniyyəti  ruhi  və  maddi  həyatın  vəhdəti  və  bilavasitə 
insan tərəfindən yaradılan, onun tərəfindən qiymətləndirilən məqsədlərə uy-
ğun hərəkət edən, yaxud onunla bağlı dəyər naminə şüurlu surətdə yetişdiri-
lən,  təbiətə  zidd  olan  kimi  nəzərdən  keçirirdi.  Mədəniyyətin  dəyişməz  ma-
hiyyəti  haqqında  danışaraq,  özünün  çox  dəyərli  konsepsiyasında  o  qeyd 
edirdi ki, “bütün mədəniyyət təzahürlərində biz hər zaman insan tərəfindən 
qəbul  edilmiş  hansısa  bir  dəyərlərin təcəssümünü  görürük  ki,  bu  təzahürlər 
onlardan  ötrü  yaradılmışdır.  ...Bu  səbəbdən  mədəniyyət  obyektlərində  də-
yərlər  gizlədilmişdir”.  Mədəniyyətin  yüksək  mənasını  cəmiyyətin  maraqla-
rında yaradılan rifah kimi görərək, alim eyni zamanda qeyd edirdi ki, “onda 
gizlədilən dəyərdən uzaqlaşsaq, istənilən mədəniyyət təzahürü, həm də təbi-
ətin tərkib hissəsi kimi, təbiətlə əlaqədə nəzərdən keçirilməlidir”.  
Mədəniyyəti  tədqiq  edən  elmin  qeyd  olunması  üçün  “kulturologiya” 
termini  ilk  dəfə  1909-cu  ildə  XX  əsrin  ən  nəhəng  elm  və  naturfəlsəfə  isla-
hatçısı, Nobel mükafatı laureatı, şüuru enerji kimi, mədəniyyətin funksiyası-
nı isə enerjinin saxlanması və qorunması kimi nəzərdən keçirən tanınmış al-
man  fizik-kimyaçısı  və  filosofu  Vilhelm  Ostvald  tətbiq  etmişdir.  Özünün 
“Mədəniyyət haqqında elmin energetik əsasları” (1909) əsərində V. Ostvald 
həyat fəaliyyətini transformasiya olunmuş təbii enerji forması kimi müəyyən 
etmişdir. Energetizm ideyasını irəli sürərək, o, təbiət və mədəniyyət fəlsəfəsi-
nin əsas mahiyyətini onunla əlaqələndirir, və enerjini əbəs yerə sərf etmədən, 
mədəniyyət vasitəsilə ondan düzgün istifadə etməyin zəruriliyinə diqqət yeti-
rir.  Mədəniyyəti  bəşəriyyətin  tərəqqisinə  xidmət  edən  amillərin  vəhdəti  kimi 
nəzərdən keçirərək, V. Ostvald sivilizasiyalarda baş verən real prosesləri öy-
rənmək üçün mədəniyyət haqqında elmin yaradılması zəruriliyi haqqında elan 


18 
etdi. Cəmiyyət haqqında elmin, biologiyanın xüsusi tarixi hadisəsi olaraq, psi-
xofiziologiyadan az fərqləndiyini hesab edərək,  1915-ci ildə V. Ostvald XX 
əsrin elmləri sırasında kulturologiyanın yerini müəyyən etdi.   
Elmin  inkişafı  hər  zaman  çətin,  ağır  yolla  gedir.  Prof.  Q.  Qrenevskinin 
haqlı  olaraq  qeyd  etdiyi  kimi,  “yalnız  evin  tikintisi  fundamentdən  başlayır, 
elmin  tikintisində  isə  onun  əsasları  adətən  çox  gec  üzə  çıxır”.  İnteqral  elm 
kimi  müasir  kulturologiyanın  banisi  1949-cu  ildə  dərc  olunmuş  məşhur 
“Mədəniyyət  haqqında  elm”  kitabının  müəllifi,  Amerika  antropoloqu  Lesli 
Alvin Uayt (1900-1975) hesab olunur. Uayt mədəniyyəti insanın enerjisi ilə 
şərtlənən  bütöv,  təşkilati,  qarşılıqlı  əlaqəli  və  inteqrasiya  olunan,  texnoloji 
(aparıcı), sosial və ideoloji yarımsistemlərdən ibarət, bütövlükdə insanın hə-
yat fəaliyyətini təmin edən sistem kimi nəzərdən keçirirdi. L.A. Uaytın kul-
turologiyanın bərqərar olması və inkişafında əsas töhfəsi mədəniyyətin yeni 
anlayış konsepsiyasının yaradılması, mədəniyyətin təkamül konsepsiyasının 
yenidən mənalandırılması və bəşəriyyətin mədəniyyətinin təhlili üçün onun 
tətbiq  edilməsi,  eyni  zamanda  kulturologiyanın  mədəniyyət  haqqında  elm 
kimi  əsaslandırılması  oldu.  Amerika  alimi  ilk  dəfə  yalnız  “kulturologiya” 
terminini əsaslandırıb və kulturologiyanın predmet sahəsini müəyyən etmə-
di, həm də mədəni inkişaf qanunauyğunluqlarını açmağa imkan verən – mə-
dəniyyətin tədqiqi üçün sistemli yanaşmanı təklif etdi. O göstərdi ki, elmlə-
rin  inteqratoru  olmaqla,  kulturologiya  tədqiqatın  yeni  məntiqini  və  yeni 
keyfiyyətini verir. 
Tədqiqatlarının  pioner  xarateri  onun  Luizan,  Kolumbiya  və  Çikaqo  uni-
versitetlərində etnologiya, antropologiya, tarix, fəlsəfə, sosiologiya, bihevio-
rist psixologiya və psixiatriyanı öyrənərək, sonradan Miçiqan universitetinin 
professoru  olmaqla,  mədəniyyətin  təkamülü  problemlərinin  sistemli  təhlili 
məqsədilə bu elmlər vasitəsilə əldə olunan bilikləri ilk dəfə sintezləşdirməsi 
ilə  şərtlənir.  Uayta  görə,  mədəniyyətin  və  sivilizasiyanın  hər  bir  mərhələsi 
əvvəlki  tarixi  pillənin  əsasında  inkişaf  edir.  Bu  zaman  əsası  Ə.  Taylor,       
L.  Morqan  tərəfindən  qoyulmuş  mədəni  antropologiyanı  dirçəldərək,      
L.A. Uayt göstərdi ki, mədəni təkamül nəzəriyyəsi Darvinin bioloji təkamül 
nəzəriyyəsi  ilə  əlaqəli  deyil,  özünün  kökləri  ilə  Horasiya  və  İbn  Halduna, 
Yum,  Kondors,  Kant,  Herder,  Bahofenə,  Konta  və  biologiyaya  münasibəti 
olmayan bir çox digər alimlərə gedib çıxır. O göstərdi ki, əgər heyvanlarda 
davranış determinatoru kimi bioloji orqanizm çıxış edirsə, insanın davranışı 
ekstrasomatik  (üstbioloji,  insanın  orqanizmi  ilə  əlaqədar  olmayan)  amilin, 
yəni “onun mədəniyyətinin dəyişməsi ilə bərabər dəyişir”.    
Alim, insanın fikirləri, hərəkətləri, predmetləri və işarələri simvolik ola-
raq qəbul etmək kimi unikal qabiliyyətinə diqqət ayırdı. O göstərdi ki, əgər 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə